İlqar İbrahimoğlu ölkə gündəminə aid sualları cavablandırdı

Tuesday, 13 March 2012-də tərəfindən Müsahibə kateqoriyasında yayımlandı.

Son aylar həm də dindarların kütləvi həbsi ilə yadda qaldı. Bu, ölkədə bütün başqa sahələr kimi, dini etiqad azadlığı sahəsində də ciddi problemlərin olduğunun göstəricisi idi. Dini Etiqad Azadlığını Müdafiə Mərkəzinin rəhbəri, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Hacı Ilqar Ibrahimoğlu ilə söhbətimizdə həm bu məsələyə, həm də ölkənin ictimai-siyasi həyatında baş verən digər olaylara toxunduq.

– Ilqar bəy, Ictimai Palata aprelin 8-nə mitinq təyin edib. Son dəfə bu tip aksiyalar ötən ilin aprelində keçirilmişdi. Budəfəki mitinqi təyin etmək zərurəti nədən irəli gəldi?

– Sərbəst toplaşmaq azadlığı vətəndaşların ən təməl hüquqlarından biridir. Bu, ölkədə demokratik dəyişikliklərə nail olmaq üçün bir vasitədir. Təəssüflər olsun ki, demokratik düşərgənin illərdir davam edən mübarizəsinə və çabalarına rəğmən bu sahədə ciddi məhdudiyyətlər var. Ictimai Palata da Konstitusiyanın bizlərə verdiyi hüquqündan istifadə edərək yenidən aksiyaya qərar verib.

– Adətən bu cür aksiyalarla bağlı meriya elə ünvanlar təklif edir ki, bu elə “yox” cavabına bərabər olur. Sizcə, bu dəfə necə olacaq? Əgər meriyadan oxşar cavab gələrsə, hansı addımları atacaqsınız?

– Hesab edirəm ki, optimal çıxış yolları tapmaq lazımdır. Bu, ümumən ölkənin və onun gələcək inkişafının xeyrinədir. Elə bir zaman gəlib çatıb ki, normal, ağlabatan yerlər təklif oluna bilər. Hesab edirəm ki, danışıqlar yolu ilə konsensusa gəlmək mümkündür. Əslində Ictimai Palatada və Koordinasiya Şurasında da bu mövqe var ki, ağlabatan imkanlar yaransın və sərbəst toplaşmaq azadlığından istifadə olunsun. Hər kəs bunun fərqindədir ki, bizim tələblərimiz normal tələblərdir. Proseslərin sağlam və məntiqli inkişafı üçün sərbəst toplaşmaq azadılığı ən köklü, lazımlı vasitələrdəndir. Bu, insanların narazılığını ifadə etməsi, təşəbbüslə çıxış etmələri üçün vacibdir və hər kəsin xeyrinədir. Düşünürəm ki, Azərbaycanda da bunun üçün şərait yetişib. Rusiyaya baxsaq görərik ki, artıq orada bu məsələ yoluna qoyulur. Bu, eyni prosesin Azərbaycanda da getməsi üçün bir zəmindir. Demokratikləşmə elə bir prosesdir ki, onun getməsi zəruri və qaçılmazdır.

– Qubada baş verən son olaylar göstərdi ki, insanların ifadə və sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılanda, televiziyalar azad fikirlərin üzünə qapananda bunun nəticəsi ağır olur. Və insanlar illərdir yığılıb-qalmış qəzəblərini ifadə etmək üçün qeyri-ənənəvi metodlara əl atırlar. Sizcə, Azərbaycan hökuməti bundan hansı dərsləri götürməlidir?

– Bütün bunların baş verməməsi üçün ən optimal vasitə demokratik vasitələrdir. Insanların özünü ifadə edə bilməsi, sərbəst toplaşa bilməsi – bunlar hamısı ona görədir ki, toplum səbatlı inkişafa gedə bilsin. Bu kataklizmlərlə deyil, ifrata varmaqla deyil, normal üsulla olmalıdır. Sözsüz ki, qadağalar prosesin qabağını almır, sadəcə onun gizli şəkildə getməsinə səbəb olur. Bundan da hər kəs zərər görür. Bu mənada sərbəst toplaşmaq azadlığını təmin etmək hər kəsin – eləcə də hökumətin birmənalı olaraq xeyrinədir.

– Ötən ay həm də dindarların kütləvi həbsi, onlara qarşı irəli sürülən – narkotik, silah, xuliqanlıq kimi inanclı insanlara yaraşmayan ittihamlarla yadda qaldı. Dindarlara qarşı növbəti həbs dalğasının səbəbi nə idi sizcə?
– Dini etiqad və vicdan azadlığı ilə bağlı baş verənlər, bu sahədəki məhdudlaşdırmalar ölkədə insan hüquq və azadlıqlarının vəziyyəti ilə birbaşa əlaqəlidir. Bunlar bir-birindən ayrılmaz məsələlərdir. Necə ki, illərdir medianın ifadə azadlığı, partiyaların siyasi azadlığı məhdudlaşdırılır, eləcə də vicdan azadlığı ilə bağlı ciddi problemlər yaşanır. Dünyada yaşanan islamafobik proses Azərbaycandan da yan keçməyib. Xüsusən də son üç ildə. Bu gün onun fəsadları göz qabağındadır. Məscidlərin bağlanması və sökülməsi, hicab, azan qadağası, buna etiraz edənlərin təqib olunması və həbsi. Bir sözlə, Azərbaycan üçün xarakterik olmayan vəziyyət yaranıb. Hazırda həbsdə xeyli sayda inanclı var. Onlar düşüncələrini ifadə etdiyinə görə məhbəs həyatı yaşayan vicdan məhbuslarıdır. Təəssüf ki, vətəndaş cəmiyyətinin bu məsələyə reaksiyası adekvat olmadı. Müəyyən mənada ehtiyatlılıq, ikili yanaşma müşahidə olundu. Bunun yanlış olduğunu hesab edirəm. Amma Ictimai Palatanın, Ziyalılar Forumunun mövqeyi prinsipial oldu. Sözsüz ki, hüquq müdafiəçiləri arasında da prinsipial mövqe sərgiləyənlər olmuşdu. Istərdim bu, daha geniş və daha əhatəli olsun. Təəssüf doğuran bir məqam da, son bir neçə ayda həbs edilən inanclı şəxslərin vicdan məhbusu statusu almamasıdır. Bunlar arasında Ramin Bayramov adlı jurnalist də var. Bunlarla bağlı nə yerli, nə beynəlxalq səviyyədə ciddi kampaniya aparılmır. Səbəblərdən biri də, vətəndaş cəmiyyətinin müəyyən hissəsinin inanclılarla bağlı məsələyə ehtiyatlı yanaşmasıdır. Buna son qoyulmalı, vətəndaş cəmiyyəti ayrıseçkilik etməməlidir.
Ən pisi odur ki, ölkənin namus simvolları, dəyərli insanları olanlar, insanları gözəlliyə, yaxşılığa dəvət edənlər çox biabırçı ittihamlarla həbsə atılıblar. Toplumun buna da münasibəti adekvat olmadı. Bunun nəticəsidir ki, bütün kəsimlərə qarşı anormal hadisələr baş verir.

– Ilqar bəy, bu dəfə dindarlar nə aksiyada iştiraklarına, nə də hansısa siyasi çıxışlarına görə həbs edildilər. Belədirsə, bu həbslərin arxasındakı gerçək səbəb nədir?

– Azərbaycanla Iran arasındakı münasibətlərdə gərginlik müşahidə olunur. Notalar ötürülür. Çox acınacaqlıdır ki, bunun cəzasını inanclı insanlar çəkir. Inanclılar sanki girov kimi həbs olunublar. Bu, normal olmayan, absurd təcrübədir. Heç yerdə belə bir şey yoxdur ki, hansısa dövlətlə münasibətlərdə problem varsa, öz vətəndaşlarına qarşı belə metoddan istifadə etməlisən. Dəfələrlə müraciət etmişik ki, inanclı insanlar da bu ölkənin vətəndaşlarıdır. Azərbaycanın dövlətçiliyini hər mənada – canlarıyla, ruhlarıyla, hər zaman müdafiə edirlər. Onlara qarşı ikinci sort vətəndaş kimi yanaşmaq yolverilməzdir və bu münasibətə son qoyulmalıdır. Təəssüflər olsun ki, dindarlara qarşı bütün hücum dalğaları iki ölkə arasındakı münasibətlər kəskinləşən zaman müşahidə olunub.

– Xədicə Ismayılla bağlı baş verənləri necə qiymətləndirirsiz?

– Xədicə xanıma qarşı baş verən bu xoşagəlməz olaya münasibətimizi bildirmişik. Ictimai Palata da vicdan məhbusları ilə bağlı dəyirmi masada məsələyə etirazını ifadə edib. Sosial şəbəkələrdə də fikirlərimizi bildirmişik. Münasibətimiz birmənalıdır. Həm də hesab edirik ki, bunun baş verməsi təəccüblü deyil. Ölkənin namus simvolu olan ruhanilər narkotik və bu kimi biabırçı ittihamlarda suçlananda və ictimai rəy bunu həzm edəndə bir gün də ölkənin jurnalistinə, ictimai-siyasi xadiminə qarşı bu kimi şantajlar olacaq. Xədicə Ismayıla qarşı olanları birmənlı olaraq vətəndaş cəmiyyətinin hər bir fəalına qarşı olay kimi qiymətləndirirəm. Bu, hər mənada insanın şərəf və ləyaqətinə qarşı yönəlmiş hərəkətdir. Öz növbəsində toplumun, vətəndaş cəmiyyətinin bu məsələyə münasibəti çox adekvat oldu.
Gültəkin
“Azadlıq” qəzeti

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==