Zahid Oruc İlham Əliyevin İŞİD-ə kamikadze yetişdirməsini idda edir?

Wednesday, 4 October 2017-də tərəfindən Mövqe kateqoriyasında yayımlandı.

Prezident seçkilərinin təşviqat kompaniyasında bir gözü üzbəüzündə oturan Əli Əhmədovda (Prezidentin nümayəndəsi) qala-qala Cəmil Həsənli əleyhinə danışan, başqa sözlə desək dövlət başçısını real prezident, özünü isə xəyallarda yaşayan prezident hesab edən Zahid Oruc həmişə olduğu kimi bu dəfə də parlamentdə “quşlayıb” və sədr tərəfindən ağzının payını alıb. Onun “dövlət məsciddən idarə olunmaz” deməsinə parlament sədri cavab olaraq bildirib ki, Azərbaycanda din dövlətdən ayrıdır, heç bir məsciddən dövlət idarə olunmur. Yaxşı cavabdır. Əslində Oktay Əsədov kimi insanların cavabları birtərəfli yozulmamalıdır. O demək istəyib ki, biz dünyəvi dövlətik, bu öz yerində. Amma mümkündür o həm də demək istəyib ki, Zahid Oruc, adam kişi olar, güya dövləti məsciddən deyil sekulyar kürsülərdən idarə edib neyləmişik e. Amma Oktay Əsədov yarımçıq cavab verib. Gərək elə orda Zahid Oruca deyilərdi ki, ay bədbəxt, lap deyək ki, məsciddən dövlət idarə olunmaz, orda namaz qılınar, sən nə vaxt bir dəfə məscidə gedib Allah üçün diz qatlamısan. Sən ümumiyyətlə bilirsən məsciddə nə iş görürlər? Yoxsa ancaq öləndə məcburi gedəcəksən ora?
Zahid Oruc məhərrəmlik məclislərinə toxunaraq bildirib ki, xristianlar da İsa Məsihin (ə) çarmıxı barədə düşünməlidir. Amma onlar bundan ötrü matəm saxlayırlarmı? Zavallının dünyadan xəbəri yoxdur, bilmir ki, həmin məsihilər Kərbəlaya İmam Hüseyni (ə) ziyarət etməyə gedir.
Özü də deyir ki, biz hansı dövrdə bu mərasimləri keçiririk? Dövrün mətləbə nə dəxli var? Sən batil ola-ola haqdan danışırsan, bəs sənin kimi saxtakarları ifşa etmək üçün biz İmam Hüseyndən (ə) ibrət almayıb kimdən ibrət alacağıq, Fəzail Ağamalıdan? İmam Hüseynə (ə) ağlamayıb kimə ağlayaq, Xruşova?
Daha sonra deyir: “Biz bir neçə gün öncə Suriyada dağıntıların altından tapılan 2 yaşlı Həcər və 3 yaşlı Abdullanı gördük. Bunların valideynləri cənnət axtarışı ilə onları xarabalığa aparıblar.” Əlbəttə, sənin gözlərin kor, qəlbin qəsavətlidir. Belə olmasaydı Kərbəladakı 6 aylıq Abdullahı (Əliəsğər ağa) və 13 yaşlı Qasimi görərdin. Onların Kərbəlada yaşadıqlarını bilsəydin, səngərdən qaçıb gizlənməzdin. Tutaq ki, bunlardan xəbərin yoxdur. Bilirsən ki, İmam Hüseynin (ə) “dininiz yoxdursa, kişi olun” məzmunlu sözü həm də sənə aiddir? Çünki Əliəsğər ağadan, həzrət Qasimdən xəbərin yoxdur, dırnağına dəymədiyin gizir Mübariz İbrahimovun məktubunu da oxumamısan? Sən əsgərliyə belə getmədiyin halda Putinə Rambonu xatırladan Mübariz İbrahimov bu şəhadət dərsini kimdən alıb? Onun da cənnətdə görüşmək inancına sahib olmasına inanmırsan? Şəhid Mübariz İbrahimovun, Fərid Əhmədovun seyyidi, sərvəri, ağası olan Şeyyidüş-şühədaya (ə) ağlamayıb kimə ağlayaq?
Zahid Oruc, üstəlik sən İmam Hüseyndən (ə) şəhadət dərsi alıb ağlamaqdan daha çox kəsərli sözləriylə iqtidarı tənqid edən Hacı Taleyi də bəyənmirsən? Bəs yaxşı sənin naqis ağlınla, bir insan İmam Hüseyn (ə) kimi haqqı deyib şəhadətə yetməkdən qorxmursa və sən onu İmam Hüseyni (ə) tanımamaqda ittiham edirsənsə, başqa birisi İmam Hüseyn (ə) matəmində göz yaşı tökür, bunu da zəmanəyə uyğun hesab etmirsən, onda sən de görək İmam Hüseynə (ə) nə edək? Bəlkə də təklif paketi təqdim edəsən məclisə?
Çıxışının bu yerində çox böyük səhvə yol verib deyir: “Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək.” Ola bilər Zahid Orucun məqsədi bu hicablıların İŞİD-ə deyil, Bəşar Əsəd ordusuna qoşulması eyhamını vurmaqdır. (Bəlkə də onun məqsədi hicablıların böyüyüb İŞİD-ə qoşulmasını bildirməkdir. Amma mən hüsnü zənn edib yaxşılığa yozuram) Bu yerdə zavallı insana belə bir sual ünvanlayıram: İŞİD-in yetişdirdiyi azyaşlı, hələ həddi-büluğa çatmayan uşaqları insan başı kəsib fotolarını internetdə paylaşırlar. Necə olur ki, Yezid törəmələri də qəddar, başkəsən, kamikadze olur, Yezidi rüsvay edən İmam Hüseyn (ə) üçün göz yaşı tökənlər də. Bir də ki, unutma ki, Yezid törəmələri olan İŞİD-ə qan udduran Qasim Süleymani kimi oğullar şəhadət övladlarıdır, sənin kimi hərbidən qaçıb gizlənməyiblər.
Bütün bunlar bir yana, hər dəfə “qaş düzəltmək istəyərkən göz çıxaran” Zahid Oruc bu dəfə də İŞİD cəlladları kimi “göz çıxarıb”, “baş kəsib”. Bəli, düz tapdınız, çıxışı ilə “oxu” düz dövlətin başı olan İlham Əliyevə atıb və onu İŞİD-ə kamikadze yetişdirməkdə ittiham edib. Çünki ölkəmizdə İmam Hüseyn (ə) məclislərinin keçirilməsi, burada hətta azyaşlıların iştirak etməsi, xanımların, qız uşaqlarının hicab bağlaması qadağan deyil. Prezident də televiziya kanalına müsahibə verərkən demişdi ki, Azərbaycanda insanlar hicab bağlaması onların təbii haqqıdır, heç bir qadağa yoxdur. Zahid Orucun sözündən belə çıxır ki, bu gün hicaba azadlıq verən dövlət qanunu, hətta İlham Əliyev də gələcəkdə İŞİD üçün kamikadze yetişməsinə imkan verir?! O, həm də bu cür geridə qalmış düşüncələriylə müstəqil dövlətimizi sovet vaxtına qaytarmaq istəyir. Özünü sovet zamanında və sovet dövlətinin tərkibində hiss edib uşaqların məscidə getməməsini, məhərrəmlik tədbirlərinə qatılmamasını arzu edir. Zahid Orucun təxribat dolu çıxışları müvafiq orqanlar tərəfindən araşdırılmalıdır.
Nur-az.com

 

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==