Quranda örpəyin hikməti haqqında

Thursday, 24 February 2011-də tərəfindən Məqalələr kateqoriyasında yayımlandı.

Yenə də müsəlman xalqımızın qəlbini qıranlar tapıldı. Bu sahədə çox da uzağa gedib düşmən axtarmağa ehtiyac yoxdur. Sapı özümüzdən olan baltalarımız tarix boyu belə işlərdə olub və indi də var. Dinsiz və etiqadsız insan heç vaxt müsəlman bir şəxsin etiqadına toxunmağın ruhi əziyyətini dərk etməz. Necə ki, məsəl var deyərlər “toxun acdan xəbəri olmaz”. Bəziləri müsəlman xalqımızın mal-dövlətindən o qədər yeyiblər ki, artıq xalqın yüz illər boyu qəlblərinin guşəsində qoruyub bizim nəslə qədər çatdırdıqları İslam dininin pak atributlarına və vacib buyurduğu qanunlara özləri əməl etməməkdən əlavə, hələ bu qanunlara ehtiramsızlıq da etməyə cürət edirlər. Tarix belə insanları həmişə qara siyahısına almış və müsəlman cəmiyyətlər onları lənətləmişlər. Ona görə də bəzən ən zalım hakim və dövlətlər müsəlmanların qəlblərini ələ almaqdan ötrü zahirdə də olsa, İslam qanunlarına ehtiram qoyublar. Belə insanların nə müsəlman xalq yanında və nə də Allah dərgahında zərrə qədər də olsa dəyəri və ehtiramı olmamışdır. Allah-taala Quranda bu haqda buyurur:
“O kəslər ki, (insanları) Allah yolundan döndərir, onu (yolu) əymək istəyirlər – onlar, məhz onlar axirəti inkar edənlərdir. Onlar yer üzündə (Allahı) aciz qoya (Allahın əzabından qaçıb canlarını qurtara) bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də (əzabdan xilas etməyə qadir olan da) yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar (haqqı) eşidə bilməz və (onu) görməzlər!” (Hud surəsi 19-20)
Örpək məsələsi İslamda hər şeydən öncə hər bir müsəlman qadının abır-həya və iffət simvoludur. Tarixdə qadınlarımız 70 illik mənfur bir rejimin təsiri altında olub məcburi şəkildə örpəklərini ağlar gözlə kənara qoysalar da, bu rejim dağıldıqdan sonra çoxları yenidən İslamın ən bəyənilmiş və iffətli qanunlarından biri olan örpək hökmünə əməl etməklə öz iffətlərini örpək simvolu ilə qorumağa çalışmışlar. İslamda örpək məsələsini başa düşməkdən ötrü ilk növbədə islamın ailə-məişət nəzm və qanunlarına diqqət etmək lazımdır. İslamda tərbiyət ailədən başlayır. Hər bir kişi öz ana-bacısının namus və qeyrətini qorumaqdan ötrü çox arzu edər ki, onun ana-bacısının və yaxud da həyat yoldaşının iffətini və gözəlliklərini yalnız, ona doğma və məhrəm olan insanlar görsünlər. Bu məsələyə islamda iffət, namus və paklıq ünvanı ilə baxılır. Belə gözəllikləri qorumaq, qadınların iffətlərini daha da artırmaq və üstün səviyyədə saxlamaqdan ötrü ona örpəkdə olub yalnız ona yaxın, doğma və məhrəm insanlar müqabilində baş-gözünü açmağı buyurur. Bu haqda müqəddəs Quranda oxuyuruq:
“Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. ” ( Nur surəsi, 31-i ayə)
Göründüyü kimi Allah-taala ayədə qadınları ən yaxın və əziz olan insanların müqabilində örpəkli olmaqdan azad edir. Baxmayaraq ki, bəzən qadınların (məsələn, gəlinlərin qaynata müqabilində örpək bağlamsı bizim el adətimiz kimi daha çox məşhurdur). İslam örpək məsələsində həm qadının iffətini qoruyur, həm də kişilərin təbii və qeyrət hissələrini nəzərə alaraq məsələyə baxır. Heç bir qeyrətli kişi istəməz ki, onun ana-bacısı yaxud, həyat yoldaşının kiminsə tərəfindən şəhvət gözü ilə küçələrdə izlənilsin. Çox hadisələr olub ki, qadının baş-gözünün açıq olması səbəb olub ki, şəhvət xəstəliyinə tutulmuş insanlar ona sataşmaq istəmiş və ya ona söz atmaqla cəmiyyət içində qadını təhqir etmək niyyətinə düşmüşlər. Öprək, qadını, cavan qızı və ana-bacıları belə yaramaz töhmətlərdən qoruyur. Örpəyin hikməti yenə də qeyd etdiymiz kimi ən çox hər bir müsəlmanın ailəsinin təmələinin möhkəm olmasına daha çox xidmət edir.
İslam ailədə qadının şəxsiyyətinin qorunmasına o qədər diqqət edir ki, hətta qadının danışığında səsinin nazikliyindən qarşı tərəfin qəlbində ona qarşı şəhvət hisslərinin oyanmamasından ötrü naməhrəm insanlarla danışıqda bir qədər qürurlu və ciddi şəkildə danışmağı tövsiyə edir. Qadının məlahətli səsi ola bilər onunla danışana, yad kişidə mənfi təsir qoysun və yad kişinin ona qarşı xoşagələməz fikirdə olmasına səbəb olsun. Odur ki, qadınlarda yad kişilər müqabilində çox ciddi tərzdə danışığı ən bəyənilmiş siftlərdən sayılır. Quranda bu haqda oxuyuruq:
“Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın.” (Əhzab surəsi 32-i ayə)
Quranda örpək məsələsinin ilk insan yaranışı zamanına gedib çatmasına işarə vardır. Elə ki, həzrət Adəm (əleyhissalam) və ilk qadın Həvva cənnətdən çıxarılır və onların örtükləri olmur. O cəhətdən, onların şəxsiyyətinin qorumasından ötrü onlara ilk örtük əta olunur. Quranda bu haqda oxuyuruq:
“(Adəm və Həvva) ağacın meyvəsindən daddıqda bədənləri göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) bədənlərini örtməyə başladılar.” (Əraf surəsi 22-i ayə)
Ayədən məlum olur ki, Adəm (əleyhissalam) və Həvva qadağan olunmuş meyvələri yedikdən sonra behişt paltarlarını əldən verir və ona görə də yarpaqlarla özlərini örtməyə başlayırlar. Bu hadisə, insanın açıq-saçıq olmasının nə qədər günah və bəyənilməz olduğunu açıqlayır. Ona görə də ilk qadın və kişi öz iffət və həyalarını qorumaqdan ötrü ağaç yarpaqlarından istifadə edirlər. Bəs məlum olur ki, insanın iffət və həyasının ilk mərhələsi onun örtükdə olmasıdır və bu məsələ qadınlarda daha mühümdür. Çünki qadının təbii bədən qurluşu və gözəllikləri istər-istəməz yad kişiyə təsir qoya bilər. Təbii ki, bu halət, heyvani hisslərini ələ ala bilməyən və şəhvət düşkünlərini daha tez öz təsiri altına alır. Müasir zamanda məlumdur ki, cavanları şəhvət əsiri etməkdən ötrü hər yerdə olduğu kimi bizim Vətənimizdə də İslam düşmənləri əllərindən gələn qədər proqramlar və fitnə-fəsad məkanları təsis etmiş və etməkdədirlər. Çox yaxşı olardı ki, təhsil naziri və dövlət məmurları İslamın pak və müqəddəs qanunlarına qarşı ehtiramsızlıq proqramlarının əvəzinə Vətənimizdə belə fitnə-fəsad yerlərinə qadağa qoyardılar və cavanlarımız daha mənəvi və təmiz cəmiyyətdə böyüyüb boya başa çatmalarına şərait yaradaydılar. İslam, cəmiyyətin cavanlarının şəhvət xəstəliklərinə düşməməsinə, qadın və cavan qızların iffət və şəxsiyyətlərinin tam şəkildə qorunmasından ötrü örpəyi vacib edir və Quranda bu haqda yenə oxuyuruq:
“Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir.” (Əhzab surəsi 59-cu ayə)
Ayədə açıq-aşkar bildirilir ki, əgər müsəlman qadının başında örtüyü və ya örpəyi olsa, bu onun cəmiyyətə olan xüsusi xəbərdarlığıdır ki, mən müsəlman, mömin qadınam və mənim haqqımda başqa fikrə düşməyəsiniz. Təcrübə göstərir ki, cəmiyyət içində küçə-bazarlarda şəhvət xəstəliyinə tutulmuş cavanlar bəzən qadınlar içindən axtarıb açıq-saçıqlarının ardınca olurlar. Bu da Quranın buyurduğu kimi qadınların cəmiyyət içində əziyyətə düşmələrinə və onların adi hüquqlarının pozulmasına səbəb olur.
Bəzən belə fikirləşirlər ki, əgər qadın və onun həyat yoldaşı, ata-anası da razı olarsa onda onun örpəyinin açması günah sayılmaz və qadın artıq azad şəkildə açıq-saçıq gəzə bilər. Xeyr! Bu məsələ heç də belə deyildir. Məsələ burdadır ki, qadının örpəkdə olması Allah-taalanın ona vacib etdiyi bir haqdır. Bu vacib və zəruri vəzifəni ata-ana, qohum və həyat yoldaşı qadının üzərindən götürə bilməz. Qadın cəmiyyətdə və ailədə çox mühüm bir tərbiyəverici amildir. Allah-taala qadının yaradılışında çox yüksək səviyyəli məhəbbət və tərbiyəverici amillər qoymuşdur. Ona görə də qadının cəmiyyət içində hər cəhətdən iffətinin qorunması əslində ailələrin və ümumi cəmiyyətin qorunması deməkdir. Bu gün qərb cəmiyyətlərində açıq-saçıqlığın acı nəticələrini qərblilər özləri daha yaxşı dərk edir və artıq vəziyyət elə bir hala gəlib çatmışdır ki, qadınların nəzarətə alınması və əsl qadınlıq, analıq hissiyyat və gözəlliklərinin onlara qaytarılması qeyri-mümkün bir hala gəlib çıxmışdır. Bu mənada ki, artıq qərb cəmiyyətində qadınların analıq hissləri əsasında övlad tərbiyəsi və ailədə rolu demək olar ki, öz adi çərçivəsindən çıxmışdır. Bu səbəbdən qərb cəmiyyətində qadınlar daha çox ruhi əziyyət çəkirlər. Hələ o məsələyə işarə etmirik ki, tezliklə qərbdə mavilərin bir-biri ilə evlənməsi bir dəstə qadınların cəmiyyətdən təcrid olunması və qadınlıq hisslərinin və hüquqlarının pozulmasına gətirib çıxaracaq. Bütün bunları nəzərə alaraq, İslamda qadının örpək məsləsində bir neçə əsas amili diqqətə çatdırmaq istərdik:
Birinci: Qadının örpəyi cəmiyyətdə ruhi rahatlığın zamindir;
Qadın açıq-saçıqlığı və müasir cəmiyyətdə şəhvət və heyvani hisslərin daha çox qabarıq şəkildə təbliği göstərir ki, cəmiyyətdə qadının çılpaqlığı insanın mənəvi ruhiyyəsini pozur və cavanların təbii şəhvət hisslərinin nəzarətdən çıxması, sonda cəmiyyətdə fitnə-fəsadın çoxalması və sair nəticələrə səbəb olur. Bu səbəbdən Allah-taala Quranda qadın və kişilərə xəbərdarlıq edir və özlərini fəsada düşməkdən qorumaqdan ötrü bəzi əməlləri o cümlədən, örtük və örpək məsələsini açıqlayır. Quranda oxuyuruq:
“Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır.
“Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar.” (Nur surəsi 30 və 31-i ayələr)
Allah-taala bu ayələrdə cəmiyyətin pozğunluq və şəhvət batlağına düşməməsindən ötrü müsəlman cəmiyyətinə belə göstəriş verir. Təbii ki, bu gün bu müqəddəs ayələrə əməl etmədiyimizin acı nəticələrini cəmiyyətimizdə bəzi cavan oğlan və qızlarda açıq aydın müşahidə etməkdəyik.

İkinci: Qadının örpəyi əslində onun ailəsinin daha da möhkəm tellər üzərində qurulmasına səbəb olur;
Bəzən qadınlar elə düşünürlər ki, həyat yoldaşının müqabilində küçədə və cəmiyyət içində nə qədər açıq-saçıq, bəzənmiş halda görünsə ailəsi daha möhkəm olar və həyat yoldaşı ona daha çox diqqət edər. Amma təcrübə göstərir ki, belə bir təsəvvür tamamailə yanlış və effektsiz bir əməldir. Doğrudur ki kişilər adətən gözəllik aşiqi, qadınlara münasibətdə heç vaxt tez qane olmur və bəzən də öz həyat yoldaşından əlavə digər qadınlarla da münasibətdə olur, bəzən də ikinci gizlin həyat tərzi keçirir. Bütün bu problemlərin əsas səbəbələrindən biri qadının öz həyat yoldaşını ailədə möhkəm tellərlə ona bağlaya bilməməsidir. Təcrübə göstərir ki, kişilər əgər öz həyat yoldaşlarını cəmiyyət içində örpəkdə və ya İslama uyğun bir tərzdə geyimdə gördükdə, yenidən öz həyat yoldaşlarına vurulur və ailədə möhkəm tellər və bağlılıqlar əmələ gəlir. Özünü tam açıq-saçıq bəzəmək və həyat yoldaşına gözəl görünmək qadınlar üçün ailə daxilində və ev mühitində lazımlıdır. Belə olduqda, qadının həyat yoldaşı gözünü küçə-bazarda açıq-saçıq qadınlardan çəkər və ruhu rahat olar. Ona görə də hər bir ağıllı qadın öz həyat yoldaşını möhkəm tellərlə özünə bağlamaqdan ötrü nə qədər bacarırsa cəmiyyət içində həyat yoldaşının yanında örpəkli və İslama uyğun bir tərzdə olsun.
Əlsində belə bir həyat yoldaşı olan kişi öz qadını ilə daxildə iftixar hissi keçirir və belə həyat yoldaşına görə Allahına şükürlər edir. Amma həyat yoldaşı açıq-saçıq gəzən kişi, zahirdə nə qədər üzü gülsə də daxildə ürəyindən qara qanlar axır. O, həyat yoladaşının yalnız ona məxsus olan gözəlliklərinin başqalarının tamaşasında olmasına qəlbən dözə bilmir və belə hallarda əksər kişilər ürək sözlərini öz həyat yoldaşlarına aça bilmirlər. Çünki, bilirlər ki, onların sözü yerə düşəcəg və sonda talaqla nəticələnəcək. Hədislərdə var ki, Allah-taala, örpəyinə riayət edən qadını həyat yoldaşının gözündə (hətta, o qadının zahiri gözəlliyi olmasa da) bütün qadınlardan gözəl göstərir. Çünki, qəlb Allah-talanın əlindədir. Bu haqda Quranda oxuyuruq:
“Onların qəlbləri arasında (Allah) ülfət yaratdı. Əgər sən yer üzündə olan şeylərin hamısını xərcləsəydin, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən O, yenilməz qüdrət və hikmət sahibidir.” (Ənfal surəsi 63-ü ayə)
Göründüyü kimi ayədə açıqlanır ki, qəlblər Allahın əlindədir. Bəs qadınlar öz həyat yoldaşlarının qəlblərini ələ almaqdan ötrü Allahın buyruduqlarını yerinə yetirsələr buna daha çox müvəffəq olarlar. Bu mövzuda örpək ən təsirli vasitədir.

Üçüncü: Örpək və örtük qadına cəmiyyətdə bir əşya kimi baxılmasının qarşısını alır;
Müasir cəmiyyətimizdə qadın hüquqlarının ən qatı şəkildə pozulma hallarından biri də qadınların cəmiyyətdə kimlərinsə şəxsi mənafeyindən ötrü qəzet və jurnallarda, maşınların satışında, müxtəlif malların reklamlarında çılpaq və açıq şəkildə onlardan alət kimi istifadə edilməsidir. İslam dini bela əməllərə qarşı qəti şəkildə müxalif olub, qadının şəxsiyyətini qorumaqdan ötrü onu hərtərəfli müdafiə edir. Qadınların belə işlərdə istifadə olunması əslində cəmiyyəti fitnə-fəsada tərəf çəkir və qadın şəxsiyyətini alçaldır. Allah-taala Quranda buyurur:
“Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır. Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.” ( Əraf surəsi 26-ı ayə)
Bütün bu və onlarla bu məzmunda olan ayələr sübut edir ki, Allah-taala insanlar arasında qadına məxsus məqam və ehtiram qoyur. Qadının cəmiyyətdə tərbiyə və rolunun mühüm olmasına görə ona məxsus bəzi zəruri hökmləri vermişdir. Ona görə də kimliyndən asılı olmayaraq belə bir hökmün cəmiyyətdə tətil və qadağan olunması tam şəkildə fitnə-fəsada xidmət etməkdən başqa bir şeyə qulluq etmir.
Ümidvaram bizim qeyrətli müsəlman xalqımız, ana-bacılarımız belə bir ilahi və pak qanunun müsəlman cəmiyyətimizdə hifz olunmasından ötrü bütün qüvvələrindən istifadə edəcəklər.
“Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.” (Bəqərə surəsi 216-cı ayə)

Faiq Vəlizadə
Əl-Mustafa (s) adına beynəlxalq İslam univeristetinin doktorantı

29 Responses to “Quranda örpəyin hikməti haqqında”

  1. Nermin

    12. May, 2016

    Salam, Hicab mecbur deyil bildiyime gore. Amma namaz qiliram. Ve hicabi sevmemeyim gunahdirmi?

    Reply to this comment
    • Admin

      22. Jun, 2016

      Salam. Hicab naməhrəm qarşısında vacibdir. Hicabsız naməhrəm qarşısına çıxmaq böyük günahdır.

      Reply to this comment
  2. NERGIZ

    30. Sep, 2015

    salam
    o qeder gunahim varki…..tovbe etmek istemiwem defelerle.ama yene de duzelmemiwem.cox istiyirem tovbe edim.ede bilmirem.bacarmiram.tek olan ALLAHIM bilirki icimde oz ozume nece nifret edirem.herden olmek istiyirem(bir defe damarimi kesmiwdim).ama sora ozume deyiremki -tutaqki oldum,o dunyada hansi duzgun emellerime gore cavab verecem?!axiretimden cox qorxuram.ama bir defelik nece tovbe edim bilmirem.nefsime hakim cixmaq istiyirem(((((((((xahiw edirem komek edin.
    TEWEKKURLER….

    Reply to this comment
    • Admin

      05. Oct, 2015

      Bismillahir-rəhmanir-rəhim.

      Əleykumus-salam.

      İnsan gərək öz günahlarından tövbə edib, möhkəm iradə ilə günahı tərk etmək qərarına gəlsin. Əgər müxtəlif səbəblərə görə tövbəsini qoruya bilməsə və şeytan və öz nəfsinə aldanaraq yenidən günaha mürtəkib olsa, gərək naümid olub zəifləməsin. Əksinə gərək yenidən güclü iradə və niyyətlə tövbə etsin və günahı təkrar etməmək üçün qərara gəlsin. Həmçinin yarımçıq və natamam tövbələr təsirsiz deyil və bu xüsusiyyətə malikdir ki, tədricən insanın ruhunda günahı tərk etmək qüdrətini gücləndirir və nəhayət sınmayan kamil tövbəyə yiyələnməyə müvəffəq olur.
      Bundan əlavə aşağıda qeyd olanlara riayət etmək lazımdır.

      1.Günah mühitindən uzaqlaşmaq və günah məclislərində iştirak etməmək.

      2.Gərək öz dost və oturub-durduqlarına diqqət etsin, əgər keçmişdə onu günaha təşviq edənlər olubsa, onlardan uzaqlaşsın.

      3. Hər zaman günaha vəsvəsə və həvəs yaranarsa Allahı yad etməyə üz tutsun.

      4.Həmişə tərk etdiyi günahın mənfi təsi barədə düşünsün və o təsirləri gözünün önünə gətirsin. Məbada qəflət və günahın məhvedici təsirini unudmaq nəticəsində həvəslər onda baş qaldırsın və hər tərəfdən vəsvəsələr qəlbinə hücüm gətirsin.

      5.Hər bir günahın qarşılığında vədə verilmiş əzablar və cəzalar barədə düşünsün. Bu ehtimalda var ki, tövbə etdikdən sonra yenidən günahı təkrarlamağın əzabı daha şiddətli olsun.

      Allah sizə yar olsun.

      Reply to this comment
      • NERGIZ

        07. Oct, 2015

        amin!!coooox sagolun.inaninki bir azca da olsa wukurki duzelirem.ozume de inana bilmiremki men uje duzelirem.cox wukur.
        O gunn bir mohizeye qulaq asirdim.orda deyilirdiki insan gerek heyasiz olmasin.men de o insanlardan olmaq istemirem.nece olursa olsun deyiwecem!

        Reply to this comment
    • Admin

      06. Oct, 2015

      Bismillahir-rəhmanir-rəhim.

      Əleykumus-salam.

      İnsan gərək öz günahlarından tövbə edib, möhkəm iradə ilə günahı tərk etmək qərarına gəlsin. Əgər müxtəlif səbəblərə görə tövbəsini qoruya bilməsə və şeytan və öz nəfsinə aldanaraq yenidən günaha mürtəkib olsa, gərək naümid olub zəifləməsin. Əksinə gərək yenidən güclü iradə və niyyətlə tövbə etsin və günahı təkrar etməmək üçün qərara gəlsin. Həmçinin yarımçıq və natamam tövbələr təsirsiz deyil və bu xüsusiyyətə malikdir ki, tədricən insanın ruhunda günahı tərk etmək qüdrətini gücləndirir və nəhayət sınmayan kamil tövbəyə yiyələnməyə müvəffəq olur.
      Bundan əlavə aşağıda qeyd olanlara riayət etmək lazımdır.

      1.Günah mühitindən uzaqlaşmaq və günah məclislərində iştirak etməmək.

      2.Gərək öz dost və oturub-durduqlarına diqqət etsin, əgər keçmişdə onu günaha təşviq edənlər olubsa, onlardan uzaqlaşsın.

      3. Hər zaman günaha vəsvəsə və həvəs yaranarsa Allahı yad etməyə üz tutsun.

      4.Həmişə tərk etdiyi günahın mənfi təsi barədə düşünsün və o təsirləri gözünün önünə gətirsin. Məbada qəflət və günahın məhvedici təsirini unudmaq nəticəsində həvəslər onda baş qaldırsın və hər tərəfdən vəsvəsələr qəlbinə hücüm gətirsin.

      5.Hər bir günahın qarşılığında vədə verilmiş əzablar və cəzalar barədə düşünsün. Bu ehtimalda var ki, tövbə etdikdən sonra yenidən günahı təkrarlamağın əzabı daha şiddətli olsun.

      Allah sizə yar olsun.

      Reply to this comment
  3. Gunel

    13. Jul, 2015

    salam.
    menim refiqem var. onun basina bele bir is gelib hansiki onun aciqlamasini isteyir. zehmet olmasa siz bize bu isde meslehet vererdiniz. demek o, qaynanasi gilin yataq otaginda yatarke oz baldizinin namaz paltarini eynine geyinmis vahimeli bir kisi onun gozune gorunub ve onu bogmaga ve eziyyet vermeye calisir. Dua oxundugunda(euzibismillah) o deyir ki, bunlari mene deme men bilirem. ve qizin agzi kilidli olduguna gore o sessizce ureyinde ayetul-kursi duasini oxuyur ve o goze gorunen mexluq tezlikle yoxa cixir. muxtelif vaxtlarda o otagda yatarken o goze gorunen yeniden gelir. tezelikce oz evlerinde de bu hal qizin oz heyat yoldasinin cildinde buna yaxinlasir hansiki oz heyat yoldasj yaninda yatili veziyyetde olur. Bu meselenin bir aciqlamasi varsa xahis edirem ki deyesiniz. qiz cox pis veziyyetdedir. onceden cox tessekurler.

    Reply to this comment
    • Admin

      19. Jul, 2015

      Bismillahir-rəhmanir-rəhim.

      Əleykumus-salam.

      Bu çox güman ki, cinlərin işidir ki, bəzən insanlara əziyyət edirlər. Allahın adın çəkəndə və Bismillahir-rəhmanir-rəhim dedikdə cinlər uzaqlaşırlar. Birdə “Cin” surəsini, İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni çox oxusa, dünyada cinlərin gözündən, sehrindən və şərrindən amanda qalar və behiştdə həzrət Peyğəmbəri-Əkrəm (s)-in dostlarından olar.” Əgər yenədə əziyyət edərlərsə, cini olan və bu işi bacaran xeyrxah insana müraciət etməyi məsləhət görürük.

      Allah sizə yar olsun.

      Reply to this comment
  4. ganira

    11. Jan, 2015

    Salam bele bir sualim var.deyirler hicab taxan da sirga taxmaq olmaz buna aid heqiqeti hardan oyren bilerem

    Reply to this comment
    • Admin

      12. Jan, 2015

      Salam. Hicablı qadının sırğa taxmasının heç bir eybi yoxdur. Qeyd edək ki, sırğa da hicabın altında qalmalıdır.

      Reply to this comment
  5. Ramil

    19. Oct, 2014

    Salam Alekumş

    Sualim budur. menim heyat yoldashim ve 2 qizim var. men onlara hec cura Hicab baqlatdira bilmiram.daima evda buna gora soz sohbat olur.her cura basha salmisham xeyri yoxdu.

    deyiram hec olmasa san baqlamirsan imkan ver 9 yashli qizim baqlasin.onada imkan vermir. deyir boshanaram amma ona imkan vermaram.(Namazda qilir)

    Bir qrdashdan sorushdum Sistani Aganin adindan dediki Hokum Boshanmaqdirş bes yaxshi man tutaqki onu boshadim Dovlatimizin qanunlarina gora ushaqlar anasi ila qalir. bunlar indi hec olmasa Namazda olsa qilirlar sabah ayrilandan sonra tamam bashsiz qalacaqlar onda neca olacaqlar?

    Cox pis veziyyatayam ozumu gunahkar biliram bilmiram neca edim. Cox xahish ediram mana bir yol gostarin
    Birdesizdan cox xahish ediram imkan varsa e-mail unvanimada yazasiniz.
    Allaha bizlari hidayat etsin,
    Evvelceden teshekkur ediram!

    Reply to this comment
    • Admin

      23. Oct, 2014

      Bismillahir-rəhmanır-rəhim
      Arvadı boşamaq kişinin ixtiyarındadır. Lakin biz bunu məsləhət bilmirik. Siz onu mülayim və sadə dillə başa salmağa çalışın. Yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirməkdən (əmr be məruf və nəhy əz münkər) başqa bir vəzifəniz yoxdur.
      Dini ona yaxşı başa salmağa çalışın, sözdən çox öz gözəl və əxlaqi əməlləriniz ilə təsir qoymağa çalışın, inşallah bu xalis niyyətinizlə olan rəftarınız, həm övladlarınızda, həm də həyat yoldaşınızda öz müsbət təsirini qoyacaq.

      Reply to this comment
  6. Ayan

    03. Jun, 2014

    INWALLAH ALLAH bizim butun gunahlarimizi bagiwlayar…….Men bawa duwmurem niye mekteblerde hicabi qoymurlar?aciq-saciq geyinmek olar ama hicab baglamaq olmaz.niye?hecmi ALLAHDAN qorxmurlar?

    Reply to this comment
  7. Ayan

    13. May, 2014

    Salam.Cox sagolun cavab verdiyiniz ucun….ama men bawa duwmedim yeni hicab baglayim ama mektebe gedende acim?bu menim ucun gunah sayilmazmi?

    Reply to this comment
    • Admin

      17. May, 2014

      Hər halda hicaba riayət etməmək böyük günahdır. Amma, biz məsləhət gördük ki, məktəbə hicablı qoymurlarsa, məktəbə qədər ki, hicab bağlaya bilərsiniz.

      Reply to this comment
  8. Ayan

    09. May, 2014

    SALAM ELEYKUM!Heqiqetende ALLAH bagiwlayandir,rehimlidir… menim 16 yawim var.Namaz qiliram ama hicab baglamiram.Cunki,mektebe hazirlawiram ve mektebe qoymurlar,Men ne edim bilmirem…HICAB baglamaq isteyirem cox isteyirem.ALLAHIN yolu ile getmek isteyirem.ama heleki baglaya bilmirem.Fikrimde varki,mektebe qebul olan kimi baglayacam.INWALLAH.ALLAH meni bagiwlayar?ne olar mene komek edin…..

    Reply to this comment
    • Admin

      10. May, 2014

      Salam. Hicab Allahın vacib etdiyi bir məsələdir və buna Qurani-Kərimdə də dəfələrlə təkid edilmişdir. Hicaba riayət etməmək böyük günahlardandır. Siz imkan həddində hicaba riayət edin. Yəni heç olmasa məktəbin həyətinə qədər hicaba riayət edin. Evdə, çöldə, hər yerdə olursunuzsa olun özünüzü naməhrəmdən örtün. bunlar ki, sizə qadağan olunmayıb.

      Reply to this comment
  9. MESUME

    02. Oct, 2013

    MEN RASIYADA YASAYAN AZERBAYCAN VETANDASIYAN VE MEN HICABLIYAM.HICABIMLA FEXR ETMEYIME REGMEN,ISTEDIYIM TERZDE HICABIMI GEYINE BILMIREM.DUZDU BURDA QANUNLARA ESASEN TAM AZADLIQDI, ANCAQ MEN HEMDE MENEVI AZADLIQ ISTEYIREM.YENI KUCEYE CIXARKEN TEECUBLU DUSUNCELERDEN VE BAXISLARDAN UZAQ OLMAQ ISTEYIREM.YENI OZ VETENIMDE YASAMAQ ISTEYIREM.BUNUN UCUNDE OZ OLKEMDEN BIR MUSELMAN OLKESI OLARAQ VE BIR MUSELMAN QADINI OLARAQ.HICAB AZADLIQI ISTIYIREM.VE BIZIM UQRUMUZDA HEBS EDILEN MUSELMAN QARDASLARIMA AZADLIQ TELEB EDIREM!BUNUNCUN ELIMDEN GELEN NE LAZIMDI EDEREM!

    Reply to this comment
  10. Vilayey

    25. Aug, 2013

    Salam eleykum !!! men cox lezzet apardim bu movzudan heqiqeten de Allah her weyi bilen ve bagiwlayandir,Admin:Movzuya gore size derin minnetdaram Allah imaninizi daha kamil elesin ! Amin ! Inwallah ! LEYLA,ZEHRA VE ELNARE: Burda werh yazan bacilarima ise demek isteyirem ki Allah sizleri bize cox gormesin hegigeten de sizin kimi xanimlarin bu cemiyyete oldugca cox ehtiyaci var.!!!Men bu movzuya bir wey elave elemek istiyirem butun xanimlarin nezerine catdirmag isteyirem ki kimki xowbext olmag istiyire ve xowbext aile gurmag isteyir burda deyilenlere emel etsin Allahi seven gadin yegin ki oz erini sever ve hec vaxt xeyanet etmez !!! Butun xeyanet, butun pozgunlug, cemiyyetin xestelenmesi (ruhen, hem de cismen) hamisi geyretsizliyin neticesidir.Hicabi olan qadin ve Allahini seven insanlarin sayi bu cemiyyetde ne geder cox olsa cemiyyet hec vaxt pozulmaz. ALLAH ozu hamini hidayet elesin INWALLAH !!!

    Reply to this comment
  11. leyla

    15. Jun, 2013

    salam aleykum.hokmen cadra geyinmeyimiz vacibdir?yoxsa vicudumuzu bilindirmeyen uzun kamil mantolar geysek olar.

    Reply to this comment
  12. zehra.

    19. May, 2013

    salam.size bir sualim var.hicab taxa-taxa sirqa taxmaq duzgundur?

    Reply to this comment
  13. Elnare

    18. Jan, 2013

    SALAM ELEYKUM. Menim 34 yasim var. 4 ildir namaz qiliram. Cemi3 aydir ki hicab baglayiram. Nanazimin qezalarini qiliram. Bes hicabsiz gezdiyim illerin gunahini yumagin bir yolu varmi. Evvelceden tesekkur edirem

    Reply to this comment
    • Admin

      18. Jan, 2013

      Alekum Salam, Allah ibadetlerinizi qebul etsin inshallah. Gunahinizdan peshiman olmali ve Tovbe etseniz kafidir. Allah komeyiniz olsun inshallah!

      Reply to this comment
    • Admin

      21. Jan, 2013

      ƏLEYKUM SALAM . BİRİNCİSİ Kİ ƏGƏR KEÇMİŞDƏ YƏNİ HİCABSIZ VAXTINIZDA QILDIĞIZ NAMAZLAR HİCABNAN OLUBSA ONUN QƏZASI YOXDUR . AMMA QALDI Kİ, HİCABSIZ GƏZDİYİK GÜNLƏRİZ ÜÇÜN TÖVBƏ EDİN VƏ 100% ƏMİN OLUN ALLAH BAĞIŞLAYAN VƏ MEHRİBANDIR

      Reply to this comment
    • DAshgin Sofi

      16. Feb, 2013

      Allah BAgishlar!!! Siziin kimi qizlarimiz varsa bu dunyada yashamaga deyr!!!

      Reply to this comment
  14. kafiya

    31. Jul, 2012

    Salam!Size bir sualim var!Muselman xanimina ne vaxtdan yeni nece yashindan
    hicab baglamaq vacib sayilir?

    Reply to this comment
    • Admin

      13. Jan, 2013

      SALAM ƏLEYKUM MUSƏLMAN QIZLARA 9 YAŞINDAN HİCAB TAXMAQ VACİB SAYILIR

      Reply to this comment

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==