Anam üçün meyit namazı qılmaq istəsəm onda mənə yenə cinayət işi açacaqsınız? – Şeyx Sərdarın məhkəməsindən REPORTAJ

Saturday, 20 May 2017-də tərəfindən Məhbuslar kateqoriyasında yayımlandı.

Xəbər verdiyimiz kimi bu gün həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin Masallıda məhkəməsi keçirilib.

Maide.Az xəbər verir ki, Masallı Rayon Məhkəməsində hakim Anar Alməmmədovun sədrliyi ilə keçirilən məhkəmədə öncə vəkillər vəsatətlə çıxış edib.

Vəkil Cavad Cavadov iki vəsatət qaldırıb və məhkəmənin audio və videosunun lentə alınması, həmçinin Şeyx Sərdarın müdafiə hüququnun yaxşı formada təmini üçün, yəni ümumi məhkəmənin qaydasını pozmamaq üçün vəkillərin yanında oturmasına icazə verilməsini tələb edib.

Lakin hakim vəsatətə baxmayıb və gələn məhkəmə prosesində bununla bağlı qərar verəcəyini bildirib. Dövlət ittihamçısı bu vəsatətə etirazını bildirməyib.
Vəkil Cavad Cavadovun növbəti vəsatəti Şeyx Sərdar Hacıhəsənlinin həbsinin ev dustaqlığı ilə əvəz olunmasına dair oldu. Həmçinin ibtidai istintaq baxışı üçün işin yenidən prokurorluğa göndərilməsi tələb edildi. Lakin dövlət ittihamçısının buna etiraz bildirməsindən sonra hakim vəsatəti təmin etmədi.

Daha sonra məhkəmədə Şeyx Sərdar Hacıhəsənli çıxış edib. Ruhani bildirib ki onu ittiham etdikləri maddənin əsaslandığı qanunun özündə İslama qarşı bir növ həqarət və hörmətsizlik var. Çünki ölkənin 90 faizindən çoxu müsəlmandır və cümə namazı xalqın dəyəridir. Bu dəyərin məhdudlaşdırılmasına dair qanunun qəbulu əslində bir növ İslam dininə qarşı basqı və həqarətdir.

Ruhani sözünün davamında qeyd edib ki, ona qarşı irəli sürülən ittihamın mahiyyətini əslində başa düşməyə çalışır: “ Bu günə qədər bu yersiz ittihamın mahiyyəti aydın deyil. Əgər bu gün bunlar öz qanunlarında Avropa standartlarına, beynəlxalq qanunlara istinad edirlərsə hər həftənin cümə günü dünyanın inkişaf etmiş ölkələrində o cümlədən Avropada, Amerikada hətta müsəlman əhalisi az olan ölkələrdə belə cümə günü “cümə namazı” qılınır. Həmin namazlar məhz mənim (Şeyx Sərdarın) təhsil aldığı beynəlxalq universitetin məzunları tərəfindən icra olunur. Onda belə çıxır ki, bunlar kı, bu gün iddia edirlər bizim qanunlar beynəlxalq qanunlara uyğundur amma ortada fərqli durumdur.”

Şeyx Sərdar həmçinin bildirdi ki, əgər söhbət xaricdə təhsil almadan gedirsə o, 2000-ci ildə təhsilini bitirib və geri qayıdıb. “Bu qanun 2015-ci ildə qəbul olunub. Qanunun geri oxunuşu olmadığı üçün mənə aidiyyəti yoxdur. Həmçinin mən 1991-ci ilin sentyabr ayında təhsil almağa getmişəm. Həmin vaxt hələ Sovet hökuməti mövcud idi. Heç müstəqillik elan edilməmişdi. Hətta müstəqillikdən sonra getsəydim belə yenə bu qanun mənə şamil edilə bilməz. Odur ki, hüquqi cəhətdən bu qanunun mənə qarşı tətbiq edilməsi yanlışdır.”

Şeyx Sərdar hakimə sual da ünvanlayıb: “Bir mətləbi qeyd etmək istəyirəm. Əgər sabah mənim anam dünyasını dəyişsə və anam üçün meyit namazı qılmaq istəsəm onda mənə yenə cinayət işi açacaqsınız ? Yaxud zəlzələ oldu, ayət namazı qılınmalıdır. Onda da həbs edəcəksiniz? Qanunda xüsusi olaraq dini ayin qeydi anlaşılan deyil. Bu məsələ öz həllini tapmalıdır və aydınlaşmalıdır. Qanun qüsurludur və düzgün tətbiq olunmayıb.”

Daha sonra vəkillər müxtəlif vəsatətlərlə çıxış etdilər. Həbs qəti imkan tədbirini tamamilə ləğvi tələb edildi. Lakin bütün vəsatətlərə dövlət ittihamçısı tərəfindən etiraz edildi. Hakim isə heç bir vəsatəti təmin etmədi.

Sonda hakim növbəti məhkəmənin mayın 25-də saat 11-də keçiriləcəyini açıqladı.

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==