Xalq YAP-ı biabır edib Milli Şüraya bəraət qazandırdı

Saturday, 8 July 2017-də tərəfindən Məqalələr kateqoriyasında yayımlandı.

Güya Gənclər və İdman nazirliyinin təşəbbüsü ilə saat 11:00-da aksiya keçiriləcək və ATƏT-in Qarabağ məsələsinə baxan (Minsk) həmsədr dövlətlərin – Fransa, ABŞ, Rusiya səfirlikləri önündə etiraz ediləcəkdi. Təbii ki, aksiya siyasi xarakterli deyil, heç Milli Şüranın “Məhsul” stadionundakı mitinqi də deyildi. Bu aksiya Füzuli rayonunda şəhid edilən 2 yaşlı nəvə Zəhra və onun nənəsi üçün keçirilməli idi. Amma nədənsə adı çəkilən nazirlikdən səs-soraq çıxmadı. Hər halda belə bir aksiya baş tutsaydı xəbərimiz olardı. Bəlkə də hansısa vaxta qədər təxirə salınıb, bilmək olmaz.
Amma onu deyim ki, xalq YAP-ı əməlli-başlı biabır etdi. İndi deyərsiniz ki, axı bu məsələnin YAP-a nə dəxli var? Dəxli odur ki, YAP həmişə Milli Şuranın mitinqindən sonra öz adamlarını dövriyəyə buraxır, onlar da başlayırlar ki, ay nə bilim Milli Şuraya xalqın etibarı yoxdur, heç 1000 nəfər adam yığılmır bunların mitinqinə və başqa bu kimi çərənləmələr edirlər. Bəs yaxşı bu aksiya ki, siyasi xarakter daşımırdı, ümumxalq aksiyası olmalı idi. İqtidarlı-müxalifətli hamı tökülməli idi meydanlara. Hətta iqtidar-müxalifət nümayəndələri biraraya gəlməli idi. Özü də nazirliyin adı Gənclər və İdman Nazirliyi olduğu üçün bu aksiyada iki qrup insan daha çox iştirak etməli idi. Biri gənclər, o gənclər ki, əhalinin yarısından çoxunu təşkil edir. İkincisi isə idmançılar. O idmançılar ki, döyüş döşəklərində erməniləri çırpırlar. Amma nədənsə ümumiyyətlə aksiya baş tutmadı. Amma digər tərəfdən QAT bütün xalqı toplaya bilməsə də öz tərəfdarlarındna ibarət bir neçə nəfəri aksiyaya çıxara bildi. Üstəlik, heç burada hansısa QHT-ə yaxud nazirliyə ehtiyac da duyulmurdu. İnsanlar, xalq kütlələri özləri meydanlara tökülə bilərdi. Bu vəziyyətdə təbii ki, heç bir vicdansız polis onlara güldən ağır söz deyə bilməzdi. Bir də Rusiyadakı Ermənistan səfirliyi önündə aksiya baş tutdu. Ora da bir nəfər gəlmişdi. Rusiyadakı Azərbaycan diasporası deyəsən yuxulamışdı.
Bəli, görünür Milli Şuranın mitinqlərinə qatılmamaq onlara güvənməməkdən doğan məsələ deyil. Məsələ bundan ibarətdir ki, ya xalqımız təmbəldir, ya da iş-güc əlindən mitinq, aksiyaya gələ bilmir. Başqa variant da budur ki, insanlara qorxu hakim olub. Doğrudur, deyilə bilər ki, akisya siyasi məqsədlərdən ötrü, hansısa müxalifət və ya iqtidar partiyasının mitinqi deyil idi. Olsun, heç Milli Şurada icazəsiz mitinq keçirmir ki, mitinqlərini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış bir formada həyata keçirirlər. Amma faydası yoxdur, qorxaq elə qorxaqdır.
Mən isə bilirdim daha bu aksiyada bütün xalq iştirak edəcək və ölkədə daş daş üstə qalmayacaq. Hə, “daş” dedim yadıma Müdafiyə naziri Zakir Həsənov düşdü. Demişdi ki, bir də atəşkəs pozulsa Ermənistanda daş daş üstə qalmayacaq. Amma Ermənistanda nəinki daş daş üstə, hətta 2 yaşlı Zəhranın qatili Serj Sərkisyan göz üstə, baş üstə də saxlanılır. Cavan vaxtlarında Xocalı qatili olan Sərkisyan ahıl yaşlarında 2 yaşlı qızı öldürməklə növbəti bir Xocalı yaşatdı Azərbaycan xalqına.
Onu da qeyd edim ki, bu xalqda şəhadət, vətənpərvərlik hissinin ölməsi danılmaz faktdır. Baxın, elə faciə baş verən zaman şəhərdə konsert verirdilər. Heç televiziya ekranlarına da bu hadisə yansımadı. Çünki efirdəki kanalların öz veriliş səbətləriylə erməni dəyirmanına su tökməklə məşğuldur.
20 ildir ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələdən pul qazanır. Bu 20 ildə zərrə qədər də bu məsələdə Azərbaycanın lehinə bir iş görə bilməyiblər. Bu 20 ildə ancaq Ermənistan qazanıb, bizə isə yüksək məmurların nağıllarını eşitmək qalıb. Belə də ki, niyə də eşitməyək. Niyə də Ramiz Mehdiyev müharibə tərəfdarı olmalıdır ki? Məgər bunlar canını, hakimiyyətini küçədənmi tapıblar? Adicə taksi şoferinin oğlunu əsgərliyə göndərə bilmirik. Nazir öz oğlunu əsgərliyə niyə göndərsin, özü də müharibə haqda niyə düşünsün? Sadəcə belə məqamlarda alovlu bir-iki çıxış edirlər vəssalam. Bu məsələ isə demək olar ki, (kiçik istisnalarla) hamıya sərf edir. Ad da olur ki, Azərbaycanın güclü ordusu ola-ola beynəlxalq təşkilatların sözünə baxır, beynəlxalq hüquq normalarına riayət edir, dözür, səbr edir, müharibəni başlatmır. Ermənistan isə bu fürsətdən istifadə edib arada-bərədə Azərbaycan hakimiyyətinə də, postda duran əsgərinə də göz dağı verir. Bu minvalla da Ermənistan hər dəfə öz gücünü sınayır, silahlarını bizim üzərimizdə təcrübədən keçirir, Azərbaycan hakimiyyəti “harda qırıldı-qırıldı” prinsipi ilə ömrünü sürməyə, xalqı süründürməyə davam edir. ATƏT nümayəndələri dediyimiz kimi pul qazanır, bizim xlaqın böyük əksəriyyəti də müharibəsiz, odsuz, alovsuz yaşayıb Allahına şükür edib gedir. Bundan “gözəl” nə ola bilər.
Nur-az.com

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==