Yar gəlmədi! (Şeir)
Tuesday, 3 February 2015-də Admin tərəfindən Ədəbiyyat kateqoriyasında yayımlandı.
Aşiq, tükənib getdi ömür, Yar gəlmədi,
Bəlkə sən özün etmədin israr, gəlmədi?!
Sən ki, bu qədər atəşi-hicrində yanırsan,
Aya, nə əcəb, ol pəri-rüxsar gəlmədi?!
Bu müddəti-hicran deyil ol Yarın özündən,
Gəlməzliyə əlbət ki, səbəb var, gəlmədi.
Eşqiylə söküb zülməti viran eləyən Yar,
Həsrətlə edib aşiqi bidar, gəlmədi.
Çox nazlı sənəm gəldi güzərgahı dolandı,
Ancaq o gözəl Yarə bir oxşar gəlmədi.
Quş tək qanad açmış könül ol məhzəri-Yarə,
Bir kimsə onun kuyinə vadar gəlmədi.
Arzum budur – Allah səni məqsudə yetirsin,
Ta etməyəsən bir daha təkrar – gəlmədi!
Şahin Qurbanov/deyerler