“Xaini” tutub arxasındakı gücü öyrənmək əvəzinə öldürürlər

Wednesday, 1 August 2018-də tərəfindən Mövqe kateqoriyasında yayımlandı.

Gəncə hadisələrindən sonra dindarlar arasında xeyli sayda həbs edilənlərdən əlavə öldürülənlər də mövcuddur. Dindarları, Yunis Səfərovu terrorçu elan edənlərin özləri də vətəndaşı öldürməklə məşğuldur. Bəzi mətbu orqanlar da öldürən polis qüvvələrini “aslan”, “şir”, “pələng” kimi qələmə verirlər. Elə bil ki, Azərbaycan vətəndaşın polisə “it”, polis bölməsinə “itxana”, bir-birinin tərəfini saxlayan məmurlar barəsində “it itin ayağını tapdamaz” dediyi yer deyil. Acınacaqlı vəziyyət bundan ibarətdir ki, polislər istər yol polisi olsun, istərsə də adi asayiş polisi – heç birinin xalqın yanında hörməti yoxdur. Bir halda ki, yol polisi vətəndaşı saxlayanda vətəndaş cəld tərpənib maşınında kamera quraşdırır ki, polis qanunsuz iş gördükdə onu lentə alsın, hüquqi cəhətdən onu asanlıqla sındıra bilsin. Bu ona görə edilir ki, vətəndaş polisin savadsız, bir də qanunsuz iş gördüyünü gözəl bilir. Adi asayiş polisi isə bineyi-qədimdən ölkəmizdə dörd-beş nəfərinin bir vətəndaşın üstünə düşüb onu çırpmasıyla tanınıb. Başqa sözlə desək konkret olaraq polislərimiz xalqa deyil, məhz rejimə xidmət edirlər. Hələ bunların rüşvətxor olduqları bir yana. Bütün bu haqsızlıqları onların rüşvətxor olmalarından əlavə olan günahlarıdır.

İndi Gəncədə dövlətin hansı qanadı əməliyyat keçirirsə camaatın evindən “silah-sursat” tapırlar. Adları da diri qaldığı halda “aslan”, öldüyü halda isə “şəhid” elan edilir. Halbuki həmin “aslan” da, elə “şəhid” də Azərbaycan polisi, yaxud DTX-nin əməliyyat qrupunun üzvləridir ki, hər iki nazirlik Azərbaycanda adı bədnam nazirliklərdir. Xüsusən “şəhid” adı verdikləri polislər sanki dünənə qədər küçədə aksiya təşkil edən sivil insanları sürüyüb polis maşınlarına mindirən insanlar, onları döyən, əzən, həbs edən, küçədə təpikləyən ünsürlər deyillər. Təbii ki, söhbət “şəhid” elan etdikləri bir-iki polis nəfərindən getmir. Ümumilikdə götürsək “Azərbaycan polisi” deyərkən ağıla xalqın qeydinə qalan, xalq üçün var olan bir məfhum deyil, xalqı əzən, haqqını tapdayan, hakimiyyəti arxasında hiss edib etirazçılarla vəhşicəsinə rəftar edən kütlə gəlir.

Öldürülən vətəndaşlara gəlincə onu demək lazımdır ki, əgər bu insanlar həqiqətən də xain, dövlət çevrilişi etmək istəyən terrorçudursa burada iki nüansı diqqət mərkəzində saxlamaq lazım idi. Bu vətəndaşı əgər öz xalqın hesab edirsənsə və xarici ölkələrin təxribatlarına uyduqlarına dair fikrin və dəlilin varsa onları öldürmək əvəzinə diri-diri ələ keçirtmək lazım idi. Belə olan halda onların arxasındakı gücü (xarici dövlətləri) öyrənmək daha da müyəssər iş olardı. Amma özləri gözəl bilirlər ki, məmurlardan bezən insanlar heç bir ölkədən təlimat almır. Əgər belə bir şey olsaydı bunu dövlət üçün daha iriçaplı təhlükə hesab edib onları diri olaraq ələ keçirib sorğulamalı idilər. Deməli xalq ümumiyyətlə alçaq məmur tayfasından bezdiyi üçün bu dəfə özünü deyil məmuru yandırmaq, öldürmək istəyir. İkincisi isə diri ikən ələ keçirilən insanları “düz yola” çəkmək lazım idi. Axı onlar da bu xalqın övladlarıdır. Əyri yola gediblərsə onlara doğruları başa salmaq əvəzinə nə üçün öldürürsünüz?

Ola da bilər bütün bu skandallar xalqda xof yaratmaqdan ötrüdür. Təbii ki, xalqın içində müxalifət düşərgəsi də mövcuddur. Hakimiyyət isə sanki Türkiyədəki FETÖ hadisələrini bilərəkdən hazırlayıb ki, Azərbaycanda müxalifəti birdəfəlik yox eləsin. Çünki Türkiyədəki FETÖ hadisələrinin də elə AKP-nin hiylələrindən biri olduğunu qənaət edənlər çoxdur. Onlar belə etməklə özlərinə imic qazanmağa, müxalifəti isə xalqın gözündən tamamilə salmağa çalışırlar.

Nur-az.com

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==