Bakıdakı xocalıların harayı

Sunday, 26 February 2012-də tərəfindən Müsahibə kateqoriyasında yayımlandı.

«20 ildir bizi əzabla öldürürsünüz, nə işıq var, nə su gəlir, nə maraqlanan var ki, necə yaşayırsız»

Xocalı sakini: «Heç olmasa abidənin ətrafındakı evləri bizə verərdilər. İstəyəndə gedib doyunca ağlaya bilərdik»
Şəhərin mərkəzindən çox uzaqda yerləşir. 179 nömrəli avtobus «Azadlıq» metrosununun yanından ora getmək üçün bir saatdan çox vaxt sərf edir. Əvvəllər bura müalicəvi Qızılqum sanatoriyası adlanırdı. İndi də belə adlanır. Ancaq buraya müalicə üçün gələnlər yoxdur. Çünki binalarda əksəriyyəti Xocalıdan olan məcburi köçkünlər məskunlaşıb. Sanatoriya bir neçə binadan ibarətdir. İlk binanaın qarşısında daşla kiçik bir “market” tikilib. Üzərinə isə “Vətən market” yazılıb. Dayanacaqdan bizi müşayət edən Laçından olan məcburi köçkün ikinci binanı işarə edərək xocalılıların əksəriyyətinin burada yaşadığını deyir. Bina köçkünlərin məskunlaşdığı digər sanatoriyalarla müqayisədə dayanıqlı görünür. Bina daxilində antisanitariya hallarına rast gəlmədik. Ancaq həyət haqqında bunları demək olmaz. İlk baxışdan zibillərin vaxtlı-vaxtında daşınılmadığını görmək olar. Külək sellafan torbaları həyət boyu səpələyib. Binanın qarşısında dəmirdən bir neçə qaraj düzəldilib. Qarajın biri internet klub kimi fəaliyyət göstərir.

Bu qapıları çox jurnalist döyüb, amma…

Binada döydüyümüz bir neçə qapıda suallarımız cavablandırmaq istəmirlər. Bəzisi evdə olmur, bəzisi danışmaq istəmirdi. Səbəbi bəlli idi. 20 il boyunca bu qapıları çox jurnalist döymüşdü. Onlar sual verməkdən yorulmamış, köçkünlər isə eyni hadisələri və problemləri danışmaqdan usanmışdılar. “Onsuz da xeyiri yoxdur!” Ancaq hər zaman olduğu kimi bu dəfə də müsahib tapa bildik.

Sevda xanım 20 ildir bu binada məskunlaşdıqlarını deyir. Burada qaz yoxdur. Otaqlar kiçikdir və elektrik vasitəsilə işləyən qızdırıcılarla isidilir. Sanatoriya fəaliyyət göstərən zaman bu otaqlarda 3 çarpayı yerləşdirilirmiş. Bu otaqlar ən böyük sayılır.

Dirilərə də bu qədər əzab verməsinlər

Sevda xanım qarın gətirdiyi problemlərdən və onların həll edilməməsindən gileylənir: “Son bir ayda o qədər əsəbiləşmişik ki… Qar yağandan bizə zülüm ediblər. Deyirəm erməni erməniydi bizi qırırdı, bəs sizə nə olub? Erməni bir güllə ilə vurdu, rahat öldük, Siz 20 ildir bizi əzabla öldürürsünüz. Nə işıq var, nə də ki, su gəlir. Bir aydır paltar yumuruq. Belə yaşayış olar? Xocalıda qardaşım arvadı ilə birlikdə öldürüldü. 5 uşağına mən baxıram, 4 uşaq da özümünkü. Bu günə qədər gəlib maraqlanan olmayıb ki, necə yaşayırsınız? Dövlətimiz sağ olsun, ildə bir dəfə də olsa ölülərimizi xatırlayırlar. Amma dirilərə də bu qədər əzab verməsinlər. Fevral bizim yaralarımızın təzələnən ayıdır. Heç olmasa suyumuzu versinlər. Dövlət qurumları bizimlə maraqlanmır. İnsana bu qədər laqeyd olmaqmı olar? Hamısı yerlibaz, tayfabaz, rüşvətxor. Əvvəl uşaqpulu alırdıq, birtəhər dolana bilirdik. İndiki kimi bahalıq da deyildi. Amma indi əzab çəkirik. Su xətləri var, amma su vurulmur. Bir dəfə işıq kəsiləndə bizimkilər getdilər idarəyə. Oradan deyiblər ki, bəs bizə yuxarıdan əmr gəlib ki, işığa “ekonomiya” edin. O soyuqda ətraf kəndlərin hamısında işıq yanırdı. Bircə bizim sanatoriya qaranlıq içində idi. Bu da adama təsir edir. Yardım filan da verilmir. Bir dəfə yeni ildə hərəyə bir dənə bud vermişdilər. O da iylənmişdi. Qaytardıq. Xocalı İcra Hakimiyyəti bizə ümumiyyətlə, baxmır. Sabunçu İcra Hakimiyyəti hər ilfaciənin ildönümündə ehsan verir. Ərzağı onlar alır, biz də hazırlayırıq. Amma deyirlər bunu da ləğv edəcəklər. Ehsanı hər il 26-sı günü veririk. Amma bu il 25-də olacaq ki, abidəyə də baş çəkə bilək”.

Ailədən 41 nəfər itirmişəm

Sevda xanım abidədən danışarkən göz yaşlarını tuta bilməyərək ağlayır. Deyir ki, heç olmasa abidənin ətrafındakı evləri bizə verərdilər. İstəyəndə gedib doyunca ağlaya bilərdik. “Evlər darısqaldır. Uşaq bizi əsəbiləşdirir, biz də onları döyürük. Amma qınamalı deyil, bu darısqallıqda uşaq necə oynasın. Şəhid ailələrinə 100 manat təqaüd verilirdi. Onu da vermədilər. Deyirlər gərək uşağın anası sağ ola”.

Söhbət zamanı Sevda xanımın qonşusu Səidə xanım da bizə qoşulur. O da 20 ildir ki, burada məskunlaşıb. Deyir, ailədən 41 nəfər itirmişəm. “Anam, iki bacım, bacımın iki uşağı, bir bacımın bir oğlu, qayınatam, qayınanam, qayınım, yoldaşım, əmimin övladaları nəvələri və s. Bir bacımın ailəsi tamam məhv oldu. Bir bacımı itkin bilirdik. İki il bundan qabaq internetdə şəkil yayımlandı. Ermənilər demişdilər ki, bizim ölülərdi. Amma görən kimi tanıdım, mənim bacım idi. Yoldaşı hərbçi idi. Bacım da ona görə Xocalıdan çıxmadı. Axırı da belə. Bir bacım var, o şəkili görəndə çox ağlamışdı. Amma mən ağlamadım. Dedim yaxşı ki, onlar o əsirliyi, girovluğu görmədilər. Mən iki gün əsirlikdə qalmışam. Bizi, 80 nəfəri Allahverdinin dəstəsi iki erməni meyitinə dəyişdi”.

Sevda xanım: Erməninin iki meyiti gör nə qədər dəyərlidi (ağlayır).

«Dəyişməyə gedəndə ermənilər yarı azərbaycan, yarı erməni dilində bizə dedilər ki, bilirsiniz sizi hara aparırıq, Sumqayıtda bizimkiləri necə yandırmışdılarsa, sizi də elə yandıracağıq. Sonra maşını saxladılar dedilər gedin. Fikirləşdim ki, kinolardakı kimi arxadan güllələyəcəklər. Bir ayağımız gedirdi, biri yox. İrəlidə avtobusda digər əsirləri gördük, bir az rahatladıq”- deyir Səidə xanım.

Xocalı faciəsinin il dönümünü qeyri-iş günü elan edilməlidir

Sevda xanım bu sanatoriyaya yerləşdirmələrindən danışır. Deyir Ağdamdan onları bura Arzu Abdullayeva və Tamella xanım gətiriblər. Bacısı Südabə xanım burada məskunlaşdıqları ilk vaxtları xatırlayır. Deyir ki, otaqlara ancaq yatmaq üçün girərdilər. Qalan vaxtları aşağı mərtəbədəki zala qoyulmuş televizora baxaraq keçirirlərmiş. Onlar qayıdacaqlarının müjdəsini gözləyirlərmiş, qalan 20 ili bu evlərdə keçirəcəklərinə inanmayaraq.

Səidə xanım deyir ki, heç olmasa Xocalı faciəsinin il dönümünü qeyri-iş günü elan etməlidirlər. “Hər bayrama bir həftə tətil elan edirlər. Xocalının ildönümünü çox gənc bilmir. O gün televiziyada sorğu keçiriblər, biri deyir sevgililər günüdü. Biz Xocalını soyqrım kimi qəbul edilməsini istəyirik amma, həmin günü matəm kimi keçirmirik. Birinci evin içi, sonra çölü”.

Sevda xanım: Qohumuma qrup yoldaşı demişdi ki, Xocalıdan gəlib-gedirsən? Uzaqdı? Çox unutqan xalqıq, a bala. Elə yol salırlar, park tikirlər. Mən də istəyirəm gedib o parkda dincəlim. Belə deyəndə o saat deyirlər bəyəm qoymurlar sizi? Deyirəm yox, axı mən pəyədən çıxıb necə parka dincəlməyə gedim?! /bizimyol

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==