Çılğın həsrət

Thursday, 9 August 2012-də tərəfindən Məqalələr kateqoriyasında yayımlandı.

Doktor Əsğər Fərdinin mərhum Hacı Əlikram Əliyev haqqında xatirələri

Haci Əlikram! İnsanın bir istəklisi və dostu dünyasını dəyişəndə onun ürəyində 40 gün boyu 40 şam yanar. Hər gecə o şamlardan biri alışar və səhər çağı sönər. Ancaq 40-cı gün o 40-cı şam əbədiyyətə qədər sönməmək əzmi ilə yanar. Sənin yanına gələn günə qədər (İnşaallah) ürəyimdə yanar qalacaqsan.

Əsğər Fərdi

Bakıdan fənar gəlir,

Oduma yanar gəlir…

Səsim onları çəkib-çəkib Təbriz radiosunun qapısına gətirərdi. İllərlə qafqazlı qardaşlarımıza növhələr oxumuşdum, eşitmədikləri şeirlər, ədəbi söhbətlər etmişdim. Tarixin əyri-üyrü, dolanbac küçələrindən pərdələri kənara çəkib, toz-torpağını üfürüb, doğru-düzgün səhifələrini gecələr onların qulağına pıçıldamışdım. Bu üzdənmiş ki, sərhədlər sökülən ilk gündən etibarən onların bir çoxu mənə üz tutardı. Xoşbəxtlikdən tez və rahat tapardılar. Bir cümə günü səhər vaxtı Rəsul ağa evimizə zəng vurub, “səni görmək istəyən qonaqların var, evimizə gətirmişəm”, deyə məni dəvət etdi. Dörd-beş köhnə bakılı durmuşdu qarşımda. Amma heç gördüyüm bakılılara bənzəmirdilər, “şeşdang” (əsil – red) bakılı idilər ha. Bakının əsil mahiyyəti şəhərin göbəyində yox, Abşeron qəsəbələrindədir. Bunlar da o qəsəbələrin lap dədə-nənəlilərindən olan Nardaran və Maştağadan gəlmişdilər. Birisi maşallah mənim qədər hündür, başında tüklü papaq, o biri qafqazlılar kimi bir-ikı qızıl dişli, üzü çal saqqallı, iri əllı, ağzı dualı, şirin ləhcəli, maştağalı; başqa birisi başında dəri papaq, vahidbığ, dik yanaqlı, daha təzə və təmiz geyimli, “Mail” adlı bakılı bir kişi; digər birisi bir az cılız, daha uzun şəvə saqqallı, çəkişmiş üzlü, orta boylu və dördüncüsü isə ağ bənizli, seyrək çal saçlı, yüngülvarı saqallı, gülərüzlü. Onu da «Əlikram» çağırırdılar. Dördünün də simasından nur-i iman, mənəviyyat, nəcabət, kəndli sadəliyi, tam köhnə bakılı xasiyyəti yağırdı. Danışırkən sanki təzə türkcəni öyrənən fars dilli adam danışır. Dördü də mənə heyrətlə baxır, baxırdılar. Mən danışdıqca bir-birlərinə “alə, toşni efirdeki sesdü yey!” – deyə müraciət edir, gülüşürdülər. “Ağa” kəlməsi onlara gəribə gəlirdi. Bir təhər “ağa-yi Əsgər” səsləyirdilər məni. Vaqif durmadan inqilabi və alovlu sözlər danışırdı, Əlikram şirin-şirin söhbətlər edərkən “Ağaseyn” (Ağa Hüseyn) adlı bir meyxanaçıdan məzəli beytlər, qədim Bakı şairlərindən qəzəllər oxuyurdu. Mail isə həman Mailimiş demə – bütün muğam xanəndələrinin oxuduqları gəzəllərin təxəllüsündə eşitdiyim “Mail” bu imiş. Ona da zor-bəla şeir oxuda bilirdim arabir, amma o da məndən şeir eşitməyə israr edirdi. Bir o, iki mən, iki o, üç mən şeir oxuyurduq.

Əlikram da yeri gələndə başqa şairlərdən vəsf-ül-hal beytlər oxuyurdu. Bal kimi şeirlər bal kimi süzülən ləhcə ilə ifa edilirdi. Məndə o bal çanağlarından sərməst! Nə gözəl cümə günüydü. O qədər dadlı görüş idi ki, Rəsul ağa qeyri-adi olaraq o gün cümə namazına

getmədi. Mən ki heç əvvəldən getməzdim. Bunun səbəbi yanlış yozulmasın deyə indicə açıqlayım. Heç nə, lap boş şey üzündən. O illərdə hər həftə cümə namazına gedər, Ayətullah Hacı Mirzə Cavad ağa Sultan-ul-qurrainin iqamə etdiyi cümə namazında iştirak edərdim. O rəhmətlik “vücub-i səlat-i cümə” adlı risaləsində müəllifi və cümə namazını vacib sayan alimlərdən idi. İnqilabdan sonra, 50 il cümə namazı qılmış ağanın namazı heç nəzərə alınmadan, “Rah ahən” (dəmir yol vağzalı) meydanında ağa-yi Qazinin imamətilə yeni cümə namazı qılınmağa başlandı. Amma bizim getdiyimiz namaz sıralarından daha güclü və dolğun cəmiyyətlə. Hacı mirzə Cavad ağa bir şəhərdə iki cümə namazı qılınmaz deyə namazı Pinə Şalvar kəndinə köçürdü. Hələ birinci həftə yeni namaza (ağa-yi Qazi nin namazına) getdim, gələn həftəyə Allah qadirdir deyə. Rəhmətlik ağa uzun illərdən sonra ilk rəsmi təntənəli cümə namazı qılınmasının həyəcanından (mı?) səhv elədi və xalqa, “özünüz gedib evinizdə namazınızı tazələyin”, dedi. Xətrini çox istədiyim rəhmətlik Ayətullah Qazinin imamətinə və yeni vəziyyətə öyrənər-öyrənməz ağa şəhid edildi. Onun yerinə Ayətullah Mədəni gəldi, o da şəhid edildi. Onun yerinə gələn Ayətullah Mişkini yaman xoşumuza gəlmişdi. O əvvəla namaz xütbələrində türk dili sevgisindən söz açmış, bununla da düz bizim könlümüzün sarı telinə toxunmuşdu. Sonra “bənd-i dal” və “cim” adlı mülkədar feodal xanlar və ərbablardan yerlərin alınıb, kəndçilər arasında bölünməsinə aid mübahisəli qanunun təsvib (qəbul) edilməsindən yanaydı və açıq dilə gətirirdi. Könlümüz onunla barışar-barışmaz o da qalmadı Təbrizdə,Qumşəhərinə köçdü. Onun yerinə gələn ağa gələn kimi başladı Təbrizin tarixi və fərhəngi (mədəniyyət) abidələrini yıxıb dağıtmağa. Hacı Məhəmməd ağa və Hacı Hüseyn ağa Naxcıvani qardaşlarının öz şəxsi mövqufəmalıvə kitabxanası ilə təsis olunan Milli kitabxananı dibdən çökürmə yıxdırdı. Sonra dünyada tayı-bərabəri görünməyəcək qədər “Şir-i xurşid” salonunu yıxdı. Təbrizin və əhalisinin, tarixin ürəyini yaraladı. Bütün bunlar yetməzmiş kimi hər bir kərpicini göz bəbəyi kimi qorumağa mükəlləf olduğumuz “Ərk” qalasının mühüm bir hissəsini partladıcı maddələrlə və ağır sənaye maşınları ilə yıxdı, dağıtdı. Bütün bu yaralayıcı günlərdə dini və şəri təklif üzrə o zatın imaməti ilə qılınan cüməyə ilk getdiyim gün əli silahlı yarıhərbilər dövrəmi sarıb, məni bir kənara çəkdi, üst-başımı axtarmağa başladılar və məndən bir şey çıxmadığına baxmayaraq “sən daha namaza gəlmə”, deyə məni bu işdən mən etdilər (yasaqladılar – red) və Allahdan gizli deyil, sizdən nə gizli, bununla da bayaqdan o haqqında danışdığım ağanın arxasında namaz qılmaq təklifi mənim boynumdan götürüldü və mən bu təklifin alınmasından çox sevinmişdim.

Bu cümə dastanı yaman uzandı. (Mən nə vaxta qədər bundan daha ziyadə yanlış anlaşılmayım deyə əmək sərf edəcəyəm ilahi!?) Xülasə, bizim bu nardaranlılarla dostluğumuz başladı. Bu dostlar sonralar Məkkəyə müşərrəf olub hacı titulunu da aldılar və başları İrandan karvan-karvan gedən qonaqlara yaman qarışdı. İranın hər yerindən təbliğat üçün ezam edilən adamlarQumşəhərində hazırlanıb Nardarana yola salınırdılar. Orada ürəklərini boşadıb, Quma qayıdırdılar. İçimdə doğmuş bir hiss mənə deyirdi ki əz qəza əvvəl rusların, istiqlaliyyət adlanan vəqayedən də sonra Azərbaycan dövlətinin siyasi idarələrinin elə bundan acığı ğəlmirdi. Çunkı bunlar onsuz da uşaqları da anadan hizbullahı doğulan Nardarana gedib oradaca ürəklərini boşaldıb öz fikirlərini ayrı yerə bələşdirmədən qayıdırdılar. Bundan sən də razı, mən də razı… Mən isə Bakıya hər gedəndə əsla və kökündən Nardarana getmirdim. Daima universitetlərdə hərlənirdim. O fakultə sənin, bu fakultə mənim. Çıxış edir, diskussiya keçirir, tozanaq qoparırdım. Sən

demə artıq “İslam partyası” qurulub və o partyanın rəhbəri olan Hacı Əlikram məndən bir baaaalaca dilşikəstə də olub. İran rəsmilərinə də bildirib ki, ağa-yi Əsğər Bakıda ancaq ziyalılarla oturub-durur və bizimlə qaynayıb-qarışmır. Hətta eşitdiyimə görə bizim ağa ilə mülaqatında da bu gileyi dilə gətiribmiş. Ancaq lazım gələndə mən işimi görər, vəzifəmi əda edərdim. Məsələn, bir gün Heydər Əliyev mənə “əşi siz nə görübsüz bu çoban Əlikramda ki onun ətəyini buraxmırsız”, deyəndə mən onu bu ifadəsindən peşman edəcək qədər danışdım. O dedi: «Mənim birinci katib ikən Nardaranda daçam olub, Əlikram mənim bağbanım idi. Siz indi qalxıb bütün məsələlərinizi mənimlə həll etməkdənsə bir bağbanın ardınca düşübsünüz». Mən də: yaxşı, indi kommunist partyasının rəhbəri olmaq çirkin və utandırıcı vəzifə imiş ya bir bağban olmaq? – deyə ona kəskin cavablar verdim. O namus-qeyrətilə, alın təriylə Allahın yaratdığı təbiətin ən gözəl məxluqları olan çiçəklər və ağaclarla məşğul olub, fidanı fıdana tikib bir bağ salıb, ancaq başqaları onun-bunun həyatını darmadağın etmək və ailələri, xanımanları məhv etməklə qocalıb, indi de görək hansı “aqibət bə xeyir” hesablanır?

Mən onu elə müdafiə etdim ki, Heydər özü də onu mədh etməyə başladı və dedi: “Hə, əlbəttə ki, düz adamdır” və …

Dövran dəyişdi və mənim Bakıdan ayağım kəsildi, o hövzədən ayrılmaq vədəsi gəlib çatdı. Hacı Əliəkram Nardaran və Abşeron ağsaqqalları ilə birgə həbs edildi. Mən yaman nigaran idim.

İndı Hacı bu dünyada deyil ki, fikrə riya şübhəsi idxal olsun. Rahatca deyim ki, elə onunla birlikdə mən də həbs çəkirdim. Bir an desəm mübaliğəli olar, ancaq onu xatırlamadığım  gün olmazdı. Çünkı o diabet xəstəsi idi. Rejimin onu sərbəst buraxması üçün əlimdən gələni əsirgəmədim. Nüfuzlu adamlara zəng vurdum. Onun buraxılması üçün səy göstərmələrini rica etdim. Bəzi təzyiqlər gətirilməsinə dair yollara baş vurdum. Amma o bir neçə il orta çağların üzünü ağardan Bakı həbsxanalarında böyrək xəstəliyinə düçar oldu və gözlərinin işığını itirdi. O axıra qədər mənim işə yaramayan tədbirlərimdən heç agah olmadı. Həbsdən azad oldu və ilk axşam mənə zəng vurdu. Evdə qonaqların get-gəli üzündən mənimlə az danışa biləcəyi üçün hələ üzür də istədi…

Bir ikı gün sonra birbaşa Tehrana gəldi və mənə zəng vurdu. Ailəsi ilə evimizə gəldi. İçin-için ağladım. O görmürdü, ancaq görür kimi rəftar edirdi. Mən də o məni görmədiyi üçün rahat göz yaşı tökə bilirdim. Onun bir işi və təbiətən də bir müəyyən gəliri yox idi. Amma əliaçıq «kişi» əlini cibinə salıb mənim balalarıma pay da verdi. Xanımına dedi: “Bax bu mənim əsil doğma qardaşımdır. Mən olmasam hər sözüvüzü buna deyə bilərsüz” və üzünü qızına tutub dedi: “Bi daa (bir dənə) məə (mənə) fikir vər (ver)! Bu qağaş məəm (mənim) bu dünyada ən yaaaxın dostum, ğərdeşimdü (qardaşımdır), buun (bunun) balaları də məəm gözümün itən işığıdular.”

Oğlum Fuadı qucağına oturdub şəkil çəkdirdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qol-boyun oturub şəkil çəkdirdik.

O əsasən divardan tuta-tuta hərəkət edirdi. Ona təbrizli növhə şairi Hindidən bir söz nəql elədim. Rəhmətlik Ustad Şəhriyar deyərdi ki, Təbriz növhə ədəbiyyatının sultanı olan «Hindi» təxəllüslü Mirzə Əbdürrəhim Şəbahəngin gözləri ömrünün axır illərində tutulmuşdu. Deyir ondan soruşdum ki ağa-yi Hindi, indi çox narahatsız? Dedi yox, 80 il bayıra baxmışam, bu qalan günlərimi də içimə baxmaq fürsətinə nail olmuşam. Bunu Hacı yaxşı başa düşə bilərdi, onun məktəb savadı az olsa da Allah kəramətındən qəlbinə hopan və könlünə çökən bir lədünni elm verilmişdi. Ağlar göz ona bağışlanan ən dərin lütflərdən biri idi. İyirmi il qabaq onu görəndə nəşəli, gülməkdən doymayan adam idi. Ancaq sonralar get-gedə dərin imanı onun özünə ucsuz-bucaqsız mənəvi dünyaların darvazalarını açmışdı.

Mən tək-tənha yaşayırdım, indıki kimi. Təklik dövrümü başlamışdım. Hərdən bir Səhər kanalında danışanda o kənddən telefonu açıb kanala zəng edərdi və mənə dəstək çıxardı: «Ğərdeşim ağa-yi Fərdi dimişkən, bu alçaq rəjim gedməlidü. Ancaq o bir az edeb erkannan daaa(nı)şır, mən oun ürey sözünü sizə başa salım də. O dimek isdiyir ki … arvadını saxlaya bilmiyenler ölkəni necə saxlaya bilərlər axı! Alə, nöş bunu başa düşmürsüz, alə? Alə! Bu ğərdeşimün caniyçün bulaaar, bular, .. bi daaa diyanun! Bir-iki il çekməz çul-palazlarını yığıb gedeceylər eee ! Məə də həci dimesünler, gözliyün görərsüz başına nə gəlecey bularun … Alə, ğıryetüz olsun alə, ğıryetüz!»

O danışarkən alov püsgürərdi. Gah Səməd Mənsurdan bircə beyt oxumaqla dünya qədər söz deyərdi. Azərbaycan cümhuriyyətinin nə kimi qorxunc bir siyasi sférası olduğunu orada yaşayan bilir. Hacı diksinmədən böyük bir cəsarşt və cürətlə həqiqi müsəlman kimi ancaq və ancaq Allahdan qorxardı. Rejim rəhbərini atmaca yox, düz adını çəkərək təhqir və tənqid edərdi: «Mən baxdım, bunlar hidayet olmazlar, ələdə Allah başlarına özləri böyüklüydə daş salsun! Diginen amiiin”

Kanal müdürləri çəkinər, onu bəzən müxtəlif bəhanələrlə efirə bağlamazdılar. Veriliş qurtardiqdan sonra mənim əl telfonuma zəng edər, məni göylərə qaldırardı: “Alə, deyşet adamsan! Od yağdırdun genə, od. Bilirsən camaat səni nə qqqedər sevir? Vax gəlecey heykelüvü qoyaceyler”

O hər həftə mənə zəng edərdi. Mənə şeirlər oxuyar, üzümü güldürərdi. “Götür yaz bu sözləri! Bir daha bunları başqasından eşitmiyəcəkəsən, qaqaşun öləndən sonra baxarsan, bir rəhmət oxuyarsan də”. Məni güldürməyincə xudahafiz deməzdi. O hər şeyi yaxşı başa düşərdi. Məni öyərdi: “Sən damğavı vurubsan zəmanənin alnına, indi çəkilib bir kənarda oturubsan. Sənə nə var kı?” Deyə mənə toxdaqlıq verərdi. Dəfələrlə sınamışdım, ona ilham olardı mənim əhvalım. Bir az artıq darıxanda, birdən görərdin Hacı zəng eləyib, düz bircə saat mənimlə danışır, gülür, güldürür. Birdən zəng edib deyərdi ki, kənddə darıxdım uşaqlara dedim durun maşını işə salın, gedirik. İndi Ərdəbildə “ağa-yi Amili”nin evindəyəm. Çörək yeyirik, dedim sənin sesüvü eşidək.

Allah ona bu zəmanədə ətiqə sayilan oğullardan birini damad (yeznə) olaraq nəsib etdi. Damadı Qumda dini elmlərin təhsiliylə məşğul idi.Qumkodu əl telefonuma düşən kimi anlardım ki, Hacı gəlib Qumdadır. Yenə bir-iki saat danışardıq, ancaq doymazdıq. Bizi belə görən çaşıb qalardı ki, sənin onunla danışacaq necə bu qədər sözün ola bilər axı? Biz ziyalı görünüşlü mütəkəbbir odun parçaları, fıl burnundan düşmüşük axı. Amma mənimlə Hacının söhbəti bitməzdi. O xəstələndiyi üçün ara-sıraTehranxəstəxanalarında yatardı, ancaq mənə deməzdi. Xəstəxanadan çıxdıqdan sonra tapardı məni. Sən demə məndən başqa hər kəs onun ziyarətinə gedibmiş. Qumda da onu hər kəs sevərdi. Ağalardan bir çoxu ilə yaxın əlaqəsi vardı. Ayətullah Musəvi Ərdəbiliyə xüsusi eşqi vardı.

Bir neçə aydı Moskvadaydım. Azərbaycanlıların yaratdığı şiə mərkəzində. Hərdən bir məyusluq hamını bürüyərdi. Hacı Əlikramın adı keçərkən onlara nə qədər əhval-ı ruhiyyə və həyəcan gəldiyini açıq hiss edərdim. Telefonu alıb Hacıya zəng ədər, yüksək səsi də açardım. Başıma toplaşan talış, gəncəli, bakılı, qarabağlı, irəvanlı balalar onun səsini udumlayardılar sankı. O da axırda hamıya dua edərdi və bununla da hamıda yeni bir güc hiss olunardı. Bu heç də qəribə deyildi. Allah öz əsil möminlərinə beləcə ovsunlayıcı və təsiredici qüvvə verər əlbət.

Bir gün də urmiyəli şair bir dostum gedib millət vəkili olmuşdu və artıq Tehranda yaşayırdı. O məni orucaçdıya evinə qonaq çağırdı. Mən ondan üzr istəyincə, “Hacı Əlikram da gələcək”, dedi və mən bilafasilə ünvanı aldım. Evə girən kimi Hacı ilə qol – boyun olduq. Onu yanımda oturtdum. Obaşdana yaxın bir vəqtə qədər söhbətləşdik. Ev sahibi Beytullah Cəfəri mənim şeirlərimdən ürək dolusu söz açıb qəzəlimdən neçə beyt oxuyan kimi, mənə «sən həm də şairimişsən və mənə deməyibsən» , deyə gileylənərək, ona bundan sonra şeirlərimi oxumağımı xahiş etdi və həm ev sahibi, həm də Hacı mənə bir ikı şeirimi oxutdular. «Hayıf ki gözüm yoxdur yazım və cavanlıqdakı yaddaşım da qalmayıb ki, bir dəfə eşidən kimi əzbərləyim», dedi. Bir neçə dəqiqə sonra süfrəyə qarpız gəldi və birdən Hacı mənim bayaq oxuduğum «İmam-i zaman»a həsr olunmuş qəzəlimdən iki-üç beyt oxuyub yenə hamını təəccübləndirdi. Bax bu belə hacıdır dedim.

Novruz bayramından bir neçə gün əvvəl Hacı hər zamanki kimi zəng elədi və təcili görüşməli olduğumuzu bildirdi. Görüşəcəyimizə dair sözləşdik. Mən İstanbula gedirdim. Qayidandan sonra heç olmasa bir-iki gecəlik gəl bizə oturaq, iki qardaş söhbətləşək, bir də səni filmə çəkmək istəyirəm, dedim. Onun xatirələrini çəkmək və beləliklə Azərbaycanın mühüm bir tarixi dövrünü qeydə almaq zəruri idi. Ancaq onun xatirələrinin yayılması üçün münasib zaman gəlib çatmamışdı hələ. O peşəkar fırıldaqçı siyasət adamı olmadığı və oyunbazlıq bacarmadiğı üçüm əlbəttə ki güvəndiyi adamın soruşduğu hər şeyi izah edəcək dərəcədə səmimi idi. Ancaq nəzərə alınmalı idi ki, bu xatirələri açıb-ağartmaq nə qədər ziyanlı ola bilər. Təəssüf elə də oldu. Hacı tanıdığı bir adamın dəvəti üzrə Urmiyəyə gedir və orada xatirələri ondan soruşulur. Hacı da ona yaraşan səmimilik və sadəliklə cavab verir. O şəxs də bütün bunları yeni bir məlumat və sujet tapmış deyə, kitab kimi çap etdirir. Bu kitab illərcə bu kimi məlumat ardınca olan müəyyən siyasi dairələrin əlinə keçir. Bununla da həm rəqib istədiyi sirləri öz xəzinəsindən qopara bilir, həm bəzi elan edilməsi lazım olmayan məsələlər aşkara çıxır, həm də az qala Hacının başı dərdə düşürdü ki, Allah qurtardı.

Oğlumla İstanbuldaydım (əslində bu şəhərin adı “İslambul”dur, yəni “İslam şəhəri; bu ad qərəzli şəkildə dəyişdirilib). Bir qısa mesaj gəldi:

“Azərbaycanın şir ağsaqqalı, böyük mücahid Hacı Əlikramın yas mərasimi cümə günü filan saatda filan yerdə keçiriləcəkdir.”

Yeni caminin pilləkanlarını çıxırdıq. Ayaqlarım tutuldu, donub durdu. Oğlum halımı görən kimi, üzümə baxdı və “niyə ağlayırsız”, deyə soruşdu. Ona deyə bilmədim. Qoybarıtək başıma daşıyım bu ağrını da. Nə deyəydim ona? O əfsanələrdə unudulub başdaşında daşlaşmış «kişi» və «dost» timsallarının sonuncu canlı heyəkli idi! Deyəydimmi?! Gecəni səhərə qədər onun ruhuna ithaf olaraq Quran oxudum, ağladım və o ağır, mutsuz – umudsuz gecəni səhərə bağladım .

Mənə indi kim zəng vuracaq? Tənhalığımı kim pozacaq? Darıxdığmı kim sezəcək? Mənim öz vətənimdə yox, məndən bir ölkə qədər uzaqda yaşayan adam məni müntəzəm olaraq yoxlayardı, anardı. Bəs bundan sonra kim acılarımı mənə unutduracaq, o səfalı səsi ilə?

Bircə il beləcə susdum. Ona qırx da tutdular, il dönümü də, gərçi məni çağıran olmadı!..

Bir axşam yaman hacısızlamışkən telefonu açıb, barmağımıQumnömrəsi yazılan “Əlikram” adı üzərinə basdım. Hacı dəstəyi qaldırmazdı, buraya qədər adidi. Damadı Hacı Elxan cavab verdi. Hacını ondan istədim. Bir saat tellərin iki ucundan o ağladı, mən ağladım:

Burdan uzaq kücüvar

Zülfün iki ucu var

Sevən sevənin olsa

Kimin ona gücü var?

Amma hacısızlığa öyrədə bilmədim könlümü. Hacılı həyata davam edə bilməyin yolunu tapdım. Hacı diridir, mən isə onunçun darıxaram, onun da mənim üçün burnunun ucu göynəyir, eləmi? Elə! Yaxşı indi geriyə nə qaldı? Hacı ilə yenə həftədə bir danışmaq.

Ancaq o artıq qabaqki dildə söz demir. Tam başqa-başqa sözlər deyir. Qabaqki sözlərdən demək istəyəndə o vaxtki kimi epik və zarafatla yox, hıçqıraraq, hönkürərək, ağlayaraq deyir: Fərdi! Görürsən, indi də nə oyunlar gətirirlər uşaqların başına? Dünyada nə ki səfil, xəstə, lüt-üryan, şivən salan var yığıb gətirib töküblər Şıx Qəni» gəzdiyi torpaqlara, Bibi Heybətin mövgufatında oynadırlar. Musa peygəmbərin qarğıdığı sərgərdan qalmış qamışları çəkib töküblər Bakıya, utanmırlar.

Dünən yerin məlum, oturmuşduq “Tuti” əmi ilə ağlaşırdıq millətin halına. Sənin hərdən bir oxuduğun misraları mən deyirdim Hidayət əmi də Humayunda zümzümə edirdi:

Bastığın yerleri “toprak” diyerek geçme, tanı!

Düşün altındakı binlerce kefensiz yatanı!

Sen şehit oğlusun, incitme, yazıktır atanı;

Verme, dünyaları alsan da bu cennet vatanı.

Qalanını xatırlaya bilmirdim, Hacı Mail davamını oxudu bizim «Məmməd

Bağır»da, “Yetim segah”da tərənnüm etdi:

Kim bu cennet vatanın uğruna olmaz ki feda?

Şüheda fışkıracak toprağı sıksan, şüheda!

Canı, cananı, bütün varımı alsın da Hüda,

Etmesin tek vatanımdan beni dünyada cüda.

Əsğər Fərdi

6.3.1391Tehran

HaqqYolu

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==