“Aldığım təqaüd mənə bəs etmir”

Saturday, 23 June 2012-də tərəfindən Məqalələr kateqoriyasında yayımlandı.

Metroda kamança çalan kor qadın
“Küçədə kamança çalmaq qadın işi deyil axı”

Gözdən əlil Dilarə Ağayeva “Gənclik” metrostansiyasının keçidində uzun illərdir elə də bahalı olmayan kamançasında musiqi ifa etməklə övlad böyüdür. Kamanını çox vaxt qəmgin notlar üstündə kökləyən sənətkar pul qazanmaq naminə ifa etsə də işinə səthi yanaşmır. Öz diliylə desək, gözlərinin görməməsindən istifadə etmir… Haqqını zəhmətlə qazanır.

Musiqi ilə nəfəs alan Dilarə xanım 20 ilə yaxındır ki, “Gənclik” stansiyasının keçidində kamançasıyla yoldaşlıq edir. Danışdıqca sıxılıb utansa da utandığını büruzə vermək istəmirdi: “Küçədə kamança çalmaq qadın işi deyil axı. Bizdə qadın hökmən evində olmalıdır. Yeni başladığım vaxtlar o qədər də utanmırdım. İndi isə yaşlanıram deyə çox utanıram. Həyama sığışdıra bilmirəm. Amma nə edim, məcburam”.

Doğulduğu gündən həyatın acı zarafatlarıyla üz-üzə qalan kaman ustasını küçədə musiqi sənəti ilə məşğul olmağa vadar edən ən böyük səbəb həyat yoldaşının vaxtsız ölümü olub:

“1993-cü ildə həyat yoldaşım dünyasını dəyişdi. Az-çox eşitmişdim ki, dünyada mənim kimi insanlar bu yolla çörək qazanırlar. Çətin idi, ancaq nə edə bilərdim?! Azyaşlı qızım mənim ümidimə qalmışdı”.

Gözlərindəki qüsura görə təhsilini internat məktəbində alan Dilarə xanım təhsil aldığı müddətdə kamança çalmağı da öyrənə bilib: “İnternat məktəbində kamança çalmağı da öyrəndim. Yazmağı bacarıram, oxuya da bilirəm. Səsim yaxşı olduğu üçün məktəbin xor dərnəyində də oxumuşam. Xor dərnəyinin rəhbəri bəstəkar İsrail Kərimov idi. Klubda yaradılmış “Mücrü” ansamblının tərkibində radioda “Sözü nəğməli” verilişində çıxış etmişəm”.

Üç ilə yaxındır ki, namaz qıldığını söyləyən D. Ağayeva Qurani-Kərimdən əksər surələri oxumağı da bu yaxınlarda öyrənib. “Dünya işığına həsrətəm” deyib əllərini yanına salmaq fikrindən uzaqdır. Kreditə götürdüyü sevimli noutbukunda dünyada baş verən hadisələri izləməklə bərabər sevdiyi fars musiqilərini də həvəslə dinləyir. Atasız böyütdüyü qızını bu ilin sentyabrında gəlin köçürməyə hazırlaşan 58 yaşlı Dilarə xanım əvvəlki illərə nisbətən indi keçiddə tez-tez kamanını inlədə bilmir. Artan yaşıyla bərabər xəstəliyi də ona maneələr yaradır. Dərmanlarına pul tapa bilmədiyi zaman dadına çatan bu işə qızını köçürdükdən sonra əlvida demək niyyətindədir: “İnanın, xəcalət çəkirəm, otura bilmirəm. Epilepsiya xəstəsiyəm. Hərdən qəfil sancı tutur, biabır olmamaqdan ötrü əllərimlə üzümü tuturam ki, kimsə məni bu vəziyyətdə görməsin. Əvvəllər tez-tez gələrdim, qəfil ağrılara görə ara vermişəm. Aldığım təqaüd mənə bəs etmir. Qəbul etdiyim dərmanları təqaüd hesabına ala bilmirəm. Dərmana verim, evə xərcləyim, nə edim axı?”.

“ANS” televiziyasında İradə İsaqın apardığı “Xəbərin izində” verilişində haqqında sujet hazırlanan D. Ağayeva hörmət bəslədiyi Dədə Süleymanla onu görüşdürdüyü üçün İ. İsaqa minnətdarlığını bildirdi: “2011-ci ilin oktyabrında İradə xanım mənim haqqımda süjet hazırladı. Dədə Süleymanın pərəstişkarı olmuşam. İradə xanım kimi görmək istədiyimi deyən kimi ilk olaraq Dədə Süleymanla görüşmək istədiyimi söylədim. Elmira Rəhimova ilə də görüşmək istəyirdim, ancaq o xəstə olduğu üçün görüşə bilmədim. Sağ olsun İradə xanım, Dədəni evimizə gətirdi. O an bütün dünya mənim idi”.

Metropolitenin rəhbərlərindən ayrı-ayrılıqda razılıq edən sənətkar ona yaradılan şəraitdən sui-istifadənin də əleyhinədir: “Məni bərk-bərk polislərə tapşırıblar. Zəhlətökənlik etmək istəmirəm deyə hər gün gəlmirəm”. Bir otaqlı evində musiqisiz nəfəs almağın çətin olduğunu etiraf edən Dilarə xanımı keçidə qonşu qadın aparıb-gətirir. Qarşısında olan pul qabı isə o qədər də boş olmur. Yığılan puldan narazılıq etməyən sənətkarı insanlar diqqətdən kənarda saxlamırlar. Əvvəllər pul qabına gözü düşənlər də olurmuş. İndi isə qəzet satanlar, keçidi süpürən süpürgəçilər və polislər Dilarə xanımın pul qabını daim nəzarətdə saxlayırlar. Bir də özü demiş, o qədər də nigaran olmağa dəyməz. Keçidə müşahidə kameraları nəzarət edir.

Əsasən günorta saatlarında kamançasını dilləndirən D. Ağayeva maksimum üç saat ərzində keçiddə olur. Həyat şəraitinə görə yuxarı instansiylara müraciət etsə də müraciətlərinə baxılmır. Belə münasibətdən bir xeyli şikayətlənən D. Ağayeva heç kimdən havayı nə isə ummur. İstədiyi yalnız sənəti müqabilində layiqli münasibətdir. Problemlərini göstərmək istəyən “Günəbaxan” verilişində çıxış etməkdən də imtina edib. Özüm danışıb, özüm də eşitmək istəmirəm, deyir.

Dilarə xanıma rəhm göstərən insanlarla bərabər lağa qoyan cavanlar da tapılır:

“Daha çox cavanlar söz atırlar. “Habil çalır”, “Habilin qızı çalır” , “Yeni ulduz”a göndərmək lazımdı” və s. tipli atmacalar atırlar. Canları sağ olsun. Onlara acığım da tutmur. Cavan uşaqlardı da…”

Danışdıqca dərdləri təzələnən Dilarə xanım məmurların ona qayğı göstərməsini istəyir. Ümidlərini birdəfəlik dəfn etməyib. Hələ də kiminsə ona əl uzadacağı anı səbirsizliklə gözləyir. D. Ağayeva ancaq və ancaq sənəti müqabilində qayğı görmək istəyir…
Fərid MİRZƏYEV (Kulis)

Tags: , , , , , ,

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==