Nə qədər ki, xalq sizləri ölkədən qaçırmayıb, qaçın…

Tuesday, 2 May 2017-də tərəfindən Mövqe kateqoriyasında yayımlandı.

Azərbaycanda hakimiyyət nümayəndələri, nazirlər xalqımızı təhqir etməyə davam edir. Bu dəfə isə bu təhqirlərdə canlı olaraq birbaşa iştirak edənlərdən biri Heydər Əliyev fondunun rəhbərləri, yəni İlham Əliyevin ailəsidir. Xəbər verildiyi kimi Heydər Əliyev fondunun təşəbbüsü ilə Bakı marafonu keçirilib. Marafonda İlham Əliyevin qızları, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev, Təhsil naziri Mikayıl Cabbarov, Sərhəd xidmətinin rəisi Elçin Quliyev, bir də baş nazirin müavini Yaqub Eyyubov iştirak ediblər. İştirakçılar Marafonda yaman qaçıblar.

Əlbəttə, bu cür hallar digər ölkələrdə, hətta tərifləyib qurtara bilmədiyimiz Avropa ölkələrində də baş tuta bilər. Normalda bu işdə qəribə heç nə yoxdur. Amma bizim ölkəmizdə verilən qərarların böyük əksəriyyəti anormal olduğu üçün bu işdə də normal nəsə axtarmaq anormallıq əlamətidir.
Amma qətiyyətlə deyə bilərik ki, Heydər Əliyev fondunun bu mənasız təşəbbüsü xalqı təhqir etməkdən başqa bir şey deyil. Çünki qaçış marafonu nə bir gün az, nə bir gün çox – düz 8 il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş terror hadisəsiylə bir gündə – Aprelin 30-da baş tutub. Bununla da Əliyevlər ailəsi bir daha xalqımızı təhqir edib. Əlbəttə, xalq bu təhqirlərə onsuz da öyrəşib.
Bizim xalqın dilində çox maraqlı və məşhur deyimlər var. Bunlardan birinin məzmunu keçən sözlər keçirilən marafonda qaçan insanların üzünə ayaqqabı altı kimi tolazlanası sözlərdir. Məsələn, xalqı təhqir edən bu insanlara demək lazımdır ki, siz hansı gününüzə qaçırsınız? Amma digər tərəfdən düşünürsən ki, doğrudan da bu adamlar nə etməlidir ki? Bunlara ancaq qaçmaq yaraşır. Başqa nə iş bacarırlar ki? Təhsilin vayına oturan nazirin əlindən qaçmaqdan başqa nə gəlir ki? Yaxud varlığı ilə yoxluğu bilinməyən baş nazirin müavini nə etməlidir? DTX-nin rəhbəri Mədət müəllimdən qaçmaqdan başqa nə ummaq olar. Ürək yandıran odur ki, qaçış marafonunun keçirilməsindən xəbər verən saytlar eyni anda “ADNA terrorundan 8 il ötdü – sifarişçi isə hələ də azadlıqdadır” başlıqlı yazı dərc ediblər. Təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyev isə müsahibə verərkən görün nə deyir? “Bu tədbir xalqımız üçün çox vacib tədbirdir. Bakı Marafonu insanları, o cümlədən gəncləri sağlam həyat tərzi keçirməyə çağırır.” Əslində Mədət Quliyev doğru deyib. Amma bu marafon xalq üçün deyil, məsələn elə Mədət Quliyevin özü üçün çox vacib tədbirdir. Onun ora getməsi çox vacibdir. Axı, marafonun təşəbbüskarları Prezidentin ailəsidir, getməmək olarmı, ədəbsizliyin lüzumu varmı? Mədət Quliyev və ora yığılan digər vəzifəlilər çox gözəl bilirlər ki, onlar və Azərbaycandakı digər məmurlar hətta Şimali Koreyanın diktatoru Kim Çen İnin oturuşuna, duruşuna, gülüşünə, hətta burnunu qurdalamasına əl çalıb diş ağardan hərbi geyimli mayorlar, generallar, nazirlərdən də aşağı səviyyəli insanlardır. Çünki onlar ən azından diktatora diş ağardırlar. Azərbaycanlı nazirlər isə – başda Mədət Quliyev olmaqla hətta prezidentin qızının keçirdiyi qaçış marafonuna qatılmağı xalq üçün vacib sayır. Belələri bu gün –sabah balaca Heydərin əlindən də öpəcəklər. Başqa nə etməli, general-mayorun bundan başqa işimi var? İşini-gücünü atıb ölkəni təhlükə ocağına çevirən sələfi Eldar Mahmudovu həbs edəsi deyil ki? Qaçış marafonunda iştirak etmək Eldar Mahmudovla məşğul olmaqdan daha vacibdir.Elmar Hüseynovu, Ziya Bünyadovu, Razil Rzayevi terror edənlər, ADNA terrorunu törədən həqiqi faillər tapılmasa da olar.
Bu insanlara deməyə söz tapmırıq – desək bir az yalan olar. Onlar bu gün marafonda, sabah ölkədən qaça bilərlər, amma vicdanların heç zaman qaça bilməyəcəklər. Onlara sözümüz və məsləhətimiz budur: qaçın cənablar, qaçın. Nə qədər ki, xalq sizləri ölkədən qaçırmayıb, qaçın, uzaqlara gedin.

Nur-az.com

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==