Gülər Əhmədova özünü öldürmək istəyib

Friday, 1 November 2013-də tərəfindən Müsahibə kateqoriyasında yayımlandı.

“Desəydilər ki, 11 sentyabr terrorunu sən törətmisən, boynuma alacaqdım”

Keçmiş deputatın həyat yoldaşı məhkəmədə ifadə verdi

«Elşad Abdullayevin prokurorluqda işləyən qardaşı Sevinc Babayevanın evinə gələrək, üstünə silah çəkib»

Keçmiş deputat Gülər Əhmədovanın işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclas da bir xeyli maraqlı faktların açıqlanmasıyla yadda qaldı. Gülər Əhmədova ötən məhkəmə iclasında ifadə versə də, səhhəti ağırlaşdığından prokurorun və müdafiəçisinin suallarını cavablandıra bilməmişdi. Bu səbəbdən dünənki məhkəmə iclası keçmiş deputatla dövlət ittihamçısı arasında sual-cavabla başladı.

“Orada çox iyrənc şeylər vardı…”

Gülər Əhmədovanın cavablarından bəlli oldu ki, Elşad Abdullayev məlum videonu yayandan dərhal sonra o, Sevinc Babayevanı Hökumət Evində yerləşən ofisinə çağırtdıraraq, ondan izahat istəyib. Sevinc Babayeva ağlaya-ağlaya ondan üzr istəyib: “Sevincə dedim ki, söhbət artıq səndən yox, məndən gedir. Ona görə də sabah prokurorluğa gedirik, hər şeyi necə var, danışacaqsan. Sevinc yalvardı ki, qurban olum, məni prokurorluğa aparma. Elşadın qardaşı prokurorluqda yüksək vəzifədə işləyir, başıma oyun açar. Dedi ki, ürəyim də xəstədir, elə orada ölüb qalaram, sonra özünü bağışlaya bilməzsən. Qoy müalicə olunum, söz verirəm, gedib hər şeyi danışacam. Həqiqətən, Sevinc iki dəfə infarkt keçirmişdi, bir torba dərmanla gəzirdi. Fikirləşdim ki, bu birisi qaçıb çıxıb gedib, heç olmasa, bu sağalsın ki, gedib hər şeyi danışsın. Sonradan bildim ki, Sevincin Elşadla daha hansı əlaqələri olub. Bunların münasibətləri çoxşaxəli olub. Sevinc ondan ziyan görməmək üçün qaçıb yanıma gəlirmiş, məndən çətir kimi istifadə edirmiş. Elə şeylər var ki, mən burada danışa bilmirəm… Orada çox iyrənc şeylər vardı. Mən Elşadın sonradan yaydığı videolara baxandan sonra Sevincin timsalında təzə adam tanıdım. Fikirləşirdim ki, məni həyatda heç nə təəccübləndirə bilməz, amma Sevinc möhkəm təəccübləndirdi. O ”12 adama baxıram” deyib ağlayan, sızlayan Sevinc yox oldu”.
Gülər Əhmədova bir daha bildirdi ki, Elşad Abdullayevlə görüşməkdə məqsədi Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunmaq üçün pul vermiş tələbə və valideynlərin, eləcə də bu işdə vasitəçilik edərək sonradan pis vəziyyətdə qalmış müəllimlərin çoxsaylı şikayətlərini araşdırmaq olub. Niyə universitetdə deyil, Elşad Abdullayevin ayrıca ofisində görüşdükləri haqda suala Gülər Əhmədova belə cavab verdi: “Ofisdə görüşməyi o, təklif eləmişdi. Universitet və ya restoranda da görüşmək olardı. 2005-ci ilin parlament seçkisi çox gərgin seçki idi. Mən ad çəkib o zaman kimlərlə mübarizə apardığımı demək istəmirəm. Səs qazanmaq üçün hər bir seçicinin qapısına getməli olursan. Mən də seçicilərdən daxil olan çoxsaylı şikayətlərə görə Elşadın yanına getmişdim. Həm də onu o vaxt yaxşı tanımırdım, sadəcə, bilirdim ki, YAP-çıdır, kitab çap elətdirir və s. Amma qardaşlarının, qayınatasının kim olduğu, hansı var-dövlət sahibi olduğunu bilmirdim. Elşad mənim qatilimə, kabusuma çevrildi”.
Gülər Əhmədova deyir ki, universitetlə tələbə və valideynlərdən alınan pullarla bağlı problemi həll edə bilmədiyini görəndə Sevinc Babayevaya hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb: “Universitetə tələbə düzəltmək üçün valideynlərdən pul alıb Elşada verən və sonradan ortada qalanlardan biri də Sevinc özü idi. Sevinc yalvarırdı ki, kömək elə, Elşad pulları qaytarsın ki, mən də sahiblərinə verim. Gördüm ki, Elşadla bacarmaq mümkün deyil. Mən öz növbəmdə həmin materialları qəzetimdə dərc elədim. Parlamentin iclasında qaldırmaq istədim, zəng elədi ki, sənə kişi kimi söz verirəm, hissə-hissə qaytaracam. Qaytarmadı. Mən də başa düşdüm ki, bu, sıradan adam deyil. Sevinc onlardan dəhşətli dərəcədə qorxurdu. Elşadın qardaşlarının, bacısının ərinin adını çəkirdi. Danışırdı ki, Elşadın qardaşları, o cümlədən prokurorluqda işləyən qardaşı evinə gedib onun üstünə silah çəkib. Bunları biləndən sonra, hətta mən öz həyatım üçün də qorxmağa başladım. Sevincə dedim ki, mən bu ölkədə padşah-zad deyiləm, hər şeyi də bacarmıram. Sən məsələni ictimailəşdir, hüquq-mühafizə orqanlarına göndər. Bildiyimə görə, müraciət eləyib, vəkili də bunu təsdiqlədi”.

“Vəsiyyətimi də yazmışdım…”

Gülər Əhmədova Sevinc Babayevanın torpaqla bağlı başqa bir dələduzluq cinayətinə görə axtarışda olduğunu bilərək, onu Türkiyəyə göndərməsi və orada yaşamasına kömək etməsi barədə ittiham üzrə də sualları cavablandırdı: “Məlum video yayılandan sonra çox pis vəziyyətdə idim. Barəmdə yazılanları oxuyub əsəbiləşirdim deyə, evdə mənə internet də vermirdilər. Bir dəfə 24 saatlıq insult keçirmişəm, bir dəfə özümə qəsd eləməyə cəhd göstərmişəm. Oğlumun ad günü idi, ailə üzvlərim məni evdən çıxarmaq istəyirdi ki, bir az fikrim dağılsın. Müstəntiq məni çağırdı, getdim. Dedi ki, sənə yeni ittiham elan edirik. Biləndə nə məsələdir, dedim, axı torpaq məsələsinə görə 2009-cu ildə Sevincin barəsində başlanmış cinayət işinə xitam verilib, onun barəsində həbs qərarı olmayıb. Dedi ki, yox, sizə bu ittihamı veririk. Dedim, verin”.
Sevinc Babayevanın məlum video yayılandan sonra Türkiyəyə getməsinə gəlincə, Gülər Əhmədova deyir ki, Sevinc müalicə olunmaq üçün  xarici ölkələrdən birinə getmək istədiyini, Rusiya və Türkiyədə tanışları olduğunu bildirib: “Axırda dedi ki, Türkiyədə Səlcuq Ağlayan adlı tanışım var, onun yanına gedəcəm. Sevincdən öyrəndim ki, Səlcuq Kaya ailəsindəndir. Mete Kayanı Çanaqqala, Xocalı tədbirlərindən tanıyırdım, ona zəng eləyib dedim ki, xəstədir, qadındır, müalicəsinə yardım eləsinlər. Sevincə də dedim ki, mənimlə telefon əlaqəsini üzmə, heç olmasa, bir ərizə yaz, ver mənə. And-aman elədi ki, müalicə olunub qayıdacam. Gedəndə dedi ki, bir az pulum var. Sonradan orada olanda xəbər göndərdi ki, müalicəmə pul çatdıra bilmirəm, bura bahadır. Həm insan kimi yazığım gəldi, həm də fikirləşdim ki, bu adam şahid kimi mənə lazımdır. Iki dəfə ona pul göndərdim”.
O da məlum oldu ki, Sevinc Babayeva öləndən sonra onun meyitini vermək üçün klinika yaxınlarından 20 min pul tələb edib. Onun yaxınları pul üçün Gülər Əhmədovaya müraciət edib: “Anası, bacısı və oğlu gəlmişdi. Anası və bacısı xeyli ağladılar, mənim də pulum yox idi. Iki saata qədər gözlədilər, bacımdan və qaynımdan borc alıb onlara verdim.
Sevinc dünyasını dəyişməmişdən xeyli əvvəl dediyim kimi, vəziyyətim yaxşı deyildi. Ətrafdakılardan gözləmədiyim reaksiyalarla qarşılaşmışdım, sanki bu dünyada yaşamaq istəmirdim. Vəsiyyətimi də yazmışdım, evdə axtarış aparanda tapmışdılar. O dövrdə oğlu zəng elədi ki, anamı gətirmək istəyirəm. Dedim ki, əvvəla, getmişdin yanına, gələndə niyə gətirmədin? Ikincisi də, özün bilərsən, istəyirsən gətir, istəmirsən gətirmə”.

“Ölkədən çıxışıma qadağa qoyulmasından xəbərim yox idi”

Gülər Əhmədova həmçinin 2012-ci il dekabrında 17-də Gürcüstana getmək istəməsi və Qazaxda sərhəddə saxlanılması barədə danışdı: “Yerli xəstəxanalardan birinə müraciət etdim. Dedilər ki, Gülər xanım, siz gələcəksiz, sonra jurnalistlər tökülüşəcəklər bura. Mənə qarşı sanki cüzam xəstəsi kimi davranırdılar. Gürcüstan parlamentinin üzvü olmuş bir tanış koordioloq vardı, ona görə də müalicə olunmaq üçün onun yanına getmək qərarına gəldim. Həm də bir neçə günlük bu mühitdən uzaqlaşmaq istəyirdim. Həyat yoldaşım xəstə olduğundan maşın sürə bilmirdi. Dostlarımızdan birinin oğlunun maşını ilə getdik. Bizi Gürcüstan sərhədində saxladılar. Mənim ölkədən çıxışıma qadağa qoyulmasından xəbərim yox idi. Olsaydı, hansı ağıllı bu qədər yolu durub gedərdi?! Bizimlə birlikdə maşını idarə edən uşağı müvəqqəti saxlama yerinə saldılar. Onların bu hərəkəti məni əsəbiləşdirdi. Dedim, uşaq hansı cinayəti törədib ki, onunla belə rəftar edirsiz? Bir qədər sonra prokurorluqdan gəlib bizi Bakıya apardılar. Prokurorluqda dedim ki, məni tutmaq istəyirsinizsə, tutun. Amma həyat yoldaşımın gözləri qarışısında tutmayın. O, xəstədir, ürəyi partlayar. Icazə verin, bu gecə evimə gedim, sabah səhər özüm gələcəm, tutarsız. Nə istəyirsinizsə, yazacam, təki həyat yoldaşımın gözü qarşısında qollarıma qandal vurmayın. Müstəntiq Emzar Qocayev dedi ki, öz fikirlərinizi də yazın, bizim dediyimizi də. Ona görə də nə deyirdilərsə, onu yazırdım. Desəydilər ki, 11 sentyabr terrorunu sən törətmisən, onu da boynuma alacaqdım. Ona görə də həmin ifadəni təsdiqləmirəm”.

“Sevinc nazir müavinləri, deputatlarla oturub-dururdu”

Bundan sonra şahid ifadələri başlandı. Ilk dindirilən vaxtilə ABU-da müəllim işləmiş Tavat Şirvanova oldu. O bildirdi ki, ABU-ya tələbə düzəltmək üçün bir sıra şəxslərdən pul alaraq Elşad Abdullayevə verib. Həmin adamların övladlarına diplom verilmədiyindən onlar pullarını tələb ediblər. Elşad Abdullayev isə pulu qaytarmadığından o, evini girov qoymaq, qızıl-zinət əşyalarını satmaq məcburiyyətində qalıb: “Elşad ailəmizi elə günə saldı ki, tamamilə müflis olduq…”
Şahidin məhkəmədə dediklərilə istintaqdakı ifadəsi arasında ziddiyyət yarandığından iş materiallarındakı ifadə elan olundu. Həmin ifadədə bildirir ki, Sevinc universitetə gəlib-gedərkən ona Elşad Abdullayevin deputat seçilmək üçün Gülər Əhmədovaya hər dəfə 500 min dollar olmaqla iki dəfə pul verdiyini deyib. Sevinc ona həmçinin Gülər Əhmədovanın Elşadı aldatdığını, bu səbəbdən də rektorun xanım deputatdan qisas alacağını deyib: “Sevinc deyirdi ki, Allah Gülərin bəlasını versin, Elşadın pulunu qaytarmadı, məni də onunla düşmən etdi”.
Lakin Tavat Şirvanova bu ifadədə yazılan bu fikirləri təkzib etdi: “Bu ifadədəki çox sözlər mənə məxsus deyil. Istəyirsiz, müstəntiqi çağırın, onun özünə də deyim”.
O həmçinin ifadədə Sevinc Babayevanın telefon nömrələri kimi onun adından yazılan nömrələri ümumiyyətlə, bilmədiyini qeyd etdi. Yaranmış ziddiyyəti isə istintaq zamanı ifadəni müstəntiqin kompüterdə yazması, onun da tələsdiyindən oxumadan imzalamasıyla izah etdi.
Sevinc Babayevanın qonşusu olmuş Səadət Imranova da şahid qismində dindirildi. Sevinc Babayevanın ABU-da işlədiyini, Elşad Abdullayevi bir dəfə onun evinə gələrkən gördüyünü deyən Səadət Imranova Sevinci belə xarakterizə etdi: “Sevinc makler adam idi, o nazir müavini, bu deputat… Ona ”211″lə başlayan nömrələrdən başqa zəng eləyən olmurdu. Deyirdi ki, Gülər Əhmədovanın vəkiliyəm.  Adil adlı deputatın da vəkili olduğunu deyirdi. Sevincin yalançılığı var idi, bəzən hansı yalanı danışdığını özü də unudurdu. Bir dəfə dedi ki, məni bahalı maşında görməsələr, mənə pul etibar eləməzlər.
Sevinc bir saat durmadan rəqs eləyirdi. Yəni, səhhətilə bağlı problemini eşitməmişdim.
Elşad Sevinci narahat eləyirdi, durmadan onu yığırdı. Sevincin mənə dediyinə görə, Elşaddan deputat olmaq üçün pulu alıb, Gülər xanıma verib.
Universitetin lisenziyası ləğv olunandan sonra adamlar ondan pullarını tələb edirdilər, pis vəziyyətə qalmışdı.
Bu hadisələrdən sonra bir dəfə mənə görünməyən nömrədən zəng eləyib dedi ki, Moskvadayam, müalicə olunuram. Bir dəfə də zəng elədi, dedi ki, Yeni ilə qədər gələcəm. Dekabrın 30-da atasının ili idi, gəlməliydi. Sonradan öyrəndim ki, 26-da rəhmətə gedib. Avaralıq elədi, axırı da belə, indi oğlu qalıb küçələrdə. Heç bir ananı uşağını yerbəyer eləmədiyinə görə bağışlamaq olmaz”.

“Elşadın qardaşı prokurorluqda ”at oynadır”

Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov da şahid qismində dindirildi. Bildirib ki, istintaqda iki epizod üzrə dindirilib. Birinci epizod sərhəddə saxlanılıb geri qaytarılmaları barədə olub: “Təsəvvür edin, biz evdən çıxıb Qazaxa getmişik, orada bir neçə saat saxlanılmışıq, sonra Bakıya prokurorluğa gətirilmişik. Ən azı 30-35 saat ac-susuz qalmışdıq, heç şəkər dərmanını atmağa da imkan vermirdilər. Gülər Əhmədovanın səhhəti pisləşdi, həkim çağırılmasını istədik, çağırmadılar. Müstəntiq bir cümlə yazırdı, yuxarı qalxıb qayıdırdı, deyirdi ki, bunu poz. Elşadın 1 konteyner video ilə ölkədən çıxmağını yazma…”
Fikrət Əhmədovun sözlərinə görə, dindirildiyi ikinci epizod Türkiyəyə getməsi ilə bağlı olub: “Gülər Əhmədova deputat mandatından imtina edəndən iki gün sonra məni işdən çağırdılar ki, gəl, ərizəni yaz. Iki oğluma qarşı cinayət işi açıldı, adlarını da qoydular ki, guya, fəraridilər, bir ildir axtarışdadılar. Bu uşaqlar necə axtarışda olub ki, biri Maliyyə, o birisi də Rabitə Nazirliyində işləyib. Işləyə-işləyə aspiranturada oxuyub. Oğlum 25 yaşı tamam olanda yeni şəxsiyyət vəsiqəsi alıb. Dəfələrlə ölkədən çıxıb, geri qayıdıblar. Bunlar axtarışda idisə, niyə saxlanılmırdı sərhəddə?”
Fikrət Əhmədov Türkiyə səfərindən də danışdı. Bildirdi ki, burada işdən çıxarılandan sonra orada iş qurmağın mümkün olub-olmadığını araşdırmaq üçün Istanbula gedib: “Türkiyədə olarkən, Sevinc Babayevanın mobil telefonuna zəng etdim, görüşdük. Onunla bir yerdə çörək yedik. Həmin vaxt Sevinc Babayeva dedi ki, çox üşüyürəm, qanım da azdır. Bir neçə gün Türkiyədə qalandan sonra Azərbaycana qayıdarkən Sevinc Babayevanın da gəlməsini istədim. Dedi ki, barəsində qondarma cinayət işi qaldırılıb, ancaq onun heç bir günahı yoxdur. Günahı olmasa da, Azərbaycana gedən kimi onu tutacaqlar. Onu da bildirdi ki, Elşad Abdullayevin qardaşı prokurorluqda at oynadır, məni tutdurmağı qarşısına məqsəd qoyub”.
Məhkəmə prosesi noyabrın 4-də davam edəcək.(musavat)

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==