Hicab haqqında suallara cavab: Ayətullah Sistani

Sunday, 27 March 2011-də tərəfindən Hicab kateqoriyasında yayımlandı.

Hicab dinin zəruri məsələlərindəndir

Sual: Hicab, dinin zəruri məsələlərindən hesab olurmu? Ona qarşı etinasız olanların hökmü nədir?

Cavab: Hicab şəriətin vacib məsələlərindəndir və Quranda da gəlmişdir. Amma bu aydın məsələyə diqqət etmədən hicabı inkar etmək, peyğəmbərliyin inkar olunması deyil. Lakin, hicaba qarşı etinasız olmaq günahdır.

Sual: Əgər qadın talaq və hicab arasında qalsa hansını seçməlidir?

Cavab: Talağı seçməlidir və heç bir şəraitdə hicabı çıxarmamalıdır.

Sual: Əgər hicaba riayət etdiyinə görə qadına talaq versələr və bu onun üçün ağıl sahiblərinin nəzərində adətən, dözülməyən çətinlik yaratsa, hicabı tərk edə bilərmi?

Cavab: Zərurət miqdarında.

Hicaba riayət etməyən qadının günahı

Sual: Hicaba riayət etməyən qadının aqibəti nədir?

Cavab: Hicaba riayət etməmək günahdır və din ilə müharibə etmək kimi təbir olunur. Belə şəxsin yeri cəhənnəmdir və ora çox pis bir dönüş yeridir.

Ayağı örtmək

Sual: Qadın namaz qıldıqda ayağının üstünü örtməlidirmi?
Cavab: Namaz üzün vacib deyil, amma naməhrəmdən örtməlidir.

Sual 1: Qadınlar ayaqlarını corabla hansı həddə örtməlidirlər?
Cavab: Əgər ayaq və onun üstü görünməsə, eybi yoxdur. Baxmayaraq ki, corabdan ayağın həcmi bilinir.

Sual: Cavan qadın, rəngli və ya qıçı gözəl göstərən corabı hicab ünvanı ilə geyinə bilərmi?
Cavab: Belə corabı geyməyin eybi yoxdur. Amma zinət hesab olduqda onu naməhrəmdən örtməlidir.
Sual: Ayağı örtməsinə baxmayaraq, onun çıxıntılarını bilindirən corabı geymək olarmı?
Cavab: Belə corabı geyinmək öz-özlüyündə icazəlidir.

Hicab hamı üçündür

Sual: Nə üçün qeyri-müsəlman qadının İslam ölkəsində hicaba riayət etməsi vacibdir, amma müsəlman qadın qeyri-islami ölkədə hicabsız olması qadağandır?
Cavab: Qadın üçün hicab vacibdir, istər müsəlman olsun, ya müsəlman olmasın, istər İslam ölkəsində olsun, ya qeyri-islami ölkədə.

Hicabın həddi

Sual: Çadra və manto necə olmalıdır?
Cavab: Qadın elə paltar geyinməlidir ki, zinət olmasın. Əks təqdirdə başqa zinətlər kimi onu da örtməlidir. Həmçinin geyim kişiləri aldadan və cəlbedici olmamalıdır.

Sual: Hicab üçün manto və yaylıqdan istifadə etmək olarmı?
Cavab: Maneəsi yoxdur.

Hər bir halda hicab vacibdir

Sual: Hicaba kamil surətdə riayət etməmək birinin günaha düşməsinə səbəb olmadığı bir yerdə bədən örtülü olsa, başı da bağlamağa ehtiyac varmı? Məsələn, Avropa ölkələrində hicaba elə də əhəmiyyət vermirlər və qadının başının tüklərinin görünməsi o qədər də problem yaratmır. Quranda da buyurulur ki, kişilərin təhrik olmasına mane olmaq üçün özünüzü örtün.
Cavab: Qadının hicabsızlığı başqalarını günüha salamasa belə, kamil surətdə hicaba riayət etməsi vacibdir.

Qadınların sürücülük etməsi

Sual: Qadınlar sürücülük edə bilərlərmi? Hansı şərtlərlə?
Cavab: İslami hicaba və qayda-qanunlara riayət etməklə, eybi yoxdur.

Naməhrəm olmayan yerdə namaz

Sual: Əgər qadın naməhrəmin ora gəlməyəcəyindən əmin olduğu bir yerdə namaz qılmaq istəsə, hicablı olması vacibdirmi?
Cavab: Namaz qıldıqda hicablı olmaq, naməhrəm olmasa belə, vacibdir.

Kamil hicab

Sual: Yanaqları hansı həddə qızartamaq olar? Qaşları götürdükdə vəzifə nədir? Çənənin altını, üzün qıraqlarını örtən və yuxarıdan qaşların üstünə  qədər gələn qara məqnə və enli qara manto geyilsə, hicaba riayət olunmuşdurmu? Məqnə və manto rəngli olsa, iradı varmı?
Cavab: Kamil hicab budur ki, başın tüklərini və bədəni tamamilə örtsün və özü zinət hesab olmasın, qadının bədən çıxıntılarını bilindirməsin. Üzü və biləyə qədər əlləri örtmək lazım deyil. Çənə və adətən məqnənin örtmədiyi çənənin altından bir qədər yeri örtmək vacib deyil. Üz və qaşlar alındıqda onları örtmək lazım deyil, amma zinətlə bəzənilsə, örtmək lazımdır.

Valideynin öz övladlarını hicaba əmr etmələri

Sual: Ata-ananın büluğ həddinə çatmış övladlarını hicaba riayət etməyə vadar edə bilmək haqqları varmı?
Cavab: Haqları vardır. Amma bu işdə vurmaq və onun kimi metodlardan istifadə edə bilməzlər.

Qadının kostyum geyməsi

Sual: Qadın kostyum geyərək naməhrəm qarşısına çıxa bilərmi?

Cavab: Əgər o paltar qadının bədən çıxıntılarını bilindirsə və ya fitnə-fəsada səbəb olsa, icazəli deyil.

Şöhrət libası

Sual: Şöhrət libası geyməyin hökmü nədir? Şöhrət libasının meyarı nədir?

Cavab: Şöhrət libası, başqalarının istehza və təhqir olmasına səbəb olan geyimlərdir və vacib ehtiyata görə belə geyimləri geyməsinlər.

Bəzədilmiş üz

Sual: Üzünü almayan qadınlar, qaşlarının və üzlərinin tüklərini götürə və üzünə təbii pudra və krem vura bilərmi?

Cavab: Üzün və qaşların tükünü almaq üzü açıq qoymağa mane olmur. Bu şərtlə ki, günüha düşmək qorxusu olmasın və üzü açıq qoymaq onu naməhrəmlərə göstərmək məqsədilə olmasın. Amma pudra və zinət əşyaları istifadə etdikdən sonra üzü örtmək vacibdir.

Sual: Zinət vurulmuş üzü, belə ki, ona zinət vurulması bilinməsə və üzün təbii halı kimi nəzərə gəlsə, örtmək lazımdırmı?

Cavab: Zinət hesab olmasa, örtmək lazım deyil.

Parik qoymaq

Sual: Qadınlara məxsus olan məclisdə gözəl görünüb onların diqqətini cəlb edərək, elçi tapmaq məqsədi ilə başa parik qoymaq icazəlidirmi? Bu iş eybi örtmək hesab olurmu?

Cavab: Əgər təkcə zinət məqsədi ilə olsa və elçiləri aldatmaq və eybi onlardan gizlətmək məqsədilə olmasa, eybi yoxdur.

Gözəllik cərrahiyyə əməliyyatı

Sual: Cərrahiyyə əməliyyatı ilə üz və bədənin başqa yerlərndə gözəllik yaratmaq olarmı?

Cavab: Haram baxış və toxunmaqdan çəkinməklə, icazəlidir.

Qaş əkdirmək

Sual: Qadınlar qaş əkə bilərlərmi?

Cavab: Qaş əkməyin dəstəmaz və qüsl üçün iradı vardır, amma döyəcləmənin eybi yoxdur.

Qaş almaq

Sual: Qaşlarının altını almaq zinət hesab olunurmu? Qadınlar ümumi məkanda qaşlarını örtməlidirlərmi?

Cavab: Onu örtmək vacib deyil.

Kişilərin qısaqol köynək geyməsi

Sual: Kişi qısaqol köynək geyinə bilərmi? Qadın ləzzət qəsdi olmadan onun əlinə baxa bilərmi?

Cavab: Hər iki surət icazəlidir.

Dırnaq uzatmaq

Sual: Qadın dırnaq uzada bilərmi? Bu zinət sayılırmı və naməhrəmdən örtmək lazımdırmı?

Cavab: Eybi yoxdur və zinət vurmasa, onu naməhrəmdən örtməsi lazım deyil.

Sual: Əgər qadın dırnağını uzatmış olsa, amma ona zinət vurmasa, naməhrəmdən örtməsi lazımdırmı?

Cavab: Lazım deyil.

Kişinin öz həyat yoldaşını hicaba məcbur etməsi

Sual: Mən həyat yoldaşıma deyirəm ki, başını bağlasın. O da deyir ki, hicab İslamda məcburi deyil və İslam məcburiyyəti sevmir. İslamda hicab məcburidir, yoxsa könüllü? Mən onu hicaba məcbur edə bilərəmmi?

Cavab: Hicab dinin zəruri məsələlərindəndir və ona kamil surətdə riayət edilməlidir. Qadın gərək saçlarını və bədənini naməhrəm kişilərdən örtsün, amma üz və əllərinini örtməsi vacib deyil. Əgər üzünü və əllərini örtmədiyi təqdirdə harama düşəcəyindən qorxursa, yaxud kişini haram baxışa salmaq üçün örtməmək qəsdi olarsa, bu iki halda örtməməsi icazəli deyildir.
Deməli, qadın deyilmiş qayda ilə öz saçını, bədənini və onun çıxıntılarını naməhrəmdən örtməlidir. Əgər qadın zinət sayılmayan və cəzbedici olmayan hər hansı geyimlə özünü örtsə, kifayətdir və çadra atması vacib deyil. Baxmayaraq ki, çadra ən yaxşı və kamil hicabıdr.
Siz öz həyat yoldaşınızı hicaba riayət etməyə məcbur edə bilməzsiniz, amma evdən çölə çıxmağa qoymaya bilərsiniz. Bu surətdə onunla şərt edə bilərsiniz ki, əgər hicaba riayət etsə, evdən çölə çıxa bilər.

Toplayan: Seyid Zahir

701 Responses to “Hicab haqqında suallara cavab: Ayətullah Sistani”

  1. 2ral

    23. Aug, 2016

    Salam. Size sualim beledi. Bir qadin bawini baqliyir. Yoldawi raziliq verir ancaq anasi narazi olur istemir,hetta aralarinda kusuluk bele olur. Burda ne etmeli?birde hemin hicabli qadin oz qohumu gile gedir. Qohumu bir qadin deyirki bawini bizim yanimizda niye baqlamisan?ac bawini. Burda sene pis gozle baxan yoxdu. Hemin getdiyi yer bawini baqliyan qadinin erisinin xalasi evidi. Evde iki yeni yetme yawina catmiw oglan ve evim kiwisi var. bawini baqliyan qadina teziq deirler oda bawini acir. Ama hemin evde kenarda baqlayir. Deyilenlere gore hemin getdiyin evinsen ozune mehrem bilirsense aca bilersen. Mence bu bele deyil. Mehremi insan ozu secmir. Evvelceden cox tesekkurumu bildirirem. Lutfen etrafli izzah edersiniz. Cox saqolun.

    Reply to this comment
    • Admin

      14. Aug, 2017

      Salam. Hicab Allahın vacib buyurduğu əməl olduğu üçün bu barədə heç kimə itaət etmək olmaz, hətta ata-ana. Nəməhrəm qarşısına çıxan qadın hicablı olmalıdır. Xalası gilə qonaq gedirsə oradakı kişilər naməhrəm sayılır və hicablı olmalıdır. Əgər kişi olmasa qadınlar arasında başını aça bilər.

      Reply to this comment
  2. Lela

    18. Feb, 2016

    Her vaxtiniz xeyir . Cox uzur isteyirem sualima gore . Aybasi olana yaxin meselcun 21 i olmaliyam 21ne bes gun qalmis hergun cox azca noqte kimi qan olur . Men bu halda ne etmeliyem . Namazmi qila bilerem ? Cox sag olun evvelceden

    Reply to this comment
  3. Elem

    23. Nov, 2015

    Salam evelceden size öz tewekkürümü bildirirem.Suali beledir Anamin esebnen elaqedar öz yüxusu yoxdur yuxu dermani ile yatir ve sübh namazina dura bilmir ondan sonra yata bilmir yuxusu qaçir ürek döyünmesi kesmir.Ola bilermi ki sübh namazina durmasin sonra qezasin etin bele olar?Sag olun tewekkür edirem.

    Reply to this comment
    • Admin

      25. Nov, 2015

      Bismillahir-rəhmanır-rəhim
      Bilərəkdən namazı qəza vermək böyük günahdır. Dərman qəbul etmək vaxtını elə tənzimləsin ki, sübh namazına oyana bilsin.

      Reply to this comment
  4. Aygun

    18. Nov, 2015

    salam aleykum Allahin salami rehmeti uzerinize olsun sizden bir xahisim var ki ister subay olsun ister bosnmis qadin ya kisi ferq etmez bunlarin her ikisi catd tanis olub aile qurmaq olarmi meselen qiz evde qalib alan yoxdu internet cat vesitesi ile tanis olub aile qurmaq olrmi

    Reply to this comment
    • Admin

      24. Nov, 2015

      Salam. Sualınız çoxşaxəlidir. Sualınızı dəqiq yazın.

      Reply to this comment
  5. Ehli beytçi

    18. Nov, 2015

    Salam.Evelceden size minnetdaram.Allah Sizden razi olsun.Bele bir sualim var.Odda alovda yanaraq ölen ve yaxud qaynar suya düwüb ölen wehid hökmündedir?Sag olun tewekkür edirem.

    Reply to this comment
    • Admin

      19. Nov, 2015

      Bismillahir-rəhmanir-rəhim.
      Əleykumus-salam.
      Şəhidin geniş mənası var. Şəhidlik ilahi bir məqamdır ki, bu məqama Allah yolunda canından keçməklə nail olmaq olaq. Şəhid xüsusi mənada cihad meydanında Peyğəmbər (s), məsum imam ya imamın xüsusi naibinin hüzurunda öləndir. Belə ölən insanlar şəhid hökmündədir (öz qanlı paltarı ilə qüsulsuz və kəfənsiz basdırıla bilər), bəzi ölənlər isə şəhid hökmündə yox bəlkə şəhidin mükafatı və savabında olar. Bu mənada şəhid o kəsdir ki, öz dini və əqli vəzifəsini yerinə yetirdiyi halda ölə. Hədislərdə şəhid mükafatında olanların bəzi nümunələri qeyd olunub.
      1). Allah yolunda öldürülmüş şəxs.
      2). Allah yolunda ölmüşşəxs.
      3). Taun xəstəliyi səbəbilə ölən şəxs.
      4). Anasının bətnində ölmüş uşaq.
      5). Suda boğulmuşşəxs.
      6). Öz canını qorumaq üçün çalışıb, ölən şəxs.
      7). Öz əhli-əyalını, ailəsini müdafiə edərkən öldürülən şəxs.
      8). Öz malını qoruyarkən öldürülən şəxs.
      9). Uşaq dünyaya gətirərkən ölən qadın.
      10). Dəstəmaz alıb yatan və həmin gecə ölən şəxs.
      11). Zülmü aradan qaldırmaq yolunda öldürülən şəxs şəhiddir.
      12). Ali-Mühəmmədin sevgisi ilə ölən kəs şəhiddir.
      13). Məscidə gedən halda ölən şəxs.
      14). Elm öyrənmək yolunda ölən.
      Allah sizə yar olsun.

      Reply to this comment
  6. Cemale

    17. Nov, 2015

    Salam evvelceden tesekkurler.ineyin teze balasi olub oz veziyyeti pislešib kesibler.o ineyin eti halaldi? sag iken kesibler.

    Reply to this comment
  7. nigar

    17. Nov, 2015

    Salam zehmet olmasa menimsualimida cavablandirasiniz cixilmaz veziyyetdeyem nisanliyam nisanlimna kebn kesdireciyiy cunki ikimizde namaz gilirig amma nishanlim meni hicab bagalamaga mecbur edir amma men heleki ozumu hazir hiss edmiremhicab bagalamaga mesuliyyetli oldugunu dusunurem amma onun meni Hicab baglamaga mecbur etmesi duzgundurmu ve hicab baglamasam nisanimiz pozulacag kimi sozler dimesi ne derecede duzgundu amma ister nisan pozulsun ya mecburi olsunmen ozumu hicab baglamaga hazir hiss edmirem cunki menim ucun boyuk mesuliyyetdi ve men ozum oz ureyimnen hicaba kecmey isteyirem mecburiyyetnen yox xahis edirem mene ne edeceyim ve ne addim tapa bileceyim barece meslehet veresiniz oncece tesekkur

    Reply to this comment
    • Admin

      18. Nov, 2015

      Bismillahir-rəhmanır-rəhim
      Hicab, Allahın vacib və zəruri əmridir. Kiminsə bunu sizə deyib-deməməsindən asılı olmayaraq siz naməhrəm qarşısında hicaba riayət etməlisiniz.
      Bəli, hicab məsuliyyətdir və siz bu məsuliyyəti qəbul etməli, özünüzün Allaha məxsus olduğunu, Allahın əmr və yasaqları çərçivəsində hərəkət etməyinizi göstərməlisiniz. Siz ki, Allahın hədlərindən çıxmaq istəmirsiniz? Siz ki, hicabdan qaçıb, günah işlərlə məşşğul olmaq istəmirsiniz?! Onda hicaba riayət edin.

      Reply to this comment
  8. Deniz Khan

    08. Nov, 2015

    salam..qadinin kisi qohumlariyla el vererek gorusmesi duzgundur..yoxsa yox?
    birde namazda tekbirin sehven artiq deyilmesi namazi batil edir?

    Reply to this comment
    • Admin

      17. Dec, 2015

      Bismillahir-rəhmanır-rəhimÂ
      1. Haramdır. Yalnız qadına məhrəm olan kişilərlə olar. Məsələn, qayınatası və yaxud ərinin babası.
      2. Batil olmur.

      Reply to this comment
  9. Cemale

    04. Nov, 2015

    Salam evvelceden tesekkurler.Vacib cenabet quslu evezine teyemmum edenden sonra namaz ucun destemaz almaq lazimdir ya yox??

    Reply to this comment
    • Admin

      11. Nov, 2015

      Bismillahir-rəhmanır-rəhim
      Əgər cənabət qüslü əvəzinə təyəmmüm etsə, namaz üçün dəstəmaz almaq lazım deyildir və əgər başqa qüsllərin əvəzinə təyəmmüm etsə də, hökm eynidir, baxmayaraq ki, ehtiyat-müstəhəbb budur ki, dəstəmaz da alsın. Əgər dəstəmaz ala bilməsə, başqa bir təyəmmüm də dəstəmaz əvəzinə etsin.

      Reply to this comment
  10. Aygun

    04. Nov, 2015

    salam aleykum size bir sualim var hicabli qadin emisi oglanlarin ve dayisi oglanlarin yaninda hicabsiz geze biler yoxsa gunahdi

    Reply to this comment
    • Admin

      10. Nov, 2015

      Aleykum Salam. Əmi oğlu, dayı oğlu naməhrəm sayılır. İcazəli deyil, günahdır.

      Reply to this comment
  11. Deniz Khan

    17. Oct, 2015

    Salam Aleykum..movzuyla tam elaqesi yoxdu..ama internetde tam deqiq cavab tapa bilmedim..Qurani Mehemmed Peygember oz elleriyle sexsen ozu mu yazib..ve Quran ilk defe sehifeler seklinde kim terefinden ve texminen ne vaxt toplanib?
    evvelceden tesekurler..Allah razi olsun

    Reply to this comment
    • Admin

      03. Nov, 2015

      Bismillahir-rəhmanir-rəhim.

      Əleykumus-salam.

      Quran surə və ayələrin cəmindən təşkil olunmuş bir kitabdır ki, besətdən sonra müxtəlif şəraitlərdə əziz islam peyğəmbəri Həzrət Muhəmmədə (s) nazil olmuşdur. Quranın nazil olması ayə-ayə və surə-surə şəkilində Peygəmbəri-Əkrəmin ömrünün sonunadək davam etmişdir.Əziz Peygəmbərimiz(s) nazil olan ayələri öz səhabələrinə oxuyurdu və onlarda ayələri əzbərləyib yazırdılar. Bəzi alimlərin fikrinə görə Quran Peyğəmbərin (s) öz zamanında kitab halına salınmışdır. Amma vahid nüsxə kimi 3-cü xəlifə Osmanın zamanında edildi.
      Allah sizə yar olsun.

      Reply to this comment
  12. Allah bəndəsi

    14. Oct, 2015

    Salam.Bəzi hicablı qadınlar görürəm ki dini qrup adında dini mahnı oxuyurlar bu düzgündürmü .Əvvəlcədən təşəkkürlər

    Reply to this comment
    • Admin

      17. Nov, 2015

      Bismillahir-rəhmanır-rəhim
      Əgər naməhrəm onların səslərini eşitməsə, yaxud xor halında oxusalar və səsləri incəlməsə, eybi yoxdur. Lakin tək halda oxusalar və naməhrəm onların səsini eşitsə, haramdır.

      Reply to this comment
  13. Ehli beytçi

    12. Oct, 2015

    Salam.Size tesekkür edirem.Allah sizden razí olsun.Sualím beledir. Men namaz ehliyem.Hazírlasíram Kerbala ziyaretine gedim.Allah rizasí üçün.Eger yolda mene bir sey olsa dünyamí deyissem sehid oluram yoxsa yox? Yoldasím qoyur atam qoymur men atama deyecem Ìrana ziyaretine gedirik düz desem üreyi partlayar ne edim günah edirem?Sag olun sizde dua edin.

    Reply to this comment
    • Admin

      03. Nov, 2015

      Bismillahir-rəhmanir-rəhim.

      Əleykumus-salam.

      Niyyəti xalis olub Əhli-beyti sevən mömin hətta evində ölsə belə şəhid məqamındadır. O ki, qaldı Kərbəlaya bu barədə hədislər var ki, bu ziyarət səfərində dünyasın dəyişən şəxsi mələklər kəfən və dəfn edirlər və qəbrindən cənnətə qapı açılar, cənnətin xoş iyin duyar… Təbii ki, belə şəxs şəhid məqmındadır. Əlbətdə hədəfi ziyarət olmalıdır nəinki zalımın və kafirin əli ilə ölmək.
      Allah sizə yar olsun.

      Reply to this comment
  14. Zerife

    08. Oct, 2015

    Salam Aleykum. Men yuxuda bir nece gun dalbadal niqabda gordum ozumu. Sonra bir qadin qabagimda dayanirdi niqabda hemiwe… hergun dalbadal bu yuxunu gorurdum. Onnan sonra dedilerki uzuvun baglanmasi istenilir. Kecdim niqaba. Ama bir gun taxdim niqabi. Evden icaze vermediler her gun soz sohbet. Olurdu. Mecburen cixdim niqabdan. Gunah etmiwem sizce?

    Reply to this comment
  15. Ehli beytçi

    07. Oct, 2015

    Salam.Çox sag olun size minnetdaram.Bes müellimemiz haqqini halal etmese nece?O biri müellimenin dersinde oturaq?Sag olun tesekkür edirem.

    Reply to this comment
    • Admin

      08. Oct, 2015

      Salam. Müəllimin ehtiramı vacibdir. Müəllim öz razılığı ilə sizə dərs veribsə eybi yoxdur.

      Reply to this comment
  16. Dream

    05. Oct, 2015

    Salam aleykum. Namazda biləyin azca görünməsi namazı batil edir?

    Reply to this comment
    • Admin

      11. Oct, 2015

      Salam. Əgər bilərəkdən olsa namazı batildir.

      Reply to this comment
      • Dream

        13. Oct, 2015

        Çox sağolun. Belə bir sualım daha var. Qadın 7gün heyz olduqdan Sonra ağ maye ifrazat görür ve qüsl alır. Qüslden sonra çox az qırmızımtıl maye ifrazat olur. Yeniden qüsl almaq lazımdırmı? (bu hal hər ay təkrar olunur)

        Reply to this comment
        • Admin

          11. Nov, 2015

          Bismillahir-rəhmanır-rəhim
          Adət vaxtının axırlarında axtarış apararkən pambıqda sarılıq görərsə – on gündən keçməyibsə, aylıq adətin davamı sayılır. Əgər on gündən keçsə və ona qan deyilərsə, adət günləri miqdarında (ayda neçə gün heyz olursa) heyz, qalanı isə istihazə sayılır. Əgər qan deyilməzsə, qadının adi sularından sayılır və hökmü yoxdur.

          Reply to this comment
  17. Ehli beytçi

    05. Oct, 2015

    Salam Sualín cavabini etrafli cavablandirdiginiz üçün size minnetdaram.Bele bir sualim var.Bir medrese müellimi Qur’an Seriet Eqaid Tefsir dersleri deyir.Bu müellim basqa bir müellim ile öz aralarinda dalasib oda din dersleri deyir o biri müellim deyir ki görüm meni tehqir Eden müellimin dersinde menim telebelerimden Kim onun dersinde oturacaq bizde qalmísiq bele gedib otursaq o biri müellimin haqqina girmis oluruq yoxsa yox biz ne edek?Sag olun.

    Reply to this comment
    • Admin

      06. Oct, 2015

      Salam. Kiminsə dərsində iştirak etmək sizin haqqınızdır. Heç bir problemi yoxdur.

      Reply to this comment
  18. Amin

    05. Oct, 2015

    Salamun Əleykum.Bilmək istəyirəm ki məhərrəmlik nəvaxt girir

    Reply to this comment
    • NARİ

      05. Oct, 2015

      hicablı qadın başını kimin yanında aça bilər

      Reply to this comment
      • Admin

        05. Oct, 2015

        Bismillahir-rəhmanır-rəhim
        1. Qadın, ona məhrəm olanların yanında hicaba riayət etməyə bilər. Qadın üçün məhrəm olanlar: atası, atasının və anasının atası və hər nə qədər yuxarı getsə, qardaşı və qardaşının oğlu, qardaşı oğlunun oğlu və hər nə qədər aşağa getsə, bacısının oğlu, bacısı oğlunun oğlu və hər nə qədər aşağa getsə, öz oğlu və oğlunun oğlu və hər nə qədər aşağa getsə, əmisi və dayısı, ata və anasının əmiləri və dayıları, əri və ərinin atası (qayınatası). Bunların yanında hicaba riayət etmədən gəzə bilər. Hərçənd ki, hicaba riayət etməsi yaxşıdır. Bunlardan başqa kişilər qadın üçün naməhrəmdirlər və onların yanında hicaba kamil surətdə riayət etməsi vacibdir.

        Reply to this comment
    • Admin

      05. Oct, 2015

      Salam. Oktyabrın 15

      Reply to this comment
  19. Dream

    03. Oct, 2015

    Salam. Bilmək isteyirem ki hicabın altından saçın formasının bilinməyi düzgündür?

    Reply to this comment
    • Admin

      05. Oct, 2015

      Bismillahir-rəhmanır-rəhim
      Əgər cəlbedici olmasa, eybi yoxdur.

      Reply to this comment
  20. Günahkar qul

    02. Oct, 2015

    Salam. Bilmək istəyirəm ki hicablı qadın öz doğmasının toyuna içgi məclisi olsa belə gedə bilərmi.Birdə hicablı qadın ətir bura bilərmi. Əvvəlcədən təşəkkürlər

    Reply to this comment
    • Admin

      04. Oct, 2015

      Bismillahir-rəhmanır-rəhim
      1. Spirtli içkilər içilən məclislərə girmək vacib ehtiyata görə icazəli deyil. Siz öz təbrikinizi başqa vasitələrlə çatdırın.
      2. Qadının öz məhrəmləri arasında ətir vurmasının öz-özlüyündə iradı yoxdur. Lakin, əgər naməhrəm o ətrin iyini hiss edəcək həddə olsa, naməhrəm arasına çıxması icazəli deyil.

      Reply to this comment
  21. Elem

    02. Oct, 2015

    Salam Allah sizden razi olsun.Bele bir sualim var.Bir nefer qessab eti Bismillah Allahu Ekber deyib kesir amma meclisden meclise içki içir onun kesdiyi eti almaq düzgündü?Sag olun minnetdaram.

    Reply to this comment
    • Admin

      04. Oct, 2015

      Bismillahir-rəhmanır-rəhim
      Əgər heyvanı kəsən müsəlman olsa və heyvan kəsilməsinlə lazım olan qayda və şərtləri yerinə yetirmiş olsa, düzgündür.
      Heyvanın başını kəsməyin bir neçə şərti vardır:
      1. Heyvanın başını kəsən istər kişi olsun, istərsə qadın, gərək müsəlman olsun. Müsəlman uşağı əgər müməyyiz olsa, yəni yaxşı ilə pisi ayıra bilirsə, heyvanın başını kəsə bilər. Amma kitab əhli olmayan kafir və ya kafir hökmündə olan firqələrdən bir kəs, məsələn, nəvasib kimi, heyvanın başını kəssə, o heyvan halal olmaz, hətta kitab əhli olan kafir, əgər heyvanın başını kəssə, hərçənd “Bismillah” demiş olsa belə, ehtiyat-vacibə əsasən, o heyvan halal olmur.
      2. Heyvanın başını imkan daxilində dəmirdən olan şey ilə kəsməlidirlər. Ehtiyat-vacibə əsasən istil bıçaqla kəsmək kifayət deyil. Amma əgər dəmir tapılmasa, onun dörd damarını ayıra biləcək iti bir şey ilə, məsələn, şüşə və daş ilə də kəsmək olar, hərçənd onun başını kəsməyə münasib zəruriyyət olmasa belə.
      3. Heyvan başı kəsilən vaxtı üzü qibləyə olmalıdır. Deməli, əgər ayaq üstə, ya oturan halda olsa, heyvanın üzü qibləyə olmağı insanın namazda üzü qibləyə olan halı kimidir. Əgər heyvan sağ, ya sol tərəfində uzadılmış olsa, gərək kəsilən yeri və qarnı üzü qibləyə olsun və onun ayaqlarının, əllərinin və üzünün qibləyə tərəf olmağı lazım deyil. O kəs ki, bilir heyvanın başı gərək üzü qibləyə kəsilsin və bilərəkdən onu qibləyə tərəf çevirməsə, heyvan haram olur, amma əgər yadından çıxarsa, ya məsələni bilməsə, ya qibləni səhv salsa eybi yoxdur. Əgər qiblənin hansı tərəfdə olduğunu bilməsə, ya başqasının köməyi ilə də olsa, heyvanı üzü qibləyə tərəf çevirə bilməsə, belə ki, heyvan ipə-sapa yatmayan olsa, ya bir çalaya düşmüş olsa və onu kəsməyə məcbur olsalar, hər istiqamətə zibh etsələr, eybi yoxdur. Əgər üzünü qibləyə çevirməkdə yubansalar, heyvan öləcəksə, hökm eynidir. Heyvanın üzü qibləyə kəsilməsinə etiqadı olmayan müsəlmanın zibh etməsi, üzü qibləyə kəsməsə də səhihdir. Ehtiyat-müstəhəb budur ki, heyvanın başını kəsənin də üzü qibləyə olsun.
      4. Heyvanın başını kəsən vaxt, ya bıçağı boğazına qoyduqda onu kəsən şəxsin özü baş kəsmək niyyəti ilə Allahın adını çəksin. Əgər kəsən şəxsdən başqası Allahın adını çəksə, kifayət deyil. “Bismillah” desə, hətta əgər yalnız “Allah” desə də, ehtiyatın xilafına olsa da, kifayətdir. Əgər baş kəsmək qəsdi olmadan Allahın adını çəksə, ya məsələni bilmədiyinə görə Allahın adını çəkməsə, o heyvan halal olmaz. Amma əgər yaddan çıxarıb Allahın adını çəkməsə, eybi yoxdur.
      5. Heyvan başı kəsildikdən sonra gözünü, ya quyruğunu hərəkət etdirməklə, ya ayağı yerə vurmaqla olsa belə, çırpınmalıdır. Bu hökm heyvanın diri olmasına şübhə olduğu təqdirdədir. Əgər belə olmasa, heç bir lüzum yoxdur.
      6. Heyvanın bədənindən adi miqdarda qan axmalıdır. Əgər qan onun damarlarında laxtalanarsa və ondan qan axmazsa və ya axan qan o növ heyvana nisbətdə az olarsa, o heyvan halal olmur, amma az qanın axması, heyvanın başını kəsməkdən əvvəl qan axması olduğuna görə olsa, o halda eybi yoxdur.
      7. Boğazın kəsilməsi zibh etmək qəsdi ilə olmalıdır. Deməli, əgər bıçaq birinin əlindən düşsə və ixtiyarsız olaraq bir heyvanın başını kəssə, yaxud başı kəsən adam yuxulu, məst, bihuş, uşaq, dəli və başqa məqsədlə bıçağı heyvanın başına çəksə və təsadüfən kəssə, halal olmaz.

      Reply to this comment
  22. Pervane

    01. Oct, 2015

    Salam.turk kanalinda dini veriliwde soylenildi ki eger hakim bir qadinla bir kiwini bowadim dedise,hemin andan onlar arasinda olan dini kebin de quvveden duwur.yeni sonradan erin talagi geri oxutdurmasina gerek qalmir.Duzgundurmu bu?

    Reply to this comment
    • Admin

      02. Oct, 2015

      Salam. Xeyr, onun dediyi talaq düzgün deyil. Talaqı ruhani kişinin razılığından sonra oxunmalıdır.

      Reply to this comment
  23. Pervane

    01. Oct, 2015

    Salam.Cadu bir insanin omrunu qisalda bilermi?Coxlari cadunun heqiqeten de boyuk quvveye malik oldugunu deyir.Quranda bunu subut eden bir aye var?Heqiqetenmi cadu ile insanin taleyini deyiwmek mumkundur?Coxlari Quranda falin,cadunun yalan oldugu haqda yazildigini deyir.qisasi.bu tip weyler yalandi yoxsa bunlar var ve bu iwle mewgul olmaq gunahdi?Quran ne deyir?

    Reply to this comment
    • Admin

      08. Oct, 2015

      Bismillahir-rəhmanir-rəhim.

      Əleykumus-salam.

      Quran nəzərindən sehr iki qismə bölünür:

      1. Bu işdə əsas məqsəd camaatı aldatmaq, göz bağlamaq olduğuna görə heç bir həqiqəti yoxdur: Quranda buyurulur:
      فَإِذا حِبالُهُمْ وَ عِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِنْ سِحْرِهِمْ أَنَّها تَسْعى
      “(Musanın zamanındakı) cadugərlərin çəlikləri və iplərinin sehr nəticəsində hərəkət etməsi təsəvvür olunurdu.”[1]
      Başqa bir ayədə buyurur:
      فَلَمَّا أَلْقَوْا سَحَرُوا أَعْيُنَ النَّاسِ وَ اسْتَرْهَبُوهُمْ
      “Onlar iplərini yerə atdıqları zaman camaatın gözlərini sehr etdilər və onları qorxutdular.”[2]
      Bu ayələrdən aydın olur ki, sehrin əşyalarda təsərrüf etmək və təsir qoymaq üçün heç bir həqiqəti yoxdur. Bu, sadəcə sehrkarların sürətli hərəkətləri və ya göz bağlamasıdır.
      2. Bəzi Quran ayələrindən məlum olur ki, sehrin müəyyən növləri gerçəkdə təsir qoyur. Məsələn, aşağıdakı ayədə buyurulur ki, onlar ərlə arvad arasında ayrılıq salan sehrləri öyrənirdilər:
      فَيَتَعَلَّمُونَ مِنْهُما ما يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَ زَوْجِهِ
      Başqa bir ayədə də bəyan olunur ki, وَ يَتَعَلَّمُونَ ما يَضُرُّهُمْ وَ لا يَنْفَعُهُمْ “onlar öz zərərlərinə tamam olan və faydası olmayan sehrləri öyrənirlər.”[3]
      Amma “görəsən sehr yalnız ruhi və xəyali təsirlərə malikdir, yoxsa fiziki və xarici təsirlərə də malik ola bilər?” sualına yuxarıdakı ayələrdə işarə edilməmişdir. Buna görə də bəziləri inanırlar ki, sehr yalnız ruhi və xəyali yönlərdə təsir qoyur.[4]
      Hər bir halda bir təsniflə demək olar: Sehr xariqüladə bir əməldir və insanların vücudunda öz təsirini qoyur. O bəzən sürətli hərəkət və göz bağlamadır, bəzən isə ruhi və xəyali təsirlər və təlqindir. Habelə, bəzi hallarda şeytanlardan yardım almaqla, bəzi hallarda isə cisimlərin və maddələrin bəzi naməlum kimyəvi və fiziki xassələrindən istifadə olunmaqla baş verir. Əlbəttə, sehrkarlar azğın və dünyapərəst insanlardır, işlərinin əsası həqiqətin təhrif olunması əsasındadır.
      Müasir dövrdə qədim insanlar üçün məxfi qalan maddələrin bəzi xassələri aşkar olmuş və müxtəlif varlıqların əsrarəngiz və qəribə təsirləri barəsində çoxlu kitablar yazılmışdır. Buna görə də sehrkarların işinin böyük bir qismi (məsələn, maddələrin kimyəvi xassələri, işığın bəzi xassələri və s. ilə əlaqədar olan qisimləri) aşkar olmuş və onların bazarları müəyyən qədər kasadlaşmışdır. Amma hal-hazırda sehrin varlığını inkar etmək və onların hamısını xurafat saymaq olmaz. Onun bəzi növləri (Hindistan yoqlarının işi kimi) hal-hazırda da rəvacdadır və onun həqiqəti hələ də tanınmamışdır.[5]
      Əksər hallarda sehr camaatın azmasına, həqiqətin təhrif edilməsinə və sadə insanların etiqadlarının sarsılmasına səbəb olduğundan böyük islam rəhbərləri və məsum imamlardan (əleyhimus-salam) nəql olunan hədislərdə sehr şiddətlə qadağan edilmişdir. O cümlədən:
      İmam Əli (əleyhis-salam) buyurur: “Hər kəs sehr öyrənsə, istər az, istərsə də çox, kafir olmuşdur və onun Allahla əlaqəsi tamamilə kəsilmişdir…”[6]
      Deməli, islam nəzərindən sehrin əncam verilməsi, öyrədilməsi, öyrənilməsi və onunla pul qazanmaq qadağan və haram edilmişdir, özü də böyük günahlardandır. Bəzi rəvayətlərdə sehrin təliminin və öyrənilməsinin küfrə səbəb olduğu deyilir.
      İslam fəqihləri müttəfiq fikirlə buyurmuşlar: Sehri və cadugərliyi öyrənmək və ondan istifadə etmək haramdır. Amma əgər sehrin zərərsizləşdirilməsi onun öyrənilməsindən başqa yolla mümkün olmazsa, bu halda onu öyrənməyin eybi yoxdur, üstəlik müəyyən hallarda bəzi şəxslər vacibi-kifayi ünvanı ilə sehri öyrənməlidirlər ki, yalançı iddiaçı şəxs sehr yolu ilə camaatı aldadıb azğınlığa salmaq istədikdə onun sehr və cadusunu batil edərək yalanını aşkar etsinlər. Bu istisna halın dəlili imam Sadiq (əleyhis-salam)-dan nəql olunan aşağıdakı hədisdir: Sehr əməli müqabilində pul alan cadugərlərdən biri imam Sadiq (əleyhis-salam)-ın hüzuruna gəlib dedi: “Mənim peşəm sehr idi, ondan pul qazanırdım. Məişətim də həmin yolla təmin olunurdu. Əldə etdiyim həmin pulla Allah evinin həccinə getdim. Amma indi onu tərk və tövbə etmişəm. Mənim üçün nicat yolu varmı?” Həzrət cavabında buyurdu: “Sehr düyünlərini aç, amma cadugərlik düyünü vurma!”
      Bu hədisdən məlum olur ki, sehrin düyünlərini açmaq məqsədi ilə onu öyrənmək və əməl etməyin eybi yoxdur.[7] Həmçinin, bəzi digər hallarda da islam sehri öyrənməyə icazə vermişdir. O cümlədən:
      1. Sehr olunma nəticəsində xəsarət görən şəxslərdən sehrin təsirlərini aradan aparmaq üçün onu öyrənmək;
      2. Yalandan nübüvvət iddiası edənlərin iddiasını batil etmək üçün onu öyrənmək;
      3. Sehrkarların sehrini aradan aparmaq üçün öyrənmək. Bəzi kitablarda[8] və rəvayətlərdə sehri məhv etmək üçün müəyyən ayələri və duaları oxumaq tövsiyə edilmişdir. Nümunə üçün, bir neçəsini qeyd edirik:
      1. Məhəmməd ibni İsa deyir ki, imam Riza (əleyhis-salam)-dan sehr barəsində soruşdum, həzrət buyurdu: “Sehrin həqiqəti vardır və Allahın izni ilə təsir qoyur. Hər vaxt sənə sehr etsələr, əllərini üzünün müqabilinə qaldıraraq bu duanı oxu:
      بِاسْمِ اللهِ الْعَظِيمِ بِاسْمِ اللهِ الْعَظِيمِ رَبِّ الْعَرْشِ الْعَظِيمِ اِلاَّ ذَهَبَتْ وَ انْقَرَضَتْ
      2. İbni Abbas deyir: Yəhudi Ləbid Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə sehr etmiş və sehri yazaraq Bəni-zəriq quyusuna atmışdı. Bu zaman Peyğəmbər xəstələndi. O həzrət yatmış olanda iki mələk gəldi: biri onun baş tərəfində, digəri isə ayağının yanında oturaraq xəbər verdilər ki, sizə sehr edilmiş, sehri dərinin altına qoymuş və “Zərvan” quyusunda bir daşın altında gizlətmişlər. Peyğəmbər Əlini, Zübeyri və Əmmarı göndərdi. Onlar quyunun suyunu çəkdilər və daşı qaldıraraq dərini çıxartdılar. Gördülər ki, onun üzərində bir qədər tük var, darağın dişləri və iynə ilə ona on bir düyün vurmuşlar. Bu zaman “Müəvvəzəteyn” (“Nas” və “Fələq” surələri) gəldi. Hər düyünü açanda onlardan bir ayə oxuyurdular. Bundan sonra həzrət Peyğəmbər özündə yüngüllük hiss etdi və qalxıb oturdu. Sanki, zəncirlərdən azad olunmuşdu. Cəbrəil deyirdi:
      بِسْمِ اللهِ اُرْقِيكَ مِنْ كُلِّ شَيْ‏ٍءٍ يُؤْذِيكَ مِنْ حَاسِدٍ وَ عَيْنٍ وَ اللهُ يَشْفِيك
      3. Sehr olunan şəxs gərək aşağıdakı ayələri həmişə özü ilə yanaşı gəzdirsin:
      قالَ مُوسى‏ ما جِئْتُمْ بِهِ السِّحْرُ إِنَّ اللَّهَ سَيُبْطِلُهُ إِنَّ اللَّهَ لا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ، وَ يُحِقُّ اللَّهُ الْحَقَّ بِكَلِماتِهِ وَ لَوْ كَرِهَ الْمُجْرِمُونَ”
      “وَ أَوْحَيْنا إِلى‏ مُوسى‏ أَنْ أَلْقِ عَصاكَ فَإِذا هِيَ تَلْقَفُ ما يَأْفِكُونَ، فَوَقَعَ الْحَقُّ وَ بَطَلَ ما كانُوا يَعْمَلُونَ، فَغُلِبُوا هُنالِكَ وَ انْقَلَبُوا صاغِرِينَ”.[9]
      4. Bu ayəni sehr olunan şəxsə yeddi dəfə oxusunlar:
      سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَ نَجْعَلُ لَكُما سُلْطاناً فَلا يَصِلُونَ إِلَيْكُما بِآياتِنا أَنْتُما وَ مَنِ اتَّبَعَكُمَا الْغالِبُونَ[10]
      Deməli, ümumiyyətlə sehrkarların sehrindən Allaha pənah aparmaq lazımdır.[11]
      Yuxarıda bəyan olunanların məcmusundan aydın olur ki, sehri məhv edib aradan aparmaq üçün onu öyrənmək olar. Amma diqqət yetirmək lazımdır ki, camaatın sehr təsəvvür etdiyi şeylərin əksəriyyəti bir dəstə adamın xurafata və xəyali şeylərə həddindən artıq diqqət yetirməsi və bir dəstə adamın hazırkı şəraitdən sui-istifadə etməsindən irəli gəlir. Halbuki onların sehr barəsində məlumatı yoxdur. Bundan əlavə, sehrin müəyyən hissəsi insanın xəyal qüvvəsində təsərrüf etməklə bağlıdır – həzrət Musanın (əleyhis-salam) sehrkarlarla qarşılaşdığı zaman baş verən hadisələrdə olduğu kimi. Camaatın elm və agahlıq səviyyəsinin yüksəlməsi ilə bu kimi işlər təsirdən düşəcəkdir. Hər bir halda əgər doğrudan da sehr baş vermiş olsa, ondan xilas olmaq üçün rəvayətlərdə qeyd olunan dualardan istifadə etmək lazımdır. Əgər sehrdən qurtarmaq yalnız onu öyrənməklə mümkün olarsa, sehri batil etmək üçün sehrin özündən istifadə etmək caizdir. Əlbəttə, bu halda sehri öyrənmək o şəxslər üçün caiz olacaqdır ki, yoldan azmamalarına xatircəm olsun. Yəni onu öyrənmək müəyyən qeyd və şərtlər daxilində caizdir.
      Allah sizə yar olsun.

      ———————————————————————————–

      [1] “Taha” surəsi, ayə: 66

      [2] “Əraf” surəsi, ayə: 116

      [3] “Bəqərə” surəsi, ayə: 102

      [4] Mərhum Əllamə Təbatəbai “Əl-mizan” təfsirində buyurur: “Sehr insanın hiss orqanlarında bir növ təsərrüfdür, belə ki, (sehr olunan) şəxs həqiqəti olmayan şeyləri eşidir və ya görür. (“Əl-mizan”ın tərcüməsi, 8-ci cild, səh. 275). O təsərrüflərdən biri insanların xəyal qüvvəsinə təsir qoymaqdır və buna “gözün sehr olunması” deyilir. Sehrin bu qismi danılmaz və təsiri doğrudur. (“Əl-mizan” təfsiri, 1-ci cild, səh. 368); “Təfsiri-nümunə”, 1-ci cild, səh. 379

      [5] “Təfsiri-nümunə”, 13-cü cild, səh. 241

      [6] “Vəsailuş-şiə”, bab 25, hədis 7:

      مَنْ تَعَلَّمَ شَيْئًا مِنَ السِّحْرِ قَلِيلًا اَوْ كَثِيرًا فَقَدْ كَفَرَ وَ كَانَ آخِرَ عَهْدِهِ بِرَبِّه

      “Təfsiri-nümunə”, 1-ci cild, səh. 380

      [7] “Təhrirul-vəsilə”, 1-ci cild, səh. 498, məsələ 16

      [8] Həmçinin “Məfatihul-cinan” kitabının haşiyəsində “sehri batil etmək üçün təviz” ünvanlı bir bölmə vardır.

      [9] “Yunis” surəsi, ayə: 81-82; “Əraf” surəsi, ayə: 117-119

      [10] “Qəsəs” surəsi, ayə: 35

      [11] Rəziyəddin, Həsən ibni Fəzl Təbərsi, “Məkarimul-əxlaq”, Mirbaqirinin tərcüməsi, 2-ci cild, səh. 326-329

      Reply to this comment
  24. anar

    01. Oct, 2015

    Salam bir şey bilmek iseyirem
    Qış vaxtı tez tez qusul alammıram çun soyuq olur ve tez xesdelenirem olar ki bedenin aşaqı terefini yuyub namaz qılım?

    Reply to this comment
    • Admin

      04. Oct, 2015

      Bismillahir-rəhmanır-rəhim
      Qüslü öz qaydasında almasanız, kifayət etmir.
      Lakin, qeyd edək ki, əgər su işlətmək insanın ölümünə səbəb olsa, yaxud su işlətmək vasitəsilə onda bir eyib və ya xəstəlik əmələ gələrsə, yaxud xəstəliyi uzansa və ya şiddətlənsə, yaxud çətinliklə müalicə olacaqsa, gərək təyəmmüm etsin. Amma əgər suyun zərərini dəf edə bilsə, məsələn, suyu isitmək kimi, gərək bu işi etsin və dəstəmaz alsın, qüsl lazım olan vaxtda da qüsl etsin.

      Reply to this comment
  25. Allah bendesi

    01. Oct, 2015

    Salam. Eylenceli, heyrcan verici karusrllere minem olar? Yeni hallal eylence sayilir?

    Reply to this comment
  26. Röya

    30. Sep, 2015

    Salam eleykum. Menim size suallarım var. Xahiş edirəm cavablandırardınız. Cüme namazinı evde tek qılmaq olarmı? 2 rüket Cüme namazi nece qılınır? Üzerimdeki qul haqqını ödemeye gücüm yetmirse? Başqa nece ödüye bilerem? Dinimizne buyurur?

    Reply to this comment
    • Admin

      02. Oct, 2015

      Bismillahir-rəhmanır-rəhim
      Cümə namazı camaatla qılınmalıdır.
      Cümə namazı, sübh namazı kimi iki rəkətdir. Amma fərqi budur ki, cümə namazından əvvəl iki xütbə oxunur. Cümə namazı vacibi-təxyiridir. Yəni mükəlləf, cümə günü şərtlərin mövcud olduğu təqdirdə, cümə namazı və ya zöhr namazının hansı birini qılmaqda ixtiyar sahibidir. Əgər cümə namazını qılarsa, zöhr namazının əvəzindən kifayət edər. Cümə namazının vacib olmasının bir neçə şərti vardır:
      1. Vaxtın daxil olması; cümə namazının vaxtı, zəval vaxtının ürfi baxımdan ilk bölümü sayılan qismidir. Belə ki, əgər cümə namazını bu vaxtdan gecikdirərsə, artıq onun vaxtı sona çatmışdır və zöhr namazını qılmalıdır.
      2. Fərdlərin sayı, imamla birlikdə 5 nəfər olmalıdır. Əgər beş nəfər müsəlman cəm olmasa cümə namazı vacib olmaz.
      3. İmamət şərtlərinə malik olan imamın olması. Camaat namazı bölümündə gələcəyi kimi, imam camaat, ədalət və digər sifətlərə malik bir imam olmalıdır. Əks təqdirdə cümə namazı vacib olmaz.
      Cümə namazının düzgün olmasının bir neçə şərti vardır və bu şərtlər toplanmadıqda düzgün sayılmır. O cümlədən:
      1. Camaatla qılınmalıdır, buna görə də fərdi qılınması düzgün deyildir.
      2. Namazdan qabaq iki xütbə oxunmalıdır. Birinci xütbədə Allaha həmd-səna deyilib, təqvaya və günahlardan qorunmağa tövsiyyə edilərək Qurandan qısa bir surə oxunur. İkinci xütbədə də Allaha həmd-səna edib Rəsuli-əkrəmə (s.ə.v.v) və müsəlmanların imamlarına (on iki imam) salavat göndərməlidir. Müstəhəbb ehtiyat odur ki, mömin kişi və qadınların da Allahdan bağışlanmalarını istəsin. Xütbələrin namazdan əvvəl oxunması lazımdır. Əgər xütbələrdən qabaq namaza başlayarsa, düzgün deyildir. Xütbələrin zəvaldan əvvəl (zöhr namazından əvvəl) oxunması iraadlıdır.
      Xütbə oxuyan imam xütbə oxuyarkən, ayaq üstə durmalıdır. Əgər oturan halda oxusa düzgün deyildir. Həmçinin, iki xütbə arasında azacıq oturaraq fasilə verməsi lazımdır. Belə ki, bu oturmanın qısa və müxtəsər olması gərəkdir. Xütbəni imam camaatın özü oxumalıdır.
      Allaha həmd-səna etmək və Peyğəmbəri-əkrəm (s.ə.v.v) ilə müsəlmanların imamlarına (on iki imama) salavat göndərmək, ehtiyata əsasən ərəb dilində olmalıdır. Amma yerdə qalanların ərəb dilində olması şərt deyildir. Hətta əgər namazda hazır olanların çoxu ərəbcə bilmirlərsə, lazım ehtiyata odur ki, təqvaya dəvət etməyin hazır olanların dilində olması gərəkdir.
      3. İki cümə namazı arasında olan məsafə bir fərsəxdən az olmamalıdır. Buna əsasən də bir fərsəxdən az bir məsafədə ayrı bir cümə namazı da qılınarsa, belə ki, hər ikisi də eyni zamanda başlanarsa, hər ikisi batildir. Amma əgər biri, hətta təkcə təkbirətül-ehramı o birindən əvvəl demiş olsa, birincisi səhih, ikincisi isə batildir. Bununla belə, əgər cümə namazı qılındıqdan sonra, bir fərsəxdən az bir məsafədə ondan əvvəl və ya onunla eyni zamanda ayrı bir cümə namazının da qılındığı aşkar olarsa, zöhr namazını qılmaq vacib deyildir. Zikr olunmuş məsafə daxilində bir cümə namazının qılınması, digər bir cümə namazına, yalnız özünün bütün şərtlərinə malik olub, düzgün olduğu təqdirdə maneəli olur. Əks təqdirdə mane olmaz.

      Reply to this comment
  27. Deniz Khan

    28. Sep, 2015

    bagislayin ama bir sualim daha var..deyilir ki 4cur yatmaq formasi var..sag sol uzuste ve arxasiuste..ve sol ve uzuste yatmaq gunahdir..ve seytanlar bele yatir..men qorxuram ve istemiremki bele bir gunaha batim..ama heccur arxasi uste yata bilmirem..ama uzuste yattiqda ozumu gunaha batirmis kimi hiss edirem..ama bu insanin oz elinde deyil axi..ister istemes yuxuya gettikden sonra yene ele yatir..xais deyerdiz bunun gunahi coxmu boyukdur?
    ve birde toya getmek gunahdirmi..menim qardasimin toyu olacax..calgili ve ickili..ama toya gedende oynamiram..yeni getsem ama oynamasam yene de gunah olurmi..neticede qardasimdi..ve ailemin himayesindeyem..getmeyem mecburam…evvelceden sagolun..ve bele bir vesait yaratdiginiz ucun cox sagolun

    Reply to this comment
    • Admin

      02. Oct, 2015

      Bismillahir-rəhmanir-rəhim.

      Əleykumus-salam.

      Əlbətdə üzü üstə yatmaq günah deyil, məkruhdur. Hətta tibbi baxımdan da üzü üstə yatmaq insanın sağlamlığına ziyandır. İslamda olan müstəhəb və məkruhların tibbi və elmi səbəbləri var. Hər halda yuxuya getdikdən sonra əgər üzü üstə çevrilsə şəri baxımdan məkruh hesab olmur. Çünki yatmış insanın təklifi yoxdur.
      Günah məclislərində iştirak etmək haramdır. Amma zərurət bunu tələb edərsə, zərurət miqdarında belə məclislərdə iştirak edə bilərsiniz və yaxud günah baş verməyən və günah hesab olunmayan yerlərdə əyləşə bilərsiniz.

      Allah sizə yar olsun.

      Reply to this comment
  28. Deniz Khan

    28. Sep, 2015

    Salam..men birsey sorucacagiydim..bilmey istirem salvar geymek gunahdir?.men yeni yeni hicaba kecmisem..ve gunlerdir arasdirmadigim yer qalmayib..bezi yerde gunah oldugu deyilir ama ekser yerde mueyyen edeb qaydalarina riayet olundugu halda bir gunahin olmadigi deyilir..lakin tereddud ettiim bir sehife var..orda oxumusamki salvar kisi geyimi sayildigi ucun gunahdir..ve hetta sirf cadra geyilmelidi..yoxsa o qadin tesetturlu sayilmir..men cox istiyiremki hicabim dogru olsun..ve Allahin istemediyi bir seyi etmek istemerem..ama hecvaxt yubka geymediyim ucun mene cetindir..ama eger gunah olsa geymerem salvar..yeni sualim budurki eger butun exlaqi geyim sertlerine riayet etsek ve bos bir salvarin ustunden dize qeder geyim geysek hec bir xetasi yoxdurki?…cox sagolun

    Reply to this comment
    • Admin

      03. Nov, 2015

      Bismillahir-rəhmanır-rəhim
      Qadınlara hicab örtmək vacibdir. Hicab saçları və bütün bədəni – üz və biləyə qədər əllər istisna olmaqla – örtməkdən əlavə elə olmalıdır ki, bədənin qabarıq hissələrini örtsün və zinət sayılmasın. Demək, çadranın yerinə istifadə olunan geyimlər onun kimi olsa, eybi yoxdur. Lakin hər bir halda müsəlman qadın yaxşı olar ki, çadra geyinsin.

      Reply to this comment
  29. samire

    28. Sep, 2015

    Çox sagolun.Allah razi olsun

    Reply to this comment
  30. samire

    28. Sep, 2015

    Salam.men namaz qiliram ancag yoldasim icki icir.bilmek isterdim ickili biriyle eyni yatagi paylasmaq gunahdirmi? Bu menim namazlarimi batil edirmi.mene meslehet verin xahis edirem

    Reply to this comment
    • Admin

      28. Sep, 2015

      Salam.
      1.Eybi yoxdur.
      2.Sizin namazınıza bir təsiri yoxdur. Çalışın sadə və mülayim yolla həyat yoldaşınızı başa salın.

      Reply to this comment
  31. Pervane

    27. Sep, 2015

    Salam.bele cixir ki men salonda ancaq hicabli xanimlara xidmet ede bilerem?xahiw edirem etrafli yazin.men onun meqsedinin ozunu namehreme gosterib gostermemek oldugunu hardan bile bilerem.

    Reply to this comment
    • Admin

      28. Sep, 2015

      Salam. Hər hansı bir yolla sizin üçün sübut olsa kifayətdir. Bilməsəniz eybi yoxdur.

      Reply to this comment
  32. Pervane

    25. Sep, 2015

    Salam.men qadin sac ustasi kimi iwlemek isteyirem.ozum hicabliyam.bu iwin gunah olub olmamasini bilmek isterdim.yoldawimdan ayrilmiwam.iki uwagimi boyutmekcun mecburam bu iwle mewgul olmaga.

    Reply to this comment
    • Admin

      26. Sep, 2015

      Salam. Öz özlüyündə eybi yoxdur. (Yəni, müştərinin məqsədi özünü naməhrəmə göstərmək üçün saçını düzəltdirmək və ya makiyaj etdirsə icazəli deyil)

      Reply to this comment
  33. Elem

    19. Sep, 2015

    Salam.Allah sizden razí olsun.Sulím bele olacaq .Bir nefer buxaltír isleyir isi ile baglí her gün yalan danísír namazda qílír deyir isime göre edirem ki isim yaxsí olsun indi namaz qílmír ki men yalan danísíram namazla yalan olmaz bu ne derecede düzgündür bele olar?Sag olun minnetdaram.

    Reply to this comment
    • Admin

      23. Sep, 2015

      Salam. Namazı tərk etmək böyük günahdır. Ona görə də heç bir kəsə icazə verilmir ki namazı tərk etsin. Yalan danışmaq da böyük günahdır və möminə yaraşan sifət deyil. Çalışıb bu günahı tərk etsin və Allahın rəhmətindən məyus olmasın.

      Reply to this comment
    • Admin

      03. Nov, 2015

      Bismillahir-rəhmanır-rəhim
      Yalan haramdır və namaz vacibdir. Bunların bir-birinə aidiyyatı yoxdur. İnsana vacibdir ki, yalan danışmasın, istər namaz qılsın, istər qılmasın. Eləcə də insana vacibdir ki, namaz qılsın, istər yalan danışsın istərsə də danışmasın.

      Reply to this comment
  34. Elem

    15. Sep, 2015

    Salam. Koka kolaní içmek günahdír bes pepsini (spirtsizdir) içmek nece günahdír yoxsa yox?Bele bir sualím olacaq kredit götürüb bankdan evi temir etmek olar?Size tesekkür edirem sag olun sulímízí etraflí cavablandírírsíz.

    Reply to this comment
    • Admin

      16. Sep, 2015

      Bismillahir-rəhmanır-rəhim
      1. Tərkibində haram, yaxud murdar qatqı olmayan sualrın içilməsinin iradı yoxdur.
      Qeyd edək ki, İsrail rejiminə xeyir verən şirkətlərin mallarının alqı-satqısı haramdır.
      2. Əgər müzaribə, kreditlə mal satqısı və s. kimi şəri müamilələrin biri çərçivəsində olsa, eybi yoxdur və bunun şərtlərinə əməl etmək lazımdır. Əgər şəri müamilələr çərçivəsində olmasa, bank da dövlət və ya dövlətlə müştərək banklardan olsa, həmin məbləği məchulul-malik (sahibi məlum olmayan) mal ünvanı ilə götürün, sonra Ayətullah əl-üzma Sistaninin izni ilə həmin pulu özünüzə düzgün borc hesab edin. Həmin pulu kredit götürdükdə qeyd olunan qaydalara uyğun olaraq istfadə edin.Â
      Əlbəttə, bank tərəfindən verilən pulun əslinin və əlavə gəlirinin sizdən alınacağını bilməyiniz, borca bir zərər yetirmir. (Bu o surətdədir ki, siz həmin məbləği məchulul-malik və Ayətullah əl-üzma Sistaninin izni ilə almış olasınız).
      Qeyd: Ayətullah əl-üzma Sistani bu izni bütün möminlərə vermişdir.
      Bu hökm islami banklara aiddir. Qeyri-islami banklardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc adı ilə deyil, qənimət adı ilə bankdan alıb, şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan təsərrüf etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsə belə.

      Reply to this comment
  35. Elem

    11. Sep, 2015

    Salam Evvelceden size minnetdaram.Bele bir sualím olacaq.Xristian bir adamla görüsende onun Teri Adama deyirse hemin adama qüsul düsür yoxsa yox.Xristiyan yeni rusun atasí Azerbaycanlí Anasí rusdur.Esitmisem rusun Teri murdardí bu düzdür yoxsa yox.Sag olun.

    Reply to this comment
    • Admin

      12. Sep, 2015

      Salam. Qeyd etmək lazımdır ki, əgər atası müsəlmandırsa övladı da müsəlmandır və təri də pakdır.
      Əlavə olaraq qeyd edək ki, xristianlar zatən murdar deyillər və buna tabe olaraq, onların təri də murdar deyil. Yalnız xaricdən bir murdarlıq dəysə onda murdar olar.

      Reply to this comment
    • Əfsanə

      17. Sep, 2015

      Salam.Demək istəyirəm ki anam hicaba keçdi bəzi şeyləri bilmir yəni anam ətir vurur sprtli nətir mən o0nun günah olduğunu söyləyirəm amma məni uşaq adlandırır dinləmir in di istədiyim odur ki bu haqda bir kəlam hədis varsa onu yazın mən onu anama oxutdurmaq istəyirəm bəlkə onda mənə inana birdə onu demək istəyirəmki hicabı bağlayanda çənəyə qədər bağlamaq vacibdir

      Reply to this comment
      • Admin

        23. Sep, 2015

        Salam. Siz mülayim və sadə dillə ananızı başa salmağa çalışın. Bundan artıq bir vəzifəniz yoxdur.
        Bu kitabxanaya http://kitab.nur-az.com/az/ daxil olub çoxlu dini məlumatlar, o cümlədən hicab, iffət və digər əxlaq normaları haqqında bilgilər mövcuddur.

        Reply to this comment
        • Fira

          04. Nov, 2016

          Salam,,,Xomeyni ne vaxtdan imam olub ki??????,gosterdiyiniz ssilkali saytda Imam xomeyni kitabi var ,,,Imam ancag mesumlardan ola biler,,,O da wielerin rehberi InwaAllah ki,Imam zaman (e.f) agadi

          Reply to this comment
          • Admin

            28. Nov, 2016

            Salam. İmam – öndə gedən, rəhbər və s.

  36. əfsanə

    09. Sep, 2015

    kəffarə nədeməkdir

    Reply to this comment
    • Admin

      10. Sep, 2015

      Salam. Kəffarə şəri cəza deməkdir. Məsələn: Əgər bir şəxs müəyyən bir ilahi hökmü pozubsa, həmin günahın şəri cəzası ödənilməlidir. (kəffarəsi)

      Reply to this comment
    • əfsanə

      10. Sep, 2015

      Salam. Kəffarənin mənasını hələdə tam anlaya bilmədim. Yəni bilmək istədiyim budur ki siz şərhlərin birində yazmısınız ki QƏZA ORUCUNU GƏLƏN RAMAZANA QƏDƏR TUTMALISINIZ .ƏGƏR GƏLƏN RAMAZANA QƏDƏR TUTMASANIZ GƏRƏK KƏFFARƏ VERƏSİNİZ.mən bunu bilmək istəyirəm cünki mənim özümün belə qəzam olub mən kəffarə verim .Əvvəlcədən təşəkkürlər

      Reply to this comment
      • Admin

        10. Sep, 2015

        Kəffarə müəyyən əmrlərin pozulmasından ötəri təyin olunmuş cərimə formasıdır. Məsələn: Orucu bilərəkdən pozmuş şəxsin kəffarəsi (ödəməli olduğu cərimə) aşağıdakılardan ibarətdir.
        1.Bir qul azad etmək
        2.İki ay oruc tutmaq, bunun 31 günü fasiləsiz tutulmalıdır.
        3.60 fəqiri doyurtmaq (onların hər birinə 750 qram buğda, arpa və bunlara oxşar qidalardan versə kifayətdir)
        Yuxarıda yazdığımız kəffarə və ona bir nümunədir. Sizin sualınızın ikinci hissəsinə gəldikdə isə əgər bir kəs ramazan ayının orucunu səfər üzündən tuta bilməsə və gələn ramazana qədər də yerinə yetirə bilməsə qəzadan əlavə hər günü üçün fəqirə bir müdd (750 qram) təam versin.
        Zəhmət olmasa siz qəza orucunuzun səbəbini və onu nə vaxta qədər tuta bilmədiyinizi konkret olaraq bizə yazın və biz də onun əsasında sualınıza cavab yazaq.

        Reply to this comment
        • əfsanə

          14. Sep, 2015

          Salam.Nə üçün sualıma cavab yazmırsız

          Reply to this comment
          • Admin

            15. Sep, 2015

            Salam. Ayətullah Sistaninin ofisindən sualınızın cavabı gəlməyib. İnşaallah gələn kimi sualınız cavablandırılacaq.

  37. Elem

    04. Sep, 2015

    Salam sualın cavabını etraflı verdiyinize gôre minnettaram. Allah sizden razı olsun. Başqa bir sualım da olacaqdır. Bir neferin yoldaşı Meşhed-Kerbela ziyaretine