Ayatullah Safi Golpayiqaninin əmr-bemərufa aid fətvaları haqda | Hicab.org

Ayatullah Safi Golpayiqaninin əmr-bemərufa aid fətvaları haqda

Saturday, 17 March 2012-də tərəfindən Qanun kateqoriyasında yayımlandı.

Yaxşılığa əmr və pislikdən çəkindirmək barəsində, bəzi suallar.Sual: Sizin fikrinizcə, yaxşılığa əmr və pislikdən çəkindirmə vacibini icra etməkdə, İslami cəmiyyətin müxtəlif fərdləri arasında həmkarlıq zəruridir yoxsa, hər kəs təklikdə bu işin öhdəsindən gələ bilərmi?

Cavab: Yaxşılığa əmr və pislikdən çəkindirmə, ictimai vəzifələrdən biridir ki, bəzi yerlərdə bir nəfərin təşəbbüsü ilə baş verir, bəzi yerlərdə isə, neçə nəfərin təşəbbüsünə, hətta bir cəmiyyət və ümmətin həmkarlığına ehtiyaclıdır. Deməli, hər yerdə bir nəfərin bu əməlini kafi bilib və digərlərinin bu vəzifədən azad olmasını bilmək olmaz. Çünki,

Birinci: Yaxşılığa əmr və pislikdən çəkindirən şəxslə, digər insanların həmkarlığı, daha çox təsirə və məqsədə yetişməyə səbəbdir. Əgər min nəfər bir mövzu barəsində, bir- birinə uyğun nəzər versələr, təsir cəhətdən bir nəfərin verdiyi nəzərlə, bərabər deyil.

İkinci: Bu məsələlərdə sözün necə deyilməsi və şəxslərin açıqlamaları, təsirdə fərqlidir. Çox vaxt belə olub ki, bir şəxs bir nəfərin uzun nəsihət və moizələrindən ayılmayıb, amma digərindən eşitdiyi bir kəlmə ilə, tez ayılıbdır.

Üçüncü: Camaat arasında yayılan bəzi pis işlər ya tərk edilməsi adət olmuş bəzi vacib əməllər və həmçinin yaxşılığa əmr və pislikdən çəkindirilməli olan bəzi şəxslər barəsində, çoxlu cəmiyyət həmkarlıq etmədən, müvəffəqiyyət baş vermir.

Xüsusilə, cəmiyyət arasında nüfuzlu, alim və şəxsiyyətli insanların həmkarlıq etməsi, yaxşılığa əmr və pislikdən çıkindirən şəxsin qanuni məqsədinin inkişadında, çox təsiri var. çünki günah edənlər, cəmiyyətin onlara nifrətlə baxdığını və onların işinin pis və insanlığın əksinə olduğunu müəyyənləşdirdiyini ya məlumatlı insanların onların əməllərini pislədiklərini görəndə, çox vaxt tutduqları səhv yolu tərk edirlər. Deməli yaxşılığa əmr və pislikdən çəkindirmə, çox vaxt həmkarlığa və köməyə ehtiyaclıdır. Gər yaxşılığa əmr edənləri tənha qoysalar, lazımi müvəffəqiyyət əldə olunmayacaq.

Sual: Yaxşılığa əmr, pislikdən çəkindirmənin faydalarının və onu tərk etməyin zərərlərinin çoxunu bilə- bilə, niyə bu vacibi yerinə yetirməkdə səhlənkarlıq edirik?

Cavab: Bunun bəzi səbəbləri aşağıdakılardan ibarətdir:

Birinci: İmanın zəifliyi bu etinasızlığın ən əsas səbəbidir. İmanın zəifliyi, əxlaqi güc və şücaəti insandan alıb, onu zahiri və mövhum qüdrətlərin nüfuzu altında, xar və zəlil edir. İnsanın heç bir pis iş və vəzifənin əksinə olan əməli yerinə yetirməkdən onun olması ilə saxlamayan ən pis zəif nöqtəsi, imansızlıq və dinsizlikdir.

İkinci: Tamahdır. Camaatın çoxu bilə- bilə və yaxşılığa əmr və pislikdən çəkindirməyi tərk etməyin zərərlərin anlasalar da, insanların vəzifəsindən istifadə ya malına tamah etdiyinə görə, bu təsəvvürlə ki, əgər filan şəxsi yaxşılığa əmr etsələr onun mal ya vəzifəsindən faydalanmayacaqlar, bu vəzifəni yerinə yetirməkdə səhlənkarlıq edirlər. Çox vaxt onların yanında günah baş verir, amma tamahın pis təsiri onların azadlıqlarını və düzgün düşünməsini aldığına görə, pislikdən çəkindirməkdən, çəkinirlər.

Üçüncü: Yersiz qorxu. Camaatın bəzisinin əxlaqi inkişaf və büluğlarının olmamasına görə, çox vaxt yersiz qorxular bu təsirləri yerinə yetirməyə qoymur və özləri üçün sadə və heç bir mane ilə qarşılaşmayan yaxşılığa əmr və pislikdən çəkindirmə üçün, çoxlu maneələr fərz edib və özlərini öz təsəvvürləri ilə, üzürlü edirlər. Hətta bəzən bu qorxaq camaat, yaxşılığa əmr və pislikdən çəkindirən insanlara da etiraz edir və onları sentimental və düşüncəsiz sayırlar.

Dördüncü: Məqsədin baş verməsindən naümidlik. Camaatın çoxu, günah, güc, qüdrət və mitinq əhlinin çoxluğunu görəndə və onların bazarının canlanmasını görəndə, yaxşılığa əmr və pislidən çəkindirməklə, xüsusilə həmkarın olmaması ilə, bir işi görə bilməyəcəyini və camaatın əvəz edə bilməyəcəyini düşünürlər.

Sual: Cəmiyyətdə baş verən pis işlər qarşısında, ən az edə biləcəyimiz və etməli olduğumuz iş nədir?

Cavab: Yaxşılığa əmr və pislikdən çəkindirməkdən məqsəd, haram işi yerinə yetirən və vacibi tərk edənin, bu əməli tərk etməsi məqsədi olduğuna görə, əgər bu əməldən nifrəti izhar etməklə (hətta etiraz və birlikdə olmağı tərk etmək) tərk edərsə, yaxşılığa əmr və pislikdən çəkindirməkdə kifayət edir və bundan çox əmr və çəkindirməyə ehtiyac yoxdur.

Sual: Sizin fikrinizcə, yaxşılığa əmr edən və pislikdən çəkindirən özü, yaxşılığa və pisliyə əməl edən olmalı yoxsa, əməl etməsə də, yaxşılığa əmr və pislikdən çəkindirə bilərmi?

Cavab: Yaxşılığa əməl və pislikdən çəkinmək, hər bir müsəlmana vacibdir. Amma əmr və çəkindirənlər, yaxşıya əməl və pislikdən çəkinməkdə digərlərindən öndə olmalıdırlar. Çünki əməl, sözün təsir qoymasında şərtdir.

Sual: Yaxşılığa əmr və pislikdən çəkindirməyin şərtləri hansılardır?

Cavab: 1. Əmr edən və çəkindirən, yaxşını və pisi tanımalıdırlar.

2. Onun əmr və çəkindirməsinin təsiri olacağını ehtimal versin.

3. Əmr və çəkindirməyin heç bir fəsadı (cani, mühüm mali və abır zərəri) olmasın.

4. Yaxşını tərk edən və pis işi yerinə yetirən şəxs, öz işini davam etməyə israrlı olsun.

Sual: Əgər bir şəxs, mənim təqlid mərcəmin onu haram bildiyi, lakin öz mərcəyi təqlidi nəzərindən icazəli olan bir işi etsə, onu həmin işdən çəkindirməliyəmmi?

Sual: Yaxşılığa əmr və pislikdən çəkindirmə vacibində, bir dəfə xəbərdarlıq kifayət edirmi yoxsa, neçə dəfə təkrarlamalıdır?

Cavab: Əgər xəbərdarlığı təkrarlamaqda, təsir qoyma ehtimalı versə, təkrarlamalıdır.

Sual: Əgər insanın ata və anası günah etsələr, onları pislikdən çəkindirmək, hörmətsizlik sayılırmı?

Cavab: Xeyir. Şərait hazır olan zaman onları pislikdən çəkindirmək, övlada vacibdir. Əlbəttə çalışmalıdır ki, yaxşı əxlaq və yaxşı sözlə bu işi yerinə yetirməlidir. Bu iş, onlara hörmətsizlik sayılmır. Əgər təsir etməsə, başqa vəzifəsi yoxdur.

Sual: İslam hökuməti zamanında, əgər polis ictimai fəsadlar qarşısında ciddi əməl etməsələr, camaatın vəzifəsi nədir?

Cavab: Bu vacib şərait olan zaman heç kəsin boynundan götürülmür, yalnız o zaman ki, digərləri bu vacibə əməl etsələr, digərlərinin boynundan götürülür.

Sual: Hazırda toy mərasimlərinin çoxu, cürbəcür günahlarla birgədir. Bizim belə mərasimlərə dəvət etdikdə, yaxın qohumlardan olan halda bizim vəzifəmiz nədir? Bunu da nəzərə almaq lazımdır ki, dəvəti qəbul etməmək, qohumluq əlaqələrinin kəsilməsinə səbəb olur.

Cavab: Belə məclislərdə iştirak etmək, günah və haram məclisdə iştirakdır və müsəlman şəxs belə məclislərdə iştirak etməməlidir. Onun səbəbini deməldir. Əgər onun günah məclislərində hazır olmaması qohumluq əlaqəsinin kəsilməsinə səbəb olsa, iradı yoxdur. Çünki əslində, qohumluq əlaqəsinin kəsilməsinin səbəbi onlardır.

Sual: Mənim tələbə olaraq vəzifəm, qatışıq siniflərdə və həmçinin universitetdə olan hicabsızlıq barəsində vəzifəm nədir?

Cavab: Qarışıq siniflərdə iştirak etmək, əgər harama səbəb olsa (naməhrəmə baxmaq və digər kimi) olmaz. Öhdəli müsəlman tələbə gərək universitet rəhbərliyindən təkidlə İslam təlim və hökmlərinə riayət etmələrini istəsinlər ki, həm tələbələr harama düşməsinlər, həm də universitet fəsadlardan uzaq olsun.

Sual: Bizim ailənin bzi üzvləri namaz qılmırlar. Onları namaz qılmaq üçün oyatmaq olarmı?

Cavab: Sübh namazı qılmaq istəməyən şəxsi oyatmaq, yaxşılığa əmr olaraq vacibdir. Amma namaz qılmaq qəsdi olub və təsadüfən yatıb qalan şəxsi oyatmaq, vacib deyil.

Sual: Əgər bir şəxs bir idarədə rüşvət alsa, bizim əlaqəli məmurlara xəbər vermək haqqımız varmı?

Cavab: Əvvəlcə onun özünə xəbərdarlıq edin. Əgər bu xəbərdarlığı qəbul etməsə, həmin məsullara xəbər verməlidir.

Sual: Halal qazanc barəsində şərii qanunlara riayət etməyən atanın öhdəsində olan övladın, vəzifəsi nədir? Mr və çəkindirmənin təsiri olmadığını fərz etsək.

Cavab: Əgər yaxşılığa əmr və pislikdən çəkindirmə ona təsir etmirsə, heç bir vəzifəsi yoxdur. Amma əgər bir malın həmin atanın mallarından olduğunu bilsə, haramdır, ondan çəkilməlidir.

Sual: Avtobus, minibus və digər kimi ümumi nəqliyyat vasitələrində, bəzən sürücülər musiqi kasetləri oxudurlar, bizim vəzifəmiz nədir?

Cavab: Təsir qoyma ehtimalı verdikdə, xəbərdarlıq edin, əks halda lazım deyil və ona qulaq asmaq olmaz.

Sual: Bildiyiniz kimi, kütləvi informasiya vasitələrində, xüsusi ilə televizordas hicabsız qadınlar və ya ləhv musiqiləri olan şəriət əksinə olan bəzi filmlər verilir, bizim vəzifəmiz nədir?

Cavab: Müsəlmanların hamısı baş verən pis işlər qarşısında pislikdən çəkindirməkdə vəzifəlidirlər. Əgər hamı bu iffətsizliklərin yayılması qarşısında bu barədə etiraz etsələr, bu pis işlərin yayılmasının qarşısı alınar.

Sual: İslamın şərii hökmlərini, namaz və orucu yerinə yetirməyən insanlarla, ünsiyyət qurmaq olarmı?

Cavab: Əgər ünsiyyət hidayət, yaxşılığa əmr və pislikdən çəkindirmək məqsədi ilə olsa, iradı yoxdur. Əgər təsirli olmasa, ünsiyyəti kəsməlidir./azadxeber

Şərh yazın

CAPTCHA ImageReload Image
PHVsPjxsaT48c3Ryb25nPndvb19hZHNfcm90YXRlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkXzI1MF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfMjUwX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMjUweDI1MC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF8yNTBfdXJsPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfY29udGVudF9kaXNhYmxlPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2NvbnRlbnRfaW1hZ2U8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy00Njh4NjAtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9jb250ZW50X3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzE8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTEuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfMjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtMi5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV8zPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS0zLmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX2ltYWdlXzQ8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vYWRzL3dvb3RoZW1lcy0xMjV4MTI1LTQuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfaW1hZ2VfNTwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbS9hZHMvd29vdGhlbWVzLTEyNXgxMjUtNC5naWY8L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF9pbWFnZV82PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtMTI1eDEyNS00LmdpZjwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3RvcF9hZHNlbnNlPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2Rpc2FibGU8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX2ltYWdlPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tL2Fkcy93b290aGVtZXMtNDY4eDYwLTIuZ2lmPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdG9wX3VybDwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF8xPC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzI8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfMzwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FkX3VybF80PC9zdHJvbmc+IC0gaHR0cDovL3d3dy53b290aGVtZXMuY29tPC9saT48bGk+PHN0cm9uZz53b29fYWRfdXJsXzU8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb208L2xpPjxsaT48c3Ryb25nPndvb19hZF91cmxfNjwvc3Ryb25nPiAtIGh0dHA6Ly93d3cud29vdGhlbWVzLmNvbTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2FsdF9zdHlsZXNoZWV0PC9zdHJvbmc+IC0gYmxhY2suY3NzPC9saT48bGk+PHN0cm9uZz53b29fYXV0b19pbWc8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2NhdF9leDwvc3Ryb25nPiAtIDIyPC9saT48bGk+PHN0cm9uZz53b29fY29tbWVudF9wb3N0czwvc3Ryb25nPiAtIDU8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50PC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2FyY2hpdmVzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19jb250ZW50X2ZlYXQ8L3N0cm9uZz4gLSBmYWxzZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2N1c3RvbV9mYXZpY29uPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVhdHVyZWRfcG9zdHM8L3N0cm9uZz4gLSAyPC9saT48bGk+PHN0cm9uZz53b29fZmVlZGJ1cm5lcl9pZDwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2ZlZWRidXJuZXJfdXJsPC9zdHJvbmc+IC0gPC9saT48bGk+PHN0cm9uZz53b29fZ29vZ2xlX2FuYWx5dGljczwvc3Ryb25nPiAtIDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfYXJjPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbms8L3N0cm9uZz4gLSB0cnVlPC9saT48bGk+PHN0cm9uZz53b29faG9tZV9saW5rX2Rlc2M8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX2xpbmtfdGV4dDwvc3Ryb25nPiAtIEFuYSBzyZloaWbJmTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2hvbWVfdGh1bWJfaGVpZ2h0PC9zdHJvbmc+IC0gOTI8L2xpPjxsaT48c3Ryb25nPndvb19ob21lX3RodW1iX3dpZHRoPC9zdHJvbmc+IC0gMjQ3PC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2VfaGVpZ2h0PC9zdHJvbmc+IC0gMjEwPC9saT48bGk+PHN0cm9uZz53b29faW1hZ2Vfc2luZ2xlPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb19pbWFnZV93aWR0aDwvc3Ryb25nPiAtIDU0MDwvbGk+PGxpPjxzdHJvbmc+d29vX2xvZ288L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb19tYW51YWw8L3N0cm9uZz4gLSBodHRwOi8vd3d3Lndvb3RoZW1lcy5jb20vc3VwcG9ydC90aGVtZS1kb2N1bWVudGF0aW9uL2J1c3ktYmVlLzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3BvcHVsYXJfcG9zdHM8L3N0cm9uZz4gLSA1PC9saT48bGk+PHN0cm9uZz53b29fcmVzaXplPC9zdHJvbmc+IC0gdHJ1ZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3Nob3J0bmFtZTwvc3Ryb25nPiAtIHdvbzwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3NpbmdsZV9oZWlnaHQ8L3N0cm9uZz4gLSAxMjA8L2xpPjxsaT48c3Ryb25nPndvb19zaW5nbGVfd2lkdGg8L3N0cm9uZz4gLSAxODA8L2xpPjxsaT48c3Ryb25nPndvb190YWJzPC9zdHJvbmc+IC0gZmFsc2U8L2xpPjxsaT48c3Ryb25nPndvb190aGVtZW5hbWU8L3N0cm9uZz4gLSBCdXN5IEJlZTwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3RodW1iX2hlaWdodDwvc3Ryb25nPiAtIDg4PC9saT48bGk+PHN0cm9uZz53b29fdGh1bWJfd2lkdGg8L3N0cm9uZz4gLSA4ODwvbGk+PGxpPjxzdHJvbmc+d29vX3R3aXR0ZXI8L3N0cm9uZz4gLSA8L2xpPjxsaT48c3Ryb25nPndvb192aWRlb19jYXRlZ29yeTwvc3Ryb25nPiAtIFZpZGVvPC9saT48L3VsPg==