Son həbslərlə bağlı Natiq Kərimovun müsahibəsi

Tuesday, 21 February 2012-də tərəfindən Müsahibə kateqoriyasında yayımlandı.

Birlik.az saytı Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovdan son vaxtlar baş verən dindarların kütləvi həbsi ilə bağlı müsahibə alıb

Son günlər Nardaranda həbs edilmiş dindarlarla bağlı nə məlumat verə bilərsiniz?
-Fevral ayının 10-dan etibarən Nardaranda həbslər başlayıbdır. Amma hadisə ilə bağlı xəbəri biz ayın 14-dən sonra almışıq. Demək Tağıyev Elman adlı şəxsi ilk olaraq Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırıblar. O bildiribdir ki, havaların soyuq, qarlı olması ilə əlaqədar gələ bilməyəcək. MTN-dən ona deyiblər ki, sabah gəlib qol çəksin. Bu adla Tağıyevi MTN-ə dəvət edib elə oradaca saxlayıblar. Bundan sonra mənim iki xalam oğlanlarını tutublar. Demək, onların evlərinə əməliyyat qrupu gəlib, evdə yoxlama aparıb və dediklərinə görə, orada iki tüfəng tapıblar. Və onları da bu formada həbs ediblər. Məndə olan məlumata görə 20-dən çox şəxsi saxlayıblar. Onların bir neçəsini sərbəst buraxsalar da, yalnız doqquz nəfəri hazırda həbsdə saxlanılır. O cümlədən, doqquz nəfərin içərisində mənim qardaşım Niyazi Kərimov da var. Həbs edilənlərin bir neçəsinə “vətənə xəyanə” ittihamı irəli sürülüb. Bu çox ağır bir maddədir və mən ümid edirəm ki, irəli sürülən ittiham təsdiqini tapmaz və onlar sərbəst buraxılarlar.

Q  ardaşınız Niyazi Kərimovu hansı şəraitdə saxlayıblar? Qardaşımı Maştağada yerləşən Ruhi Əsəb dispanserindən-müalicə müəssisəsindən həbs ediblər. O, orada müalicə alır. Bu xəbəri mənə qardaşıma dövlət tərəfindən təyin edilmiş Xədicə adlı vəkil bildirdi. Qısa olaraq onu bildirim ki, mənim qardaşım Nizayi Kərimov müharibədən gələndən sonra sinir sistemləri pozulmuşdu. Əsəbi olmuşdu. Bundan əlavə, bir neçə il həbsxanalarda yatıb. Sonra tövbə edib və ibadətlə məşğul olub. Vəkil mənə bildirdi ki, onlar vətənə xəyanətdə ittiham edilir. Onlar güya yəhudiləri izləyiblər. Mən də bildirdim ki, yəhudilər də Azərbaycan vətəndaşıdır. Ümumiyyətlə, bu söhbətlər çoxdan bağlanmış söhbətlərdir. Bu cür söhbətlərdən artıq mən iyrənirəm. Mənim qardaşım azməvacibli ailə başçısıdır. O öz dolanışığı ilə məşğul olan adamdır. Onun nə işinə qalıbdır ki, düşsün yəhudilərin izinə. Biz bütün Azərbaycan vətəndaşlarına hörmətlə yanaşırıq. Onları milliyyətlərə bölmürük. Bu çox absurd bir ittihamdır. Biz ümumilikdə bütün həbsləri pisləyirik. Və inanırıq ki, tez bir zamanda onların günahsız olmaları sübuta yetiriləcək və sərbəst buraxılacaqlar.

Qeyd: Nardaranda həbs edilən dindarların siyahısını sizlərə təqdim edirik. 1.Rəsulov Taleh Əliyusif oğlu. 1977-ci ildə doğulub. Ailəlidir, iki övladı var. 2. Ələkbərov Həmidağa Tofiq oğlu. 1975-ci ildə doğulub. Ailəlidir, beş övladı var. 2011-ci ilin sonlarında həbs olunan Kərbəlayi İmranın kiçik qardaşıdır. Hər iki qardaş Qarabağ müharibəsi veteranıdır. 3. Qasımov Rahim Museyib oğlu. 1971-ci ildə doğulub. Ailəlidir, iki övladı var. 4. Tağıyev Elman Ramiz oğlu. 1978-ci ildə doğulub. Ailəlidir, iki övladı var. 5. Zəkiyev Məhəmmədtağı Əlikram oğlu. 1963-cü ildə doğulub. Ailəlidir, dörd övladı var. Bu yaxınlarda İranda ürəyindən əməliyyat olunub. 6. Zəkiyev Əbülfəz Əlikram oğlu. 1971-ci ildə doğulub. Ailəlidir, üç övladı var. 7. Əli. Natiq Kərimov soyadını bilmədiyi Əli adlı qəsəbə sakininin hazırda axtarışda olan, İranda gizlənən, Azərbaycanda ictimai xadimin həyatına terror hazırlamaqda ittiham edilən Balaqardaş Dadaşovun bacısı oğlu olduğunu deyib. 8. Kərimov Niyazi Əlövsət oğlu. 1961-ci ildə doğulub. Ailəlidir, iki övladı var. Qarabağ müharibəsinin iştirakçısıdır. Natiq Kərimov deyib ki, Niyazi Kərimov müharibədə başından aldığı xəsarətə görə Maştağa qəsəbəsindəki ruhi-əsəb dispanserində müalicə olunurmuş. Onu dispanserdən tutub aparıblar. 9. Bünyadov Əbülfəz Heybət oğlu. Ailəlidir, bir azyaşlı əlil övladı var. “İslam həqiqətləri” qəzetinin müxbiridir. Qəsəbədə aptekdə həbs olunub. Natiq Kərimov bildirib ki, Əbülfəz Bünyadov həm də aptekdə çalışırmış.

One Response to “Son həbslərlə bağlı Natiq Kərimovun müsahibəsi”

  1. mezlum

    23. Feb, 2012

    HAQSIZ IDDIHAMLARLA HEBS OLUNAN MOMIN-MUCAHIDLERE ALLAHIN SALAMI OLSUN.ALLAH BU IMTAHAN ANLARINDA SIZ EZIZ MOMIN-MUCAHID QARDAWLARA VE EZIZLERINIZE SEBR ETA ETSIN,INWAALLAH.ZALIM REJIM YEQIN BILSIN KI,ALLAHIN VE MEZLUMLARIN QEZEBINE TUW GELECEKLER,MUTLEQ,INWAALLAH

    Reply to this comment

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==