Hicab barədə 10 yanlış stereotip | Hicab.org

Hicab barədə 10 yanlış stereotip

Tuesday, 21 July 2015-də tərəfindən Hicab kateqoriyasında yayımlandı.

1. Opponent*: Hicab – psixoloji əsarət deməkdir. Hicab geyinən özünü sanki daimi mənəvi zindana məhkum edir.Hicablı: Mənə elə gəlir ki, sizin dediyinizdə ümumi qəbul edilmiş yanlış stereotipin təsiri görünür. Əsarət və azadlıq mövzusunda bu anlayışların hər biri üçün istifadə olunan təriflər, xeyli deformasiyaya uğramışlar. Belə ki, azadlıq anlayışına təfəkkür azadlığı kimi deyil, geyim tərzində olan “azadlıq” prizmasından baxılsa, bu, o deməkdir ki, ibtidai bioloji varlıqlar ən azaddır, çünki təbii xəz və dərilərindən başqa geyimləri yoxdur. Həqiqət ondadır ki, insanın, öz əqidəsinə uyğun zahiri görkəmə malik olması – məhz azadlığın göstəricisidir.

 

  1. 2. Opponent: Hicablı qadın öz seçimində azad deyil, mütləq onun üçün müəyyən edilən çərçivədə olmalıdır.

Hicablı: Mənə elə gəlir ki, siz burada anlayışların süni surətdə əvəzlənməsinə yol verirsiniz. Hicab – əqidə və düşüncə tərzinin təzahürü olan geyim üslubudur. Bunu niyə çərçivə adlandırırsınız ki?! Həmin məntiqlə həkimlər, hərbçilər, kosmonavtlar, rahiblər, milli folklor nümayəndələri və digərləri, o cümlədən, milli və dini əqidəyə görə müəyyən geyim üslub və simvolunu seçənlər özlərini daimi olaraq istəmədikləri çərçivəyə məhkum edirlər. Halbuki, bu, peşə, mədəniyyət, yaşayış tərzi və zamana uyğun geyimlərdir. Bircə misal çəkək: Böyük Britaniyanın kraliçası, qəbul olunan ənənəyə görə, hər il keçirilən parlament iclaslarının açılışına tacını geyinir. Sizin məntiqə görə, bu hal – onun çərçivədə həyat sürməsinə dəlalət edir. Məncə, iddianızın süniliyi tam aydındır.

 

  1. 3. Opponent: Hicabın fiziki cəhətdən problem yaratması da bəllidir. Xanımlar yay fəslində hicabı geyinməklə özlərinə əziyyət verirlər.

Hicablı: Əlbəttə ki, hicablılar barədə belə “qayğınız” çox təsiredicidir. Amma bəlkə bunu hicablıların özündən soruşmaq daha məntiqli olardı? Çox yanlış düşüncədir ki, az geyinməklə istidən xilas olmaq olar. Əksinə, Saxara səhrasının istisində və Orta Asiya, Əfqanıstanın səhralarında yaşayanların geyim tərzinə diqqət etsək, mütləq lay-lay geyiminin və baş örtüyünün olmasını görürük. Bu, müəyyən mikro-iqlimin yaranması effektidir. Diqqət etsək, ənənəvi müsəlman ölkələri isti iqlim zonalarına aiddir. Orada qəbul olunmuş və minilliklərin sınağından çıxmış geyim üslubu hətta kişilər üçün də analojidir – uzun libas və müəyyən baş örtüyü. Bu, İslamdan öncə də belə idi, o cümlədən müsəlman olmayan toplumlara da xasdır. İnsanların buna riayət etməsi onu sübut edir ki, hicab, hər şeydən əlavə, müəyyən sərinlikyaratma xassəsinə də malikdir. Yəni, hicabın əziyyət verməsi amili – tamamilə yersizdir. Digər tərəfdən, hicabsızlar da eyni dərəcədə, bəlkə də daha artıq istilik hiss edirlər. Deməli, hicabı istiliyə səbəb olan amil kimi göstərmək iddiası – məntiqsiz yanaşmanın göstəricisidir. Təbii ki, ənənəvi müsəlman olmayan ölkələrdə (Avropa ölkələri kimi) təbii sərinlik səbəbindən hicaba bağlı istilik-soyuqluq bəhanələri də xüsusilə yersizdir.

 

  1. 4. Opponent: Hicab, diqqət cəlb edir. Çünki hicab geyinən azdır, hicablılar dərhal nəzərə çarpır.

Hicablı: Burada lokasiya məsələsi mühüm əhəmiyyət kəsb edir. İslam şərqində bu vəziyyət tamamilə əksinədir. Burada hicab müəyyən mənada dress-kod rolunu da oynayır. Amma hicablılıq geniş yayılmayan ölkələrdə hicablılar, təbii ki, ümumən, diqqət cəlb edə bilərlər. Amma, bu, hicabın fəlsəfəsini, yəni, naməhrəmdən örtünmək mövzusunu qətiyyən zəiflətmir. Bu, başqa məsələdir ki, hicab formasına, üslubuna və rənginə görə diqqət cəlb edən olmamalıdır. Bu halda məsələ hicabın özünə deyil, hicabın fəlsəfəsini tam dərk etməyən bəzi fərdlərə aiddir.

Bu baxımdan, hicabı ümumilikdə diqqət cəlb edən amil kimi təqdim etmək – tənqidə davam gətirmir.

 

  1. 5. Opponent: Hicab – bir növ öz baxışını yeritmə formasıdır.

Hicablı: Mənə elə gəlir ki, siz bilərəkdən və ya bilməyərəkdən anlayışları bir-birinə qatırsınız. Yeritmək – öz nöqteyi-nəzərini vasitə seçmədən digərinə ötürməyi və onu bu nəzərə tabe olmağa vadar etməni xarakterizə edən bir feldir. Sizin məntiqinizlə getsək, ətrafımızdakıların hamısı öz nöqteyi-nəzərlərini yeritməklə məşğuldurlar, belə ki, fərqli paltar üslublarından istifadə edirlər. Beləliklə, bu iddia normal məntiqlə bir yerə sığmır. Xanımlar hicab geyinməklə sadəcə öz əqidələrinə əməl edirlər. Amma bunu da qeyd edək ki, ümumilidə öz baxış bucağını digərlərinə təbliğ etmək – o cümlədən, zahiri görünüşlə – heç bir qanuni sistemə zidd deyil. Yəni hicab təbliğat rolunu oynayırsa da belə, bu, tam normaldır və qəbul edilən hüquqi standartlara tam uyğundur. Bəs bu halda niyə hicablılara bu hüququ tanımırsınız?

  1. 6. Opponent: Hicab, xanımın xanımlıq mənsubiyyətini aşkar göstərir.

Hicablı: Mənə elə gəlir ki, sizin bu arqumentiniz – ən zəifdir. Belə ki, istənilən sivilizasiya və mədəniyyəti götürsək, fərdlərin özlərinə xas mənsubiyyəti təsdiq etməsi – tam adi və normal haldır. Əksinə – qadının qadın, kişinin kişi olması aydın görünməyəndə, bu, çox mənfi məsələdir. Qadının kobud, qaba olması, kişi paltarını geyinməsi hər bir mədəniyyətdə pislənir. Eləcə də kişinin özünü anormal göstərməsi də hər bir tərəfdən sərhədlərin pozulması sayılır və ikrah doğurandır.

Onu da qeyd edək ki, sizin arqumentinizi milyardlarla insan inkar edir. Belə ki, moda, kosmetika və digər nəhəng industriyaların mövcudluğunu ərsəyə gətirən məsələlər arasında ən vacib komponent – məhz qadının qadın olmasını təsdiqləməsidir. Yəni, sizin hicablılara aid gətirdiyiniz dəlil, əslində tam başqa kateqoriyaya daha çox xasdır.

Hicaba gəldikdə isə, burada, biz, iki məsələnin həll olunmasını görürük: xanımlıq mənsubiyyətinin təsdiqi olmaqla yanaşı, xanımın fərdi xüsusiyyətlərini naməhrəmin nəzərindən qorumaq.

 

  1. 7. Opponent: Hicab müasir aktiv həyat tərzinə mane olur, yəni qadını işindən saxlayır. Məsələn, Nobel mükafatı alan heç olmasa bir nəfər hicablı xanım göstərin.

Hicablı: Aktiv həyat tərzi ilə hicab bir müstəvidə yerləşmir, ona görə də onları bir-birinə qarşı qoymaq – məntiqə uyğun gəlmir. Hicabın fiziki cəhətdən hansısa işə mane olması haqqında sübutlar yoxdur və ola da bilməz. Əksinə, bəzi işlərdə – pilot, dənizçi, tibb bacısı, həkim, aşpaz və s. peşələr üçün baş örtüyü hətta vacib rol oynayır. Dünyada belə bir həll tapıblar ki, peşəyə xas baş örtüyünün altından səliqəli hicab geyinirlər. İnkişaf etmiş bir çox ölkələrdə hicab, artıq uniformanın tərkib hissəsidir. Böyük Britaniyada, Norveçdə və bir sıra digər ölkələrdə hərbçilərin, polislərin, yanğınsöndürənlərin və s. uniformalarına artıq hicab daxil edilib.

Nobel mükafatına gəldikdə isə, bu, hicabın problemi deyil və ola bilməz. Bu, insanların problemidir. Ümumən, tanınmış elm insanlarının arasında 1 milyard yarımlıq müsəlman ümmətinin təmsilçiləri barmaqla sayılacaq qədərdir. Yəni, müsəlman ölkələrinin bəziləri istisna olunmaqla, əksəriyyətində elmlə bağlı vəziyyət bərbad durumdadır. Təbii ki, Quran və Əhli-Beyt (ə) nurundan ayrı düşən ümmətdə qadınların vəziyyəti daha da geridəqalmışdır. Bu, ümmətin faciəsidir. Amma, hicaba heç bir dəxli yoxdur. İslamın vacib atributlarından olan hicab, İslamın elmlə bağlı təkidli buyuruşlarına necə maneə törədə bilər ki?! Əksinə, hicabın fəlsəfəsini tam dərk edən insan, elmə daha çox həvəs və maraq göstərməlidir.

Əlbəttə ki, bir haşiyə də çıxılmalıdır: Əhli-Beytin (ə) yolundan sapan ümmət, elmdən də, əqidədən də, mübarizədən də sapmış və yüzillər boyu hegemonların müstəmləkəsi rolunu oynamışdır. Və müsəlman coğrafiyasının bugünkü durumu – həmin müstəmləkə vəziyyətinin və bunun hasil etdiyi təfəkkürün rudimentar təzahürüdür. İslamın təzahürü olan hicab, İslamın digər təzahürü olan elm ilə yanaşı və harmonik getməlidir. Təəssüf ki, bu, istənilən templərdə baş vermir, amma hicabın buna heç bir aidiyyəti yoxdur.

 

  1. 8. Opponent: Hicab – arxaizm deməkdir. Hicab çoxdanın paltarıdır, zaman keçdikcə, o da transformasiyaya uğramalıdır.

Hicablı: Sizin məntiqinizlə getsək, paltar, geyim – özlüyündə arxaizmdir. Çünki, keçmişdə olan şalvarlar, pencəklər və digər paltarlar elementləri yalnız forma, rəng və fason baxımından müəyyən dəyişikliklərə uğramışdır. Yəni, bu dəlil – ən azı anlaşılan deyil.

Əslində isə, arxaizm geyimdə deyil, təfəkkürdə olur. Geyim tərzi vaxtaşırı bu və ya digər istiqamətlərdə dəyişir. Həmin şey memarlığa, interyerə və s. məsələlərə aiddir. Burada gerilik və müasirliyin meyarı və meyarverəni yoxdur. Fərdin individual baxışları onun yaşamının bütün təzahürərində öz əksini tapdığı kimi, hicab da müəyyən əqidədə olan insanın geyim üslubuna aiddir. Sadəcə, bu cür “müasirlik” ardınca olanlar, yəni, əqidədən imtinanı müasirlik kimi qələmə verənlər dərindən səhv edirlər. Əbədi dəyərlər mahiyyətcə arxaik ola bilməz. Elm, mədəniyyət, incəsənət özlüyündə arxaik ola bilmədiyi kimi, əqidə də arxaik ola bilməz. Problem ondadır ki, bir çox sahələrdə güclü bayağılaşma və primitivləşmə gedib və bu proses, əqidəyə bağlılığa da sirayət etməyə başlayır.

 

  1. 9. Opponent: Hicab, onu geyinənin dini mənsubiyyətini göstərir. Bu, bir növ özünüreklama oxşayır.

Hicablı: Düşünürəm ki, belə yanaşma – totalitar təfəkkürün bilavasitə təsirindən qaynaqlanır. “Bizim kimi olmayan – bizdən deyil” kimi şüarlar neçə-neçə nəslin düşüncə tərzini zəhərləmişdir. Amma müasir dönəmin dözümlülük çağırışları – belə bolşeviksayağı yanaşmaları tam alt-üst edir. Müasir dünya insanın inkubatorlaşdırılması fenomenini qəbul etmir. Müasir dünya əqidəsindən, dünyagörüşündən asılı olaraq, müvafiq zahiri görünüşə malik olma hüququnu tanıyır və təsbit edir. Bu, beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Yəni çağdaş dövrümüz çərçivələri genişləndirir və fərdlərin özünütəzahürünü təsdiqləyir. Əlbəttə ki, bütün bunlar mənəviyyatın möhkəm bünövrəsində olanda gözəldir.

 

  1. 10. Opponent: Hicab, ətrafdakılarda qıcıq yaradır.

Hicablı: Təəssüf edirəm ki, belə bir yanlışlığı arqument kimi gətirməyə cəhd edirsiniz. Əgər hicab kimdəsə qıcıq yaradırsa, bu, yalnız həmin fərdin geridəqalmışlığının və dözümsüzlüyünün göstəricisidir. Həmin məntiqlə ağdərililər, qaradərililər, köklər, arıqlar, hündürboylar, bəstəboylar, saçlılar, saçsızlar və digərləri kimdəsə qıcıq yarada bilər. Bu məntiqlə səlib yürüşləri baş vermişdir. Bu məntiqlə faşist Almaniyası milyonlarla insanı konslagerlərdə məhv etmişdir. Həmin bu məntiqlə bu gün qaniçən sionist rejimi Qəzzada qətliam törədir, 1000-dən artıq insanı şəhid edib, 7000-dən artıq insanı şikəst etmişdir.

Dünya, özü kimi olmayana qarşı qıcıq və dözümsüzlük məfkurəsindən nə qədər tez imtina edərsə, baş verən vəhşilik və vandallıqlar bir o qədər tez aradan gedər və bəşəriyyətin həqiqi inkişafı bir o qədər sürətlənər.

 

Zeynəb Vəli və Məryəm Əkbər/deyerler

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==