Prezidentlik müddəti 7 il olsa nə dəyişəcək? | Hicab.org

Prezidentlik müddəti 7 il olsa nə dəyişəcək?

Monday, 25 July 2016-də tərəfindən Qanun kateqoriyasında yayımlandı.

Yaxud 1 gün ömrü olan problem 23 il yaşayırsa…

Hökumətin “Konstitusiya əməliyyatı” gündəmin əsas mövzusudur və bu mövzunu gündəmdə saxlamaq da vacibdir. Çünki, mövcud hakimiyyət 23 ildir “dəyişə-dəyişə” addımlayır. Bu eybəcər dəyişikliklərə isə xalq adaptasiya olunur və hökumətin mürtəce addımları adiləşir. Hökumət də əmindir ki, cəmiyyətin bir hissəsinin, ümumiyyətlə, mahiyyətdən xəbəri olmayacaq, digər hissəsi həqiqətləri bilsə də susacaq, az bir hissə isə etiraz edəcək, barışmayacaq.

Budəfəki dəyişiklik o qədər mürtəce, o qədər absurddur ki, hökumət əsaslandıra bilmir, arqumentlər özünüifşaya xidmət edir. Hökumət komandası bir ağızdan “gözəl addımdır” deyir, amma heç kimi “gözəllik nədən ibarətdir” sualını cavablandıra bilmir.

Məsələn, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev konstitusiyaya dəyişiklikləri şərh edərkən deyib ki, həyat çox dinamikləşib, görüləcək işlər çoxdur, tələblər yüksəkdir: “Bu tendensiya o ölkələrdə əmələ gəlir ki, orada hələ tam oturuşma olmayıb və inkişaf perspektivləri çoxdur. Yəni həmin yerdə o qədər görüləsi işlər var ki, bunu üç, dörd, ya 5 ilə sığdırmaq çətin məsələdir” deyə Səfa Mirzəyev bildirib.

Səfa Mirzəyev həmçinin bildirib ki, konstitusiyaya təklif edilən yeni dəyişikliklər həm də Azərbaycanda və dünyada baş verən qlobal dəyişikliklərlə bağlıdır: “Həyat günbəgün inkişafdadır. Yəni elə dəyişikliklər baş verir ki, insanların çoxu 1 il öncə bunu gözləmirdi. Dövlətin də əsas qanunu cəmiyyətdə baş verən dəyişikliklərdən kənarda qala bilməz. Sözsüz ki, buna reaksiya verməlidir”.

Əvvəla, mövcud hakimiyyət ölkəni o qədər geri salıb ki, 2 il ömür uzatmaqla heç nəyi dəyişmək olmaz. Bəli, həyat çox dinamikləşib, Azərbaycan hökuməti isə bu dinamikliyə adekvat hətəkət etmək əvəzinə, dinamik şəkildə geriyə doğru irəliləyir. YAP 23 ildir hakimiyyətdədir. Ilham Əliyev isə 13 ildir prezidentdir. Korrupsiyadan, monopoliyadan, hüquqsuzluqdan, saxtakarlıqdan imtina etmək üçün 23 il kifayət deyil? Ilham Əliyev 13 illik prezidentlik dövründə heç bir sahədə şəffaflığa nail olmayıbsa, 2 il artıq prezident olmaqla nəyi dəyişəcək? Hökumət demokratiyadan qaçırsa, bütün bəşəri dəyərləri inkar edibsə, ölkə məqsədli şəkildə uçurumun dibinə atılıbsa, dəyişikliyin nə önəmi var? Qonşu Gürcüstanda qısa müddətdə rüşvət aradan qaldırıldı, iqtisadiyyatda artım baş verdi, Avropaya inteqrasiya sürətləndirildi və bütün bunların həyata keçirilməsi üçün əbədi hakimiyyət zərurəti yaranmadı. Yaxud dünyanın super gücü olan ABŞ-da prezidentlər üçün iki 4 illik kifayət edirsə, Azərbaycanda prezident üçün iki 5 illik niyə kifayət etmir? Hətta bu müddətə kifayət deyilsə də, bunu Ilham Əliyevə şamil etmək olmaz. Ilham Əliyevə normadan artıq şans tanındı və məlum oldu ki, problem vaxtın azlığında deyil. 23 il müddətində 20 qarış torpağı işğaldan azad edə bilməyən hökumət, 2 il ömür uzatmaqla “sürpriz” edəcək?

Əksinə, təcrübə göstərdi ki, bu hökumətin ömrü uzandıqca dövlətin və millətin ömrü qısalır. Bu hökumətin ömrü uzandıqca, vətəndaşın borcu çoxalır, xarici borc artır, büdcə boşalır, hüquq ssitemi daha eybəcər vəziyyətə düşür, təhsil, səhiyyə iflic olur və s.

O hansı uğurlu layihədir ki, yarımçıq qalıb? O hansı sahənin inkişafıdır ki, başa çatdırmaq üçün 5 il azlıq edir? Bir də ki, 7 illik prezidentlik dövrü başqa, ömürlük prezidentliyə iddia etmək başqadır. Hökumətin bu dəyişiklikdə məqsədi iki 7 illiklə kifayətlənmək deyil. Məqsəd Ilham Əliyevin 13 illik prezidentlik müddətinin ömrünü bu kimi mürtəce addımlarla uzatmaqdır. Bunlar dövlətin və xalqın təəssübünü çəksəydilər, hakimiyyətdə olduqları vaxt ölkəni cənnətə çevirmək üçün kifayət edərdi.

Ikincisi, Səfa Mirzəyevin dəyişikliyi dünyada baş verənlərə əlaqələndirməsi, hökumət daxilindəki qeyri-monalitliyin etirafıdır. Özləri də bilirlər ki, “xalq-iqtidar birliyi mövcuddur” təbliğatı əfsanədir. Dünyada gedən proseslərin Azərbyacan hökuməti üçün daha ağrılı olacağını başa düşürlər. Çünki, xalqdan səs almamış hökumətlərlə müqayisədə, xalqın səsinin oğurlaşmış hökumətlərin vəziyyəti daha acınacaqlı olur. Bizim hökumətin nə xalqdan dəstəyi var, nə də komandanı birləşdirən mənəvi tellər mövcuddur. Ona görə də Konstitusiya dəyişikliyi növbəti mərhələdəki qorxulu sürprizlərdən sığortalanmaq cəhdidir. Etiraf edirlər ki, hökumətin daxilində yıxılana balta çalmağa hazır olanlar, başqa qüvvələrə xidmət edənlər, fürsət gözləyənlər var. Etiraf edirlər ki, dəyişikliyin əsas məqsədi kürsünü qorumaqdır və buna görə Konstitusiyanı ayaqlamağa da hazırdılar.

Bir daha qeyd edirik ki, bu ölkədə 1 günün içində həll oluna biləcək problemlər var ki, hökumət 23 ildir həll edə bilmir. Deməli, prezidentlik müddətinin 5 ildən 7 ilə keçirilməsi birbaşa şəxsi maraqlarla bağlıdır./azadlıq/

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==