Hicab haqqında suallara cavab: Ayətullah Xamenei
Thursday, 24 March 2011-də Admin tərəfindən Hicab kateqoriyasında yayımlandı.
Qadınların hicablarının həddi
Sual: Qadınların bir çoxunun fərqli hicabları vardır. Bilmək istəyirik ki, qadınların hicabı necə olmalıdır?
Cavab: Qadınlar üzlərinindən (dəstəmazda vacib miqdarda yuyulan miqdar) və əllərini barmaqlarının ucundan biləyə kimi olan miqdardan başqa bütün bədən üzvlərini naməhrəmdən örtməlidirlər.
Sual: Qadınlar üçün İslam hicabının həddi-hüdudu nədir? Bu məqsədlə uzun və azad paltar, şalvar geymək və başa örtük örtmək kifayətdirmi? Ümumiyyətlə qadınların ayrı-ayrı şəxslər qarşısında paltar və örtüklərinin keyfiyyətinə necə riayət edilməlidir?
Cavab: Vacibdir ki, qadının bütün bədəni, üzünün surəti və biləyə qədər əlləri istisna olmaqla naməhrəmdən örtülsün, qeyd edilən paltar əgər vacib miqdarı örtərsə, eybi yoxdur, lakin çadra örtmək daha yaxşıdır, naməhrəmin diqqətini cəlb edən libaslar geyməkdən də ictinab olunmalıdır.
Sual: Hal-haziıda Azərbaycanda hicablı geyime qarşi təzyiqlər var. Bunu nəzərə alaraq:
1. Orta məktəblərə hicabla buraxılmayan şagirdlər və müəllimələr papaq və uzun boğazlı geyimden istifadə edirlər. Nəticədə uzdən basşqa zinət yerləri görunmur.Belə olarmı?
2.Şəxsiyyət vəsiqələrinə hicablı şəkil çəkdirməyə qeyri-qanuni olaraq icazə verməsələr,zərurət olmadan, qanunu tələb etməden şəkili montaj etdirib ve ya pariklə şəkil çəkdirib vermək olarmi?
Cavab:1. Sualın fərzində əgər qeyd etdiyiniz geyim bədəni, onun çıxıntılarını və başı örtürsə, icazəlidir.
2. Əgər zərurət olmasa, pasport və başqa sənədlər üçün hicabsız şəkil çəkdirməsinlər. Amma zərurət yaransa, hicabın icazə verilən həddinə riayət etməklə şəkil çəkdirməyin eybi yoxdur. Lakin imkan daxilində şəkili qadın və ya məhrəm şəxsin vasitəsilə çəkdirsinlər.
Parik özü zinət sayılsa, onu naməhrəmdən örtmək lazımdır.
Qoca qadınların hicabı
Sual: Qoca qadınların hicaba riayət etmələri vacibdirmi?
Cavab: Bəli, vacibdir.
Subay qızların hicab və zinəti
Sual: Bakirə qızlar izdivacdan qabaq hansı həddə islah edə bilərlər? Məsələn; üzlərini və qaşlarını ala bilərləmi?
Cavab: Öz-özlüyündə eybi yoxdur. Amma bu əməl öz ardınca fəsad gətirsə, ya naməhrəm onları görəcəksə, icazəli deyil.
Burun üzərində gözəllik cərrahiyyə əməliyyarından sonra onu örtmək
Sual: Burnunda olan əyriliyi düzəltmək üçün onun üzərində gözəllik cərrahiyə əməli etdirmiş qadın öz burnunu naməhrəmdən örtməlidirmi?
Cavab: Sualın fərzində burnunu örtməsi vacib deyil. Amma bu əməl camaatın nəzərində zinət hesab olsa, örtməlidir.
Qaşlara tatu vurdurmaq
Sual: Qadınların öz qaşlarına tatu vurdurmaları barədə sizin nəzəriniz nədir?
Cavab: Maneəsi yoxdur. Amma əgər camaatın nəzərində zinət hesab olsa, onu naməhrəmdən örtməlidir.
Zinət və islahı örtmək
Sual: Qadınlar nişan üzüyü kimi zinət əşyalarını və qaşlarını alması kimi islah əməllərini naməhrəmdən örtməldirlərmi?
Cavab: Camaatın nəzərində zinət hesab olan şeylər naməhrəmdən örtülməlidir.
Kişilərin qısaqol köynək geymələri
Sual: Kişilərin qısaqol köynək geymələrinin hökmü nədir?
Cavab: Əgər fəsada səbəb olmasa, eybi yoxdur.
Qadınların üzlərinin hicabının həddi
Sual: Qadınlar çənələrini də örtməlidirlərmi? Əgər örtülməlidirsə, onun həddi nədir?
Cavab: Çənə üzdən hesab olunur və üzün zahirində qalan miqdarını örtmək lazım deyil. Amma çənənin alt hissəsi örtülməlidir.
Qadınların sürmədən istifadə etmələri
Sual: Qadınların sürmədən istifadə etmələrinin hökmü nədir? Halbuki, istifadə etdikləri surətdə naməhrəm onu görəcəkdir.
Cavab: Əgər zinət hesab olsa və naməhrəmin diqqətini cəlb etsə, iradı vardır.
Kişilərin zinət daşlarından istifadə etmələri
Sual: Kişilərin zümrüd, florid və s. kimi daşlardan qolbağı və medal ünvanı ilə istifadə etmələrinin hökmü nədir?
Cavab: Öz-özlüyündə iradsızıdır.
Qadınların rəngli eynəklərdən istifadə etmələri
Sual: Yay fəslində hicablı qadının rəngli günəş eynəklərindən istifadə etmələrinin hökmü nədir?
Cavab: Eybi yoxdur. Amma naməhrəmin diqqətini cəlb edəcək formada olduqda iradlıdır.
Ayağı örtmək
Sual: Qadınların öz ayaqlarını örtmələri vacibdirmi? Əgər vacibdirsə, namaz qıldıqda da örtməlidirlərmi?
Cavab: Ayağı naməhrəmdən örtmələri vacibdir. Amma namazda vacib deyil.
Kişilərin qızıl və ya qızıl suyu ilə işlənilmiş əşyalardan istifadə etmələri
Sual: Kişilərin qızıl suyuna çəkilmiş saatdan istifadə etmələrinin hökmü nədir?
Cavab: Eybi yoxdur.
Sual: Kişilərin boyunbağı asmalarının hökmü nədir?
Cavab: Qızıldan olsa, yaxud istifadə edilməsi qadınlara məxsus olan şeylərdən olsa, kişilərin onu asması caiz deyil.
Hicaba riayət etməyən qadını ümumi yerlərə aparmaq
Sual: Əgər hicaba riayət etməyən qadını park kimi ümumi yerlərə aparsaq, bizə günah olurmu?
Cavab: Əgər naməhrəmin onu görəcəyini bildiyiniz halda bu işi etsəniz, günahkar hesab olursunuz.
Çadra geyinmək
Sual: Əgər qadının hicabı manto və yaylıqla kamil olsa, bu kifayət edir, yoxsa çadara da geyinməlidir?
Cavab: Hicab və vacib miqdarda örtünmədə müəyyən bir geyim şərt deyil. Hər bir geyim qadının bütün bədənini (üz və əllərini biləyə qədər istisna olmaqla), həmçinin bədəninin çıxıntılarını örtürsə, naməhrəmin diqqəti cəlb etmirsə, kifayət edir. Əlbəttə, uzun illər boyu bizim camiəmizin qadınları çadraya üstünlük vermiş və islami daha yaxşı hicabı qorumaq üçün seçmişlər.
Sual: Qadınların toylarda və başqa yerlərdə bədən çıxıntılarını göstərən dar, yaxud bədəni göstərən açıq-saçıq paltarlar geymələri icazəlidirmi?
Cavab: Əgər naməhrəm kişilərin baxmasından və fəsada səbəb olacaq şeylərdən amanda olsalar, eybi yoxdur. Bundan qeyri hallarda isə icazəli deyil.
Şöhrət libası
Sual: Şöhrət libası nədir və onu geyməyin hökmü nədir? Onunla namaz qılmağın iradı varmı?
Cavab: Şöhrət paltarı o paltardır ki, şəxsin onun rənginə, yaxud tikiliş keyfiyyətinə görə, yaxud köhnə və nimdaş olmasına görə və ya başqa səbəbə görə geyməsi münasib deyil, belə ki, əgər onu camaat arasında geysə, onların nəzərlərini özünə cəlb edəcək və onu barmaqla göstərəcəklər. Belə paltarı geymək vacib ehtiyata görə icazəli deyil, amma onunla namaz qılmağın iradı yoxdur.
Sual: Qadının hicab və paltarının başqalarının nəzərini cəlb edən, yaxud şəhvəti təhrik edən tərzdə olması, məsələn, çadranı başqalarının nəzərini cəlb edəcək şəkildə örtmələri, yaxud corabda şəhvəti təhrik edən parça növünü və rəngini seçmələri icazəlidirmi?
Cavab: Rəngi, forması və yaxud geyim keyfiyyəti cəhətindən yad adamın nəzərini cəlb edən, fitnə-fəsada səbəb olan şeyi geymək qadın üçün icazəli deyil.
Kürəkəndən örtünmək
Sual: Toy məclisində gəlinin qohumları olan qadınlar kürəkənin qarşısında hicaba riayət etməyə bilərlərmi?
Cavab. Kürəkən olmaq istisnalardan deyildir və nəticədə naməhrəm qadınlar kürəkənin qarşısında olduqları zaman kamil hicaba riayət etməlidirlər.
Qadınları bəzəyən parikmaxir
Sual: Qadınların özlərini naməhrəmə göstərəcəyini bildiyi halda onları bəzəyən parikmaxir şəxslərin hökmü nədir?
Cavab: Əgər naməhrəmə göstərilmək üçün onu bəzəyirsə yəqin şəkildə haramdır, lakin əgər elmi varsa qəsd olmadan ehtiyat onun tərk edilməsidir.
Qadınların sürücülük etməsi
Sual: Qadının özünün şər’i iffətini və hicabını qoruyub saxladığı təqdirdə naməhrəm bir kişinin köməyi ilə sürücülüyə məxsus olan yerlərdə sürücülük öyrənməsi caizdirmi?
Cavab: Hicabın və iffətin qorunub saxlanmasına, fəsada düşmək qorxusu olmamasına dair xatircəm olduğu halda qadının yad kişinin köməyi və yol göstərməsi ilə sürücülüyü öyrənməsinin işkalı yoxdur, lakin eyni halda yaxşı olar ki, onun məhrəmlərindən biri onunla yanaşı olsun, hətta daha yaxşı olar ki, sürücülük qadın mütəxəssisi, yaxud qadının məhrəmlərindən birinin vasitəsilə öyrədilsin.
Toplayan: Seyid Zahir Cavadov
leyla
25. Oct, 2016
salam menim 16 yasim var namaz qiliram ve hicaba kecmek isteyirem lakin anam ve atam razi deyil(
Admin
28. Nov, 2016
Salam. Hicab naməhrəm qarşısında vacibdir və bu vacibdə ata-anaya itaət etmək olmaz.
Elza
01. Aug, 2016
Salam
aygun
20. Dec, 2015
Es Salamu aleykum.
Suallim odu ki 1)Mene bir baci bele dediki Kişi yoldaşi varsa biri ilede evlene biler ‘ve bele dedi:Kişi əgər 2cini əgər alırsa. 1ci yoldaşının pis olmağına görə etmir. Onda o nəfsə görə hərəkət edir deməli. Ama əgər 1ci yoldaşı yaxşısıdısa və gedib Allah rızası üçün ikincini alırsa, Onda sırf xalis niyyət olur.bele şey dinde varmi ki????
2) Sora bele dedi:Ama mən Allahın razılığını qazanmaq üçün
Çalışacam həyat yoldaşıma ikinci bir hıyat yoldaşı tapım.Ama ədəbli əxlaqlı bir xanlm
Ailəyyə ehtiyacı olan
Mən çünki heçkəsi sahiblənmərəm heçvaxt. Qadın bir kişiyə aid olmalıdı ama kişi bir qadına aid ola bilməz.Deyir Kişinin Qısqançlığı Qeyrətinnən Qadınnın qısqançlığı isə İmansızlığınnan irəli gəlir.bu duzdumu????
3) ve Quranda evlenmek haqqinda aye varmi??????
Admin
22. Dec, 2015
Bismillahir-rəhmanır-rəhim
1 və 2. Şəriət baxımından kişi dörd qadınla daimi evlənə bilər. Siz qeyd etdiyiniz məsələdə ixtiyar sahibisiniz.
3. Quranda ailə qurmaq barədə ayələr mövcuddur.
Jaymie
17. Dec, 2015
Salamun Əleyküm. Sizə bir sualım olacaqdı. Mən halhazırda universitetdə oxuyuram və sevgilim hicablıdı. 7 aydı sevgiliyik lakin birbirimizə bir dəfə də olsun toxunmamışıq. Bundan da razıyıq. Sualım odur ki dəfələrlə i Əl-ələ tutan sevgililərin şahidi olmuşam (hicablı). Bu doğrudur? Hətta belə bir tanıdığım var və nişanlı və ya kəbinli deyillər.
Admin
19. Dec, 2015
Bismillahir-rəhmanır-rəhim
Arada nikah əqdi oxunmayıbsa, haram və böyük günahdır.
Zulfiyye
28. Nov, 2015
Salam. Men namaz qiliram. Indi hicab isteyirem anam narazidi. Ne qedee bawa saliram anlamir. Bele elediyine gore men pis oliram ve duwunuremki bacarmayacam. Mene deyirki bir hevesdi. Sizce ne edim. Allah razi olsun
Admin
30. Nov, 2015
Salam. Hicab qadınlara Allah-Taalanın vacib buyurduğu vacib (namaz, oruc kimi) əməldir. Hicab məsələsində heç kimdən itaət etmək olmaz hətta ata-ana olsa belə. Siz naməhrəm qarşısında hicablı olmalısınız. Qeyri surətdə böyük günah etmiş olursunuz. Bir yolla başa salın. Əgər deyirsə keçici bir həvəsdir, deyin eybi yox qoyun hicab bağlayım siz deyən həvəsim getsin və bu minvalla yavaş-yavaş alışacaqlar.
Abbasova_H
17. Nov, 2015
Salam, men Abitruyentem sonuncu ilimdi, qezalarim var evvelden. Ola bilerki bu il bitene qeder namazimi vaxtinda qilib o biri qezalarimi saxlaya bilerem bu muddet bitene qeder?
Admin
21. Nov, 2015
Bismillahir-rəhmanır-rəhim
Qəza namazlarını dərhal qılmaq vacib deyil.
Aylin
11. Nov, 2015
Salam.men soruşmaq istəyirəm ki menim qızım 9 yaşında başını bağladı 12 yaşında isə açmaq məcburiyyətində qaldı. Bu ona günahdır?
Admin
12. Nov, 2015
Salam. Bəli günahdır. Naməhrəm qarşısına hicabsız çıxmaq (siz dediyiz yaşda) böyük günahdır.
agayevalim
30. Oct, 2015
Salamlar .men 25 yasinda genc xanimam amma basimi ortmek meni cox sixir bacarmiram orte bilmirem ona gorede acig gezirem …amma saf insanam buna gore cehennem ehliyem
Admin
01. Nov, 2015
Salam. Allah-Taala hicabı qadınlara vacib buyurub. Naməhrəm qarşısında hicabsız olmaq böyük günah sayılır.
aygun
27. Oct, 2015
Salam aleykum.Bir qadin xestedise onu xesteliyine gore hereket ede bilmirse bir qadin onu çimizdire bilermi???yeni mehremi onu gore bilermi qadinda olsa
Admin
17. Nov, 2015
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində övrəteyni örtsələr, eybi yoxdur.
Ümumiyyətlə, qadınlar övrəteyn istisna olmaqla, digər qadınların bədəninin hər bir yerinə baxa bilərlər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın.
Taryel
27. Oct, 2015
Salam… Hicab haqqında sualım olacaq… Bizim qohumumuz hicab taxmağı çox istiyirdi… Dünyada ailesinden sonra sevdiyi 2-ci şey hicabdı… Başını bağladı… Ama sadece 1 gün dayandı… Onun şertlerine emel ede bilmeyeceyinden qorxdu bağlamadı… Sizce bunun günahı nedir??? Evvelceden teşekkürler…
Admin
01. Nov, 2015
Salam. Allah-Taala hicabı qadınlara vacib buyurub. Naməhrəm qarşısında hicabsız olmaq böyük günah sayılır.
aygun
25. Oct, 2015
Salam aleykum.Ehli sünnet refiqem derki ölüye yasin oxumazlar Quranda buna aid ayelerde var Der.Yasin 70,fatir 22 rum 52.bu ayelerin o haqqda oldugun Der.Ehli sunnetde bele subut varmi ???
Admin
01. Nov, 2015
Salam. Əhli-sünnət rəfiqənizə buyurun ki, Quran həm ölü həm də diri üçün məlhəmdir. Ölü üçün Yasin oxudanda niyyətiniz bu olsun ki, inşaallah oxunan Quran ayələrinə xatir Allah-Taala mərhuma rəhm etsin, günahını bağışlasın. Beləliklə ölüyə Quran, Yasin oxutmağın xeyri var ki, zərəri yoxdur.
aygun
22. Oct, 2015
Salam aleykum.aşura gunu oruc tutmaq olarmi??? Bu barede ehli sunnet menbelerinde varmi.menim ehli sunnet refiqem tutmaq olar der.allah komeyiniz olsun
Admin
24. Oct, 2015
Salam. Xeyr, Aşura günü oruc tutmaq olmaz.
aygun
11. Oct, 2015
Es Salamu aleykum.Hekime gederken kişi olması yeni,kişi hekiminin yanina getmek gunahdirmi?????Allah razi olsun
Admin
11. Oct, 2015
Bismillahir-rəhmanır-rəhim
Əgər qadın xəstəliyini müalicə etmək üçün kişi həkimin yanına getməyə məcbur olsa və həmin həkim ixtisas baxımından daha yaxşıdırsa və yaxud daha diqqətlə xəstəni müayinə və müalicə edirsə, bu halda kişi həkimin yanına getməyin eybi yoxdur. Həmçinin, əgər müalicə üçün qadının bədəninə baxmaq və ya bədəninə əl vurmaq lazım gələrsə, icazəlidir. Əgər onlardan (baxmaq və əl vurmaq) biri ilə kifayətlənmək mümkün olsa, ikincisi icazəli deyil.
aygun
08. Oct, 2015
Es Salamu aleykum.evvelce suallıma gore üzr istirem.Qadınların qaşların alması günahdırmı???
Admin
11. Oct, 2015
Bismillahir-rəhmanır-rəhim
Günah deyil və qadının öz əri üçün bəzənməsi bəyənilir. Lakin, zinət sayıldığı surətdə onu naməhrəmdən örtməlidir.
aygun
02. Oct, 2015
Es Salamu aleykum.menim telebe yoldaşım Ehli sünnet mezhebindendi.Mene derki Pire getmek olmaz.qurandada aye var.Bu heqiqeten beledirmi???indiden Allah razi olsun
Admin
06. Oct, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Saleh insanların qəbirlərini ziyarət etmək məsumların sünnələrindəndir. Bu barədə Əhli-sünnət kitablarında da hədislər gəlib. Əziz Peyğəmbərin qızı Fatimə (s) hər cümə günü əmisi Həmzənin qəbrini ziyarət etməyə gedər və qəbrin kənarında namaz qılardı (Peyğəmbərin zamanında). Səhih Buxarı, Ziyarətül-qubur fəsli səh-100.
Əbu Cəfər (ə) buyurur: Allahın elçisinin (s) qızı Fatimə həmişə həzrət Həmzənin (Allah ondan razı olsun) qəbrini ziyarət edərdi. Xanım Fatimə onu yenidən təmir edib, nişanə olaraq bir daş qəbir üzərinə qoydu. Müstədrəki Hakim c.1 səh.533.
Allah sizə yar olsun.
aygun
02. Oct, 2015
Allah sizden razı olsun suallarımıza cavab verdiyiniz ucun.Allahın rehmeti uzerinize olsun
aygun
30. Sep, 2015
Es salamu aleykum.Gece namazı 11 rüketdi .Onun hamsi qilinmasi vacibdimi????
Admin
02. Oct, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Gecə namazı qılmağın savabı və fəziləti çoxdur və gecə namazını tərk etməkdənsə hər nəqədər imkan olsa o qədər qılmaq daha yaxşıdır. Əgər 11 rükəti qılmağa çətinlik çəkirsinizsə təkcə şəf və vitri (son 3 rükəti) qılın və vitrin qunutunda qısa deyə bilərsiz.
Allah sizə yar olsun.
samire
29. Sep, 2015
Salam.Ilk önce bizler üçün bele bir imkan yaratdiginiz üçün çox tesekkur edirem.Size bir sualim olacag.Gün erizinde vacib namazlarimi yerine yetirdikden sonra ara vaxtlarda aniden namaz qilmag isteyi dolur qelbime.sadece nece niyyet etmeli,neçe Riket qilmaliyam onu bilmirem.xahis edirem bunu izah ederdiz.Indiden Cox tesekkur edirem.Allah razi olsun.
Admin
02. Oct, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər qəza namazlarınız varsa yaxşı olar onları qılasınız ki, həm savabı var və həm də boynunuzda vacibdir. Əgər qəza namazlarınız yoxdursa dua kitablarında xsusilə Məfatihul-cinan kitabında olan müstəhəbbi namazlar qıla bilərsiz, misal üçün cəfər-təyyar namazı ki, savabı çoxdur.
Allah sizə yar olsun.
Deniz Khan
28. Sep, 2015
salam..salvar geyinmek gunahdir?
ve birde namaz zamani meselen 3cu reketde subhanallahi duasini oxuyacaqken casib hemdsure oxumaq meqsediyle bismillahir rehmanir rehim ve ya bu besmelenin bir hissesini casib demek..sonra aniden dayandirib subhanallahi duasini demek olar ? yoxsa..namaz batildir ve basdan baslamaliyiq?
Admin
05. Oct, 2015
Bismillahir-rəhmanır-rəhim
1. İradı yoxdur.
2. İradı yoxdur və namaz düzgündür.
Deniz Khan
11. Oct, 2015
sagolun Allah razi olsun
aygun
19. Sep, 2015
Cavablara gore Allah razi olsun.
Deniz Khan
19. Sep, 2015
ve birde namazi 5defe yox 3defe qilmaq olar
Admin
19. Sep, 2015
Gündəlik namazlar beşdir və beş vaxtda qılınır. Lakin zöhr və əsr, məğrib və işa namazları arasında fasilə vermədən qılmaq olar.
Deniz Khan
18. Sep, 2015
Salam..menim bir sualimolacaq..men universitette tehsil aliram..ve muellimlik praktikasi ucun bizi orta mektebe gonderecekler..ama uni’de muellimler deyirki o mektebde hicanli telebelere icaze verilmir..halbuki orta mekteblerde qanunla qebul olunmus bir qadaga yoxdur hicaba sagirdler ucun..qaldiki men mektebin sagirdi deyilem..o uniye muellim namizedi kimi gedirem..yeni eger getmesem pul vermeliyem..cox xais edirem cavab veresiniz..men bunu kime sikayet ede bilerem..tehsilim ucun vacibdir praktika..Allah razi olsun..evvelceden tesekkurler
Admin
19. Sep, 2015
Hicab dinin zəruri məsələlərindəndir və naməhrəm qarşısında riayət edilməlidir.
Siz mümkün vasitələrdən istifadə edərək, müdiriyyətlə söhbət edin, inşallah, sizin hicabla getmənizə razı olarlar.
Deniz Khan
23. Sep, 2015
sagolun..Allah razi olsun
aygun
18. Sep, 2015
Es salamu aleykum ve rehmetullahu ve berkatuh.
1)men telebe yoldasim derki Yasda yemek yemey duzgun deyil.cunki Allahın adı cekilen yemeyi yemek olar.Bele bir şey varmi???
2)Biz namaz qilanda bileklerimizi tam yere basiriq.Ehli sunnet kitabinda bir hedis varki,namaz qilanda itler kimi bileklerinizi yere qoymuyun.Bu duz hedisdirmi???ve bizim şie kitablarinda bele hedis varmı???ve hedisi tesdiqleyirlermi???
3)Ve Novruz bayramına müselmanların bayramı demek olarmı???onu keçirtmek düzgündürmu??bu haqqda hedis varmı???(Menim telebe yoldaşım günah olduğun deyir???)
Indiden Allah razi olsun.Allah kömeyiniz olsun Her daim
Admin
19. Sep, 2015
Bismillahir-rəhmanır-rəhim
1. Üç günə qədər meyit sahibinin evinə yemək göndərmək bəyəniləndir. Onların yanında və mənzillərində yemək yemək bəyənilmir.
Əlbəttə, bu sizin sualda qeyd etdiyiniz səbəbə görə deyil.
2. Səcdədə qadınların dirsək və qarınlarını yerə və bədənin üzvlərini bir-birinə birləşdirmələri müstəhəbdir.
3. Novruzu bayaram kimi qeyd etməyin heç bir iradı yoxdur.
Gunahkar bende
09. Sep, 2015
Es-Selamu Aleykum. ALLAH sizlerden razi olsun. Cox saqolun. Haqqinizi halal edin bizlere. Menim valideynlerim hicab baglamaga icaze vermir. Ne qeder calisiram. Hicabin hikmetini basa salmaga calisiram. Ancaq olmur. Meni hec cur anlamirlar. Artiq bir nece ildi bele davam edir. Daha doze bilmirem.Yashaya bilmirem hicabsiz. Gorurem her yerde valideyinlerden icazesiz baglamaq olar deyilir. Bes sonra? Menden uz donderseler? Teessufki bunu eden valideynler olur. Men neyleyim bilmirem. Cox caresizem
Admin
11. Oct, 2015
Salam. Bu məsələdə valideynə itaət etmək olmaz və bu valideynin üzünə qayıtmaq sayılmır. Siz Allahın əmrini hər şeydən üstün tutub hicabınızda qalın. Allaha təvəkkül edin inşaallah Allah onların qəlbinə rəhm salar.
aygun
06. Sep, 2015
Allah razi olsun sizden.cavablara göre.
1)derler qara geymek mekruhdu.Bes namazda qara geymek olarmi???
2)Meherremlikde qara geymek müstehebdi.Bes biz meherremliyin hamsin qara geymeliyik yoxsa tekce aşura günü geysek olarmi??Allahın rehmi ve rehmeti üzerinize olsun.
Admin
12. Sep, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qara paltarın namazda məkruhluğu məşhurdur. Bunun üçün istinad edilən dəlil həm qadın, həm də kişilərə aiddir. Lakin qara əba bu hökmdən istisna olunmuşdur. Qadınların çadrasının da bu hökmdən istisna olmasını ehtimal vermək olar.
Əlbətdə əzadarlıq məqsədi ilə geyinilən qara paltarı müctəhidlər namazda da məkruh bilmirlər.
Bütün məhərrəm və səfər ayı əzadarlıq və hüzünlü günlər hesab olduğu üçün qara geyinmək sifariş olunur. Amma çətin olduqda heç olmasa tasua, aşura və ərbəin günləri qara geyinilsin.
Allah sizə yar olsun.
aygun
06. Sep, 2015
Es salamu aleykum.
1)dinde ad günü keçirtmek günahmi?
2)Bes o münasibetle hediye vermek olarmi?
3)Hicab paltari çoxmu boşmu olmali bir az dar olsa olarmi?Allah sizden razi olsun
Admin
06. Sep, 2015
Bismillahir-rəhmanır-rəhim
1. Günah deyil (əlbəttə, haramla yanaşı olmamalıdır).
2. Eybi yoxdur.
3. Bədənin çıxıntıları billinməməlidir.
Abbasova_H
03. Sep, 2015
Salam. Size bir sualim var. men bu il 11-ci sinifem Hazirlawiram Allahin izniyle Universitete qebul olmaq isteyirem. Ders ve hazirliq vaxtlarim ile namazin vaxtlari toqquwur mecbur qezaya qalir. Ola bilerki qebul olana qeder saxlayim namazi qebul olundan sonra insaAllah qezalarini qilim?
Admin
03. Sep, 2015
Bismillahir-rəhmanır-rəhim
Namazı bilərəkdən qəzaya vermək böyük günahdır. Siz dərslərinizin arasında namazınızı da qılın və burada heç bir problemin yaranması nəzərə gəlmir. Sizdən başqa da dərslərə hazırlaşan milyonlarla namazqılan möminlər vardır. Görün onlar namaz və dərslərini necə tənzimləyirlər və namaza necə əhəmiyyət verirlər?! Hər halda namaz vacibdir və onu tərk etmək günah.
Qurani-kərim ayələrindən məlum olur ki, cəhənnəm əzabına səbəb olan günahlardan biri də namaz qılmamaqdır. Cəhənnəm əhlinin bir hissəsi namaz qılmayan insanlardan ibarət olacaq. Cənnətdəkilər cəhənnəmdə əzab çəkənlərdən soruşacaqlar: «Sizi səqərə (cəhənnəmə) salan nədir?». Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdik. Batilə dalanlarla birlikdə biz də dalardıq. Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)» (Müddəssir, 42-47).
Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim dörd dəstədirlər:
1. Səhlənkar namazqılanlar ki, namazdan qəflət edərlər. Vay o insanlara ki, namaza qarşı səhlənkardır. Onlar cəhənnəmim dərələrindən biri olan Veyl əhlidirlər.
2. O namazqılanlar ki, bəzən qılır və bəzən də qılmırlar, onlar cəhənnəmim başqa bir dərəsi olan Ğəy əhlidirlər.
3. O dəstə ki, heç bir zaman namaz qılmamışdır. “(Onlara üz tutaraq soruşarlar:) “Sizi Cəhənnəmə daxil edən nədir?” Deyərlər: “Biz namaz qılanlardan deyildik”. (“Muddəssir” 42-43). Onlar cəhənnəmin başqa dərəsi olan Səqr əhlidirlər.
4. O insanlar ki, həmişə namaz qılırlar və namazda mütidirlər”.
Zara
29. Aug, 2015
Salam aleykum deyirler cadranin cox agir wertleri var ona gore her adam geyne bilmir. Bu wertler hansilardir?
Admin
31. Aug, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Çadra ən kamil hicab geyimidir və onu dəyərləndirəndə insandır. Çadra hansısa xüsusi bir qrupa aid deyil, yəni ruhani libası olan əmmamə və qəba kimi deyil ki, onu geyiməyin şəraiti olsun. Hər bir qadın ki, istəyir ən kamil hicab forması geyinsin, çadra örtə bilər.
Allah sizə yar olsun.
qanira
20. Aug, 2015
salam bagislayinki bele bir sualla muraciet edirem.men mualice olunmaq ucun hicabimi acmaliyam hekimin dediyine gore.olarmi acim mualiceden sonra baglayim? bu gunah olmazmi? acmayanda da alinmir onda mualice olunmamaliyam?
Admin
25. Aug, 2015
Salam. Əgər hicabı açmağa məcbur olsanız, onda naməhrəm qarşısına çıxmayın.
Ali
12. Aug, 2015
Əssalamu Ələykum
Mənim sualim belədir. həyat yoldasima hicab geyinməsini dedim amma hicaba yanasmaq istəmir. onun ata anasida istemirler hetta hicab taxanlara cox pis baxirlar. Məndə istəyirərm ki hicab taxsin ama arada soz sohbət olacaq bilmirem ne edim. xais edirəm bunun hokumun deyərdiz. cox sagolun
Admin
13. Aug, 2015
Siz onları mülayim və sadə dillə başa salmağa çalışın və hicabın Allahın vacib əmri olmasını. kişinin və qadının namusunu daha artıq qoruyacağını izah edin. İnşallah sizi başa düşərlər.
Dream
01. Aug, 2015
Hicabda rengli geyinmək olar?
Admin
03. Aug, 2015
Öz-özlüyündə eybi yoxdur. Lakin naməhrəmin diqqətini cəlb edəcək həddə olsa, yaxud şöhrət libası sayılsa, icazəli deyil.
nazli
16. Jul, 2015
Salam Namaz qilan insanin kolbasa yemeyi duzgundurmu?
Admin
20. Jul, 2015
Bismillahir-rəhmanır-rəhim
Əgər müsəlman ölkələrinin istehasalı olsa, onları yeməyin iradı yoxdur. Araşdırmaya da ehtiyac yoxdur. Lakin şəri təzkiyə olunmamasına əmin olduğunuz surət istisnadır. Amma qeyri-müsəlman ölkələrinin istehsalı olsa, heyvanın şəri qaydalara uyğun kəsilməsi sizin üçün sübuta yetməlidir.
Eli
11. Jul, 2015
Salam.Kolbasanin ustune halal yazilsa unu yemek olarmi?Gunahmidir?
Admin
12. Jul, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Kolbasanın üstündə halal yazısı həmin ərzaqın halal olmasına dəlil deyil. Əgər onun halal olmasına yəqinliyiniz varsa, onda yeyə bilərsiniz.
Aygun
07. Jul, 2015
Salam mene qoymular hicab taxim amma men taxmaq isteyirem ozumde acik sacik geyinirem eger hicaba kecsem gunah sayilmazki?
Admin
09. Jul, 2015
Aleykum Salam. Sizə vacibdir ki, naməhrəm qarşısında hicablı olasınız. Hətta ata-ana icazə verməsə belə. Siz naməhrəm qarşısında hicablı olmaqla Allah-Taalanın buyurduğu vacib əməli yerinə yetirmiş olursunuz.
Sunay
05. Jul, 2015
salam men hicabliyam nece yawinda oglan uwaqainin yaninda
hicabsiz ola bilerem? muellimeyem 16 yasinda uwaq derse gelir 8 yasinda uwaqin yaninda hicabsiz olar? nece yawanda olmali
Admin
09. Jul, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Muməyyiz, yəni yaxşı və pisi ayıran uşağa deyilir. Onun yanında hicaba riayət etməlisiniz. Yaxşı və pis dedikdə məqsəd, camaat arasında pis və ya yaxşı sayılan şeylərdir. Bu barədə uşağın yaşadığı şərait, adətlər, ədəb qaydaları, yerli ənənələr və s kimi şeylər nəzərə alınmalıdır. Muməyyizlik yaşı isə şəxslərin istedad, qabiliyyət, idrak və zəkasına (huşuna) əsasən müxtəlif ola bilər.
Meheddin
02. Jul, 2015
Salam.Menim size 2-i sualim olacaq.1-si toyda oynamaq gunahmidir?2-si QURAN-da hansisa surede varmi ki gunduz vaxti yatmiyin?Xais edirem suallarimi cavablandirasuz?
Admin
02. Jul, 2015
Salam. Eyş-işrət məclisləri olan toyda nəinki oynamaq, hətta iştirak etmək belə günahdır.
Quranda yatmaq haqda qadağa yoxdur.
Aynur
26. Jun, 2015
Salam. Bilmək istəyirəm ki suyu hansı qaydada içmək günahdır . Və mən birini bildiyimə görə suyu ayaq üstunde içmək günahdır bəs nunun səbəbi nədir .Əvvəlcədən öz təşəkkürlərimi sizə bildirirəm
Admin
27. Jun, 2015
Salam. Suyu ayaq üstə içmək günah deyil, sadəcə məkruhdur (bəyənilməyən). Əsas insan sağlamlığı nəzərdə tutulub. Beləliklə suyu günorta ayaq üstə içmək yaxşıdır, axşam isə oturaq halda.
ramin
28. May, 2015
salam toyda hicabli gelin diskatekada oynaya biler beyle?
Admin
30. May, 2015
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində hicablı olub-olmamasından asılı olmayaraq haram və böyük günahdır.
ilhame
14. May, 2015
Bagislayin menim sualimi deqiq cavablandirardiz.men kurekenimin qabaginda hicabsiz geze bileremmi? Evvelceden tesekkurumu bildirirem.
Admin
20. May, 2015
Bismillahir-rəhmanır-rəhim
Əgər doğma qızınızın əridirsə, ona məhrəm sayılırsınız və onun yanında hicaba riayət etməyiniz vacib deyil.
vusal
11. Apr, 2015
Salam eleykum men dayim qizini isteyirem ama o ne hicabdadir nede namaz qilir menimde onu istediyimi bilir men nece edimki o hemi namaz qilsin hemide hicab baxlasin bunu cavablandirsaz cox memnun olaram?
Admin
14. Apr, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bunu öz istəyiniz kimi yox Allahın istəyi kimi xatırladın və əvvəlcə həssasiyətlə məsələyə yanaşmayın, bəlkə qeyri müstəqim və tədricən islamın gözəlliyindən, Allahın mərhəmətindən, etdiyi işin aqibətin düşünməkdən, Quran və Əhli-beytin maraqlı ürəyə yatan kəlamlarından danışasınız. Bu şeyləri öz əxlaq və rəftarlarınızda cilvələndirməklə sözünüzün daha çöx təsiri olar. Onu dəyərləndirin və qadının dəyərindən danışın, hicablı qadın sanki sədəf içində gizlənmiş incidirlər.
İmam Əli (ə):«Qadının qorunması onu daha şad, gözəlliyini daha davamlı edər.»
Allah sizə yar olsun.
esmet
08. Apr, 2015
Salam…men namaza dunenden bawlamiwam…sozleri hele tam ezberliye bilmirem…namazada ozum geldim…eslinde namazi coxdan qilmax istiyirdim..hicaba coxdan kecmek istiyirdim..internetden oyrendiyim kimi…sozleri tam bilmirem diye telefona baxa baxa qiliram…bu sefdimi..eger duzduse nece gun bele qila bilerem…
Ve esas sualim hicaba kecmek istiyirem…ama namazi tam bilmirem…tam oyrenmemiw kece bilerem hicaba…yoxsa tam oyrenmeliyem…?
Admin
09. Apr, 2015
Aleykum Salam. Siz namazı tam əzbərləyənə qədər dediyiniz şəraitdə namazınızı qıla bilərsiniz. Heç bir problem yoxdur. Hicab Allahın buyurduğu namaz kimi vacib əməllərdəndir. Həddi büluğa çatmış hər bir xanım naməhrəm qarşısında əl və üzdən başqa qalan bədən hissələrini örtməlidir. Bunun tərki böyük günahdır.
MUBARIZ
22. Feb, 2015
Salamu Aleykum sualim budurki yoldawim hicablidi rrussiyada yawayirik ,hamiledir burdada coxsu hekim kiwidi …Biz ne edek bes?yoldawim ucun haramdir?mecburiyyet qarwisinda qalsaq…(((ne meslehet gorerduz?
Admin
24. Feb, 2015
Salam. Əgər qadın həkim olmasa, yaxud kişi həkim ondan daha bacarıqlı olsa, yaxud qadın həkiminin müayinəsi üçün lazım olan məbləği tapa bilməsəniz kişi həkimə müraciət edə bilərsiniz.
Eli
10. Feb, 2015
Salam aleykum yoldasim hicab taxmir men dediyim halda onu zorla hicaba sala bileremmi ?
Admin
10. Feb, 2015
Bismillahir-rəhmanır-rəhim
Kişi öz həyat yoldaşını hicaba riayət etməyə məcbur edə bilməz. Lakin öz haqlarından istifadə edərək ona hicaba riayət etməyi şərt qoya bilər. Məsələn qadının haqqı yoxdur ki, kişinin icazəsi olmadan evdən çölə çıxsın. Kişi onun evdən çölə çıxmasına (hətta hicabla da olsa) mane ola bilər. Deməli, onunla belə şərt edə bilər ki, əgər hicaba riayət etsə, çölə getməyə icazəsi vardır.
Zehra.Zeyneb
29. Jan, 2015
Salam.Men namaz qiliram demek olarki teze bawlamiwam.Sentyabir ayindan.Ama icimde o qeder rahatlig varki,namazi qilmaga dua etmeye istek varki.Hec vaxt bele olmamiwdim.qiz vaxtida namaz qilirdim,ama bele urekle istekle deyildi.Bawimi ortmek isteyirem,yoldawim icaze vermir.Ne ede bilirem.Onu nece yola getirim?
Admin
31. Jan, 2015
Salam. Hicab Allahın əmridir, bu işdə heç kimə itaət etmək olmaz. Naməhrəm qarşısında hicaba riayət etməyiniz vacibdir.
namelum
18. Jan, 2015
Yuxuda goruremki men ağ rengde hicab taxiram…… 14 yaşim olacaq 1 aydan sonra hicab taxmağim vacibdir? Yoxsa yox? Ve yaxud namaz qilmagim vacibdir? Atam namaz qilandir
Admin
19. Jan, 2015
Salam. Sizə namaz, oruc və sir ibadətləri yerinə yetirməyiniz vacibdir, həmçinin naməhrəm qarşısında hicaba riayət etməlisiniz. Qeyd edək ki, 9 yaşından başlayaraq sizin üçün şəri təkliflər namaz, oruc və sair kimi vacib olub, o vaxtdan indiyə kimi yerinə yetirmədiyiniz ibadətlərin qəzasını edin.
namelum
19. Jan, 2015
Oruc tuta bilerem. Amma cox qorxuram Namaz qila bilmerem axira qeder. Bu gunahdirmi? xais edirem Cavabinizi bildirin…
Admin
21. Jan, 2015
Salam. Qəzanı yerinə yetrimədiyiniz surətdə günahdır. Çalışın yerinə yetirin. Qeyd edək ki, qəzaları dərhal və birdəfəyə yerinə yetirmək vacib deyil. Vaxtınız olduqca tədriclə yerinə yetirin.
Ramil
15. Oct, 2014
Salam Alekumş
Sualim budur. menim heyat yoldashim ve 2 qizim var. men onlara hec cura Hicab baqlatdira bilmiram.daima evda buna gora soz sohbat olur.her cura basha salmisham xeyri yoxdu.
deyiram hec olmasa san baqlamirsan imkan ver 9 yashli qizim baqlasin.onada imkan vermir. deyir boshanaram amma ona imkan vermaram.(Namazda qilir)
Bir qrdashdan sorushdum Sistani Aganin adindan dediki Hokum Boshanmaqdirş bes yaxshi man tutaqki onu boshadim Dovlatimizin qanunlarina gora ushaqlar anasi ila qalir. bunlar indi hec olmasa Namazda olsa qilirlar sabah ayrilandan sonra tamam bashsiz qalacaqlar onda neca olacaqlar?
Cox pis veziyyatayam ozumu gunahkar biliram bilmiram neca edim. Cox xahish ediram mana bir yol gostarin
Admin
18. Oct, 2014
Bismillahir-rəhmanır-rəhim
Arvadı boşamaq kişinin ixtiyarındadır. Lakin biz bunu məsləhət bilmirik. Siz onu mülayim və sadə dillə başa salmağa çalışın. Yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirməkdən (əmr be məruf və nəhy əz münkər) başqa bir vəzifəniz yoxdur.
Dini ona yaxşı başa salmağa çalışın, sözdən çox öz gözəl və əxlaqi əməlləriniz ilə təsir qoymağa çalışın, inşallah bu xalis niyyətinizlə olan rəftarınız, həm övladlarınızda, həm də həyat yoldaşınızda öz müsbət təsirini qoyacaq.
sevda
31. Aug, 2014
salam elykum ale quranda kebin vacibdir
Admin
01. Sep, 2014
Bismillahir-rəhmanır-rəhim
Bəli, izdivac etmək üçün mütləq şəri nikah olmalı və əqd oxunmalıdır.
Jasmin
21. Aug, 2014
Salam elikum men 11ildir basimi baxlayiram bu ildiki basimi acmaq istemirem cunki basimda cox axrilar olur hem de istiye dozumum yoxdur. MENE ne meslehet vere bilesiz acim acmiyim xayis eleyirem cavab yazardiz. Birdenede sualim var men 4ildiki yoldasimdan ayrilmisam onan bizim Tekçe kebinimiz var men o Kevin caxizini geri oxudurum neyliyim.bir oglumuzda var. Coxsaxolun
Admin
23. Aug, 2014
Bismillahir-rəhmanır-rəhim
1. Naməhrəm qarşısında hicaba riayət etmək vacibdir. Siz başınızdakı xüsusi hicab örtüyünü başınızı tamamilə örtən yaylıqla əvəz edib yoxlayın. Hər halda əgər başınızı açsanız, naməhrəm qarşısına çıxa bilməzsiniz.
2. Kəbin kağızı nikah mahiyyəti daşımır və onun olub-olmamasın bir təsiri yoxdur. O yalnız sizin yoldaşınızla evli olmağınızı göstərmək üçün bir sənəddir. Ərinizdən ayrılmaq üçün əriniz sizə talaq verməlidir və nə qədər ki, bu talağı verməyib, siz onun arvadı hesab edilirsiniz.
Efsane
12. Aug, 2014
Salamun eleykum. Mənim 16 yaşım var mən hicab bağlamaq istəyirəm əvvala bunu demək istəyirəm ki mənim günahlarım var yəni mən bəzən bir şeyin günah oldugunu bilə bilə mən onu etdim yəni uşaq ağlımla hərəkət etdim şeytana uydum ( yəni oğurluq kimi) indi mən bilə bilə etdiyim günaha görə çox peşmanam istərəm doğru yola gələm hicab bağlıyam inşallah . indi mən nə edim siz mənə doğru yolu tapmağıma yardım edin xahiş edirəm
Admin
13. Aug, 2014
Bismillahir-rəhmanır-rəhim
Hər bir kəsin günah etməsi mümkündür. Əsas odur ki, insan öz günahını başa düşsün və tövbə edərək düz yola qayıtsın. Əgər bir günah etmisinizsə, tövbə edin. Əgər birinin haqqını tapdamısınızsa, zülm etmisinizsə, onun razılığını alın. Namaz və oruc kimi ibadətlərin də qəzasını yerinə yetirin. Allah tövbələri qəbul edən, bağışlayan və rəhm edəndir.
Hicab barədə də gözəl qərar qəbul etmisiniz. İnşallah, siz də Allahın əmrini yerinə yetirib hicab nuru ilə nurlanın ki, dünya və axirət səadəti sizə nəsib olsun. Allahın bəyənilmiş bəndələri sırasında dayanasız.
Hicab haqqında bir neçə kəlmə:
Hicab, Allahın təkidlə əmr etdiyi zəruri bir məsələdir və qadınların naməhrəm qarşısında ona riayət etmələri vacibdir. Qurani-kərimdə bir neçə ayədə də bu barədə gəlmişdir. O cümlədən “Nur” surəsində buyurulur:
“Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. ” ( Nur surəsi, 31-i ayə)
Quranda örpək məsələsinin ilk insan yaranışı zamanına gedib çatmasına işarə vardır. Elə ki, həzrət Adəm (ə) və ilk qadın Həvva cənnətdən çıxarılır və onların örtükləri olmur. O cəhətdən, onların şəxsiyyətinin qorumasından ötrü onlara ilk örtük əta olunur. Quranda bu haqda oxuyuruq: “(Adəm və Həvva) ağacın meyvəsindən daddıqda bədənləri göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) bədənlərini örtməyə başladılar.” (“Əraf” surəsi 22-i ayə)
Ayədən məlum olur ki, Adəm (ə) və Həvva qadağan olunmuş meyvələri yedikdən sonra behişt paltarlarını əldən verir və ona görə də yarpaqlarla özlərini örtməyə başlayırlar. Bu hadisə, insanın açıq-saçıq olmasının nə qədər günah və bəyənilməz olduğunu açıqlayır. Ona görə də ilk qadın və kişi öz iffət və həyalarını qorumaqdan ötrü ağaç yarpaqlarından istifadə edirlər. Bəs məlum olur ki, insanın iffət və həyasının ilk mərhələsi onun örtükdə olmasıdır və bu məsələ qadınlarda daha mühümdür. Çünki qadının təbii bədən qurluşu və gözəllikləri istər-istəməz yad kişiyə təsir qoya bilər. Təbii ki, bu hal, heyvani hisslərini ələ ala bilməyən və şəhvət düşkünlərini daha tez öz təsiri altına alır. İslam, cəmiyyətin cavanlarının şəhvət xəstəliklərinə düşməməsinə, qadın və cavan qızların iffət və şəxsiyyətlərinin tam şəkildə qorunmasından ötrü örpəyi vacib edir.
Bunlardan əlavə: 1. Qadının örpəyi cəmiyyətdə ruhi rahatlığın zamin sayılır.
Qadın açıq-saçıqlığı və müasir cəmiyyətdə şəhvət və heyvani hisslərin daha çox qabarıq şəkildə təbliği göstərir ki, cəmiyyətdə qadının çılpaqlığı insanın mənəvi ruhiyyəsini pozur və cavanların təbii şəhvət hisslərinin nəzarətdən çıxması, sonda cəmiyyətdə fitnə-fəsadın çoxalması və sair nəticələrə səbəb olur. Bu səbəbdən Allah-taala Quranda qadın və kişilərə xəbərdarlıq edir və özlərini fəsada düşməkdən qorumaqdan ötrü bəzi əməlləri o cümlədən, örtük və örpək məsələsini açıqlayır.
2. Örpək və örtük qadına cəmiyyətdə bir əşya kimi baxılmasının qarşısını alır.
Müasir cəmiyyətimizdə qadın hüquqlarının ən qatı şəkildə pozulma hallarından biri də qadınların cəmiyyətdə kimlərinsə şəxsi mənafeyindən ötrü qəzet və jurnallarda, maşınların satışında, müxtəlif malların reklamlarında çılpaq və açıq şəkildə onlardan alət kimi istifadə edilməsidir. İslam dini bela əməllərə qarşı qəti şəkildə müxalif olub, qadının şəxsiyyətini qorumaqdan ötrü onu hərtərəfli müdafiə edir. Qadınların belə işlərdə istifadə olunması əslində cəmiyyəti fitnə-fəsada tərəf çəkir və qadın şəxsiyyətini alçaldır.
Bütün bunlar sübut edir ki, Allah-taala insanlar arasında qadına məxsus məqam və ehtiram qoyur. Qadının cəmiyyətdə tərbiyə və rolunun mühüm olmasına görə ona məxsus bəzi zəruri hökmləri vermişdir.
anar
10. Aug, 2014
Hicabli qadin kimin yaninda bawin aca bilar
Admin
11. Aug, 2014
Bismillahir-rəhmanır-rəhim
Qadın, ona məhrəm olanların yanında hicaba riayət etməyə bilər. Qadın üçün məhrəm olanlar: atası, atasının və anasının atası və hər nə qədər yuxarı getsə, qardaşı və qardaşının oğlu, qardaşı oğlunun oğlu və hər nə qədər aşağa getsə, bacısının oğlu, bacısı oğlunun oğlu və hər nə qədər aşağa getsə, öz oğlu və oğlunun oğlu və hər nə qədər aşağa getsə, əmisi və dayısı, ata və anasının əmiləri və dayıları, əri və ərinin atası (qayınatası). Bunların yanında hicaba riayət etmədən gəzə bilər. Hərçənd ki, hicaba riayət etməsi yaxşıdır. Bunlardan başqa kişilər qadın üçün naməhrəmdirlər və hicaba kamil surətdə riayət etməsi vacibdir.
leman
02. Jul, 2014
tewekkur edirem, Allah razi olsun sizden
Nuray Ağayeva
27. Jun, 2014
Salam menim size sualim olacakdır.Xaiş eliyirem tezlikle cavablandırasız.COx sagolun.SUalım yeni menim qizim 9da oxuyur.HIcablı qizdı ve mektebde baş örtmeye ıcaze vermirler .mektebe gırende başini acır var cixanda. Ortur buna mecburdur çünkü oxumalıdır .bu sızce dini baxımdan nece qarşilanır?
Admin
29. Jun, 2014
Bismillahir-rəhmanır-rəhim
Hicab dinin zəruri məsələlərindəndir və ona riayət etmək vacibdir. Bundan əlavə təhsil almaq kifayi-vacibdir, yəni əgər bəziləri elmin təhsili ilə məşğul olsalar, digərlərinin öhdəsindən götürülür, lakin hicab eyni vacibdir, yəni şəxsin özünə vacibdir və heç vaxt onun öhdəsindən götürülmür.
Leyla
26. Jun, 2014
Salam.icaze vermirlerr Mektebde basi ortmeyee Mende aciramm be cixandaa orturemm gunahdir?
Admin
02. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
Hicab dinin zəruri məsələlərindəndir və ona riayət etmək vacibdir.
Leman
15. Jun, 2014
Salam. Evvel size tewekkur eliyiremki bu imkani bizim ucun yaratmisiz. size bir nece sualim var xaiw edirem zehmet olmasa cavab yazin. 1.hicabli olarken corap geymek vacibdir? 2.salvar geyib usten dize qeder paltar geysem, dizden asagi salvar dar ola biler? 3.sevgilimle bir birine toxunmadan gorusmek olar?
Admin
29. Jun, 2014
Bismillahir-rəhmanır-rəhim
1. Ayağı naməhrəmdən örtmək vacibdir, istər corabla olsun, istərsə də digər geyimlə.
2. Əgər naməhrəmin diqqətini cəlb etməzsə, eybi yoxdur.
3. Burda müxtəlif məsələlər ola bilər.
mehriban
27. May, 2014
salam baqiwliyin size bir nece dene sualim olacaq
men bawimi qablamaq isdeyirem amma valideyinimin naraziciliqi var ozumden boyuk qardawim var 10 da oxuyur men ise 8 de,ve valideyinlerimnende bawqa qorxuram mekteb naraziciliq elesin,mektebe bawi baqli qizlari qoymurlar bilmek olar bele hallarda biz neylemeliyik,xaiw edire sualim cavabsiz qalmasin
Admin
02. Jun, 2014
Salam. Bütün hallarda naməhrəm qarşısında hicaba riayət etməlisiniz.
Deniz
07. May, 2014
salam eger br xanim hicaba girmek isteyirse ve eger yoldasi qeti suretde icaze vermirse bu xanim neynesin?yoldasina qulaq assin ya yoldasi icaze vermesede girsin hicaba? cox xais edirem aydin sekilde cavablayin . ALLAH razi olsun
Admin
08. May, 2014
Salam. Hicab vacibdir və bu hökümdə heç kimə itaət etmək olmaz (hətta ata-ana olsa belə). Hicabsız naməhrəm qarşısına çıxsanız böyük günah etmiş olursunuz. Gərək həyat yoldaşınızı bir cür yola gətirəsiniz.
zeyneb
04. May, 2014
salam.qizlarin 9 yasinda hicab geyinmeleri vacibdir?heddi-buluga catmasini nece bilmek olar? 9 yasinda vacibdir hicab?
Admin
06. May, 2014
Salam. Qızlar hicri-qəməri tarixi ilə 9 yaşları tamam olan kimi büluğ həddinə çatmış sayılırlar və hicaba riayət etmələri vacibdir.
salam
03. Apr, 2014
Salam mənim bir sevdiyim va idi mən onu sevirdim sonradan bildim ki qıznan oğlan arasında münasibət olmaz günahdır(pis başa düşməyin yəni mən sevdiyimin əlindən tutrdum) mən bunu biləndən sonra özümə əsəbiləşdim və tövbə etdim ki bir daha belə səhv etməyəcəyəm indi mən ayrılmaqnan düz etdimm yoxsa yox əgər düz etdimsə səbəbi səbəbi XAHİŞ EDİRƏM
birdə sizcə sevgi necə olmalıdır ki o allahın xoşuna gəlsin yəni haram olması
XAİŞ EDİRƏM TEZ BİR ZAMANDA CAVAB YAZIN ZƏHMƏT OLMASA
Admin
08. Apr, 2014
Salam, məhz sevgi məhrəmliyə səbəb olmur və oğlan-qız naməhrəm olaraq qalır. Ona görə də naməhrəmə aid olan bütün hökmlər onlara da aid olunur və riayət etmək vacibdir. onların arasında nikah əqdi oxunduqdan sonra bir-birlərinə məhrəm olacaqlar.
anara
24. Mar, 2014
salam deyilənə görə Məhəmməd Peyğəmbər saçı uzun olan qadınları lənətləmişdir bu deyilən doğrudurmu
Admin
25. Mar, 2014
Salam, düzgün deyil.
ana
06. Mar, 2014
salam mən tələbəyəm məktəbdə hicab bağlanmağa izin verilmir elə ona görə də bağlya bilmirəm(namaz qılanam)
ancaq yəni hicaba uyğun geyinməyə çalışıram yəni bəndən cizgilərinin bildirmədiyi dərəcədə geyinirəm sadəcə başım acıqdı ama başımı inşallah məktək qurtarannan sonra bağlayacam inşallah allahın izni ilə onacan başımın açıq qalması günahdı
Admin
08. Mar, 2014
Salam, hicab dinin zəruri məsələlərindəndir və bunu heç cür tərk etmək icazəli deyil. Deməli, siz məktəbdə də orda nəməhrəm olduğu surətdə hicaba tamam riayət etməlisiniz.
Amma sizdən bunu soruşmaq istəyirik ki, məktəbdən xaricdə də sizi hicab bağlamağa qoymurlar?
ANA
06. Mar, 2014
Salam bilmək istəyirəmki islamda sevgi varmı(qız oğlan) sruşmağımın səbəbi budur MƏN NAMAZ QILANAM DİNİMƏ DƏ BAĞLIYAM İNDİ MƏNİM SEVDİYİM VAR ODA NAMAZ QILANDI YƏNİ MƏN DİNİMƏ YANLIŞ HƏRƏKƏT ETMƏK İSTƏMİRƏM ONA DEYİRƏM Kİ ƏL ƏLƏ TUTMAQ QUCAQLAŞMAQ ÇOX YAXIN DURMAQ OLMAZ ARAMIZDA MƏSAFƏ OLMALIDIR ODA SÖYLƏYİRKİ BÜTÜN BUNLARIN HAMISINI MƏN BİLİRƏM SƏN MƏNİM HƏLALIMSAN yəni bütün bunları deməkdə məqsədimiz odur ki yəni biz bir birimizi sevdiyimizə görə(DÜRÜST) səhf hərəkə etmirikki?
Admin
09. Mar, 2014
Salam, sevgi qeyri ixtiyari bir məsələdir və onun məxsus hökmü yoxdur. Lakin unutmayın ki, sizin aranızda əqd oxunana qədər siz naməhrəmsiniz, naməhrəm hökmlərinə riayət etməlisiniz, o cümlədən əl-ələ tutmaq, toxunmaq və ümumiyyətlə fəsada səbəb olacaq hər bir işdən çəkinməlisiniz.
gulya
03. Mar, 2014
men hicabliyam çadraya girmek isteyirem yoldaşim qoymur ne etmeliyem
Admin
04. Mar, 2014
Salam, çadra kamil hicabdır və insanı naməhrəm və fəsaddan daha yaxşı qoruyur. Siz bunu öz həyat yoldaşınıza yumşaq və sadə dildə başa salmağa çalışın. Əgər başa düşmək istəməsə, hicabla kifayətlənin və çadra vacib deyil.
Anara
02. Mar, 2014
Salam bilmək istəuirəm ki hicablı qadın ətir istifadə edə bilərmi (spirli dux yağlı duxdan) .
Admin
04. Mar, 2014
Salam, ətirdən istifadə etməyin öz özlüyündə eybi yoxdur. Hətta qadının öz əri üçün ətirlənməsi, habelə bəzənməsi və zinətlənməsi müsəhəbdir. Lakin naməhrəm arasına çıxdıqda ətirdən istifadə edə bilməz.
Əgər qeyd etdiyiniz ətirin pak və ya murdar olmasını nəzərdə tutursunuzsa, cavab belədir: Əgər ətirin tərkibindəki spirt axıcı və məstedici spirtlərdən olsa murdardır və ondan istifadə edə bilməzsiniz. Əks təqdirdə eybi yoxdur.
aaaaaa
01. Mar, 2014
Salam mən hicab bağlamağa hazırlaşıram sadəcə bəzən şeytan buna icazə vermir yəni məni yoldan çıxardır(pis mənada yox yəni mənə deyilirki hələ cavansan sonra bağla . rəfiqələrin yanında utanacaqsan bu kimi sözlər) amma mən hicabı ürəkdən istəyirəm sadəcə bu fikirlər mənim başımı qarışdır istərəm ki mənə bu sözlərin hamısını dəf edəcək kəlmələr söyləyəsiniz
Admin
05. Mar, 2014
Salam olsun, HİCABI dərk edib Allaha xatir bağlayanlara !
Salam olsun, namusunu hər şeydən üstün tutan xanımlara !
Salam olsun, Allaha xatir hər sınağa dözən möminələrə !
Əlbətdə ki, hicab haqqında çöx sözlər demək olar, yəqin ki, kitablrdan, internrtdən və s. media vasitələrindən istifadə etmisiniz və Allahın vacib buyurduğu HİCAB haqqında müəyyən qədər məlumatınız vardır. Sİz hicaba riayət edərkən, sizi məsxərə edib güləcəklərsə, onda həmin şəxslərin Allaha imanı olmadığı üzə çıxacaqdır… Belə ki, Əziz Peyğəmbərimizi (sallallahu ələyhi və alihi və səlləm) də məsxərə edir və ona min bir əziyyət verirdilər…O Həzrətdən (sallallahu ələyhi və alihi və səlləm) bir hədisi yadınıza salmaq istərdim: İmanın kamilliyinin 3 şərti vardır.1) İlahi vəzifələri yerinə yetirərkən camaatın tənəsindən qorxmayasan. 2) İlahi vəzifələri yerinə yetirərkən riyakarlığa yol verməyəsən. 3) İlahi vəzifələri yerinə yetirərkən dünya işlərini qabağa salmayasan…
Bəziləri Hicab taxanlara – “köhnə dövrə qayıdırsız”- deyə töhmət vururlar, lakin özlərinin -“soyunmaqla”- “daş dövrünə” qayıtmaqlarından xəbərsiz olduqlarını belə düşünmək istəmirlər…
Müsəlmandan sorusurlar: Niyə sizin qızlar başına hicab baglayır? Müsəlman sual edən şəxsə biri açıq , digəri isə baglı iki konfet uzadır və deyir: Birini seç! Sual edən, baglı konfeti göturur. Müsəlman soruşur: Nə üçün bağlı konfeti seçdin? O şəxs cavab verir: Çünki bu təmizdir. Müsəlman deyir: Bu da öz sualının cavabı !!!
Allahdan sizlərə güclü iman və səadət diləyirik…
Hasıla
28. Feb, 2014
Salam. Soruşmaq istəyirəm ki hicablı qadın toylara gedə bilərmi , oynaya bilərmi. Və əgər gedərsə geyimi necə olmalıdır yəni geyimində nələrə fikir verməlidir .(ADMİN bəy bizlərə belə gözəl şərait yaratdığınıza görə sizə dərin təşəkkürlərimi bildirirəm)
Admin
01. Mar, 2014
Salam, əgər haramla (spirtli içki verilən, məhrəm-naməhrəm bir-birinə qarışan və s.) yanaşı olan toylardan olarsa, həmin toya getmək icazəli deyil. Ümumiyyətlə rəqs etməyə gəldikdə bu da icazəli deyil, yalnız qadının öz əri üçün oynaması icazəlidir, o da bu şərtlə ki, musiqi ilə yanaşı olmasın və ərindən başqa heç kim onu görməsin. Geyimi də hicaba riayət etməklə halal olan toylara getmək olar.
nara
28. Feb, 2014
Salamun əleykum .Mənim sizə sualım belədir. Hicablı gənc qız şalvar geyinə bilərmi (mən özüm tələbəyəm məşğələlərə gedirəm hər gündə yubqa geyinmək olmur hava bəzən küləkli olduğu üçün. ) MƏSLƏHƏTİNİZ NƏDİR
Admin
01. Mar, 2014
Salam, şalvar geyməyin eybi yoxdur. bu şərtlə ki, bədənin çıxıntıları bilinməsin. Üstündən uzun kofta geysəniz yaxşı olar.
ayla
26. Feb, 2014
salam hicəblı qadının geyimi haqqında məlumat verə bilərsiz . mən bilirəm ki hicabın geyimi naməhramı cəlb etməməlidir amma indiki zəmanədə nə geyinsən naməhramlar baxırlar indi mən nə edim məsləhətiniz
Admin
27. Feb, 2014
Salam, siz hicaba riayət edin (əllər və üzdən başqa bədən və başınızın bütün hissələrini örtün və bədənin çəxəntəları bilinməsin). Bununla da siz öz şəri vəzifənizi yerinə yetirmiş olursunuz. Əlbəttə çalışın elə geyimlərdən istifadə edin ki, naməhrəmin diqqətini cəlb etməsin. bundan artıq bir vəzifəniz yoxdur.
leyla
22. Jan, 2014
Salamun aleykum. Menim qızımın 9 yaşı teze tamam olub. Hicaba keçmesini isteyirik.amma məktəbdə hicab geyinməyə qoymurlar . tehsil almasını da çox istəyirəm . bezi insanlar hicabın 12 yaşda vacib olduğunu deyir.bu doğrudurmu?çox xahiş edirem mene meslehet verin.mən nə etməliyəm?
Admin
23. Jan, 2014
Salam,qız uşaqları büluğ həddinə çatdıqdan sonra şəri təkliflərini yerinə yetirmək o cümlədən hicaba riayət etmək onlar üçün vacibdir. Qeyd edək ki, qız uşaqları 9 yaşı tamam olduqda büluğ həddinə çatmış olur.
peri
24. Dec, 2013
salm men hicablyam ama salvar geyinrem ammadar deyil bu gunahdrmi?
Admin
25. Dec, 2013
Salam, əgər bədəninizin çıxıntıları bilinmirsə eybi yoxdur.
AYLA
03. Dec, 2013
salam men 4 aydiki hicabdayam ama acmak isteyirem allahtan qorxuram onun ucun aca bilmirem bunu mene yuxuda istediler 2 defe mumkunse cavab yazin onceden tesekkur edirem.
Admin
04. Dec, 2013
Salam, Hicabı açmaq heç şəraitdə qəbuledilməzdir. Böyük günahdır.
durdane
03. Dec, 2013
Allah sizdən razı olsun
konul
21. Oct, 2013
Salam.Eger 6 yasli bir usaga hicab bagladirlarsa,ve mekteb vaxti muellim onu acmaqi teleb edirse vaxti catanda ortmek serti ile buna gore muellim gunaha batirmi.
Admin
26. Oct, 2013
Salam, 6 yaşındakı qız uşağına hicab vacib deyil. Amma hicab bağladığı surətdə müəllim onun qarşısını almamalıdır. Əks halda müəllim günah etmiş olur.
Yusif
01. Oct, 2013
Salam.erin arvadı mecbırla arvad istemediyi ucun zorla hicaba salmayı düzgündurmu?
Admin
14. Oct, 2013
Salam, kişi öz həyat yoldaşını hicablı olmağa məcbur edə bilməz. Amma kişinin haqqı vardır ki, arvadını evdən çölə çıxmağa qoymasın. Bəs beləliklə bu çıxış yolunu nəticə alırıq ki, kişi arvadına belə şərt edə bilər ki, hicablı olsan evdən çölə çıxa bilərsən və amma hicabsız olsa icazəsi yoxdur.
Adınız (məcburi)
06. Sep, 2013
SALAM
MEN HICABLIYAM AMMA BASHIMDA YARA VAR HEKIM DE DEIRKI BASHIN BAGLI OLDUGU UCUN TERLEYIR VE SAGALMIR INDI BILMIREM NECE EDIM ACSAM EGER BU GUNAH OLARMI?? ?
Admin
09. Sep, 2013
Salam, əvvəla mütəxəssis həkimə müraciət edin. Əgər xəstəliyin sağalması üçün əlac yolu təkcə hicabın açılması olsa onda hicabı açın lakin bu halda naməhrəm qarşısına çıxa bilməzsiniz.
elnare
20. Aug, 2013
Salam aleykum diwe qaw qoymaq icazeledir?
Admin
24. Aug, 2013
Salam, öz-zölüyündə eybi yoxdur.
vusale
14. Jun, 2013
hicabli qadinlarin denize getmeyi ne derecede duzgundur.Ancaq denizde cimmemek sertile,usaqlarini geyindirmek meqsedile.
vusale
14. Jun, 2013
Hicabli qadinlarin yaxin bacisi usaqlarinin ve hetta oz usaqlarinin toyunda reqs etmeyi olarmi.
Admin
15. Jun, 2013
Qadının rəqs etməsi icazəli deyil. Təkcə öz həyat yoldaşı üçün heç kimin görmədiyi yerdə və digər haramla yanaşı olmadıqda icazəlidir.
Selma
28. May, 2013
Melumata gore cox sagolun.Menimde suallarim olacag inwALLAH nece yaza bilerem?
Admin
29. May, 2013
Salam, sualınızı bura yaza bilərsiniz. Allah köməyiniz olsun.
Nilay
07. May, 2013
Mənim üçün ən vacib sual budur ki,qaynananın kürəkənin yanında hicabı tərk etməsi doğrumudur?Əgər günah sayılsa və bunu bilməyərək etsə yenə də gunah sayılırmı?
Admin
08. May, 2013
Salam, kürəkən qaynanaya məhrəmdir – yəni hicab bağlamasa eybi yoxdur, günah deyil.
aynur
18. Mar, 2013
salam qadin sade makiyajli halda destenamaz ala biler?
Admin
18. Mar, 2013
Salam, suyun dəriyə çatmasına mane olmasa eybi yoxdur. Yəni makiyajlı dəstəmaz ala bilərsiniz
Rubabe
16. Mar, 2013
Salam aleykum.men Hicabliyam amma Cadraya kecmek isteyirem.lakin anam icaze vermir.men ne ede bilerem?anami nece razi salim?razi olmadigi halda ne edim?
Admin
16. Mar, 2013
Salam, siz çalışın ananızı hədislərlə, Fatimeyi-Zəhraya (s) aid hədislər deməklə başa salın ki, hicab çadra ilə daha da kamil olur. Bunu da bilməlisiniz ki, çadra sizə vacib deyil, bir şərtlə ki, geydiyiniz manto ya paltar bədənə yapışmasın. Allah sizə kömək olsun ki, ananızı hicabın çadra ilə daha da kamil olmasını başa sala biləsiniz inşallah.
Fatime Eliyeva
15. Mar, 2013
Salam aleykum Allah razi olsun sualimi cavablandirdiginiz ucun.Yene sizi bir sualla narahat edecem amma sualin cavabini bilmek isteyirem.Gencede Sah Abbas mehcidinde qadinlara mehcidin bir otagini veribler o otaq deyilene gore mehcid hokmunde deyil cunki mehcidle otaq arasindaki qapi acilanda Qadinlar camaat namazina qosula bilir qapi bagli olanda namaza qosulmurlar.Sualim budur ki orada din telimleri ve Quran dersleri kecirilir.Qadinlar heyz vaxti ora derse gele bilerler Mehcide ele girmek olmaz bes otaga ele girmeyin isgali vardir.Evvelceden tesekkur edirem sualimi cavablandirsaz sad olaram Allah amaninda
Admin
16. Mar, 2013
Salam, əgər buyurduğunuz yer məscid sayılırsa heyz halında ora girmək olmaz, bir halda girmək olar ki, oradan keçib gedəsən.
Fatime Eliyeva
14. Mar, 2013
Salam aleykum sualim budurki cadra geyinen xanim bas ortuyu yeni hicabi sirf qara olmalidir yoxsa cadranin altindan basqa rengde hicab orte biler.Birde qadin cole cixanda qalin kapron corab geyinse eybi vardir.
Admin
15. Mar, 2013
Salam, çadranın altından bağladığınız hicabın hansı rəngdə olması mühüm deyil, kapron corab geyərkən ayaq görsənməsə eybi yoxdur. Allah sizə bu düz yolda həmişə yardımçınız olsu inşaallah.
Ayten
16. Feb, 2013
salam, men hicab taxmaq isteyirem, nece gundu bu fikir bawimdan cixmir, eslinde evdekiler razidi amma qohumlar ele soz deyir ki, ister istemez pis oluram, deyirler ki, hicab taxanlara pis baxirlar, hamisi oz ayiblarini ortmek ucun taxir, butun fikirlerim qariwib, amma fikrimde de deqiqem, mene nese meslehet verin xahiw
Admin
17. Feb, 2013
Salam, İmam Əli (ə) buyurub: “Ardıcıllarının az olduğuna görə haqq yolundan qorxmayın.” Biz də qəbul edirik ki, hicablılar arasında hicabdan sui-istifadə edənlər var. Amma Allah kimin kim olduğunu yaxşı bilir. Keçək hicab taxılması məsələsinə. Hicab sizə Allah tərəfindən vacib edilmişdir. Siz düz yol seçmisiniz və bu yolda qohum, qonşu və s. şəxslər tərəfindən deyiləcək iradlara fikir vermək lazım deyil. Peyğəmbər (s) buyurub: “Həya gözəldir, qadında olsa daha da gözəldir.” Xanımlar üçün həyanın ən üstün dərəcəsi isə hicaba riayət etməsidir. Allah sizə kömək olsun inşaallah.
milana
25. Jan, 2013
salam eyer bir insani Hicabi acmaga mecbur edirlerse ve o insan butun gunahi ozune gotururse gunah yene de 2 tereflidi?
Admin
27. Jan, 2013
Salam, o adam ki, sizə deyir başını aç, onun özü üçün ayrı günahı onun üçün var. Amma siz heç vaxt başınızı açmamalısınız, əgər kimin sözü ilə də açsanız siz günah etmiş olursunuz. Allah köməyiniz olsun inşallah!
Asef
19. Nov, 2012
salam aleykum .kurekenin yaninda qaynananin hicab taxmasi vacibdirmi?
Admin
20. Nov, 2012
Aleykum salam, kürəkən qaynanaya məhrəmdir. Yəni hicab taxmasa da olar.
gunel27
08. Nov, 2011
tatu dəstəmazı batil edir ( qaşdakı tatu)?
Admin
08. Nov, 2011
Salam, əgər məqsədiniz (nakolkadırsa) xeyr, namaza maneəsi yoxdur.