Heydər Əliyev müstəqilliyin ilk günlərində hakimiyyətdə olsaydı nə olardı?

Saturday, 17 June 2017-də tərəfindən Məqalələr kateqoriyasında yayımlandı.

Yenə YAP hakimiyyətinin, bəli məhz YAP hakimiyyətinin qurtuluş günüylə bağlı İlham Əliyev yaman danışıb. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində cənab Əliyev əməlli-başlı – türklər demişkən – “cocuq qandırmağa” (yəni uşaq başı aldatmağa) çalışıb. Təbii ki, bu dəfə də onun dediklərinə xalq deyil, sadəcə hakimiyyət və bir dəstə şahın əlçalanları inanıb.
Cənab Əliyev hər dəfə belə məqamlarda hirsindən dırnaqlarını çeynəməmək üçün ürəyini boşaldır və dərindən ah çəkərək “kaş ki, Heydər Əliyev müstəqilliyin ilk günlərində hakimiyyətdə olaydı” deyir. Bu dəfə də kənd sakininin evində qonaq olarkən təəssüflənərək bunları qeyd edib.
Amma mən inanıram ki, İlham Əliyevin özü də öz dediklərinə inanmır. Xalq da onun dediklərini “o qulağından alıb bu qulağından buraxır.” Çünki onun sayəsində qarnının ac olduğu düşünülən xalqın əslində qarnı bu kimi sözlərə toxdur.
Bəs görəsən doğrudan da, İlham Əliyevin dediyi kimi olsaydı yəni ata Əliyev müstəqilliyin ilk günlərində hakimiyyətdə olsaydı nə olardı? Əslində bu sual başaldadan sualdır. Və biz bu gün bu suala cavab axtarmaqla vəzifələnməmişik. Çünki Heydər Əliyev müstəqilliyin ilk günlərində hakimiyyətdə olmayıb və qeybi bilənsə yalnız Allahdır, İlham Əliyev deyil. Ola bilər Heydər Əliyev müstəqilliyin ilk günlərində hakimiyyət başında olsaydı dağı dağ üstə qoyardı. Amma belə bir hadisə baş verməyib. Belə bir hadisə baş vermədikdə isə min cür nağıl danışıb, fantaziya uydurub, roman yazmaq olar.
Əsas sual isə budur: nə üçün Heydər Əliyev müstəqilliyin ilk günlərində hakimiyyətdə olmayıb. Niyə ola bilməyib. Nə üçün hakimiyyətini qoruyub saxlaya bilməyib.
Burada bir həqiqəti gərək İlham Əliyev unutmasın. Heydər Əliyev güclü siyasətçi olsaydı müstəqillikdən öncəki ən son vəzifəsini əlindən verməzdi, yəni SSRİ-nın baş nazirinin müavini vəzifəsini qoruyub saxlayardı. (Qeyd edək ki, Heydər Əliyev 13 il Azərbaycan SSR-sına rəhbərlik etdikdən sonra 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilb və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib) Əgər, o, SSRİ-nın rəhbəri Mixail Qorbaçov tərəfindən istefaya göndərilir və siyasət işlədərək öz vəzifəsini qoruyub saxlaya bilmirsə, görəsən belə bir adam Qorbaçovun rus-erməni qoşunlarını Azərbaycana göndərməklə 20 yanvar hadisəsini törətməsinin və daha sonra torpaqları işğal etməsinin qarşısını necə və hansı güclə ala biləcəkdi? Onun belə gücü və siyasəti vardısa öz vəzifəsini qoruyub saxlamaq yolunda sərf edərdi. İkincisi, İlham Əliyev unudub ki, əgər Heydər Əliyev SSRİ-nın son nəfəsinə qədər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində qalsaydı xalqın topxana dövründə, Azadlıq meydanında toplaşması və etirazlar etməsi zamanı hədəfə aldığı şəxslərdən biri və birincisi olacaqdı.
İlham Əliyevin dediklərini insafla təhlil etsək görərik ki, cənab Əliyev doğrudan da həqiqətləri gizlədir. Bəs görəsən o bizim bu sualımıza necə cavab verər? Sual isə bundan ibarətdir: Sizin dünyanızda Heydər Əliyevin bir gəlişiylə gəldiyi gün qurtuluş günü elan edilirsə görəsən bir gəlişiylə xalqı “qurtaran” bir “xilaskar” nə əcəb on il hakimiyyətdə qaldığı müddət ərzində və özündən sonra qoyub getdiyi hakimiyyət də 15 ildir ki, Qarabağın bircə qarışını da ala bilmədi? İlham Əliyev bu suala cavab versin ki, Heydər Əliyev necə xilaskardır ki, “qurtuluş günü” deyə andıqları və xalqa zorla sırıdıqları 15 iyun tarixində Bakıda Milli Məclisin sədri daha sonra prezidentin səlahiyyətlərini icra edən şəxs olduğu andan etibarən 6 rayon ermənilər tərəfindən işğal edildi. Siz hansı xalqın qurtuluş gününü qeyd edirsiniz? Siz hansı ərazinin erməni tapdağından qurtulmasının ildönümünü qeyd edirsiniz?
Bir daha şahidi oluruq ki, İlham Əliyev bu cür qulağa xoş gələn sözlərlə xalqı aldatmağa çalışır, amma unudur ki, xalqın qulağından əlavə gözü də var və o, hər şeyi gözü ilə görüb, şahid olub. Onun gözü isə tərəzidir və bu tərəzidə YAP-ın zərrə qədər dəyəri yoxdur.
Nur-az.com

 

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==