Xalq Rəhbəri nə üçün sevir?

Tuesday, 10 June 2014-də tərəfindən Müsahibə kateqoriyasında yayımlandı.

İran Dövlət Məsləhət Şurasının üzvü Məhəmmədhüseyn Səffar Hərəndi Cənab Rəhbər Ayətullah Xameneinin öz çevrəsinə nəzarəti barədə danışıb. Hazırda İslam İnqilabı Keşikçiləri Korpusu konmandanının mədəniyyət işləri üzrə müşaviri, sabiq Mədəniyyət (İrşad) naziri mərhum İmamın düşüncələrinin Ayətullah Xameneinin simasında davamını vurğulayıb: “Cənab Rəhbərin tələbə, sadə həyat tərzi bu günədək davam edir. Rəhbərin sadəliyi İnqilabdan əvvəllə müqayisədə nəinki zəifləməyib, əksinə güclənib. Bu zahidlikdə halal nemətlərdən də çəkinmək müşahidə edilir.”
Səffar Hərəndi Cənab Rəhbərin müstəhəb əməllərə diqqətlə bağlı tövsiyəsinə işarə edir: Cənab Rəhbər müstəhəb əməllərə diqqətli şəxsiyyətlərdəndir. O başqalarına da tövsiyə edir ki, müvəffəqiyyətli həyat yaşamaq üçün müstəhəb əməlləri yerinə yetirsinlər.” Səffar Hərəndi yada salır ki, Ayətullah Xamenei qədimdən inqilabi ruhiyyədə olub. O deyir: “Cənab Rəhbərin həyatına gənclik dövründən başlayaraq nəzər salsaq, görərik ki, o əvvəlcədən inqilabi ruhiyyədə olub. Bu ruhiyyə yüksələn xətlə gedir. İmamın haqqında deyilirdi ki, yaşa dolduqca gənc inqilabi ruhiyyəsi çiçəklənir. Bu sözləri Rəhbər haqqında da demək olar.”
Hərəndi deyir ki Cənab Rəhbərdə bir gənclik ruhiyyəsi var: “Bu ruhiyyə Rəhbərdə İmamda olduğu kimidir. Yaşa dolduqca təravətlənir, gənclərlə anlaşması asanlaşır, gənclərin təfəkkürünü qədərincə başa düşür. Məsullar arasında gənclərlə söhbətdə Cənab Rəhbər qədər rahat olan bir şəxs yoxdur. Rəhbərin fikri budur ki, gənc nəsil həqiqəti başqa nəsillərdən rahat qəbul edir. Zahiri müşahidələrə görə gəncliklə bağlı yanlış fikirlər olsa da gənc nəslin batini həqiqətin qəbuluna daha hazırlıqlıdır. Rəhbərin gənclərə etimadı öz nəticəsini verir, müasir dövürdə gənc nəslin tərəqqisinə səbəb olur. Rəhbərdə mürid yox, şagird tərbiyə etmək ruhiyyəsi var. Müriddən fərqli olaraq şagird tərbiyəsində tənqidin xüsusi yeri var və Rəhbər çəkinmədən öz iradlarını bildirir.”
Səffar Hərəndi öz çevrəsinə nəzarət xüsusiyyətini Rəhbərin özünəməxsus səciyyəsi kimi qeyd edir: “Rəhbər evinə, ətrafına, yaxınlarına diqqətlidir. Bu diqqət o mənada anlaşılmasın ki, Rəhbər öz çevrəsini daim nəzarət altında saxlayır. Sadəcə ətrafındakılar qırmızı xətləri tanıyırlar.”
Səffar Hərəndi sözünə belə davam edir: “Elmi baxımdan Böyük Rəhbər müctəhiddir, başqa baxımdan ziyalı bir şəxsdir. O ədəbiyyatşünas, sənətşünas insandır. Sənət əhli, sənətkarlarla ünsiyyət gücünə malikdir. Onlarla söhbət edəndə qarşı tərəf başa düşür ki, Cənab Rəhbər onların sahəsindən agah insandır. Mən nazir olduğum zaman kino mütəxəssislərini Rəhbərin görüşünə aparmışdım. Görüşdən sonra onlar mənə dedilər ki, şükür olsun Allaha Rəhbər vəzifəsində kinodan bu qədər xəbərdar bir şəxs oturub. Müxtəlif mövzularda, tarix, rical elmi, ciddi ədəbiyyat mövzularında söhbətdə onun tərəf-müqabili hiss edir ki bu sahələrdən xəbərdar bir insanla əyləşib. Onun bilikləri uzun illərin təcrübə və mütaliə xəzinəsindəndir. Rəhbər bir ömür mütaliə edib, ziyalı mühitində olub. Mən nə qədər düşünsəm də Rəhbər kimi əhatəli zövqə malik olan kimisə yada sala bilmirəm. Rəhbər ingilis dilində jurnalları orjinaldan oxuyur. O gənclik dövründə dini biliklərin dərinliyinə varır, tələbələr üçün ustad olub. Onun ustadlığı gənclik dövrlərinə təsadüf edir. Həmin dövürdə Rəhbərin qarşısında əyləşib təhsil alanlar indi cəmiyyətin tanınmış şəxsiyyətləridir.”
Səffar Hərəndi mərhum hacı Əhməd ağadan bir xatirə nəql edir: “Ağa Şimali Koreyada səfərdə olanda fəxri keşik korpusu qarşısından keçərkən İmam bu səhnəyə baxıb iftixarla dedi: Əhməd! O rəhbər ola bilər. Gör rəhbərlik ona necə uyğun gəlir!” İmamdan sonra xibrəqan məclisi toplanıb rəhbər seçimini müzakirə edəndə İmamın onun haqqında dedikləri köməyə gəlir, qərar çıxarılır ki, Ayətullah Xameneidən layiqlisi yoxdur.”
Səffar Hərəndi Rəhbərin müdiriyyət baxımından İmama bənzəyişi barədə deyir: “İmamın üstün cəhəti bu idi ki, daim Allahdan danışar, Allahın hüzurunda olduğumzu yada salardı. O Allahı bütün işlərinə nazir hesab edirdi. Daim düşünərdi ki, Allah işlərimizdən razıdır yoxsa yox? Cənab Rəhbərdə də bu xüsusiyyət var. Bu qənaətdədir ki, bütün fəaliyyətlər iman və dini etiqadımıza uyğun olmalıdır. Belə bir söz yaranmışdı ki, İnqilab öz övladlarını yeyir. Rəhbər bu sözə etiraz etdi. Buyurdu ki, İnqilab övladlarından kimsə büdrəyib yoldan çıxa bilər, amma bunun İnqilaba dəxli yoxdur.”
Səffar Hərəndi Rəhbərin dünyada baş verən hadisələrlə bağlı uzaqgörünliyini belə yada salır: “Rəhbərin uzaqgörənliyi onun düzgün təhlil bacarığı ilə bağlıdır. Doğru yolda olan insan ilahi hidayətlərdən faydalanır.”
Səffar Hərəndi dünya müsəlmanlarının Ayətullah Xameneiyə sevgisi barədə deyir: “Cənab Rəhbərə sevgi onun şəxsiyyəti ilə bağlıdır. Dünya ölkələrində müxtəlif informasiya şəbəkələri ilə onu dinləyən insanların təsəvvüründə bir övliya siması canlanır.”
Səffar Hərəndi Cənab Rəhbərin siyasi müxaliflərlə rəftarı barədə deyir: “Rəhbər tələbələri qəbul edəndə həmişə bütün qruplardan tələbələrin dəvət olunmasını istəyir. Görüşdə könüllü (bəsic) gənclərdən başlamış müxalif düşüncəli gənclərə qədər bütün gənclik iştirak edir. Bəziləri müxaliflə yanaşı oturmaq istəməsə də Cənab Rəhbər müxtəlif düşüncəli insanları rəhbərlik çətiri arasında birləşdirir.”
Səffar Hərəndi 88-ci il prezident seçkilərində namizədlərin nümayəndələrinin Rəhbərlər görüşünü belə yada salır: “Rəhbərdə elə bir ruhi hazırlıq var ki, namizədlərin nümayəndələri ilə də söhbətdə rahat olur, onları dinləyir, dialoq yaradır. Belə hadisə baş verib ki, tələbələrlə görüşdə Rəhbərə etiraz edən tələbəyə məhz Rəhbərin təkidi ilə danışmaq imkanı yaradılıb. Başqa ölkələrdə belə hadisə olmur ki, hətta nazir tələbələr qarşısında dayanıb onların etirazlarını dinləsin.”
Səffar Hərəndi Cənab Rəhbərin mədəniyyət və incəsənətlə yaxınlığını yada salır: “Cənab Rəhbər incəsənəti dərindən bilir. Bir dəfə sənətçilərlə görüşdə musiqiçilərdən birinə buyurur ki, düşünürəm sizin alətiniz kökdə deyil. Musiqiçi deyir ki, ağa, mən aləti yenicə kökləmişəm. Sənətkar sonradan başa düşür ki, aləti yerə dəyib və kökdən düşüb!”
Sabiq Mədəniyyət naziri ideoloji hücumla bağlı deyir: “Cənab Rəhbər 60-cı illərin axırı, 70-ci illərin əvvəllərində ideoloji hücum mövzusunu gündəmə gətirdi. Həmin dövürdə mədəniyyət sahəsinə məsul şəxslər, nazir bunu birmənalı qarşılamadı. Dedilər ki, hücum hərbi termindir. Bir müddət ötdü və bu sözü deyən şəxs vəzifə pilləsində yüksəldi və özü həmin sözdən istifadə etməyə başladı. Sonradan həbs olunmuş müxaliflərdən biri deyirdi ki, mən vilayəti-fəqihi prinsipcə qəbul etmirəm, amma bu ölkədə həmin quruluş yaranırsa ağadan layiqlisi yoxdur.

Vilayet.nur-az.com

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==