Hicab haqqında suallara cavab: Ayətullah Sistani
Sunday, 27 March 2011-də Admin tərəfindən Hicab kateqoriyasında yayımlandı.
Hicab dinin zəruri məsələlərindəndir
Sual: Hicab, dinin zəruri məsələlərindən hesab olurmu? Ona qarşı etinasız olanların hökmü nədir?
Cavab: Hicab şəriətin vacib məsələlərindəndir və Quranda da gəlmişdir. Amma bu aydın məsələyə diqqət etmədən hicabı inkar etmək, peyğəmbərliyin inkar olunması deyil. Lakin, hicaba qarşı etinasız olmaq günahdır.
Sual: Əgər qadın talaq və hicab arasında qalsa hansını seçməlidir?
Cavab: Talağı seçməlidir və heç bir şəraitdə hicabı çıxarmamalıdır.
Sual: Əgər hicaba riayət etdiyinə görə qadına talaq versələr və bu onun üçün ağıl sahiblərinin nəzərində adətən, dözülməyən çətinlik yaratsa, hicabı tərk edə bilərmi?
Cavab: Zərurət miqdarında.
Hicaba riayət etməyən qadının günahı
Sual: Hicaba riayət etməyən qadının aqibəti nədir?
Cavab: Hicaba riayət etməmək günahdır və din ilə müharibə etmək kimi təbir olunur. Belə şəxsin yeri cəhənnəmdir və ora çox pis bir dönüş yeridir.
Ayağı örtmək
Sual: Qadın namaz qıldıqda ayağının üstünü örtməlidirmi?
Cavab: Namaz üzün vacib deyil, amma naməhrəmdən örtməlidir.
Sual 1: Qadınlar ayaqlarını corabla hansı həddə örtməlidirlər?
Cavab: Əgər ayaq və onun üstü görünməsə, eybi yoxdur. Baxmayaraq ki, corabdan ayağın həcmi bilinir.
Sual: Cavan qadın, rəngli və ya qıçı gözəl göstərən corabı hicab ünvanı ilə geyinə bilərmi?
Cavab: Belə corabı geyməyin eybi yoxdur. Amma zinət hesab olduqda onu naməhrəmdən örtməlidir.
Sual: Ayağı örtməsinə baxmayaraq, onun çıxıntılarını bilindirən corabı geymək olarmı?
Cavab: Belə corabı geyinmək öz-özlüyündə icazəlidir.
Hicab hamı üçündür
Sual: Nə üçün qeyri-müsəlman qadının İslam ölkəsində hicaba riayət etməsi vacibdir, amma müsəlman qadın qeyri-islami ölkədə hicabsız olması qadağandır?
Cavab: Qadın üçün hicab vacibdir, istər müsəlman olsun, ya müsəlman olmasın, istər İslam ölkəsində olsun, ya qeyri-islami ölkədə.
Hicabın həddi
Sual: Çadra və manto necə olmalıdır?
Cavab: Qadın elə paltar geyinməlidir ki, zinət olmasın. Əks təqdirdə başqa zinətlər kimi onu da örtməlidir. Həmçinin geyim kişiləri aldadan və cəlbedici olmamalıdır.
Sual: Hicab üçün manto və yaylıqdan istifadə etmək olarmı?
Cavab: Maneəsi yoxdur.
Hər bir halda hicab vacibdir
Sual: Hicaba kamil surətdə riayət etməmək birinin günaha düşməsinə səbəb olmadığı bir yerdə bədən örtülü olsa, başı da bağlamağa ehtiyac varmı? Məsələn, Avropa ölkələrində hicaba elə də əhəmiyyət vermirlər və qadının başının tüklərinin görünməsi o qədər də problem yaratmır. Quranda da buyurulur ki, kişilərin təhrik olmasına mane olmaq üçün özünüzü örtün.
Cavab: Qadının hicabsızlığı başqalarını günüha salamasa belə, kamil surətdə hicaba riayət etməsi vacibdir.
Qadınların sürücülük etməsi
Sual: Qadınlar sürücülük edə bilərlərmi? Hansı şərtlərlə?
Cavab: İslami hicaba və qayda-qanunlara riayət etməklə, eybi yoxdur.
Naməhrəm olmayan yerdə namaz
Sual: Əgər qadın naməhrəmin ora gəlməyəcəyindən əmin olduğu bir yerdə namaz qılmaq istəsə, hicablı olması vacibdirmi?
Cavab: Namaz qıldıqda hicablı olmaq, naməhrəm olmasa belə, vacibdir.
Kamil hicab
Sual: Yanaqları hansı həddə qızartamaq olar? Qaşları götürdükdə vəzifə nədir? Çənənin altını, üzün qıraqlarını örtən və yuxarıdan qaşların üstünə qədər gələn qara məqnə və enli qara manto geyilsə, hicaba riayət olunmuşdurmu? Məqnə və manto rəngli olsa, iradı varmı?
Cavab: Kamil hicab budur ki, başın tüklərini və bədəni tamamilə örtsün və özü zinət hesab olmasın, qadının bədən çıxıntılarını bilindirməsin. Üzü və biləyə qədər əlləri örtmək lazım deyil. Çənə və adətən məqnənin örtmədiyi çənənin altından bir qədər yeri örtmək vacib deyil. Üz və qaşlar alındıqda onları örtmək lazım deyil, amma zinətlə bəzənilsə, örtmək lazımdır.
Valideynin öz övladlarını hicaba əmr etmələri
Sual: Ata-ananın büluğ həddinə çatmış övladlarını hicaba riayət etməyə vadar edə bilmək haqqları varmı?
Cavab: Haqları vardır. Amma bu işdə vurmaq və onun kimi metodlardan istifadə edə bilməzlər.
Qadının kostyum geyməsi
Sual: Qadın kostyum geyərək naməhrəm qarşısına çıxa bilərmi?
Cavab: Əgər o paltar qadının bədən çıxıntılarını bilindirsə və ya fitnə-fəsada səbəb olsa, icazəli deyil.
Şöhrət libası
Sual: Şöhrət libası geyməyin hökmü nədir? Şöhrət libasının meyarı nədir?
Cavab: Şöhrət libası, başqalarının istehza və təhqir olmasına səbəb olan geyimlərdir və vacib ehtiyata görə belə geyimləri geyməsinlər.
Bəzədilmiş üz
Sual: Üzünü almayan qadınlar, qaşlarının və üzlərinin tüklərini götürə və üzünə təbii pudra və krem vura bilərmi?
Cavab: Üzün və qaşların tükünü almaq üzü açıq qoymağa mane olmur. Bu şərtlə ki, günüha düşmək qorxusu olmasın və üzü açıq qoymaq onu naməhrəmlərə göstərmək məqsədilə olmasın. Amma pudra və zinət əşyaları istifadə etdikdən sonra üzü örtmək vacibdir.
Sual: Zinət vurulmuş üzü, belə ki, ona zinət vurulması bilinməsə və üzün təbii halı kimi nəzərə gəlsə, örtmək lazımdırmı?
Cavab: Zinət hesab olmasa, örtmək lazım deyil.
Parik qoymaq
Sual: Qadınlara məxsus olan məclisdə gözəl görünüb onların diqqətini cəlb edərək, elçi tapmaq məqsədi ilə başa parik qoymaq icazəlidirmi? Bu iş eybi örtmək hesab olurmu?
Cavab: Əgər təkcə zinət məqsədi ilə olsa və elçiləri aldatmaq və eybi onlardan gizlətmək məqsədilə olmasa, eybi yoxdur.
Gözəllik cərrahiyyə əməliyyatı
Sual: Cərrahiyyə əməliyyatı ilə üz və bədənin başqa yerlərndə gözəllik yaratmaq olarmı?
Cavab: Haram baxış və toxunmaqdan çəkinməklə, icazəlidir.
Qaş əkdirmək
Sual: Qadınlar qaş əkə bilərlərmi?
Cavab: Qaş əkməyin dəstəmaz və qüsl üçün iradı vardır, amma döyəcləmənin eybi yoxdur.
Qaş almaq
Sual: Qaşlarının altını almaq zinət hesab olunurmu? Qadınlar ümumi məkanda qaşlarını örtməlidirlərmi?
Cavab: Onu örtmək vacib deyil.
Kişilərin qısaqol köynək geyməsi
Sual: Kişi qısaqol köynək geyinə bilərmi? Qadın ləzzət qəsdi olmadan onun əlinə baxa bilərmi?
Cavab: Hər iki surət icazəlidir.
Dırnaq uzatmaq
Sual: Qadın dırnaq uzada bilərmi? Bu zinət sayılırmı və naməhrəmdən örtmək lazımdırmı?
Cavab: Eybi yoxdur və zinət vurmasa, onu naməhrəmdən örtməsi lazım deyil.
Sual: Əgər qadın dırnağını uzatmış olsa, amma ona zinət vurmasa, naməhrəmdən örtməsi lazımdırmı?
Cavab: Lazım deyil.
Kişinin öz həyat yoldaşını hicaba məcbur etməsi
Sual: Mən həyat yoldaşıma deyirəm ki, başını bağlasın. O da deyir ki, hicab İslamda məcburi deyil və İslam məcburiyyəti sevmir. İslamda hicab məcburidir, yoxsa könüllü? Mən onu hicaba məcbur edə bilərəmmi?
Cavab: Hicab dinin zəruri məsələlərindəndir və ona kamil surətdə riayət edilməlidir. Qadın gərək saçlarını və bədənini naməhrəm kişilərdən örtsün, amma üz və əllərinini örtməsi vacib deyil. Əgər üzünü və əllərini örtmədiyi təqdirdə harama düşəcəyindən qorxursa, yaxud kişini haram baxışa salmaq üçün örtməmək qəsdi olarsa, bu iki halda örtməməsi icazəli deyildir.
Deməli, qadın deyilmiş qayda ilə öz saçını, bədənini və onun çıxıntılarını naməhrəmdən örtməlidir. Əgər qadın zinət sayılmayan və cəzbedici olmayan hər hansı geyimlə özünü örtsə, kifayətdir və çadra atması vacib deyil. Baxmayaraq ki, çadra ən yaxşı və kamil hicabıdr.
Siz öz həyat yoldaşınızı hicaba riayət etməyə məcbur edə bilməzsiniz, amma evdən çölə çıxmağa qoymaya bilərsiniz. Bu surətdə onunla şərt edə bilərsiniz ki, əgər hicaba riayət etsə, evdən çölə çıxa bilər.
Toplayan: Seyid Zahir
2ral
23. Aug, 2016
Salam. Size sualim beledi. Bir qadin bawini baqliyir. Yoldawi raziliq verir ancaq anasi narazi olur istemir,hetta aralarinda kusuluk bele olur. Burda ne etmeli?birde hemin hicabli qadin oz qohumu gile gedir. Qohumu bir qadin deyirki bawini bizim yanimizda niye baqlamisan?ac bawini. Burda sene pis gozle baxan yoxdu. Hemin getdiyi yer bawini baqliyan qadinin erisinin xalasi evidi. Evde iki yeni yetme yawina catmiw oglan ve evim kiwisi var. bawini baqliyan qadina teziq deirler oda bawini acir. Ama hemin evde kenarda baqlayir. Deyilenlere gore hemin getdiyin evinsen ozune mehrem bilirsense aca bilersen. Mence bu bele deyil. Mehremi insan ozu secmir. Evvelceden cox tesekkurumu bildirirem. Lutfen etrafli izzah edersiniz. Cox saqolun.
Admin
14. Aug, 2017
Salam. Hicab Allahın vacib buyurduğu əməl olduğu üçün bu barədə heç kimə itaət etmək olmaz, hətta ata-ana. Nəməhrəm qarşısına çıxan qadın hicablı olmalıdır. Xalası gilə qonaq gedirsə oradakı kişilər naməhrəm sayılır və hicablı olmalıdır. Əgər kişi olmasa qadınlar arasında başını aça bilər.
Lela
18. Feb, 2016
Her vaxtiniz xeyir . Cox uzur isteyirem sualima gore . Aybasi olana yaxin meselcun 21 i olmaliyam 21ne bes gun qalmis hergun cox azca noqte kimi qan olur . Men bu halda ne etmeliyem . Namazmi qila bilerem ? Cox sag olun evvelceden
Admin
27. Feb, 2016
Sualda qeyd edilən halda, istihazə hökmündədir.
Elem
23. Nov, 2015
Salam evelceden size öz tewekkürümü bildirirem.Suali beledir Anamin esebnen elaqedar öz yüxusu yoxdur yuxu dermani ile yatir ve sübh namazina dura bilmir ondan sonra yata bilmir yuxusu qaçir ürek döyünmesi kesmir.Ola bilermi ki sübh namazina durmasin sonra qezasin etin bele olar?Sag olun tewekkür edirem.
Admin
25. Nov, 2015
Bismillahir-rəhmanır-rəhim
Bilərəkdən namazı qəza vermək böyük günahdır. Dərman qəbul etmək vaxtını elə tənzimləsin ki, sübh namazına oyana bilsin.
Aygun
18. Nov, 2015
salam aleykum Allahin salami rehmeti uzerinize olsun sizden bir xahisim var ki ister subay olsun ister bosnmis qadin ya kisi ferq etmez bunlarin her ikisi catd tanis olub aile qurmaq olarmi meselen qiz evde qalib alan yoxdu internet cat vesitesi ile tanis olub aile qurmaq olrmi
Admin
24. Nov, 2015
Salam. Sualınız çoxşaxəlidir. Sualınızı dəqiq yazın.
Ehli beytçi
18. Nov, 2015
Salam.Evelceden size minnetdaram.Allah Sizden razi olsun.Bele bir sualim var.Odda alovda yanaraq ölen ve yaxud qaynar suya düwüb ölen wehid hökmündedir?Sag olun tewekkür edirem.
Admin
19. Nov, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şəhidin geniş mənası var. Şəhidlik ilahi bir məqamdır ki, bu məqama Allah yolunda canından keçməklə nail olmaq olaq. Şəhid xüsusi mənada cihad meydanında Peyğəmbər (s), məsum imam ya imamın xüsusi naibinin hüzurunda öləndir. Belə ölən insanlar şəhid hökmündədir (öz qanlı paltarı ilə qüsulsuz və kəfənsiz basdırıla bilər), bəzi ölənlər isə şəhid hökmündə yox bəlkə şəhidin mükafatı və savabında olar. Bu mənada şəhid o kəsdir ki, öz dini və əqli vəzifəsini yerinə yetirdiyi halda ölə. Hədislərdə şəhid mükafatında olanların bəzi nümunələri qeyd olunub.
1). Allah yolunda öldürülmüş şəxs.
2). Allah yolunda ölmüşşəxs.
3). Taun xəstəliyi səbəbilə ölən şəxs.
4). Anasının bətnində ölmüş uşaq.
5). Suda boğulmuşşəxs.
6). Öz canını qorumaq üçün çalışıb, ölən şəxs.
7). Öz əhli-əyalını, ailəsini müdafiə edərkən öldürülən şəxs.
8). Öz malını qoruyarkən öldürülən şəxs.
9). Uşaq dünyaya gətirərkən ölən qadın.
10). Dəstəmaz alıb yatan və həmin gecə ölən şəxs.
11). Zülmü aradan qaldırmaq yolunda öldürülən şəxs şəhiddir.
12). Ali-Mühəmmədin sevgisi ilə ölən kəs şəhiddir.
13). Məscidə gedən halda ölən şəxs.
14). Elm öyrənmək yolunda ölən.
Allah sizə yar olsun.
Cemale
17. Nov, 2015
Salam evvelceden tesekkurler.ineyin teze balasi olub oz veziyyeti pislešib kesibler.o ineyin eti halaldi? sag iken kesibler.
Admin
18. Nov, 2015
Aleykum Salam. Bəli, halaldır.
Admin
18. Nov, 2015
Salam. Əgər şəriət qanunlarına riayət olunubsa, halaldır.
nigar
17. Nov, 2015
Salam zehmet olmasa menimsualimida cavablandirasiniz cixilmaz veziyyetdeyem nisanliyam nisanlimna kebn kesdireciyiy cunki ikimizde namaz gilirig amma nishanlim meni hicab bagalamaga mecbur edir amma men heleki ozumu hazir hiss edmiremhicab bagalamaga mesuliyyetli oldugunu dusunurem amma onun meni Hicab baglamaga mecbur etmesi duzgundurmu ve hicab baglamasam nisanimiz pozulacag kimi sozler dimesi ne derecede duzgundu amma ister nisan pozulsun ya mecburi olsunmen ozumu hicab baglamaga hazir hiss edmirem cunki menim ucun boyuk mesuliyyetdi ve men ozum oz ureyimnen hicaba kecmey isteyirem mecburiyyetnen yox xahis edirem mene ne edeceyim ve ne addim tapa bileceyim barece meslehet veresiniz oncece tesekkur
Admin
18. Nov, 2015
Bismillahir-rəhmanır-rəhim
Hicab, Allahın vacib və zəruri əmridir. Kiminsə bunu sizə deyib-deməməsindən asılı olmayaraq siz naməhrəm qarşısında hicaba riayət etməlisiniz.
Bəli, hicab məsuliyyətdir və siz bu məsuliyyəti qəbul etməli, özünüzün Allaha məxsus olduğunu, Allahın əmr və yasaqları çərçivəsində hərəkət etməyinizi göstərməlisiniz. Siz ki, Allahın hədlərindən çıxmaq istəmirsiniz? Siz ki, hicabdan qaçıb, günah işlərlə məşşğul olmaq istəmirsiniz?! Onda hicaba riayət edin.
Deniz Khan
08. Nov, 2015
salam..qadinin kisi qohumlariyla el vererek gorusmesi duzgundur..yoxsa yox?
birde namazda tekbirin sehven artiq deyilmesi namazi batil edir?
Admin
17. Dec, 2015
Bismillahir-rəhmanır-rəhimÂ
1. Haramdır. Yalnız qadına məhrəm olan kişilərlə olar. Məsələn, qayınatası və yaxud ərinin babası.
2. Batil olmur.
Cemale
04. Nov, 2015
Salam evvelceden tesekkurler.Vacib cenabet quslu evezine teyemmum edenden sonra namaz ucun destemaz almaq lazimdir ya yox??
Admin
11. Nov, 2015
Bismillahir-rəhmanır-rəhim
Əgər cənabət qüslü əvəzinə təyəmmüm etsə, namaz üçün dəstəmaz almaq lazım deyildir və əgər başqa qüsllərin əvəzinə təyəmmüm etsə də, hökm eynidir, baxmayaraq ki, ehtiyat-müstəhəbb budur ki, dəstəmaz da alsın. Əgər dəstəmaz ala bilməsə, başqa bir təyəmmüm də dəstəmaz əvəzinə etsin.
Aygun
04. Nov, 2015
salam aleykum size bir sualim var hicabli qadin emisi oglanlarin ve dayisi oglanlarin yaninda hicabsiz geze biler yoxsa gunahdi
Admin
10. Nov, 2015
Aleykum Salam. Əmi oğlu, dayı oğlu naməhrəm sayılır. İcazəli deyil, günahdır.
Deniz Khan
17. Oct, 2015
Salam Aleykum..movzuyla tam elaqesi yoxdu..ama internetde tam deqiq cavab tapa bilmedim..Qurani Mehemmed Peygember oz elleriyle sexsen ozu mu yazib..ve Quran ilk defe sehifeler seklinde kim terefinden ve texminen ne vaxt toplanib?
evvelceden tesekurler..Allah razi olsun
Admin
03. Nov, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran surə və ayələrin cəmindən təşkil olunmuş bir kitabdır ki, besətdən sonra müxtəlif şəraitlərdə əziz islam peyğəmbəri Həzrət Muhəmmədə (s) nazil olmuşdur. Quranın nazil olması ayə-ayə və surə-surə şəkilində Peygəmbəri-Əkrəmin ömrünün sonunadək davam etmişdir.Əziz Peygəmbərimiz(s) nazil olan ayələri öz səhabələrinə oxuyurdu və onlarda ayələri əzbərləyib yazırdılar. Bəzi alimlərin fikrinə görə Quran Peyğəmbərin (s) öz zamanında kitab halına salınmışdır. Amma vahid nüsxə kimi 3-cü xəlifə Osmanın zamanında edildi.
Allah sizə yar olsun.
Allah bəndəsi
14. Oct, 2015
Salam.Bəzi hicablı qadınlar görürəm ki dini qrup adında dini mahnı oxuyurlar bu düzgündürmü .Əvvəlcədən təşəkkürlər
Admin
17. Nov, 2015
Bismillahir-rəhmanır-rəhim
Əgər naməhrəm onların səslərini eşitməsə, yaxud xor halında oxusalar və səsləri incəlməsə, eybi yoxdur. Lakin tək halda oxusalar və naməhrəm onların səsini eşitsə, haramdır.
Ehli beytçi
12. Oct, 2015
Salam.Size tesekkür edirem.Allah sizden razí olsun.Sualím beledir. Men namaz ehliyem.Hazírlasíram Kerbala ziyaretine gedim.Allah rizasí üçün.Eger yolda mene bir sey olsa dünyamí deyissem sehid oluram yoxsa yox? Yoldasím qoyur atam qoymur men atama deyecem Ìrana ziyaretine gedirik düz desem üreyi partlayar ne edim günah edirem?Sag olun sizde dua edin.
Admin
03. Nov, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Niyyəti xalis olub Əhli-beyti sevən mömin hətta evində ölsə belə şəhid məqamındadır. O ki, qaldı Kərbəlaya bu barədə hədislər var ki, bu ziyarət səfərində dünyasın dəyişən şəxsi mələklər kəfən və dəfn edirlər və qəbrindən cənnətə qapı açılar, cənnətin xoş iyin duyar… Təbii ki, belə şəxs şəhid məqmındadır. Əlbətdə hədəfi ziyarət olmalıdır nəinki zalımın və kafirin əli ilə ölmək.
Allah sizə yar olsun.
Zerife
08. Oct, 2015
Salam Aleykum. Men yuxuda bir nece gun dalbadal niqabda gordum ozumu. Sonra bir qadin qabagimda dayanirdi niqabda hemiwe… hergun dalbadal bu yuxunu gorurdum. Onnan sonra dedilerki uzuvun baglanmasi istenilir. Kecdim niqaba. Ama bir gun taxdim niqabi. Evden icaze vermediler her gun soz sohbet. Olurdu. Mecburen cixdim niqabdan. Gunah etmiwem sizce?
Admin
10. Oct, 2015
Salam. Niqab vacib deyil.
Ehli beytçi
07. Oct, 2015
Salam.Çox sag olun size minnetdaram.Bes müellimemiz haqqini halal etmese nece?O biri müellimenin dersinde oturaq?Sag olun tesekkür edirem.
Admin
08. Oct, 2015
Salam. Müəllimin ehtiramı vacibdir. Müəllim öz razılığı ilə sizə dərs veribsə eybi yoxdur.
Dream
05. Oct, 2015
Salam aleykum. Namazda biləyin azca görünməsi namazı batil edir?
Admin
11. Oct, 2015
Salam. Əgər bilərəkdən olsa namazı batildir.
Dream
13. Oct, 2015
Çox sağolun. Belə bir sualım daha var. Qadın 7gün heyz olduqdan Sonra ağ maye ifrazat görür ve qüsl alır. Qüslden sonra çox az qırmızımtıl maye ifrazat olur. Yeniden qüsl almaq lazımdırmı? (bu hal hər ay təkrar olunur)
Admin
11. Nov, 2015
Bismillahir-rəhmanır-rəhim
Adət vaxtının axırlarında axtarış apararkən pambıqda sarılıq görərsə – on gündən keçməyibsə, aylıq adətin davamı sayılır. Əgər on gündən keçsə və ona qan deyilərsə, adət günləri miqdarında (ayda neçə gün heyz olursa) heyz, qalanı isə istihazə sayılır. Əgər qan deyilməzsə, qadının adi sularından sayılır və hökmü yoxdur.
Ehli beytçi
05. Oct, 2015
Salam Sualín cavabini etrafli cavablandirdiginiz üçün size minnetdaram.Bele bir sualim var.Bir medrese müellimi Qur’an Seriet Eqaid Tefsir dersleri deyir.Bu müellim basqa bir müellim ile öz aralarinda dalasib oda din dersleri deyir o biri müellim deyir ki görüm meni tehqir Eden müellimin dersinde menim telebelerimden Kim onun dersinde oturacaq bizde qalmísiq bele gedib otursaq o biri müellimin haqqina girmis oluruq yoxsa yox biz ne edek?Sag olun.
Admin
06. Oct, 2015
Salam. Kiminsə dərsində iştirak etmək sizin haqqınızdır. Heç bir problemi yoxdur.
Amin
05. Oct, 2015
Salamun Əleykum.Bilmək istəyirəm ki məhərrəmlik nəvaxt girir
NARİ
05. Oct, 2015
hicablı qadın başını kimin yanında aça bilər
Admin
05. Oct, 2015
Bismillahir-rəhmanır-rəhim
1. Qadın, ona məhrəm olanların yanında hicaba riayət etməyə bilər. Qadın üçün məhrəm olanlar: atası, atasının və anasının atası və hər nə qədər yuxarı getsə, qardaşı və qardaşının oğlu, qardaşı oğlunun oğlu və hər nə qədər aşağa getsə, bacısının oğlu, bacısı oğlunun oğlu və hər nə qədər aşağa getsə, öz oğlu və oğlunun oğlu və hər nə qədər aşağa getsə, əmisi və dayısı, ata və anasının əmiləri və dayıları, əri və ərinin atası (qayınatası). Bunların yanında hicaba riayət etmədən gəzə bilər. Hərçənd ki, hicaba riayət etməsi yaxşıdır. Bunlardan başqa kişilər qadın üçün naməhrəmdirlər və onların yanında hicaba kamil surətdə riayət etməsi vacibdir.
Admin
05. Oct, 2015
Salam. Oktyabrın 15
Dream
03. Oct, 2015
Salam. Bilmək isteyirem ki hicabın altından saçın formasının bilinməyi düzgündür?
Admin
05. Oct, 2015
Bismillahir-rəhmanır-rəhim
Əgər cəlbedici olmasa, eybi yoxdur.
Günahkar qul
02. Oct, 2015
Salam. Bilmək istəyirəm ki hicablı qadın öz doğmasının toyuna içgi məclisi olsa belə gedə bilərmi.Birdə hicablı qadın ətir bura bilərmi. Əvvəlcədən təşəkkürlər
Admin
04. Oct, 2015
Bismillahir-rəhmanır-rəhim
1. Spirtli içkilər içilən məclislərə girmək vacib ehtiyata görə icazəli deyil. Siz öz təbrikinizi başqa vasitələrlə çatdırın.
2. Qadının öz məhrəmləri arasında ətir vurmasının öz-özlüyündə iradı yoxdur. Lakin, əgər naməhrəm o ətrin iyini hiss edəcək həddə olsa, naməhrəm arasına çıxması icazəli deyil.
Elem
02. Oct, 2015
Salam Allah sizden razi olsun.Bele bir sualim var.Bir nefer qessab eti Bismillah Allahu Ekber deyib kesir amma meclisden meclise içki içir onun kesdiyi eti almaq düzgündü?Sag olun minnetdaram.
Admin
04. Oct, 2015
Bismillahir-rəhmanır-rəhim
Əgər heyvanı kəsən müsəlman olsa və heyvan kəsilməsinlə lazım olan qayda və şərtləri yerinə yetirmiş olsa, düzgündür.
Heyvanın başını kəsməyin bir neçə şərti vardır:
1. Heyvanın başını kəsən istər kişi olsun, istərsə qadın, gərək müsəlman olsun. Müsəlman uşağı əgər müməyyiz olsa, yəni yaxşı ilə pisi ayıra bilirsə, heyvanın başını kəsə bilər. Amma kitab əhli olmayan kafir və ya kafir hökmündə olan firqələrdən bir kəs, məsələn, nəvasib kimi, heyvanın başını kəssə, o heyvan halal olmaz, hətta kitab əhli olan kafir, əgər heyvanın başını kəssə, hərçənd “Bismillah” demiş olsa belə, ehtiyat-vacibə əsasən, o heyvan halal olmur.
2. Heyvanın başını imkan daxilində dəmirdən olan şey ilə kəsməlidirlər. Ehtiyat-vacibə əsasən istil bıçaqla kəsmək kifayət deyil. Amma əgər dəmir tapılmasa, onun dörd damarını ayıra biləcək iti bir şey ilə, məsələn, şüşə və daş ilə də kəsmək olar, hərçənd onun başını kəsməyə münasib zəruriyyət olmasa belə.
3. Heyvan başı kəsilən vaxtı üzü qibləyə olmalıdır. Deməli, əgər ayaq üstə, ya oturan halda olsa, heyvanın üzü qibləyə olmağı insanın namazda üzü qibləyə olan halı kimidir. Əgər heyvan sağ, ya sol tərəfində uzadılmış olsa, gərək kəsilən yeri və qarnı üzü qibləyə olsun və onun ayaqlarının, əllərinin və üzünün qibləyə tərəf olmağı lazım deyil. O kəs ki, bilir heyvanın başı gərək üzü qibləyə kəsilsin və bilərəkdən onu qibləyə tərəf çevirməsə, heyvan haram olur, amma əgər yadından çıxarsa, ya məsələni bilməsə, ya qibləni səhv salsa eybi yoxdur. Əgər qiblənin hansı tərəfdə olduğunu bilməsə, ya başqasının köməyi ilə də olsa, heyvanı üzü qibləyə tərəf çevirə bilməsə, belə ki, heyvan ipə-sapa yatmayan olsa, ya bir çalaya düşmüş olsa və onu kəsməyə məcbur olsalar, hər istiqamətə zibh etsələr, eybi yoxdur. Əgər üzünü qibləyə çevirməkdə yubansalar, heyvan öləcəksə, hökm eynidir. Heyvanın üzü qibləyə kəsilməsinə etiqadı olmayan müsəlmanın zibh etməsi, üzü qibləyə kəsməsə də səhihdir. Ehtiyat-müstəhəb budur ki, heyvanın başını kəsənin də üzü qibləyə olsun.
4. Heyvanın başını kəsən vaxt, ya bıçağı boğazına qoyduqda onu kəsən şəxsin özü baş kəsmək niyyəti ilə Allahın adını çəksin. Əgər kəsən şəxsdən başqası Allahın adını çəksə, kifayət deyil. “Bismillah” desə, hətta əgər yalnız “Allah” desə də, ehtiyatın xilafına olsa da, kifayətdir. Əgər baş kəsmək qəsdi olmadan Allahın adını çəksə, ya məsələni bilmədiyinə görə Allahın adını çəkməsə, o heyvan halal olmaz. Amma əgər yaddan çıxarıb Allahın adını çəkməsə, eybi yoxdur.
5. Heyvan başı kəsildikdən sonra gözünü, ya quyruğunu hərəkət etdirməklə, ya ayağı yerə vurmaqla olsa belə, çırpınmalıdır. Bu hökm heyvanın diri olmasına şübhə olduğu təqdirdədir. Əgər belə olmasa, heç bir lüzum yoxdur.
6. Heyvanın bədənindən adi miqdarda qan axmalıdır. Əgər qan onun damarlarında laxtalanarsa və ondan qan axmazsa və ya axan qan o növ heyvana nisbətdə az olarsa, o heyvan halal olmur, amma az qanın axması, heyvanın başını kəsməkdən əvvəl qan axması olduğuna görə olsa, o halda eybi yoxdur.
7. Boğazın kəsilməsi zibh etmək qəsdi ilə olmalıdır. Deməli, əgər bıçaq birinin əlindən düşsə və ixtiyarsız olaraq bir heyvanın başını kəssə, yaxud başı kəsən adam yuxulu, məst, bihuş, uşaq, dəli və başqa məqsədlə bıçağı heyvanın başına çəksə və təsadüfən kəssə, halal olmaz.
Pervane
01. Oct, 2015
Salam.turk kanalinda dini veriliwde soylenildi ki eger hakim bir qadinla bir kiwini bowadim dedise,hemin andan onlar arasinda olan dini kebin de quvveden duwur.yeni sonradan erin talagi geri oxutdurmasina gerek qalmir.Duzgundurmu bu?
Admin
02. Oct, 2015
Salam. Xeyr, onun dediyi talaq düzgün deyil. Talaqı ruhani kişinin razılığından sonra oxunmalıdır.
Pervane
01. Oct, 2015
Salam.Cadu bir insanin omrunu qisalda bilermi?Coxlari cadunun heqiqeten de boyuk quvveye malik oldugunu deyir.Quranda bunu subut eden bir aye var?Heqiqetenmi cadu ile insanin taleyini deyiwmek mumkundur?Coxlari Quranda falin,cadunun yalan oldugu haqda yazildigini deyir.qisasi.bu tip weyler yalandi yoxsa bunlar var ve bu iwle mewgul olmaq gunahdi?Quran ne deyir?
Admin
08. Oct, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran nəzərindən sehr iki qismə bölünür:
1. Bu işdə əsas məqsəd camaatı aldatmaq, göz bağlamaq olduğuna görə heç bir həqiqəti yoxdur: Quranda buyurulur:
فَإِذا حِبالُهُمْ وَ عِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِنْ سِحْرِهِمْ أَنَّها تَسْعى
“(Musanın zamanındakı) cadugərlərin çəlikləri və iplərinin sehr nəticəsində hərəkət etməsi təsəvvür olunurdu.”[1]
Başqa bir ayədə buyurur:
فَلَمَّا أَلْقَوْا سَحَرُوا أَعْيُنَ النَّاسِ وَ اسْتَرْهَبُوهُمْ
“Onlar iplərini yerə atdıqları zaman camaatın gözlərini sehr etdilər və onları qorxutdular.”[2]
Bu ayələrdən aydın olur ki, sehrin əşyalarda təsərrüf etmək və təsir qoymaq üçün heç bir həqiqəti yoxdur. Bu, sadəcə sehrkarların sürətli hərəkətləri və ya göz bağlamasıdır.
2. Bəzi Quran ayələrindən məlum olur ki, sehrin müəyyən növləri gerçəkdə təsir qoyur. Məsələn, aşağıdakı ayədə buyurulur ki, onlar ərlə arvad arasında ayrılıq salan sehrləri öyrənirdilər:
فَيَتَعَلَّمُونَ مِنْهُما ما يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَ زَوْجِهِ
Başqa bir ayədə də bəyan olunur ki, وَ يَتَعَلَّمُونَ ما يَضُرُّهُمْ وَ لا يَنْفَعُهُمْ “onlar öz zərərlərinə tamam olan və faydası olmayan sehrləri öyrənirlər.”[3]
Amma “görəsən sehr yalnız ruhi və xəyali təsirlərə malikdir, yoxsa fiziki və xarici təsirlərə də malik ola bilər?” sualına yuxarıdakı ayələrdə işarə edilməmişdir. Buna görə də bəziləri inanırlar ki, sehr yalnız ruhi və xəyali yönlərdə təsir qoyur.[4]
Hər bir halda bir təsniflə demək olar: Sehr xariqüladə bir əməldir və insanların vücudunda öz təsirini qoyur. O bəzən sürətli hərəkət və göz bağlamadır, bəzən isə ruhi və xəyali təsirlər və təlqindir. Habelə, bəzi hallarda şeytanlardan yardım almaqla, bəzi hallarda isə cisimlərin və maddələrin bəzi naməlum kimyəvi və fiziki xassələrindən istifadə olunmaqla baş verir. Əlbəttə, sehrkarlar azğın və dünyapərəst insanlardır, işlərinin əsası həqiqətin təhrif olunması əsasındadır.
Müasir dövrdə qədim insanlar üçün məxfi qalan maddələrin bəzi xassələri aşkar olmuş və müxtəlif varlıqların əsrarəngiz və qəribə təsirləri barəsində çoxlu kitablar yazılmışdır. Buna görə də sehrkarların işinin böyük bir qismi (məsələn, maddələrin kimyəvi xassələri, işığın bəzi xassələri və s. ilə əlaqədar olan qisimləri) aşkar olmuş və onların bazarları müəyyən qədər kasadlaşmışdır. Amma hal-hazırda sehrin varlığını inkar etmək və onların hamısını xurafat saymaq olmaz. Onun bəzi növləri (Hindistan yoqlarının işi kimi) hal-hazırda da rəvacdadır və onun həqiqəti hələ də tanınmamışdır.[5]
Əksər hallarda sehr camaatın azmasına, həqiqətin təhrif edilməsinə və sadə insanların etiqadlarının sarsılmasına səbəb olduğundan böyük islam rəhbərləri və məsum imamlardan (əleyhimus-salam) nəql olunan hədislərdə sehr şiddətlə qadağan edilmişdir. O cümlədən:
İmam Əli (əleyhis-salam) buyurur: “Hər kəs sehr öyrənsə, istər az, istərsə də çox, kafir olmuşdur və onun Allahla əlaqəsi tamamilə kəsilmişdir…”[6]
Deməli, islam nəzərindən sehrin əncam verilməsi, öyrədilməsi, öyrənilməsi və onunla pul qazanmaq qadağan və haram edilmişdir, özü də böyük günahlardandır. Bəzi rəvayətlərdə sehrin təliminin və öyrənilməsinin küfrə səbəb olduğu deyilir.
İslam fəqihləri müttəfiq fikirlə buyurmuşlar: Sehri və cadugərliyi öyrənmək və ondan istifadə etmək haramdır. Amma əgər sehrin zərərsizləşdirilməsi onun öyrənilməsindən başqa yolla mümkün olmazsa, bu halda onu öyrənməyin eybi yoxdur, üstəlik müəyyən hallarda bəzi şəxslər vacibi-kifayi ünvanı ilə sehri öyrənməlidirlər ki, yalançı iddiaçı şəxs sehr yolu ilə camaatı aldadıb azğınlığa salmaq istədikdə onun sehr və cadusunu batil edərək yalanını aşkar etsinlər. Bu istisna halın dəlili imam Sadiq (əleyhis-salam)-dan nəql olunan aşağıdakı hədisdir: Sehr əməli müqabilində pul alan cadugərlərdən biri imam Sadiq (əleyhis-salam)-ın hüzuruna gəlib dedi: “Mənim peşəm sehr idi, ondan pul qazanırdım. Məişətim də həmin yolla təmin olunurdu. Əldə etdiyim həmin pulla Allah evinin həccinə getdim. Amma indi onu tərk və tövbə etmişəm. Mənim üçün nicat yolu varmı?” Həzrət cavabında buyurdu: “Sehr düyünlərini aç, amma cadugərlik düyünü vurma!”
Bu hədisdən məlum olur ki, sehrin düyünlərini açmaq məqsədi ilə onu öyrənmək və əməl etməyin eybi yoxdur.[7] Həmçinin, bəzi digər hallarda da islam sehri öyrənməyə icazə vermişdir. O cümlədən:
1. Sehr olunma nəticəsində xəsarət görən şəxslərdən sehrin təsirlərini aradan aparmaq üçün onu öyrənmək;
2. Yalandan nübüvvət iddiası edənlərin iddiasını batil etmək üçün onu öyrənmək;
3. Sehrkarların sehrini aradan aparmaq üçün öyrənmək. Bəzi kitablarda[8] və rəvayətlərdə sehri məhv etmək üçün müəyyən ayələri və duaları oxumaq tövsiyə edilmişdir. Nümunə üçün, bir neçəsini qeyd edirik:
1. Məhəmməd ibni İsa deyir ki, imam Riza (əleyhis-salam)-dan sehr barəsində soruşdum, həzrət buyurdu: “Sehrin həqiqəti vardır və Allahın izni ilə təsir qoyur. Hər vaxt sənə sehr etsələr, əllərini üzünün müqabilinə qaldıraraq bu duanı oxu:
بِاسْمِ اللهِ الْعَظِيمِ بِاسْمِ اللهِ الْعَظِيمِ رَبِّ الْعَرْشِ الْعَظِيمِ اِلاَّ ذَهَبَتْ وَ انْقَرَضَتْ
2. İbni Abbas deyir: Yəhudi Ləbid Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə sehr etmiş və sehri yazaraq Bəni-zəriq quyusuna atmışdı. Bu zaman Peyğəmbər xəstələndi. O həzrət yatmış olanda iki mələk gəldi: biri onun baş tərəfində, digəri isə ayağının yanında oturaraq xəbər verdilər ki, sizə sehr edilmiş, sehri dərinin altına qoymuş və “Zərvan” quyusunda bir daşın altında gizlətmişlər. Peyğəmbər Əlini, Zübeyri və Əmmarı göndərdi. Onlar quyunun suyunu çəkdilər və daşı qaldıraraq dərini çıxartdılar. Gördülər ki, onun üzərində bir qədər tük var, darağın dişləri və iynə ilə ona on bir düyün vurmuşlar. Bu zaman “Müəvvəzəteyn” (“Nas” və “Fələq” surələri) gəldi. Hər düyünü açanda onlardan bir ayə oxuyurdular. Bundan sonra həzrət Peyğəmbər özündə yüngüllük hiss etdi və qalxıb oturdu. Sanki, zəncirlərdən azad olunmuşdu. Cəbrəil deyirdi:
بِسْمِ اللهِ اُرْقِيكَ مِنْ كُلِّ شَيٍْءٍ يُؤْذِيكَ مِنْ حَاسِدٍ وَ عَيْنٍ وَ اللهُ يَشْفِيك
3. Sehr olunan şəxs gərək aşağıdakı ayələri həmişə özü ilə yanaşı gəzdirsin:
قالَ مُوسى ما جِئْتُمْ بِهِ السِّحْرُ إِنَّ اللَّهَ سَيُبْطِلُهُ إِنَّ اللَّهَ لا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ، وَ يُحِقُّ اللَّهُ الْحَقَّ بِكَلِماتِهِ وَ لَوْ كَرِهَ الْمُجْرِمُونَ”
“وَ أَوْحَيْنا إِلى مُوسى أَنْ أَلْقِ عَصاكَ فَإِذا هِيَ تَلْقَفُ ما يَأْفِكُونَ، فَوَقَعَ الْحَقُّ وَ بَطَلَ ما كانُوا يَعْمَلُونَ، فَغُلِبُوا هُنالِكَ وَ انْقَلَبُوا صاغِرِينَ”.[9]
4. Bu ayəni sehr olunan şəxsə yeddi dəfə oxusunlar:
سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَ نَجْعَلُ لَكُما سُلْطاناً فَلا يَصِلُونَ إِلَيْكُما بِآياتِنا أَنْتُما وَ مَنِ اتَّبَعَكُمَا الْغالِبُونَ[10]
Deməli, ümumiyyətlə sehrkarların sehrindən Allaha pənah aparmaq lazımdır.[11]
Yuxarıda bəyan olunanların məcmusundan aydın olur ki, sehri məhv edib aradan aparmaq üçün onu öyrənmək olar. Amma diqqət yetirmək lazımdır ki, camaatın sehr təsəvvür etdiyi şeylərin əksəriyyəti bir dəstə adamın xurafata və xəyali şeylərə həddindən artıq diqqət yetirməsi və bir dəstə adamın hazırkı şəraitdən sui-istifadə etməsindən irəli gəlir. Halbuki onların sehr barəsində məlumatı yoxdur. Bundan əlavə, sehrin müəyyən hissəsi insanın xəyal qüvvəsində təsərrüf etməklə bağlıdır – həzrət Musanın (əleyhis-salam) sehrkarlarla qarşılaşdığı zaman baş verən hadisələrdə olduğu kimi. Camaatın elm və agahlıq səviyyəsinin yüksəlməsi ilə bu kimi işlər təsirdən düşəcəkdir. Hər bir halda əgər doğrudan da sehr baş vermiş olsa, ondan xilas olmaq üçün rəvayətlərdə qeyd olunan dualardan istifadə etmək lazımdır. Əgər sehrdən qurtarmaq yalnız onu öyrənməklə mümkün olarsa, sehri batil etmək üçün sehrin özündən istifadə etmək caizdir. Əlbəttə, bu halda sehri öyrənmək o şəxslər üçün caiz olacaqdır ki, yoldan azmamalarına xatircəm olsun. Yəni onu öyrənmək müəyyən qeyd və şərtlər daxilində caizdir.
Allah sizə yar olsun.
———————————————————————————–
[1] “Taha” surəsi, ayə: 66
[2] “Əraf” surəsi, ayə: 116
[3] “Bəqərə” surəsi, ayə: 102
[4] Mərhum Əllamə Təbatəbai “Əl-mizan” təfsirində buyurur: “Sehr insanın hiss orqanlarında bir növ təsərrüfdür, belə ki, (sehr olunan) şəxs həqiqəti olmayan şeyləri eşidir və ya görür. (“Əl-mizan”ın tərcüməsi, 8-ci cild, səh. 275). O təsərrüflərdən biri insanların xəyal qüvvəsinə təsir qoymaqdır və buna “gözün sehr olunması” deyilir. Sehrin bu qismi danılmaz və təsiri doğrudur. (“Əl-mizan” təfsiri, 1-ci cild, səh. 368); “Təfsiri-nümunə”, 1-ci cild, səh. 379
[5] “Təfsiri-nümunə”, 13-cü cild, səh. 241
[6] “Vəsailuş-şiə”, bab 25, hədis 7:
مَنْ تَعَلَّمَ شَيْئًا مِنَ السِّحْرِ قَلِيلًا اَوْ كَثِيرًا فَقَدْ كَفَرَ وَ كَانَ آخِرَ عَهْدِهِ بِرَبِّه
“Təfsiri-nümunə”, 1-ci cild, səh. 380
[7] “Təhrirul-vəsilə”, 1-ci cild, səh. 498, məsələ 16
[8] Həmçinin “Məfatihul-cinan” kitabının haşiyəsində “sehri batil etmək üçün təviz” ünvanlı bir bölmə vardır.
[9] “Yunis” surəsi, ayə: 81-82; “Əraf” surəsi, ayə: 117-119
[10] “Qəsəs” surəsi, ayə: 35
[11] Rəziyəddin, Həsən ibni Fəzl Təbərsi, “Məkarimul-əxlaq”, Mirbaqirinin tərcüməsi, 2-ci cild, səh. 326-329
anar
01. Oct, 2015
Salam bir şey bilmek iseyirem
Qış vaxtı tez tez qusul alammıram çun soyuq olur ve tez xesdelenirem olar ki bedenin aşaqı terefini yuyub namaz qılım?
Admin
04. Oct, 2015
Bismillahir-rəhmanır-rəhim
Qüslü öz qaydasında almasanız, kifayət etmir.
Lakin, qeyd edək ki, əgər su işlətmək insanın ölümünə səbəb olsa, yaxud su işlətmək vasitəsilə onda bir eyib və ya xəstəlik əmələ gələrsə, yaxud xəstəliyi uzansa və ya şiddətlənsə, yaxud çətinliklə müalicə olacaqsa, gərək təyəmmüm etsin. Amma əgər suyun zərərini dəf edə bilsə, məsələn, suyu isitmək kimi, gərək bu işi etsin və dəstəmaz alsın, qüsl lazım olan vaxtda da qüsl etsin.
Allah bendesi
01. Oct, 2015
Salam. Eylenceli, heyrcan verici karusrllere minem olar? Yeni hallal eylence sayilir?
Admin
02. Oct, 2015
Salam. Eybi yoxdur.
Röya
30. Sep, 2015
Salam eleykum. Menim size suallarım var. Xahiş edirəm cavablandırardınız. Cüme namazinı evde tek qılmaq olarmı? 2 rüket Cüme namazi nece qılınır? Üzerimdeki qul haqqını ödemeye gücüm yetmirse? Başqa nece ödüye bilerem? Dinimizne buyurur?
Admin
02. Oct, 2015
Bismillahir-rəhmanır-rəhim
Cümə namazı camaatla qılınmalıdır.
Cümə namazı, sübh namazı kimi iki rəkətdir. Amma fərqi budur ki, cümə namazından əvvəl iki xütbə oxunur. Cümə namazı vacibi-təxyiridir. Yəni mükəlləf, cümə günü şərtlərin mövcud olduğu təqdirdə, cümə namazı və ya zöhr namazının hansı birini qılmaqda ixtiyar sahibidir. Əgər cümə namazını qılarsa, zöhr namazının əvəzindən kifayət edər. Cümə namazının vacib olmasının bir neçə şərti vardır:
1. Vaxtın daxil olması; cümə namazının vaxtı, zəval vaxtının ürfi baxımdan ilk bölümü sayılan qismidir. Belə ki, əgər cümə namazını bu vaxtdan gecikdirərsə, artıq onun vaxtı sona çatmışdır və zöhr namazını qılmalıdır.
2. Fərdlərin sayı, imamla birlikdə 5 nəfər olmalıdır. Əgər beş nəfər müsəlman cəm olmasa cümə namazı vacib olmaz.
3. İmamət şərtlərinə malik olan imamın olması. Camaat namazı bölümündə gələcəyi kimi, imam camaat, ədalət və digər sifətlərə malik bir imam olmalıdır. Əks təqdirdə cümə namazı vacib olmaz.
Cümə namazının düzgün olmasının bir neçə şərti vardır və bu şərtlər toplanmadıqda düzgün sayılmır. O cümlədən:
1. Camaatla qılınmalıdır, buna görə də fərdi qılınması düzgün deyildir.
2. Namazdan qabaq iki xütbə oxunmalıdır. Birinci xütbədə Allaha həmd-səna deyilib, təqvaya və günahlardan qorunmağa tövsiyyə edilərək Qurandan qısa bir surə oxunur. İkinci xütbədə də Allaha həmd-səna edib Rəsuli-əkrəmə (s.ə.v.v) və müsəlmanların imamlarına (on iki imam) salavat göndərməlidir. Müstəhəbb ehtiyat odur ki, mömin kişi və qadınların da Allahdan bağışlanmalarını istəsin. Xütbələrin namazdan əvvəl oxunması lazımdır. Əgər xütbələrdən qabaq namaza başlayarsa, düzgün deyildir. Xütbələrin zəvaldan əvvəl (zöhr namazından əvvəl) oxunması iraadlıdır.
Xütbə oxuyan imam xütbə oxuyarkən, ayaq üstə durmalıdır. Əgər oturan halda oxusa düzgün deyildir. Həmçinin, iki xütbə arasında azacıq oturaraq fasilə verməsi lazımdır. Belə ki, bu oturmanın qısa və müxtəsər olması gərəkdir. Xütbəni imam camaatın özü oxumalıdır.
Allaha həmd-səna etmək və Peyğəmbəri-əkrəm (s.ə.v.v) ilə müsəlmanların imamlarına (on iki imama) salavat göndərmək, ehtiyata əsasən ərəb dilində olmalıdır. Amma yerdə qalanların ərəb dilində olması şərt deyildir. Hətta əgər namazda hazır olanların çoxu ərəbcə bilmirlərsə, lazım ehtiyata odur ki, təqvaya dəvət etməyin hazır olanların dilində olması gərəkdir.
3. İki cümə namazı arasında olan məsafə bir fərsəxdən az olmamalıdır. Buna əsasən də bir fərsəxdən az bir məsafədə ayrı bir cümə namazı da qılınarsa, belə ki, hər ikisi də eyni zamanda başlanarsa, hər ikisi batildir. Amma əgər biri, hətta təkcə təkbirətül-ehramı o birindən əvvəl demiş olsa, birincisi səhih, ikincisi isə batildir. Bununla belə, əgər cümə namazı qılındıqdan sonra, bir fərsəxdən az bir məsafədə ondan əvvəl və ya onunla eyni zamanda ayrı bir cümə namazının da qılındığı aşkar olarsa, zöhr namazını qılmaq vacib deyildir. Zikr olunmuş məsafə daxilində bir cümə namazının qılınması, digər bir cümə namazına, yalnız özünün bütün şərtlərinə malik olub, düzgün olduğu təqdirdə maneəli olur. Əks təqdirdə mane olmaz.
Deniz Khan
28. Sep, 2015
bagislayin ama bir sualim daha var..deyilir ki 4cur yatmaq formasi var..sag sol uzuste ve arxasiuste..ve sol ve uzuste yatmaq gunahdir..ve seytanlar bele yatir..men qorxuram ve istemiremki bele bir gunaha batim..ama heccur arxasi uste yata bilmirem..ama uzuste yattiqda ozumu gunaha batirmis kimi hiss edirem..ama bu insanin oz elinde deyil axi..ister istemes yuxuya gettikden sonra yene ele yatir..xais deyerdiz bunun gunahi coxmu boyukdur?
ve birde toya getmek gunahdirmi..menim qardasimin toyu olacax..calgili ve ickili..ama toya gedende oynamiram..yeni getsem ama oynamasam yene de gunah olurmi..neticede qardasimdi..ve ailemin himayesindeyem..getmeyem mecburam…evvelceden sagolun..ve bele bir vesait yaratdiginiz ucun cox sagolun
Admin
02. Oct, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əlbətdə üzü üstə yatmaq günah deyil, məkruhdur. Hətta tibbi baxımdan da üzü üstə yatmaq insanın sağlamlığına ziyandır. İslamda olan müstəhəb və məkruhların tibbi və elmi səbəbləri var. Hər halda yuxuya getdikdən sonra əgər üzü üstə çevrilsə şəri baxımdan məkruh hesab olmur. Çünki yatmış insanın təklifi yoxdur.
Günah məclislərində iştirak etmək haramdır. Amma zərurət bunu tələb edərsə, zərurət miqdarında belə məclislərdə iştirak edə bilərsiniz və yaxud günah baş verməyən və günah hesab olunmayan yerlərdə əyləşə bilərsiniz.
Allah sizə yar olsun.
Deniz Khan
04. Oct, 2015
cox sagolun..Allah razi olsun
Deniz Khan
28. Sep, 2015
Salam..men birsey sorucacagiydim..bilmey istirem salvar geymek gunahdir?.men yeni yeni hicaba kecmisem..ve gunlerdir arasdirmadigim yer qalmayib..bezi yerde gunah oldugu deyilir ama ekser yerde mueyyen edeb qaydalarina riayet olundugu halda bir gunahin olmadigi deyilir..lakin tereddud ettiim bir sehife var..orda oxumusamki salvar kisi geyimi sayildigi ucun gunahdir..ve hetta sirf cadra geyilmelidi..yoxsa o qadin tesetturlu sayilmir..men cox istiyiremki hicabim dogru olsun..ve Allahin istemediyi bir seyi etmek istemerem..ama hecvaxt yubka geymediyim ucun mene cetindir..ama eger gunah olsa geymerem salvar..yeni sualim budurki eger butun exlaqi geyim sertlerine riayet etsek ve bos bir salvarin ustunden dize qeder geyim geysek hec bir xetasi yoxdurki?…cox sagolun
Admin
03. Nov, 2015
Bismillahir-rəhmanır-rəhim
Qadınlara hicab örtmək vacibdir. Hicab saçları və bütün bədəni – üz və biləyə qədər əllər istisna olmaqla – örtməkdən əlavə elə olmalıdır ki, bədənin qabarıq hissələrini örtsün və zinət sayılmasın. Demək, çadranın yerinə istifadə olunan geyimlər onun kimi olsa, eybi yoxdur. Lakin hər bir halda müsəlman qadın yaxşı olar ki, çadra geyinsin.
samire
28. Sep, 2015
Çox sagolun.Allah razi olsun
samire
28. Sep, 2015
Salam.men namaz qiliram ancag yoldasim icki icir.bilmek isterdim ickili biriyle eyni yatagi paylasmaq gunahdirmi? Bu menim namazlarimi batil edirmi.mene meslehet verin xahis edirem
Admin
28. Sep, 2015
Salam.
1.Eybi yoxdur.
2.Sizin namazınıza bir təsiri yoxdur. Çalışın sadə və mülayim yolla həyat yoldaşınızı başa salın.
Pervane
27. Sep, 2015
Salam.bele cixir ki men salonda ancaq hicabli xanimlara xidmet ede bilerem?xahiw edirem etrafli yazin.men onun meqsedinin ozunu namehreme gosterib gostermemek oldugunu hardan bile bilerem.
Admin
28. Sep, 2015
Salam. Hər hansı bir yolla sizin üçün sübut olsa kifayətdir. Bilməsəniz eybi yoxdur.
Pervane
25. Sep, 2015
Salam.men qadin sac ustasi kimi iwlemek isteyirem.ozum hicabliyam.bu iwin gunah olub olmamasini bilmek isterdim.yoldawimdan ayrilmiwam.iki uwagimi boyutmekcun mecburam bu iwle mewgul olmaga.
Admin
26. Sep, 2015
Salam. Öz özlüyündə eybi yoxdur. (Yəni, müştərinin məqsədi özünü naməhrəmə göstərmək üçün saçını düzəltdirmək və ya makiyaj etdirsə icazəli deyil)
Elem
19. Sep, 2015
Salam.Allah sizden razí olsun.Sulím bele olacaq .Bir nefer buxaltír isleyir isi ile baglí her gün yalan danísír namazda qílír deyir isime göre edirem ki isim yaxsí olsun indi namaz qílmír ki men yalan danísíram namazla yalan olmaz bu ne derecede düzgündür bele olar?Sag olun minnetdaram.
Admin
23. Sep, 2015
Salam. Namazı tərk etmək böyük günahdır. Ona görə də heç bir kəsə icazə verilmir ki namazı tərk etsin. Yalan danışmaq da böyük günahdır və möminə yaraşan sifət deyil. Çalışıb bu günahı tərk etsin və Allahın rəhmətindən məyus olmasın.
Admin
03. Nov, 2015
Bismillahir-rəhmanır-rəhim
Yalan haramdır və namaz vacibdir. Bunların bir-birinə aidiyyatı yoxdur. İnsana vacibdir ki, yalan danışmasın, istər namaz qılsın, istər qılmasın. Eləcə də insana vacibdir ki, namaz qılsın, istər yalan danışsın istərsə də danışmasın.
Elem
15. Sep, 2015
Salam. Koka kolaní içmek günahdír bes pepsini (spirtsizdir) içmek nece günahdír yoxsa yox?Bele bir sualím olacaq kredit götürüb bankdan evi temir etmek olar?Size tesekkür edirem sag olun sulímízí etraflí cavablandírírsíz.
Admin
16. Sep, 2015
Bismillahir-rəhmanır-rəhim
1. Tərkibində haram, yaxud murdar qatqı olmayan sualrın içilməsinin iradı yoxdur.
Qeyd edək ki, İsrail rejiminə xeyir verən şirkətlərin mallarının alqı-satqısı haramdır.
2. Əgər müzaribə, kreditlə mal satqısı və s. kimi şəri müamilələrin biri çərçivəsində olsa, eybi yoxdur və bunun şərtlərinə əməl etmək lazımdır. Əgər şəri müamilələr çərçivəsində olmasa, bank da dövlət və ya dövlətlə müştərək banklardan olsa, həmin məbləği məchulul-malik (sahibi məlum olmayan) mal ünvanı ilə götürün, sonra Ayətullah əl-üzma Sistaninin izni ilə həmin pulu özünüzə düzgün borc hesab edin. Həmin pulu kredit götürdükdə qeyd olunan qaydalara uyğun olaraq istfadə edin.Â
Əlbəttə, bank tərəfindən verilən pulun əslinin və əlavə gəlirinin sizdən alınacağını bilməyiniz, borca bir zərər yetirmir. (Bu o surətdədir ki, siz həmin məbləği məchulul-malik və Ayətullah əl-üzma Sistaninin izni ilə almış olasınız).
Qeyd: Ayətullah əl-üzma Sistani bu izni bütün möminlərə vermişdir.
Bu hökm islami banklara aiddir. Qeyri-islami banklardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc adı ilə deyil, qənimət adı ilə bankdan alıb, şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan təsərrüf etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsə belə.
Elem
11. Sep, 2015
Salam Evvelceden size minnetdaram.Bele bir sualím olacaq.Xristian bir adamla görüsende onun Teri Adama deyirse hemin adama qüsul düsür yoxsa yox.Xristiyan yeni rusun atasí Azerbaycanlí Anasí rusdur.Esitmisem rusun Teri murdardí bu düzdür yoxsa yox.Sag olun.
Admin
12. Sep, 2015
Salam. Qeyd etmək lazımdır ki, əgər atası müsəlmandırsa övladı da müsəlmandır və təri də pakdır.
Əlavə olaraq qeyd edək ki, xristianlar zatən murdar deyillər və buna tabe olaraq, onların təri də murdar deyil. Yalnız xaricdən bir murdarlıq dəysə onda murdar olar.
Əfsanə
17. Sep, 2015
Salam.Demək istəyirəm ki anam hicaba keçdi bəzi şeyləri bilmir yəni anam ətir vurur sprtli nətir mən o0nun günah olduğunu söyləyirəm amma məni uşaq adlandırır dinləmir in di istədiyim odur ki bu haqda bir kəlam hədis varsa onu yazın mən onu anama oxutdurmaq istəyirəm bəlkə onda mənə inana birdə onu demək istəyirəmki hicabı bağlayanda çənəyə qədər bağlamaq vacibdir
Admin
23. Sep, 2015
Salam. Siz mülayim və sadə dillə ananızı başa salmağa çalışın. Bundan artıq bir vəzifəniz yoxdur.
Bu kitabxanaya http://kitab.nur-az.com/az/ daxil olub çoxlu dini məlumatlar, o cümlədən hicab, iffət və digər əxlaq normaları haqqında bilgilər mövcuddur.
Fira
04. Nov, 2016
Salam,,,Xomeyni ne vaxtdan imam olub ki??????,gosterdiyiniz ssilkali saytda Imam xomeyni kitabi var ,,,Imam ancag mesumlardan ola biler,,,O da wielerin rehberi InwaAllah ki,Imam zaman (e.f) agadi
Admin
28. Nov, 2016
Salam. İmam – öndə gedən, rəhbər və s.
əfsanə
09. Sep, 2015
kəffarə nədeməkdir
Admin
10. Sep, 2015
Salam. Kəffarə şəri cəza deməkdir. Məsələn: Əgər bir şəxs müəyyən bir ilahi hökmü pozubsa, həmin günahın şəri cəzası ödənilməlidir. (kəffarəsi)
əfsanə
10. Sep, 2015
Salam. Kəffarənin mənasını hələdə tam anlaya bilmədim. Yəni bilmək istədiyim budur ki siz şərhlərin birində yazmısınız ki QƏZA ORUCUNU GƏLƏN RAMAZANA QƏDƏR TUTMALISINIZ .ƏGƏR GƏLƏN RAMAZANA QƏDƏR TUTMASANIZ GƏRƏK KƏFFARƏ VERƏSİNİZ.mən bunu bilmək istəyirəm cünki mənim özümün belə qəzam olub mən kəffarə verim .Əvvəlcədən təşəkkürlər
Admin
10. Sep, 2015
Kəffarə müəyyən əmrlərin pozulmasından ötəri təyin olunmuş cərimə formasıdır. Məsələn: Orucu bilərəkdən pozmuş şəxsin kəffarəsi (ödəməli olduğu cərimə) aşağıdakılardan ibarətdir.
1.Bir qul azad etmək
2.İki ay oruc tutmaq, bunun 31 günü fasiləsiz tutulmalıdır.
3.60 fəqiri doyurtmaq (onların hər birinə 750 qram buğda, arpa və bunlara oxşar qidalardan versə kifayətdir)
Yuxarıda yazdığımız kəffarə və ona bir nümunədir. Sizin sualınızın ikinci hissəsinə gəldikdə isə əgər bir kəs ramazan ayının orucunu səfər üzündən tuta bilməsə və gələn ramazana qədər də yerinə yetirə bilməsə qəzadan əlavə hər günü üçün fəqirə bir müdd (750 qram) təam versin.
Zəhmət olmasa siz qəza orucunuzun səbəbini və onu nə vaxta qədər tuta bilmədiyinizi konkret olaraq bizə yazın və biz də onun əsasında sualınıza cavab yazaq.
əfsanə
14. Sep, 2015
Salam.Nə üçün sualıma cavab yazmırsız
Admin
15. Sep, 2015
Salam. Ayətullah Sistaninin ofisindən sualınızın cavabı gəlməyib. İnşaallah gələn kimi sualınız cavablandırılacaq.
Elem
04. Sep, 2015
Salam sualın cavabını etraflı verdiyinize gôre minnettaram. Allah sizden razı olsun. Başqa bir sualım da olacaqdır. Bir neferin yoldaşı Meşhed-Kerbela ziyaretine getmeye qoyur. Amma xanımın atası icaze vermir. Atasına demeyib getmesi günahdırmı?
Admin
05. Sep, 2015
Salam. Ata-ananın icazəsinə ehtiyac yoxdur.
Cemale
01. Sep, 2015
Salam eleyke.Toyda gelinin evden vagzali havasi ile cixmasinin bir qebaheti var?
Admin
03. Sep, 2015
Bismillahir-rəhmanır-rəhim
Eyş-işrət məclislərinə uyğun musiqilər haramdır və ixtiyari halda ona qulaq asmaq da haramdır.
Elem
01. Sep, 2015
Salam. Oglanlara ve qizlara namaz nece yasdan vacib dusur ?
Admin
03. Sep, 2015
Bismillahir-rəhmanır-rəhim
Oğlan və qızlar büluğ həddinə çatdıqdan sonra namaz, oruc və s. kimi vacib təkliflərini yerinə yetirməlidirlər.
Büluğ həddi, qız uşağında hicri-qəməri tarixi ilə 9 yaşın tamam olub, 10 yaşına daxil olması ilədir. Qeyd edək ki, 9 il hicri-qəməri ili 3 ay və bir neçə gün miladi tarixindən azdır. (miladi tarixi ilə qızlar üçün büluğ yaşı səkkiz il, səkkiz ay iyirmi beş gün alınır).
Oğlan uşağında isə bu üç şərtdən biri ilə müəyyənləşir:
1. Övrətinin yuxarısına qalın tüklərin çıxması;
2. Spermanın xaric olması;
3. Qəməri ili ilə 15 yaşın tamam olması (miladi tarixi ilə on dörd il altı ay iyirmi gün).
Üzdə və dodağın üstündə (bığ yerində) qalın tük çıxmasının büluğ həddinə çatmaq nişanəsi olması uzaq deyildir, amma sinədə və qoltuq altında qalın tük çıxması, səsin qalınlaşması və buna bənzər şeylər, büluq həddində olmaq nişanəsi deyildir.
Cemale
31. Aug, 2015
Salam onceden tesekkurler.men bir qadinla padruqamin evine getmek isteyirem.amma padruqam gilde sican var ve hemin menimle geden qadin bunu bilmir.amma sicandan qorxur..padruqam tapsiribki ona bu barede hecne demeyim.indi menim vezifem nedir?
Admin
01. Sep, 2015
Əgər elə ciddi bir qorxusu yoxdursa, deməyə ehtiyac yoxdur.
Firengiz
30. Aug, 2015
Salam. Bir sualim olacaq men cox Şükr Namaz Qiliram 18 yawim yoxdur ve hele oktyabrda tamam olacaq In Sa ALLAH. Meni isteyen oglan universitete qebul olmagimi gozleyirdi ve Cox Şükr qebul oldum valideynlerimiz bilir, o haqda daniwiblar razidilar indi elcisini yollayacaq Qismet olarsa amma yenede onunla Daniwa bele bilmirem. Cunki goruwende Ister istemez qoluna girirsen, o senin elinden tutur deye istemirem goruwmek ve goruwendede cox soyuq davraniram. Hara gedirikse ayri gedirem, Eve getirmeyine bele qoymuram ve buna gorede aramizda cox davalar olur. Sadece ne qeder etsemde rahat ola bilmirem. Ne qeder elcisini yollasada axi halalim sayilmir. Aglimda qalir. Men onunla dini nigaha daxil olmaq isteyirem. Mene dediler eger isteyirsense gire bilersen daha dogrusu bele bir weyin oldugunu bilmirdim. Yani bele bir wey mumkundur? Gire bilerem? 18 yawin 2 aya tamam olmasi buna mane ola bilermi yaxud tamam olarsa bele buna icaze yoxdur? Yani eger olarsa o menim halalim sayilirmi onda? Bunu harda kesdire bilerik? ALLAH Razi Olsun
Admin
31. Aug, 2015
Atanızın izni ilə nikah bağlaya bilərsiniz və bundan sonra ər-arvad sayılacaqsınız və məhrəm sayılacaqsınız.
Aysel
29. Aug, 2015
Salam….. 1) Namaz qilarken edilen niyyetde mutleq ” Vaciben Qürbeten İllallah ” demeliyik? Olmaz ki, meselen Sübh Namazinda ” Allah rizasi ucun 2ruketli Sübh Namazi qilmaga niyyet etdim” deyim? ( Ele deyirem) …..
2) Namazda sozleri tez- tez dedikde Namaz batil olur?
3) Namaz qildiqdan sonra zikr etmek ve yaxud dua oxumaq vacibdirmi?
4) Hec bir narahatciliq olmadan ve hec bir yere telesmeden,bir sozle istediyimiz vaxt Zöhr Namazi ile Esr Namazini ve Megrib Namazi ile İşa Namazini hemin vaxt yeni derhal novbe ile qilmaq olarmi?
5) Qeza Orucunu ve Qeza Namazini istediyimiz vaxt qila bilerikmi?( Sübh Namazinin qezasi esasen) ….. İndiye qeder qilmadigim illerin Namazin qezasini qila bileremmi?
6) Eger başimi baglamiramsa Qildigim Namazlari ve Tutdugum Oruclari Allah qebul edermi?
7) Demek olar ki, here bir cur Namaz qilir yeni biri bir yerde bu duani deyirse o biri demir . Eger menim elimde sübut varsa( Namaz kagizi, Namaz kitabi) men ordaki kimi qiliramsa onda bunun bir Narahatciligi yoxdurki? …..
Bagişlayin bu qeder suala gore. Ureyimdeki suallari verdim indiden coox sagolun Allah razi olsun sizden, ne yaxwiki bele bir sehife acmisiniZ…..
Admin
01. Sep, 2015
Bismillahir-rəhmanır-rəhim
1. Məsələn “sübh namazı qılıram qürbətən iləllah” kimi niyyət etsə, kifayətdir. Sizin sualınızda qeyd etdiyiniz kimi niyyət etmək düzgün deyil.
2. Əgər tez-tez deyildikdə sözlər öz qaydasını itirməsə, eybi yoxdur. Əks halda düzgün deyil.
3. Vacib deyil, lakin namazın təqibini oxumaq təkid edilmiş müstəhəb əməllərdəndir.
4. Zöhr və əsr, məğrib və işa namazları arasında fasilə olmadan qılmaq olar.
5. Qəza orucunu gələn Ramazana kimi tutmalısınız. Əgər gələn Ramazana kimi tutmasanız, gərək kəffarə verəsiniz. Amma qəza namazını istədiyiniz vaxt qıla bilərsiniz. Lakin yaxşı olar ki, tez yerinə yetirəsiniz.
6. Əgər zahiri cəhətdən düzgün yerinə yetirsəniz, namaz və orucunuz səhihdir.
7. Namazı düzgün surətdə yerinə yetirməlisiniz. Amma qünut kimi duaların fərqli olmasının eybi yoxdur və hər kəs istədiyi duanı oxuya bilər.
Cemale
23. Aug, 2015
Salam tesehhudden sonra tekbir demek namazi batil edir? coxsagolun
Admin
23. Aug, 2015
Salam. Salamdan qabaq əgər bilərəkdən təkbir desəniz namazınız batildir.
Meherremova
13. Aug, 2015
Salam.
Qadin oz (muveqqeti eqdde olan) erine pul verse duzgundur? Islamda bunun hokmu nedir?
Admin
18. Aug, 2015
Salam. Şəri cəhətdən maneəsi yoxdur. Yenə də özünüz yaxşı tanıyırsınız.
Aygul
12. Aug, 2015
salam xais edirem sualima cavab verin.men hicab baglamaq isteyirem hicabi kimlerin yaninda aca bilerem ve hicabi baglayanda her hansi dua ve zikr edilirmi xais cavablandirin ve birdeqeza Namazlari nece qilinir ve heyzden (bagislayin)sonra qeza Namazlari nece qilinir?xais cavablandirin suallarimi.Allah razi olsun…
Admin
25. Aug, 2015
Bismillahir-rəhmanır-rəhim
1. Qadın, ona məhrəm olanların yanında hicaba riayət etməyə bilər. Qadın üçün məhrəm olanlar: atası, atasının və anasının atası və hər nə qədər yuxarı getsə, qardaşı və qardaşının oğlu, qardaşı oğlunun oğlu və hər nə qədər aşağa getsə, bacısının oğlu, bacısı oğlunun oğlu və hər nə qədər aşağa getsə, öz oğlu və oğlunun oğlu və hər nə qədər aşağa getsə, əmisi və dayısı, ata və anasının əmiləri və dayıları, əri və ərinin atası (qayınatası). Bunların yanında hicaba riayət etmədən gəzə bilər. Hərçənd ki, hicaba riayət etməsi yaxşıdır. Bunlardan başqa kişilər qadın üçün naməhrəmdirlər və onların yanında hicaba kamil surətdə riayət etməsi vacibdir.
2. Hicab bağlamaq üçün sifariş olunmuş xüsusi bir dua yoxdur. Lakin yaxşı olar ki, Allahdan həmişə hidayət və daim Allahın yolunda sabitqədəm qalmaq istənilsin.
3. Qəza namazları qəzaya getdiyi formada qılınır. Heyz olan qadının namaz qılması icazəli deyil və heyzdən paklandıqdan sonra qüsl verib namazlarını davam etməlidir. Heyz zamanı qəza getmiş namazlarının qəzası yoxdur.
Aysel
11. Aug, 2015
Zehmet olmasa sualima cavab yazardizda…..
Admin
11. Aug, 2015
Salam. Sualınız inşaallah tezliklə cavablandırılacaq.
Cemale
11. Aug, 2015
Salam onceden tesekkurler.Eger bir qadin ailelidirse,heyat yoldasi her hansi bir ziyarete getmeye icaze verirse,amma atasi halalliq vermirse gede biler ya yox?
Admin
11. Aug, 2015
Salam. Bu məsələdə həyat yoldaşının icazəsi olmalıdır. Ata-ananın icazə verib-verməməsi önəmli deyil.
Ferid
09. Aug, 2015
Salam Aleykum hicabli xanimin sekil cekdirib internetde paylasa bilermi?
Admin
18. Aug, 2015
Fəsada (günaha) düşmək qorxusu olarsa – adətən də belədir – icazəli deyil.
Aysel
07. Aug, 2015
Salam. Bagiwlayin narahat etdim menim ne vaxtdandi vermek istediyim bir sual var. Namaz qilarken en son ruketde Teşehhüdde, oturarken Salavatdan sonra men hemişe ” Allahume inni euzi bike min ezabi cehennem ve min ezabil qebr ve min fitnetil mehye vel memeti ve min şerri fitnetil mesihid deccel” duasini deyirem , oyrendiyim Namaz kagizinda da Salavatdan sonra bu duadi. Amma deyirlerki Salavatdan sonra ” Rabbena atina fid dünya haseneten ve fil ahirati haseneten ve kina azaben Rabbenağfirli ve livalideyye ve lil mü’mine yevme yekumül hısab” duasini demelisen . Bilmek isteyetdimki hansini demeliyem? Men oxudugum duadan sonra Salam ve Namaz bitir….. Hansi Duanı desem Namaz duzgun olar? …..
Admin
12. Aug, 2015
Salam. Təşəhüddən sonra – və tətəqəbbəl şəfaətəhu vərfə dərəcətəh – duasından başqa heç bir dua və ya zikr oxumayın.
Aysel
13. Aug, 2015
Teşehudden sonra yox ele Teşehudde. Yeni oturarken Salavatdan sonra Salamlara qeder hansi dualari oxumaliyam?…..
Admin
13. Aug, 2015
Namazın ikinci rəkətində – “Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd.” – dedikdən sonra – və tətəqəbbəl şəfaətəhu vərfə dərəcətəh – demək kifayətdir. Artıq heç nə demək lazım deyil
Elnur
03. Aug, 2015
Salam Aleykum.Siz Yzmisizki Atadan icasesiz kebin kestirmek olmaz.Bes Sige eleyedede Atadan icaze Alinmalidi.Birde sigeni kimle ede bilersen?meselcin taniw olduqun bir qizla elemek olarmi?ve cinsi elaqe yox sadece o qixla elinen tutmaq icinde sige elemey olarmi?
Admin
04. Aug, 2015
1. Əqdin daimi yaxud müvəqqəti olmasından asılı olmayaraq, qız bakirə olduğu surətdə onun izdivac etməsi üçün atasının (yaxud ata tərəfindən olan babasının) izni şərtdir.
2. Ərli, yaxud başqasının iddəsində olmayan qadınla daimi yaxud müvəqqəti əqd icazəlidir.
Cemale
02. Aug, 2015
Salam tesekkurler onceden.eger bir qadindan az miqdarda meni xaric olarsa,boynuna cenabet quslu dusur?
Admin
03. Aug, 2015
Qadınlarda şəhvətlə çıxan, “inzal” adlana biləcək həddə olan və libaslarını aludə edən, adətən də şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət murdardır və cənabətə səbəb olur.
xeyal
27. Jul, 2015
Salam eleykum. Oruc tutduqum zaman heyat yoldasimin eli mene deyse orucum batil sayilir? minnettaram
Admin
31. Jul, 2015
Salam. Xeyr, batil etmir.
Aygul
26. Jul, 2015
Bismillahir-rəhmanır-rəhim
Salam.Menim 13 yasim var men Hicab baglamaq isteyirem.Olarmi?Namaz qilmaq,Oruc tutmaq,Hicab baglamaq isteyirem.Ve pulum olduqca kasiblara ehtiyaci olduqlarini almaq isteyirem.
Admin
26. Jul, 2015
Salam. Namaz, hica, oruc artıq sizə vacibdir.
imkansızlara əl tutmaq Allah yanında bəyənilən əməldir və çoxlu savabı vardır. Həm bu dünyanız üçün həm də Axirətiniz üçün faydalıdır.
Cemale
22. Jul, 2015
Salam onceden tesekkurler..bir nefer fitr bayrami gunu fitre cixartmagi unudub..indi cuxarda biler? cixartmagi duzgundur? etrafli yazardiniz xais edirem.bunun orucuna tesiri var?
Admin
26. Jul, 2015
Bismillahir-rəhmanır-rəhim
Hər vaxt yadına düşsə, fitrəni çıxarsın.
xeyal
20. Jul, 2015
salam eleykum.Insan sehid olubsa, onun yeri heqiqetenmi cennetdir? saqol
Admin
31. Jul, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Peyğəmbər Əkrəm (s) buyurur: Şəhiddən axan ilk qan damlası ilə bütün günahları bağışlanır, boynunda olan borcdan başqa.
Şəhidin qəbr sıxıntısı olmur və şəhid bərzəxdə ilahi nemətdən pəhrələnir.
Peyğəmbər (s) buyurub: Şəhid cənnətə gedən ilk şəxsdir.
Şəhidin şəfaət etmək haqqı var.
Allah-təala şəhidlə müamilə edir və onun canının qarşılığında cənnəti verir.
Tövbə surəsi ayə 111. Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Qur’anda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!
Allah sizə yar olsun.
Sehla
17. Jul, 2015
Salam.aleykum men bir sey sorusmaq isteyirem.hicabli xanim oz sacini kesdirib her hanso gozellik salona vere ve yaxud sata biler?
Admin
20. Jul, 2015
Bismillahir-rəhmanır-rəhim
Əgər öz ardınca fəsad gətirməsə, öz-özlüyündə eybi yoxdur.
Cemale
16. Jul, 2015
Salam onceden tesekkurler..iki sualim vardi zehmet olmasa cavablandirardiniz..1)terkibinde spirt olan dermani icmek olar? hekim yazib 2)bir evde hem ogul hem ata isleyir.fitre pulunu her ikisi vermelidi yoxsa yarisini biri yarisini biri? yoxsa tek biri?
Admin
20. Jul, 2015
Bismillahir-rəhmanır-rəhim
1. Əgər həmin xəstəliyin əlacı üçün onu əvəzedici dərman tapılmasa, onda içə bilər.
2. Fitrəni ailənin başçısı ödəməlidir. Gəliri olan kəs öz fitrəsini özü də ödəyə bilər.
sebine
16. Jul, 2015
Salam Aleykum bir sualim olacagdi,duzdu butun muctehidlerimiz yaxwidi ama en mesleetlisi sistani aadi deyirler men hnsi secim komeye gore coxsagolun
Admin
22. Jul, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam.
Müctəhid və ələmi üç yolla tanımaq mümkündür:
1. İnsanın özü yəqin etsin; məsələn, insanın özü elm əhli olub müctəhid və ələmi ayırd edə bilsin.
2. Müctəhid və ələmi tanıyan iki adil alimin, bir şəxsin müctəhid və ya ələm olduğunu təsdiq etmələri ilə; yalnız bunlar kimi başqa iki adil alim, bunların sözlərinin əksini söyləməməsi şərti ilə; hətta bir şəxsin müctəhid və ya ələm olmağı, insanın inamı və etimadı olan xübrə (mütəxəssis) bir şəxsin sözü ilə də sübut oluna bilər.
3. İnsan əqlin qəbul etdiyi yolla bir şəxsin müctəhid və ya ələm olmasına xatircəm olsun. Məsələn, müctəhid və ələmi tanımağa qadir olan və sözlərindən xatircəmlik hasil olan bir dəstə elm əhlinin bir şəxsin müctəhid və ya ələm olduğunu təsdiq etmələri ilə.
sebine
16. Jul, 2015
salamun Aleykum beli gait namazi batil edir
Admin
20. Jul, 2015
Sualınız aydın deyil.
xeyal
16. Jul, 2015
Salam.ayaq aqradiqda namazi oturaq veziyyetde qilmaq gunahdirmi?
Admin
19. Jul, 2015
Salam. Xeyr, əgər ayaq üstə qıla bilmirsinizsə oturaq qılın.
Elton
15. Jul, 2015
Bismillahir rahmanir rahim.Salam menim size2 sualim olacaq.1-cisi siqaret ceken adam destamazdi olurmu?2-cisi ise Ramazan bayrami ayin necesidir?
Admin
19. Jul, 2015
Salam. Siqaret dəstəmazı batil etmir.
huseynciler
14. Jul, 2015
Salam Sistani ağanın risalesinde 145ci sualda yazılıb ki destamaz mededen bir şey xaric olmasına yeqinliyi olmayınca batil olmur
Ve…
329cu meselede yazılıb ki
Mede ve bağırsaqdan gelib ğaitin mexrecinden çıxan yel desdamazı batil edir
Zehmet olmasa cavablandırardız geyirmek desdamazı batil edir yoxsa yox
İndiden teşekür edirem
Admin
14. Jul, 2015
Aleykum Salam. Xeyr, batil etmir. Yeldən məqsəd 329-cu məsələdəki nəzərdə tutulur.
namiq
12. Jul, 2015
ALLAH sizden razi olsun sagolun…..
namiq
11. Jul, 2015
Salam…1sualim var…men namaz qilmiram.amma sevdiyim qiz namaz qilir dine baglidi.sevgili olmurki gunahdi..men indi onlara elci gede bilmirem.amma Allah qismet elesin niyyetim ciddidi 1ile elci gedecem.qiz atasindan molla kebini ucun icaze ala bilmir melumdu.nece ede bilerikki ayrilmayaq ama gunah olmasin.gizli molla kebini kesdire bilerikmi?ya tek ananin raziligiyla olarmi?
Admin
12. Jul, 2015
Bismillahir-rəhmanır-rəhimÂ
Əleykumussalam. Sizin gizli surətdə danışmağınız və hər hansı bir rabitə qurmağınız gühandır. Bu günah və haramdan uzaqlaşmaq üçün ya elçi getməlisiniz, ya da qızın atasının, yaxud babasının (ata atasının) icazəsi ilə kəbin kəsdirməlisiniz. Başqa çıxış yolu yoxdur.
Əbu_Turab
11. Jul, 2015
Salam Aleykum.Islamda 4 daimi nikaha,eqde,izdivaca icaze verilir eyni zamanda Muveqqeti kebine de ,Bilmek isterdim hansi hallarda diger qadinla kebin baglamaq ucun daimi nikahda oldugun qadinin icazesi olmalidi? veya icazesi olmalidirmi?
Admin
12. Jul, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Ər dörd aydan çox öz cavan daimi zövcəsini tərk edə bilməz. Amma əgər yaxınlıq etməyin ona zərəri və ya çox çətinliyi olarsa, ya qadın özü onun tərk olunmasına razı olsa və ya izdivac əqdi vaxtı onu tərk etməsini qadına şərt qoysa, tərk edə bilər. Vacib ehtiyata əsasən, bu hökmdə kişinin vətəndə və ya səfərdə olmağının bir fərqi yoxdur. Deməli, vacib ehtiyata görə, zəruri olmayan səfəri üzrlü səbəb olmadan və zövcəsinin razılığı olmadan dörd aydan artıq davam etdirməsi icazəli deyil.
Kitab əhli olan qadınlarla müvəqqəti nikah icazəlidir. Lakin müsəlman zövcəsi olan kişi, əgər kitab əhli olan qadınla müvəqqəti nikah bağlalamaq istəsə, vacib ehtiyata görə öz zövcəsinin razılığını alsın. Ehtiyat odur ki, zövcəsi razı olsa da, onlarla evlənməsin.
Ceyla
11. Jul, 2015
Salam..xaiw edirem sualimi cavablandirasiz…men namaz qiliram inwAllah hicabada kececem bugunlerde.sevdiyim oglan var…niyyetimiz ciddidi.InwAllah evleneceyik tebiiki Allahin izniyle..
1)men onunla ne derecede sohbet ede bilerem goruwe bilerem?
2)valideynim kebin kesdirmeye icaze vermeyecek atam yeni..anamin icazesiyle olarmi?
3)anamda icaze vermese gizlin kebin kesdire bilerik? ALLAH yaninda gunahsiz olmaga caliwiram.indiden coxsagolun
Admin
12. Jul, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. 1) Xeyr, görüşə bilməzsiniz. Yalnız atanızın, yaxud babanızın (ata atanın) icazəsi ilə görüşə bilərsiz. 2) Xeyr, ananın icazəsi yetərli deyil. 3) Gizlin kəbin kəsdirmək olmaz və əgər gizlin kəsdirilsə, həmin kəbin qüvvədə olmaz və siz günaha batarsınız. Məhz günaha düşməmək üçün ata, yaxud babanı razı salmalı və kəbin kəsdirməlisiniz.
Ramida
10. Jul, 2015
Salam. Bir sualim vardi..qeder gecesinde niyyet edib oturub ama agri tutub agriya dizmeyib ve ya yorgunluga dozmeyib yatmaq gunahdir? Onda edilen dua qebul olmur gunah sayilir?
Admin
10. Jul, 2015
Salam. Xeyr günah deyil. Hər nə qədər iştirak etmisiniz Allah qəbul edər inşaAllah.
Maleyka
09. Jul, 2015
Salam. Hicabli qadinlarin ozunun emisi, dayisi, babasi yaninda hicab taxmagi vacibdirmi?
Admin
09. Jul, 2015
Aleykum Salam. Sadaladığınız insanlar sizə məhrəm sayılır. Onların yanında hicablı olmağa ehtiyac yoxdur.
Maleyka
09. Jul, 2015
Teshekkurler. Allah razi olsun.
Cemale
08. Jul, 2015
Salam onceden tesekkurler.Namazi oturan halda qilan şexs Şam ve Subh namazini nece qilmalidi?xais edirem etrafli yazardiniz.
Admin
10. Jul, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Oturan halda namazı qılan şəxs rukuya gedərkən bir az əyilməli, səcdələri edərkən isə qabağında bir stul olmalıdır ki, alnını səcdə üçün həmin stulun üstündə olan möhürə qoysun.
Cemale
10. Jul, 2015
Bes namaz oldugu kimi qalir yoxsa 2defe artirilir? mes 4 ruketlileri 8
Admin
11. Jul, 2015
Namaz olduğu kimi qalır. Namazı heç bir halda artırıb azaltmaq (səfər namazından başqa) olmaz. Allah köməyiniz olsun inşaAllah.
Aysel
06. Jul, 2015
Salam menim nenem deyir ki, Destemazdan evvel gerek ayaq yoluna getmelisen sonra Destemaz almalisan bu dogrudurmu?
Admin
07. Jul, 2015
Aleykum Salam. Əgər ehtiyac varsa getmək lazımdır. Qeyri surətdə dəstəmazdan öncə ayaq yoluna getməyə ehtiyac yoxdur.
ceferiler
30. Jun, 2015
Salam ramazan ayının niyrtin necur etmek lazımdır
Admin
01. Jul, 2015
Salam. Niyyət o deməkdir ki insan bilsin nə iş görür. Niyyəti dilə gətirib gətirməmək önəmli deyil. Əgər sizin fikrinizdə mübarək ramazan ayını oruc tutmaq varsa , bu niyyət deməkdir.
gunka
30. Jun, 2015
salam orux tutarken aqizi yaxalamaq olar?
Admin
01. Jul, 2015
Salam. Bəli, suyu utmamaq şəti ilə.
Meheddin
01. Jul, 2015
Gunduz vaxti yatmaq gunahmidir?
Admin
01. Jul, 2015
Salam. Xeyr günah deyil. Mübarək ramazan ayında yatmaq da ibadət sayılır. Bu o demək deyilki bütün günü yatmalısınız. Sadəcə Allah-Taala ramazan ayının digər 11 aydan fəzilət və üstünlüyünü bildirir.
gunka
30. Jun, 2015
Namaz qilmaq isteyiremm ama hereketlerin bilmirem mene oyrede bilersiz? xahw edirem cavab yazin
Admin
01. Jul, 2015
Salam. İnternet vasitəsilə öyrətmək çətin olduğu üçün yaxşı olar ki, dini dükanlardan namaz kitabını alıb öyrənəsiniz. Namaz kitablarında aydın şəkildə öyrədilir. Allah köməyiniz olsun!
sevda
29. Jun, 2015
salam.. orucluyken toyuq kesmek orucu batil edilmir?
birde umumiyetle tonaq ustunden atlanmaq gunahdirmi?
Admin
30. Jun, 2015
Aleykum Salam. Xeyr, toyuq kəsməyin maneəsi yoxdur.
İkinci sualınız aydın deyil.
adsiz
29. Jun, 2015
Salam.evvelceden tesekkurler..Cox uzr isteyirem verdiyim suala gore,amma vacibdi bunu bilmek.heyzden 1 2 gun qabaq gelen sari rengli maye heyzden sayilir? yoxsa istihazedi? yeni orucluq vaxti orucu pozur?
Admin
30. Jun, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Əgər soyuqdəymə, yaxud başqa bir xəstəliyə görədirsə, heç birindən deyil. Lakin adi halda gələn bu maye istihazədən sayılır. Dəstəmaz alıb namaz qılmalı və orucunuzu tutmalısınız.
Abbasova
28. Jun, 2015
Salam, hicabli olarken ve namaz qilarken (ondan evvel ve sonra) dirnaga boya cekmek olar boyali dirnaq olar?
Esirin vaxtnda ve ya zohrle esirin arasinda her ki namazi birlewdirib qilmaq olar? Qezaya duwmurki?
Ve birde namazin ozuyle qezasi ne ferq var? Indiden ️tewekkurler
Admin
30. Jun, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. 1) Dırnağa boya çəkmək zinət hesab olunur. Əgər dırnağa boya çəksəniz, naməhrəm görərsə, sizə günah sayılar və haramdır. Bunun üçün ya əlcək geyməli, ya hər hansı bir yolla zinətinizi ondan gizlətməlisiniz. Həmçinin dəstamaz almaq üçün boyanı təmizləməlisiniz, çünki boyalı vəziyyətdə dəstəmaz alınsa, batildir. 2) Hər namazın məxsus və müştərək vaxtları vardır və namazlar heç baxt birləşdirilib qılınmır və necə ola bilər ki, iki namazı birləşdirib qılasan? Dinimizdə belə bir hökm də yoxdur. Sadəcə iki namaz arasında fasilə azalır. Sizin dediyiniz “birləşdirmə” deyil, sadəcə bir namazdan sonra digərinin qılınmasıdır və dinimiz də buna icazə verir. Əhli sünnə kitablarından mötəbər sayılan “Səhihul Muslim” kitabında da bir namazın qılınmasından sonra növbəti namazın qılınması haqqında hədislər mövcuddur. Deməli, aydın olur ki, məsələn, zöhr namazından dərhal, yaxud bir saat sonra, yaxud üç saat sonra ta günbatana kimi əsr namazını qıla bilərsiniz. Diqqət etmək lazımdır ki, əsr namazını zöhrün məxsus vaxtında, həmçinin zöhr namazını isə əsrin məxsus vaxtında qılmaq olmaz. 3) Fərqi yalnız niyyətdədir.
Elnare
27. Jun, 2015
Salam uzur isdeyirem sualim bele olacax men hicabdayam ve men kimlerin yaninda bawimi aca bilerem yani qardawimin atamin yaninda acsam olarmi xaiw sualima cavab veresiz mene dediler olar qardawimla atamin yaninda hicabimi cixarmaq ama qohumlar yaninda olmaz..
Admin
28. Jun, 2015
Salam. Sizə məhrəm olanlar:
Ata, qardaş, əmi, dayı, həyat yoldaşı, qayınata, öz oğlan övladlarınız və müsəlman xanımlar. Bunlardan qeyrisi sizə naməhrəm sayılır, eləcə də qeyri-müsəlman xanımlar.
Abbasova
26. Jun, 2015
Salam bir soz soruwum. Hicabli xanim makyaj etse olarmi? Ve birde nazik kapron corablardan istifade etmesi duzgundurmu? Yay yaz vaxtlari ayaqabilarin ustu aciq olur bu zaman ayaq gorsense ne olar?
Admin
27. Jun, 2015
Salam. Əgər xanım makyaj etdikdən sonra naməhrəm onu görərsə günahdır.
Həmçinin nazik kapron corablardan istifadə və ayaqqabıdan ayağının üstünün görünməsi də günahdır.
gulum
26. Jun, 2015
salam oruclu halda insanin hali deyiserse basi agriyarsa ve bu uzden orucu acarsa onun qezasi nece gun olur?birdeki seyahete cixarken oruc tutmaq olarmi?eger olmazsa o orucun qezasi nece gun olur
Admin
27. Jun, 2015
Salam. Neçə gün xəstə və hər neçə gün səfərdə olmusunuzsa həmin sayda orucun qəzası yerinə yetirilməli və hər gününə 750 təam (kəffarə) verməlidir.
Aysel
26. Jun, 2015
Salam….. Men gunde 5 defe Namaz qiliram. Eger dersim ve hazirliqlarimnan elaqedar olaraq 5 yox 3 defe birlewdirib qilsam olarmi?
Admin
27. Jun, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Əvvələn qeyd edək ki, gündəlik vacib namazlar üç yox, beşdir. İkincisi, Əhli beyt (ələyhimussalam) məktəbinin ardıcılları həmişə beş namaz qılıblar və həmişə də belə olacaqdır. Üçüncüsü, hər namazın məxsus və müştərək vaxtları vardır. Dördüncüsü, namazlar heç baxt birləşdirilib qılınmır və necə ola bilər ki, iki namazı birləşdirib qılasan? Dinimizdə belə bir hökm də yoxdur. Sadəcə iki namaz arasında fasilə azalır. Sizin dediyiniz “birləşdirmə” deyil, sadəcə bir namazdan sonra digərinin qılınmasıdır və dinimiz də buna icazə verir. Əhli sünnə kitablarından mötəbər sayılan “Səhihul Muslim” kitabında da bir namazın qılınmasından sonra növbəti namazın qılınması haqqında hədislər mövcuddur. Deməli, aydın olur ki, məsələn, zöhr namazından dərhal, yaxud bir saat sonra, yaxud üç saat sonra ta günbatana kimi əsr namazını qıla bilərsiniz.
Aysel
27. Jun, 2015
He cox sagolun ele mende derhal sonra qilmagi nezerde tutmuwdum birdeki bagiwlayin bir daha narahat edirem men ardicilliqla Orucumu tuturdum ama bu gun imsaka qalxa bilmedim yeni duranda artiq vaxtdan kecmiwdi . Men Orucumu davam ede bileremmi?
Admin
27. Jun, 2015
Bəli. Allah qəbul etsin!
Qoshqar
26. Jun, 2015
Salam.Oruc tutarken oglan qizin elini tuta bilermi?
Admin
26. Jun, 2015
Aleykum Salam. Əgər məhrəm olsalar maneəsi yoxdur.
Əziz
24. Jun, 2015
Salam qadın quran oxuyarkən başını bağlamalıdı?və birdə qurani kərimi telefonda oxumaq kitabdan oxumağkimi müsteheb əməl kimidi?
Admin
25. Jun, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. 1) Başını bağlamaq vacib deyil, lakin yaxşı olar ki, bağlasın. 2) Qurani-Kərimi istər kitabdan, istərsə də telefondan oxumaq müstəhəbdir.
Ramida
23. Jun, 2015
Salam…xahiw edirem sualimi cavablandirardiniz…men oruc tuturam ve men imsak ve iftar vaxtlarini almisam amma hec biri azanla uygun telmir ve men iftarimi azandan evvel acdim. Bilmek isterdim gunah deyil ki? Qezasini tutmaliyam ya nece? Ve ramazan ayini sonacan oruc tutmaq isteyirem Allahin izniyle inshAllah amma bir dini sehifede yazilib ki ramazan ayinin ilk uc gunu tutarsanizsa orucu bir aya beraberdi ve savabi bir aydan coxdur…xahiw edirem sualimi aydinlawdirmaga kmek edesiniz….
Admin
25. Jun, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Azan vaxtlarını bu linkdən http://www.islamazeri.az/image/namaz/6.jpg istifadə edə bilərsiniz. Əgər təhqiq etmədən orucu vaxtından əvvəl pozmusunuzsa, onda ya iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalısınız. Əgər bunlar sizin üçün mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, bu da mümkün olmasa, istiğfar etməlisiniz. Amma vacib-ehtiyata əsasən hər vaxt imkan olsa, kəffarəni ödəməlisiniz. Hər bir müsəlmana Ramazan ayının bütün günlərini tutmaq vacibdir. Hədisdə savabın dərəcəsi bildirilir.
Pervane
20. Jun, 2015
Salam.men yoldawimdan resmen bowanmiwam.sebeb onun ailesine mesuliyyetsizliyi olub.o ise talagimi vermir.men ne etmeliyem.Mene sahib cixan biriyle yeniden aile qura bilmirem.ozu de alimentini vermir. Xahiw edirem cavab yazin.
Admin
22. Jun, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Birinci növbədə vasitəçi tutmaqla olsa belə məsələni sülh yolu həll edin və ondan talaq üçün icazə alın. Əgər bu da mümkün olmasa, müctehidə və ya onun nümayəndəsinə nüraciət edib məsələni deyin.
Leyla
19. Jun, 2015
Salam. Oruc tutarken oglan qizi yanagindan operse qizin orucu batildirmi?
Admin
21. Jun, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Oruc batil deyil, lakin qız və oğlan bir-birinə naməhrəmdirsə, onda günah etmiş olurlar.
kerem
18. Jun, 2015
salamaleykum,basa sac ekdirmek destemaz ve qusle mane olur?Mane olursa ne etmeli?
Admin
21. Jun, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Xeyr, heç bir maneçiliyi yoxdur.
Aygun
18. Jun, 2015
salam orucluq ayiniz mubarek menim oglum dunyaya gelib lakin 40 gunluyu cixmayib usagi gormek isteyen ohum gele biler yoxca gunahdi
Admin
21. Jun, 2015
Aleykum Salam. Allah oğlunuzu saxlasın. İslamda belə bir şey yoxdur. Heç bir maneəsi yoxdur, günah deyil gələ bilərlər.
Ramida
11. Jun, 2015
Salam aleykum…menim bir sualim var xahis edirem cavablandirardiz…men universitete hazirlasdigim erefede catdira bilmediyime gore ve xarici olkeye oxumaga getdiyime gore mescidde axundla daniwib namazimi saxlamiwdim mene didi ki islamda qeza yoxdur men ne etmeliyem qilmaliyam ya qilmasam gunahdirmi?Birde xesteliyim ucbatindan ayaqlarimda ve ureyimde problemim var diye qila bilmedim…artiq on bir ildi qiliriam ama indi qiliram boguluram ureyim tab getirmir cox istiye ne de herwkete men ne ese bilerwm.men bir meslehet vererdiniz xahiw edirem…
Admin
13. Jun, 2015
Salam. Namaz qılmaq vacibdir və onu tərk etmək heç cür icazəli deyil və böyük günahdır. Namaz iman və küfrün meyarıdır. Əgər biməməzlik və ya hər hansı səbəbdən namazınızı tərk etmiş olsanız onun qəzasını yerinə yetirmək sizin üçün vacibdir.
Cemale
09. Jun, 2015
Salam evvelceden tesekkurler.kecen Ramazandan 10 gun qezam var.indi tutmaga başlasam bu Ramazana girecek..2 3 gun qeza qalacaq onu ne edim?
Admin
10. Jun, 2015
Aleykum Salam. Qalanını da inşaAllah ramazan ayından sonra yerinə yetirərsiniz. Allah ibadətlərinizi qəbul etsin inşaAllah!
Cemale
10. Jun, 2015
Keffaresi yoxdurki??
Admin
11. Jun, 2015
Salam. Xeyr, kəffarəsi yoxdur.
Nergiz
09. Jun, 2015
Salam. Burda oxudugma görə namaz qılıb hicab bağlamamaq günahdır. Mən uşağlığdan bəri yəni özümü bildim biləli evdəkilər namaz qılır məndə qılıram. ama təhsildə icazə vermirlər hicaba. məndə hal hazırda universitetdə oxuyuram. Bildiyimə görədə Allah bizə elm öyrənməyi vacib buyurub. Mən təhsilimdə ata bilmədim İbadətimidə. Bunada görədə təhsili bitirdikdən sonra Hicab bağlamaq istəyirəm. İndi mənim namazlarım qəbul deil?? İndidən Təşəkkür edirəm.
Admin
11. Jun, 2015
Salam. Hicab dinin zəruri məsələsindəndir və ona riayət etmək çox vacib və önəmlidir. Elm öyrənmək kifayi vacibdir yəni başqaları elm oxumaqla məşğul olursa sizin üçün vacib deyil. Hicab isə eyni vacibdir. Yəni mütləq ona riayət etməlisiniz.
Cemale
08. Jun, 2015
Salam..onceden tesekkurler.Bir nefer saxta diplomla isleyir..aldigi pul haramdi?
Admin
22. Jun, 2015
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Saxta diplom aldığına görə günahkardır. Əgər aldığı zəhmət haqqı işinə uyğundursa, yəni aldığı pulun müqabilinə uyğun verilirsə, maneəsi yoxdur.
gulum
04. Jun, 2015
salam bu ayin 17si niyet axsamidir nece niyyet edilmelidir???
Admin
06. Jun, 2015
Salam. Sualınız aydın deyil.
gulum
08. Jun, 2015
yeni oruclug girir bu ay 17siniyyet edilir deyirler 18si oruclug baslayir duzdur?nece niyyet edilmelidir?onu sorusuram
Admin
11. Jun, 2015
Salam. Təqribən 18 iyuna keçən gecə niyyət axşamıdır. Lakin bu ayın görsənməsinə bağlı olduğu üçün 17 yaxud 19-u axşamına da düşə bilər. Hər halda həmin ərəfələrdə bu mövzunu diqqətdə saxlamaq lazımdır.
Cemale
04. Jun, 2015
Salam evvelceden tesekkurler.bir nefer var restoranda isleyir..icki meclislerinde avsyant isleyir.ordan aldigi pul halaldir?
Admin
06. Jun, 2015
Salam. Spirtli içkilər və haram qidalarla əlaqəli bütün işlər haramdır və onun müqabilində alınan haqq da haramdır.
ulviyye
02. Jun, 2015
hicabli denize getmey olar?
Admin
04. Jun, 2015
Bismillahir-rəhmanır-rəhim
Əgər günaha düşmək qorxusu olmasa, eybi yoxdur.
huseynciler
30. May, 2015
Salam bir xanım kamil şekilde çadrasını örtür bezey eşyası olaraq sürme eynek bir de linzadan isdifade edir bunların isdifadesine dinimiz icaze verirmi.
Admin
30. May, 2015
Aleykum Salam. Sürmə əgər bilinməyəcək həddə olsa və yaxud eynək vasitəsilə örtülmüş olsa eybi yoxdur. Linzanın da eybi yoxdur.
Cemale
20. May, 2015
salam..Menim sualim bes?
Admin
21. May, 2015
Salam. Sualınızın cavabı hələ gəlməyib, gələn kimi cavablandırılacaq.
Pərvanə
20. May, 2015
Selamun aleykum.Öncəliklə narahat etdiyim üçün üzr isdəyirəm.Bilmək isdərdimki :
-Atadan icazəsiz namaz qılmaq və hicablanmaq batildir yəni belə eşitmişəm.Bu düzdürmü yəni atadan icazəsiz namaz qılmaq olarmı gizlin? Ya hicablanmaq olarmı.?
Təşəkkürlər….
Admin
20. May, 2015
Aleykum Salam. Namaz və hicab məsələsində heç kimdən icazə almaq lazım deyil. Hətta sizə vacibdir ki, namaz qılasınız və naməhrəm qarşısında hicablı olasınız. Allah müvəffəq etsin.
nazka rzayeva
19. May, 2015
Salam. Qadinin eger halal heyat yoldasi evinden qacirsa,defelerle bu haqda danisilmasina,raziliga gelinmesine baxmayaraq,oz ailesinden uzaq qalmaga calisirsa,qadinin yoldasina mehebbet duasi yazdirmasinda gunah varmi?
Admin
21. May, 2015
Əgər məsum imamlardan (ə) nəql olunan dualar olsa və bunu imanına inandığınız adama yazdırsanız, eybi yoxdur.
Cemale
19. May, 2015
Salam bir neferin ayaq agrilari var..Rusiyadan gonderilmis,it tukunden hazirlanmis mualicevi corabi geyine biler? coxsagolun.
Admin
21. May, 2015
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə eybi yoxdur. Lakin əgər ayağınız tərləsə, yaxud başqa yaşlıq dəysə, ayağınız və həmin corabın toxunduğu hər bir şey murdar olacaq. Habelə, onunla məscidə daxil ola bilməzsiniz, onunla namaz qıla bilməzsiniz. Ayağınız da yaşlıq səbəbinə murdar olsa, dəstəmaz və namazdan qabaq paklamaq lazımdır.
kamran mehvaliyev
17. May, 2015
salam menim 23 yasim var bir defede olsun qadin yanina getmemisem cunki haram oldugunu bilirdim amma el ile belimi bosaldirdim 1 ildiki namaz qiliram onda bir nece defe el ile bel bosaltmisam yeni subayam indi orgenmisem ki el ile bel bosaltmaq olmaz deyirler /sizce el ile bel bosaltmaq haramdirmi? gunahdirmi ?
Admin
18. May, 2015
Bu əməl haram və böyük günahlardan sayılır.
Nara
16. May, 2015
Salam qalici doyme etdirmek namaz qilan yaxud qilmayan ucun gunahdir dinde?
Admin
18. May, 2015
Əgər fəsadlı surətlər çəkilməmiş olsa, öz-özlüyündə eybi yoxdur.
Nura
16. May, 2015
Salam… qadin ucun Namaz qilarken boya olmadan dirnaq uzatmaq haram sayilir?
Admin
18. May, 2015
Bismillahir-rəhmanır-rəhim
Haram deyil, lakin bu qadın üçün zinət sayılır. Ona görə də qadının öz əri üçün bəzənməsi və zinətlənməsi bəyənilən əməl sayılır.
Cemale
16. May, 2015
Salam,evvelceden tesekkurler..bir nefer bir seherden diger sehere qonaq gedir,3 4 gunluye.namazlari kesr seklinde qilir.Mebes gunune gore oruc tutub.iftari da orda edecek.Orucu duzgundur?
Admin
20. May, 2015
Bismillahir-rəhmanır-rəhim
Səfərdə dörd rəkətli namazları iki rəkət qılmalı olan müsafir gərək oruc tutmasın. Habelə, şəxs müstəhəbb oruc tutmasını nəzir etsə və gününü müəyyən etməsə, onu səfərdə yerinə yetirə bilməz. Amma səfərdə müəyyən bir gündə oruc olacağını nəzir etsə, gərək onu səfərdə yerinə yetirsin, həmçinin, müəyyən bir gündə, istər səfərdə olsun, ya olmasın, oruc tutacağını nəzir etsə, gərək o gün səfərdə də olsa, oruc tutsun.
Qeyd edək ki, müsafirin orucunun batil olmasını bilməyən şəxs, əgər səfərdə oruc tutsa və gün ərzində məsələni başa düşsə, orucu batil olar və əgər axşama kimi başa düşməsə, orucu düzgündür.
hp^^^
16. May, 2015
Salam,mənim bir sualım var.İslamda,qızlar artıq neçə yaşında bağlanmalıdırlar,və neçə yaşında oğlanların yanında başı açıq ola bilərlər?
Admin
20. May, 2015
Bismillahir-rəhmanır-rəhim
Qız uşağı büluğ həddinə çatdıqdan sonra naməhrəmdən örtünməyi vacibdir.
Qeyd edək ki, Ayətullah əl-üzma Sistaninin nəzərinə əsasən, qız uşağının büluq həddinə çatması bu iki əlamətdən biri ilədir:
1. Aybaşı olması.
2. Hicri-qəməri tarixi ilə 9 yaşın tamam olub, 10 yaşına daxil olması. Qeyd edək ki, 9 il hicri-qəməri ili 3 ay və bir neçə gün miladi tarixindən azdır. (bizim öz hesablamamıza əsassən, miladi tarixi ilə qızlar üçün büluğ yaşı səkkiz il, səkkiz ay iyirmi beş gün alınır).
sevda
15. May, 2015
Salam. Mən hicab baglayib namaz qiliram. istediyim oglanls molla kebinimiz yoxdur amma onunla uz-uze oturub sohbet edirik. bu duzdurmu
Admin
20. May, 2015
Əgər fəsada düşmək qorxusu olmasa və söhbət də adi söhbət olsa, tanış olmaq həddində danışmağın eybi yoxdur. Lakin günaha düşmək qorxusu varsa icazəli deyil və haramdır.
GÖVHER
15. May, 2015
Salam namaz qılarken qıbleye baxmaq lazımdır yoxsa secde etdıyın yere?evvelceden cox sagolun
Admin
20. May, 2015
Bismillahir-rəhmanır-rəhim
Ayaq üstə olduğu zaman səcdə yerinə baxması müstəhəbdir.
Ümumiyyətlə, insanın, ayaq üstə durduğu zaman (yəni Həmd-surə oxuduqda), bədənini düz saxlaması, çiyinlərini aşağı salması, əllərini budlarının üzərinə qoyması, barmaqlarını birbirinə bitişdirməsi, səcdə yerinə baxması, bədəninin ağırlığını hər iki ayağın üzərinə bərabər şəkildə salması, xüzu və xüşu içərisində olması, ayaqlarını bir sırada tutması, əgər kişidirsə, ayaqlarının arasında üç açıq barmaqdan bir qarışa qədər ara buraxması və əgər qadındırsa, ayaqlarını bir-birinə bitişdirməsi müstəhəbbdir.
GÖVHER
11. May, 2015
Salam men 3 ıl olurkı namaz qılıram amma etrafımdakılardan bezılerı qıldıgım namazın duzgun olmadıgını deyırler men şie namazi qılıram gunde uç defe amma esl namazın quranda bew defe qılmaq lazım oldugunu bılırem namazımı uç defe qılmagım duzgundurmu olarm?ı bırde sualım elı acıq namaz qılmaq duzgundur yoxsa elı baglı neçe vaxtdır arawdırma aparıram amma esaslı delıl yoxdur her yerde bır şey yazılır here bır söz deyır men namazı uc defe qılsam mustehebdırmı?
Admin
12. May, 2015
Bismillahir-rəhmanır-rəhim
Gündəlik vacib namazlar beşdir və beş vaxtda qılınır. Lakin zöhr və əsr, məğrib və işa namazlarını birləşdirib qılmağın bir iradı yoxdur.
gulum
11. May, 2015
salam receb ayinin evvelinde ortsinda birde axrinda orruc tutmag butun ayi tutmus kimi sayilirmi?yoxsa nece umumilikde bu ayda nece gun oruc tutmag olar? suallarimizi cavablandirdiginiz ucun tesekkurler sagolun
Admin
14. May, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ümumiyyətlə Rəcəb ayının bütün günlərini oruc tutmaq sifariş olunub amma savab baxımından 3 gün oruc tutmaqla bir ayın savabını əldə edərik. Çünki Allah-təala Quranda buyurur: Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır…Ənam /160.
İmam Baqir (ə) buyurub: “Hər kəs Rəcəb ayının əvvəli ya ortası və ya axırından bir gün oruc tutarsa Allah-Taala Cənnəti ona vacib edəcək və onu Qiyamət günü Bizimlə bir yerdə məşhur edəcəkdir.
Hər kəs Rəcəb ayında iki gün oruc tutarsa (Allah tərəfindən) ona deyilər: Bu gün yenidən həyatına başla (və yaxşı əməllər et) ki, sənin keçmiş günahların bağışlandı.
Və hər kəs Rəcəb ayında üç gün oruc tutarsa ona deyilər: Sənin keçmiş və gələcək (səhvən edəcəyin) günahların bağışlandı. Mömin qardaşlarından kimi istəyirsən (Allahın izni ilə) şəfət et!
Və hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa yeddi cəhənnəmin qapısı onun üzünə bağlanacaqdır.
Və hər kəs Rəcən ayında səkkiz gün oruc tutarsa, səkkiz Cənnətin qapısı onun üzünə açıq olacaq və hansı qapıdan istəsə daxil olacaqdır”
İmam Rza (ə) buyurur: Hər kəs Rəcəb ayının birinci gününü Allahın savabını ələ gətirmək üçün oruc tutsa, Allah-taala cənnəti ona vacib edər. Hər kəs bu ayın ortasında oruc tutsa Rəbiə və Müzər tayfaları qədər inslanları (yəni çox sayda insanı) şəfaət edər. Və hər kəs bu ayın axırında oruc tutsa Allah-taala onu cənnət şahlarından qərar verəcək və onun şəfaətini ata-anası, oğul-qızı, bacı-qardaşı, bibi, xala, əmi, dayı, qonşuları və tanıdıqları barəsində, əgər onlar oda layiq olsalar da belə, qəbul edəcəkdir”.
Allah sizə yar olsun.
gulum
20. May, 2015
cox sagolun suali cavablandirdiginiza gore bir sualimda var cox cox uzr isteyirem bu suala gore eger bir qadin ve ya qiz aybasi halinda pire getse gunahmidir?
Admin
21. May, 2015
Günah deyil, lakin məscidə daxil olub orada dayanması icazəli deyil.
gulum
22. May, 2015
cox sagolun saban ayinda nece gun oruc tutmaq olar ve ne vaxt bitir
Admin
23. May, 2015
Salam. Şəban ayının hələ 4-cü günüdür. nə qədər bacarırsınız oruc tutun. Şəbanın 15-dən savayı. İmam Zamanın (əc) mövludu olduğu üçün.
Elnure
09. May, 2015
Salam aleykum..Eşitdiyime gore qara cadra ile Namaz qilmaq mekruhdu..bu ne derece duzgundu?
Admin
10. May, 2015
Aleykum Salam. Xeyr, məkruh deyil. Ümumiyyətlə qara libas məkruh deyil.
Elnure
10. May, 2015
ALLAH razi olsun cox saolun
ayla
08. May, 2015
salam eleykum cox sagolun Allah razi olsun Allahin nezeri hecvaxt ustunuzden eksik olmasin Allah amaninda
Ali
07. May, 2015
Salam Aleykum.
Admin
08. May, 2015
Aleykum Salam
Cemale
06. May, 2015
Salam onceden tesekkurler.boynunda hem qeza hem de nezir orucu olan bir şexs niyyet edib bir oruc tuta biler?
Admin
07. May, 2015
Salam. Qəza orucu olan şəxs müstəhəb orucu tuta bilməz. Habelə iki müxtəlif oruc üçün bir niyyət etmək olmaz.
nurlana
06. May, 2015
salam dirnagda lak ola ola destamaz almag olarmi men bilmeden namazimi ele qildim sonradan ayag dirnagimda laki gordum qebul olundumu qildigim namazlar yoxsa yeniden qilim???
Admin
07. May, 2015
Salam. Lak suyun dəstəmaz üzvlərinə yetişməsinə mane olur. Ona gərə də dəstəmazınız düzgün olmayıb və təzədən qılın.
nurlana
07. May, 2015
cox sagolun bir sualimda olacag size sunni namazi qilan bir insan sonradan sunnetlerini terk edib yalniz ferzlerini qilmag olarmi?gunah deyilki ancag ferzlerini qilmag olarmi?
Admin
09. May, 2015
Salam. Namazın müstəhəblərini tərk edib yalnız vacibləri yerinə yetirsəniz namazınız düzgündür.
zehra
14. Jun, 2015
salam,Sistani aganin kitabinda ayaqda lakla destamaz almaq icazelidir yazilib axi!?
Admin
15. Jun, 2015
Salam. Ayaq barmaqlarında lak olsa məshi ayaq barmaqlarının arasından başlamaq kifayətdir. Qeyd edək ki, bu Ayətullah Sistaninin nəzərinə əsasəndir.
ayla
06. May, 2015
esselamu aleykum size bir sualimda olacaq zehmet olmasa cavablandira bilersiz? hicabli qadinin salvar geyinmesi duzgundurmu ? eyer duzgundurse uzerinnen geyinilecek kofta ne qeder uzun olmalidir yeb=ni dizden asagi yoxsa dizden yuxarida ola biler? xais edirem cavablandiraasiniz indiden cox tesekkur edirem Allah razi olsun
Admin
07. May, 2015
Salam. Qadının şalvar geyinməsinin heç bir eybi yoxdur, üstəlik bəyəniləndir.
Qadın üz və əllərindən başqa bütün bədənini və saçını naməhrəmdən örtməlidir. Lakin bu örtük şöhrət libası olmamalı (yəni nəzərdə tutduğunuz kofta) və təhrikedici olmamalıdır.
Nermin
04. May, 2015
salam,xahis edirem mene komek edesiniz,10 cu sinifde oxuyuram ve hicabliyam,hicabima gore mektebden uzaqlasdirilmisam,qardasim mektebde basimi acib qalan her yerde hicaba riayet ede bileceyimi deyir,daha evvelden de bele edenlerin gormusdum,attesitatimi almaq isdiyirem,bele etmeyim gunah sayilirmi?eyer gunahdirsa nece ede bilerem?
Admin
06. May, 2015
Salam. Ayətullah əl-üzma Məkarim Şirazi buyurub ki, əgər müsəlman hicablı qadınların hicablı halda məktəbə getməsinə icazə verməsələr və bu qeyri-müsəlmanların İslamda mühüm yerləri tutmasına səbəb olarsa onda hicablı qadın məktəbin həyətinə qədər hicablı halda getsin, sinif otağında isə hicabını açaraq dərslərdə iştirak etsin.
Bu fətva yalnız Ayətullah Məkarim Şirazinin müqəllidlərinə aiddir. Digər müctəhidlər hicabı açmağa heç cür icazə vermir.
Nermin
08. May, 2015
cox sag olun Allah razı olsun
Nermin
04. May, 2015
salam,xahis edirem sualimi cavablandirasiniz
Admin
05. May, 2015
Salam. Sualınız müctehidin ofisinə göndərilib cavab gələn kimi yazılacaq.
ayla
03. May, 2015
salam eleykum aga size iki sualim var sevdiyimle heliyik anam kebin kesdirmeyimize narazi idi ondan gizli kebin kesdirdik indi sualim odurki kebinimiz qebul olar yoxsa Allah qebul etmez eyer kebin qebul olarsasevdiyinle yaxinliq etmek olar yeni elinden tutmaq qucaqlamaq opmek ve s indiden tesekkur edirem Allah razi olsun
Admin
05. May, 2015
Bismillahir-rəhmanır-rəhim
Bakirə qızın nikahı üçün atasının izni lazımdır. Əgər ata izin versə əqd düzgündür, icazə verməsə düzgün deyil. Atadan başqa heç kimin izni əqdin düzgünlüyü üçün şərt deyil.
cina
02. May, 2015
salam menim qeza namazlarim var olarki sunnetlerin qilmayim ancag ferzlerin qezasin qilim???
Admin
03. May, 2015
Bismillahir-rəhmanır-rəhim
Bunların bir-biri ilə ziddiyyəti yoxdur. Siz həm qəzaları həm də müstəhəbləri yerinə yetirə bilərsiniz. Lakin qəzaları qılmağınız vacibdir. Müstəhəbləri isə tərk edə bilərsiniz.
cina
03. May, 2015
cox sagolun Allah razi olsun
aynur
27. Apr, 2015
salam tovbe etmek sonrada o tovbe etdiyin seyi bir daha edeceyini bile bile yeni gunah oldugunu bildiyimiz halda yene edirik ama bilmeden fikirlesmeden sonunu tovbe edib sonra nece Allahdan bagislamagi dilemek lazimdir
???
Admin
28. Apr, 2015
Bismillahir-rəhmanır-rəhim
Əgər tövbənizi pozsanız, yenə də tövbə edin. Allah bağışlayan və tövbələri qəbul edəndir.
Nermin
27. Apr, 2015
salam,men hicab baqliyiram,bizim evde bir usaq var,9 yasi var,qardasim ve ya qohumum deyil,men onun yaninda basimi aca bilerem?
Admin
28. Apr, 2015
Bismillahir-rəhmanır-rəhim
Əgər naməhrəm oğlan uşağı müməyyiz (yaxşını pisdən ayırd edə bilən) olsa və qadının bədəninə baxması şəhvətinin təhrik olunmasına səbəb olduğu ehtimalı verilərsə, ehtiyat-vacibə görəÂÂ onun qarşısında hicaba riayət edilməlidir.
Gunduz
25. Apr, 2015
Salam. Men hicab baglamaq, din yolunda getmek isteyirem. Ancaq erim ve ailesi icaze vermir. Onlari yola getirmekcun elimden-geleni edirem. Ancaq hec bir xeyri yoxdu. Sizce ne etmeliyem?
Admin
25. Apr, 2015
Bismillahir-rəhmanır-rəhim
Hicaba riayət etmək və din yolunu getmək vacibdir və bunlara riayət etməmək haram və böyük günahdır. Bu məsələlərdə yalnız Allaha tabe olmalısınız və Ondan başqa heç kimdən itaət edə bilməzsiniz.
Əgər onları başa salmaq mümkün deyilsə və hicaba da riayət etməyə heç cür imkan vermirlərsə, onda hicabsız halda naməhrəm qarşısına çıxmayın.
leyla
24. Apr, 2015
Salam. Men tez tez cime bilmediyim ucun namazimi qila bilmirem. Ana olmaq isteyirem ve men tez tez cime bilmeyeceyimi deyibler. Men birinci usagimi inkisafdan qaldigi ucun goturubler ve buna gorede qorxuram herseyden ehdiyat edirem. Amma niyyet etmisem ki hamile qaldiqdan sonra qilmadigim butun namazlarimi qilacagam. Bu gunah deyil ki?
İkinci sualimda budur ki yoldasim hicab baglamagimi cox isteyir mende niyyet etmisem Allah mene bir evlat qismet elesin hicab baglayacagam bu gunahdirmi?
Birde cume gunleri evde cume namazin nece qilirlar?
Admin
25. Apr, 2015
Bismillahir-rəhmanır-rəhim
1. Namazı tərk etmək böyük günahdır. Heç bir halda namazı tərk etməyə icazə verilmir. Bundan əlavə şəriət sizin üçün çıxış yolu göstəribdir və o budur ki, əgər qüsl üçün sudan istifadə etmək sizə zərərlidirsə, qüsl əvəzindən təyəmmüm edin.
2. Qadının özünü naməhrəmdən örtməsi hər zaman vacibdir və hicaba riayət etməmək böyük günahlardan hesab olunur.
3. Cümə namazı camaatla qılınır, onun imamı adil sultan tərəfindən təyin edilməli, camaatın sayı ən azından 5 nəfər olmalı və digər mühüm şərtləri vardır və bu şərtlər toplanmadan cümə namazı həyata keçməz.
Mekke
21. Apr, 2015
Salam aleykum.//// Namaz qila qila ele xina vurmaq olarmi?
Admin
23. Apr, 2015
Salam. Eybi yoxdur.
Nura
20. Apr, 2015
Salamun aleykum cumlenize. Menim boynumda qeza oruclarim var. ALLAHIN izni ile tutmaq isteyirem. Qeza orucu tutulan zaman niyyet nece edilir her gunun duasi deyilir??? Ve birde her gunun orucu ucun destemaz alinmalidir??
Admin
28. Apr, 2015
Bismillahir-rəhmanır-rəhim
1. “Qəza orucu tuturam qürbətən iləllah” kimi niyyət etsəniz, kifayətdir.
2. Qəza orucunun gündəlik duaları yoxdur və oruc tutmaq üçün dəstəmazlı olmaq şərt deyil, amma həmişə dəstəmazlı olmaq müstəhəbdir.
Gulcahan
18. Apr, 2015
salam namaz qilarken iki ve ya ucuncu ruketinde bilmeden sozu sev deyirem ele vaxt olurki ikinci ruketin secdesinde etehiyyeti duasi tek deyilmelidir men onunla birlikde allahumme selli allahume berik duasinida deyirem kesmirem duami namazimi qurtardiqdan sonra salam vermemisden qabag duaalri oxuyuram ver birde sev secdesine gedirem sonra salami verirem bu duzgundur?nece etmeliyemki namazim batil olmasin duzmu edirem sehv secdesin? onu xahis edirem deyerdiniz zenhmet olmasa
Admin
21. Apr, 2015
Aleykum Salam. Zəhmət olmasa sualınızı aydın yazın.
Gulcahan
25. Apr, 2015
sehf secdesi nece olur onu deyin
Admin
28. Apr, 2015
Bismillahir-rəhmanır-rəhim
Səhv səcdəsinin göstərişi belədir ki, namazın salamından sonra dərhal səhv səcdəsi niyyəti etsin və alnını lazım ehtiyata əsasən səcdəsi səhih olan bir şeyin üzərinə qoysun. Bu səcdədə zikr demək ehtiyat-müstəhəbbdir. Belə ki, bu zikri söyləməsi daha yaxşıdır: “Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh”. Sonra oturmalı və təkrarən səcdəyə gedib, söylədiyi zikri yenidən oxuduqdan sonra oturmalı və təşəhhüdü dedikdən sonra “Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh” deməlidir.
Səcdeyi-səhv barədə “İzahlı şəriət məsələləri” kitablarında (risalə) daha geniş izah verilmişdir. Bu kitabları saytımızın kitabxanasından da əldə edə bilərsiniz.
solmaz
12. Apr, 2015
Allahın salamı olsun sizlere bir sualım var namaz qılanam amma üzr istəyirəm sözumə görə hər defe yaxınlıqdan sonra qüsul verə bilmirəm və namaz qılmaqda çətinlik çəkirəm nə nedə bilərəm? birde yoldasim icki icendi men ne edim hicabima ve namazima tesiri var? çox saqolun.
solmaz
18. Apr, 2015
salam aleykum xahis edirem cavablandirasiniz
Admin
19. Apr, 2015
Salam. Sualınız Ayətullah Sistaninin ofisinə göndərilib, cavab alınan kimi yazılacaq.
Admin
19. Apr, 2015
Salam. Hər halda qüsl sizə vacibdir və namazdan qabaq əgər cənabətli olsanız namaz üçün qüsl verməlisiniz. Əgər namazın son vaxtına qədər suyun sizə zərərli olması kimi üzürlü səbəblərdən qüsl ala bilməsəniz təyəmmüm edə bilərsiniz.
Ərinizin bu hərəkətinin sizin hicab və namazınıza heç bir təsiri yoxdur. Çalışın mülayim dillə və gözl rəftarınızla onu başa salar bu yoldan çəkindirin. Bundan artıq mvəzifəniz yoxdur.
leyla
11. Apr, 2015
salam men bilmek isdeyirem ki sintizatırlı toylara getmk olar ya yox ?? sintizatirlı toylarda ritimli musiqilerde çalırlar bu haramdi ya yox bunun haqda melumat isteyirem indiden teşekkür .
Admin
12. Apr, 2015
Salam. Əgər musiqi eyş-işrət və kef məclislərinə uyğun olsa ifa ediməsi haramdır və onu dinləmək də haramdır. Amma əgər belə olmasa eybi yoxdur.
leyla
09. Apr, 2015
(1) salam men bilmek isdeyirem bagişdayin sözüme göre ayaq yoluya geden zaman coraba yada ki şalvara ehdimal ediremki bövül deyir ve bunu men gözle görmürem ama tereddüd edirem ki yşalvar yada coraba deymiş ola biler her ehtimala qarşi men platar yuyan zaman şalvari vede corablar pak edib maşina atiram bilmirem bu nece dogu du (2) ci sualim da budu ve bir şeyde dediler mene sen ele etmekle vasvasaliq ve suya da israf etmiş olursan bilmek isdeyirem ki bularin hasi düzdür
Admin
11. Apr, 2015
Bismillahir-rəhmanır-rəhim
1. Əgər sidiyin dəyməsinə əmin deyilsinizsə, paltarınız pak hökmündədir.
2. Öz şəkkinizə etina etməyin.
cabrayil
01. Apr, 2015
salam men bir sual vermey isdirem namaz qilar ken ayaq yalin qila bilermi Qadin ?
Admin
04. Apr, 2015
Salam. Əgər naməhrəm yoxsa ayağın topuğa qədər açıq qalmasının eybi yoxdur.
sakina
24. Mar, 2015
Salam. Zehmet olmasa,cavablandirin. Muxtelif dukanlarda satilan toyuq etuni alib yemek haramdi? Esitmisem ki,eger busmillahla kesilmeyubse haramdir. Axi deqiq bilmirik. Birde komplekden qutarmaq ucun estetik burun emeliyyati etdirmek gunahdirmi? Qeyd edim deqiq emelliyyat olundugu coxlari terefindne bilinmese
Admin
26. Mar, 2015
Bismillahir-rəhmanır-rəhim
1. Əgər müsəlman ölkələrindən gətirilmiş olsa, eybi yoxdur və araşdırmaq da lazım deyil. Təkcə şəri yolla kəsilməməsinə əmin olduğunuz surət istisnadır.
2. Nəzərə çarpacaq zərəri olmazsa, öz-özlüyündə eybi yoxdur. Lakin (haram baxış və toxunuş kimi) haram müqəddimələrdən çəkinmək lazımdır.
Cemale
19. Mar, 2015
Salam.bir qadin var heyat yoldasi icki icendi.indi hemin qadin Meshed ziyaretine getmek isteyir heyat yoldasi oz paltarini veribki hereme surtsun.qadin bunu ede biler yoxsa gunahdir?
zehmet olmasa cavab verin.coxsagolun.
Admin
26. Mar, 2015
Bismillahir-rəhmanır-rəhim
Günah deyil. Lakin yaxşı olar ki, o paltarları suya çəksin, sonra aparıb hərəmə sürtsün.
Cemale
13. Mar, 2015
Salam men bilmek isterdimki eger destemaz alandan sonra elim ve ya paltarim pisiye deyirse,destemazim pozulur? coxsagolun.
Admin
14. Mar, 2015
Bismillahir-rəhmanır-rəhim
Xeyir, bu dəstəmazın pozulmasına səbəb olmur. Ümumiyyətlə, dəstəmazın pozulmasına səbəb olan işlər bunlardır:
1. Sidiyin xaric olması. Zahirən insandan, sidikdən sonra və istibradan əvvəl xaric olan nəmlik də sidik hökmündədir.
2. Nəcisin xaric olması.
3. Mədə və bağırsaqdan gəlib ğaitin məxrəcindən çıxan yel.
4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz.
5. Əqli aradan aparan şeylər: dəlilik, məstlik, ürəkkeçmə və s. kimi.
6. Qadınların istihazə halları.
7. Cünub olmaq, hətta ehtiyat müstəhəbb olaraq qüslü vacib edən hər bir iş dəstəmazı pozar.
Cemale
14. Mar, 2015
Bes bunlarin icinde qan yoxdu axi.halbuki mes: el kesilirse ve coxlu qan cixirsa destemaz pozulur.bu istisnadir yoxsa nece? zehmet olmasa cvb yazardiniz coxsagolun.
Admin
15. Mar, 2015
Salam. Dəstəmazı pozan şeyləri kamil surətdə sizin üçün yazmışıq. Qan dəstəmazı batil etmir.
Meryem
10. Mar, 2015
Allahin salami olsun size…men bilmek isteyirem ki,üstümde Allah sözü yazilan sep dasiyiram.xestelendiyim zaman onu cixartmaliyam?onda temiz olmuram deye qorxuram gunah olar.
indiden tesekkurler.
Admin
12. Mar, 2015
Bismillahir-rəhmanır-rəhim
Əgər bədəniniz birbaşa ona toxunursa, bu haramdır. Amma birbaşa toxunmasa, məsələn paltarın üstündən olsa, eybi yoxdur.
cabrayil
08. Mar, 2015
cox sagolun ALLAH komeyiniz olsun dediniz minedaram
Aga
06. Mar, 2015
Salam aleykum,
Bir qadınla evlənmək barədə düşünürük, amma hicab taxmır deyir taxmayacam məcbur.
Evlənməyim Allaha xoş getməz ?
Admin
08. Mar, 2015
Bismillahir-rəhmanır-rəhim
İzdivacdan qabaq heç bir məsuliyyətiniz yoxdur. Amma izdivacdan sonra onun hicaba riayət etməsi üçün məsuliyyət daşımalı olacaqsınız və hicabsız naməhrəm qarşısına və çölə çıxmağının qarşısını almalısınız. Beləliklə, gərək indidən bu cür qadınla belə rəftar edə biləcəyiniz və vəzifənizə əməl edə biləcəyiniz barədə düşünəsiniz.
cabrayil
06. Mar, 2015
Salam bilmek isdeyirem ki bu il eyyami Fatime Şehadeti novruz bayramina dusur 1 rinci vafati Martin -4..2 vefati Martin 24 olur novruz bayrami Martin 20 si ve 21 biri qeyd olunur bu iki vefatin arasinda bayram etmek olar ya yox bunu bilmek isdeyirdim evvelceden tesekkur edirem
Admin
08. Mar, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Fatimeyi-Zəharanın (salamullahi əleyha) şəhadət günlərinin ehtiramı hamıya lazımdır. Birinci Əyyami Fatimiyyə cəmadiul-əvvəlin 13, 14 və 15 (4, 5 və 6 mart) ikincisi isə cəmadius-saninin 1, 2 və 3 (22, 23 və 24 mart) bu günlər gərək əzadarlıq məclislərinə ixtisas verilsin və onun bərəkətindən bəhrələnək.
Əlbətdə bu iki şəhadət günlərinin arası başqa günlər kimidir, şəriət qanunlarına riayət etməklə bayram və şənlik etmək olar.
Allah sizə yar olsun.
Meryem
28. Feb, 2015
Salam.cox uzur isteyirem basa dusmedim.yeni emi ve dayi mehremdi??onlarin yaninda basiaciq geze bilerem??
Admin
28. Feb, 2015
Bəli.
Əfsanə
27. Feb, 2015
Salamun Əleykum
Admin
28. Feb, 2015
Aleykum Salam
Meryem
26. Feb, 2015
Salam.Bilmek isteyiremki,QURANda musiqinin gunah oldugunu deyen hedis var?.
Indiden tesekkurler
Admin
28. Feb, 2015
Salam. Bəli. Muminun surəsi, ayə 3. Furqan surəsi, ayə 72. Həcc surəsi, ayə 30
Meryem
26. Feb, 2015
Salam eleykum.Deyirlerki,hicabli qadina emi ve dayi mehremdi.axi Quranda yazilmayib.bu ne derecede duzgundur?xais edirem cavab yazin.indiden cox sagolun
Admin
28. Feb, 2015
Salam. Quran ümumi bir ilahi kitabdır və şəriət hökmlərindən söhbət açmır. Çox az hallarda ümumi olaraq işarə edir. Şəriət hökmləri Peyğəmbər (s) və Əhli-beytin (ə) vasitəsilə bizə çatdırılmışdır.
gunel
21. Feb, 2015
Salam. Sizden bir soz sorusmaq isterdim. Men her seher Azan sesin oyaniram. bunu dile getirmek ne derecede dodrudur bilmirem. Namaz ucun destamaza geedende mutleq yanimda kimise aparuram. Azan sesinden cox qorxuram. Icimdeki Allah qirxusudur, cehennem qirxusudur bilmirem. Yoxsa seytan emelidir bilmirem. Bu neden ola biler? Hetta namaz qilanda bele tek oldugum otagda namaz qila bilmirem. Cix qorxuram. Sizce men duzmu edirem. Yoxsa sehfmi? Xahis edirem sualimi cavablandirardiniz. Bu menim ucun cix vacibdir.
Admin
24. Feb, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu sizin özünüzdə yaratdıqınız təsəvvür və xiyalların nətəcəsidir. Burda qorxulu bir şey yoxdur mümkündür uşaqlıqda sizdə Allah barədə yaranmış təsəvvür və sizə olan təlqinin nəticəsidir. Azan veriləndə sözlərinin sizdə təkrarlayın və öz-özünüzə təlqin edin ki, Allah məni çağırır bundan qorxmaq yox sevinmək lazımdır və şükr etmək lazımdır. Öz üzərinizdə çalışmaqla bu təsəvvürü aradan aparın. Əgər ümumiyyətlə qaranlıqdan, təklikdən və s. qorxursunuzsa psixoloqa müraciət edin
Allah sizə yar olsun.
cebrayil
18. Feb, 2015
Salam Aleykum …. men günde 5 günlük qeza namazi qiliram ara vermeden . Men bularin arasinda iqame desem düzgündü yoxsa esslat demek düzgündü xaiş edirem bu barede melumat vererdiz mene .
Admin
19. Feb, 2015
Salam. Qəza namazında bunların heç biri lazım deyil. Desən də olar, deməsən də.
Rauf
16. Feb, 2015
Salam aleykum.
İfadəmə görə əvvəlcə üzr istəyirəm.
Mənim bacım dünyaya uşaq gətirmək ərəfəsindədir. Hicablıdır.
Sualım budur ki hicablı ola ola və bu halda cəmiyət arasına çıxsa bir problemi olar?
Admin
17. Feb, 2015
Salam. Heç bir iradı yoxdur.
Rauf
26. Feb, 2015
Çox sağ olun
cinare
15. Feb, 2015
salam men birisi ucun ehd etmisdmki xeste idi sagalsin 100ruket namaz qilaram indi sagalib men o namazlari qilanda niiyyeti nece edim nece deyim
Admin
17. Feb, 2015
Salam. “Əhdimə vəfa etmək üçün namaz qılıram qürbətən iləlləah.”
cinare
17. Feb, 2015
cox sagolun Allah razi olsun
Gulu
11. Mar, 2015
Salam,men Mesediye gedecem insallah hicab almaq isteyirem ozume onun ferqi var necur hicab olmalidir?yoxsa orda cadra geyinirler?men hicab geyinmek isteyirem ama deyirler cadra geyin ferqi var?
Admin
12. Mar, 2015
Aleykum salam. Allah ziyarətinizi qəbul etsin inşaallah. İmam Rizanın (ə) hərəminə çadrasız buraxmırlar, özünüzlə çadra aparsanız yaxşı olar.
Ali
12. Feb, 2015
Allah razi olsun.
Sevinc
12. Feb, 2015
salam aleykum! iw yerlerinde.dovlet wirketlerinde ve.s hicab taxmaq olar? ewitdiyime gore hicabi mekteblerdede, universitetlerdede, iw yerlerindede qadagan edibler?
Admin
14. Feb, 2015
Salam. Bəli, naməhrəm qarşısında hicablı olmaq qadınlar üçün vacibdir.
Vüsal
10. Feb, 2015
Əssələmu əleykum və rəhmətullahi və bərəkətuh….Mənim sualım budur ki, TƏQLİD nə işinə yarayır və müstəhəbdirmi?
Admin
10. Feb, 2015
Hər bir müsəlmanın üsuli-dinə əqidəsi bəsirət və dəlil əsasında olmalıdır.
Üsuli-dində təqlid caiz deyil. Yəni üsuli-dində ayrı bir şəxsin sözünü, yalnız onun
deməsinə etimad edərək qəbul etmək olmaz. Amma haqq islami əqidələrə yəqini
olan bir şəxs onları izhar edirsə, bu əqidəsi bəsirət üzündən olmasa da, o şəxs
müsəlman və mömin sayılır, bütün islam və iman hökmləri onun üzərində caridir.
Müsəlman dinin zəruri və qəti olan hökmlərindən başqa, din hökmlərində ya müctəhid
olub dini hökmləri çıxara bilməli, ya bir müctəhidə təqlid etməli, ya da öz təklifini
(şəri vəzifəsini) düzgün yerinə yetirməsinə yəqin edəcək bir şəkildə, ehtiyat yolu ilə
əməl etməlidir.
Məsələn, müctəhidlərin bəzisi bir əməlin haram olduğunu, digərləri isə haram
olmadığını söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən bəzisi
vacib, digərləri isə müstəhəbb buyururlarsa, onu etməlidir. Deməli müctəhid olmayan
şəxslərin və ehtiyata əməl edə bilməyənlərin bir müctəhidə təqlid etmələri vacibdir.
samire
01. Feb, 2015
Salam.size bir sualim var.biz bina evinde yasayiriq.deyirlerki destemaz alinan su temiz yere axmalidir.biz de namaz qiliriq.lakin sular hamisi umumi kanalizasiya sistemine tokulur.bu veziyetde destamaz ne derecede duzgundur?xahis edirem cavablandirasiz.
Admin
03. Feb, 2015
Salam. Dəstəmazınız düzgündür, lakin yaxşı olar ki, dəstəmaz suyunu murdar yerə getməsin.
MUSTAFA
26. Jan, 2015
SALAMU ELEYKUM MEN SİZE BİR SUAL VERİM MEN NAMAZ QİLİRAM VE 15 YASİM VAR AMMA MESELEN SEHER NAMASİNİ QİLİRAM GUNORTANİ QİLİRAM (ESR AXSAM VE YATSİ NAMAZLARİ QALİR) MEN OZUM XESTEYEM BU NAMAZLARİ SORA QİLSAM QEZA OLUR YOXSA NECE XAHİS EDİREM DEYERDİZDEEE????????????/
Admin
27. Jan, 2015
Salam. Namazları bilərəkdən qəzaya vermək böyük günahdır. Siz zöhr namazını qılan kimi əsr namazını da qılın. Məğrib və işa namazlarını da yenə birləşdirərək qılın. Xəstəlik namazın qəzaya verilməsi üçün üzür sayıla bilməz.
Fərid
25. Jan, 2015
Salam əleykum. sualım belədir. Möminə xanım sosial şəbəkələrdə naməhrəm şəxslərlə hər hansı bir məsələ ilə bağlı yazışa bilər ?
Admin
27. Jan, 2015
Salam. Şəri qanunlar çərçivəsində öz ardınca fəsad gətirməyən və fəsad gətirməsi güman da edilməyən söhbətlərin eybi yoxdur. Bundan qeyri halda icazəli deyil.
xedice
25. Jan, 2015
salam qezaya getmis namazlari qildiqda niyyet edende nece demelisenki qeza namazini qiliram meselen(2-3gunun namazlari qezaya getse nece niyyet etmeliyem)
Admin
25. Jan, 2015
Salam. Məsələn, 2 rəkət sübh namazının qəzasını qılıram vacib qürbətən iləllah.
xedice
26. Jan, 2015
cox sagol
cabrayil
24. Jan, 2015
Salam eleykum men bir sual vermek isdeyirem ki Əlhem suresinde vələzali demek lazimdir yoxsa vələdali demek lazimdir bunu bilmek isderdim duzgun hasi dirsa menim üçün hemin sözü yazardiz xais edirem cavablandirardiz bu sualimi
Admin
25. Jan, 2015
Salam. Namazın qiraəti düzgün oxunmalıdır. Bunun üçün ruhanilərə müraciət edin. Burada yazı vasitəsilə izah etmək çətindir.
resad
20. Jan, 2015
qizilca oldum bugun namazlarimi qila bilmeyecem qezasini sonra qila bilerem Allah bagisayarmi bu halda ancaq yatmaliyamki tez sagalsin neyniyim men
Admin
20. Jan, 2015
Salam. Allah şəfa versin inşaallah. Əgər uzandığınız yerdə qıla bilsəniz qılın, yox əgər uzandığınız yerdə də qıla bilmirsinizsə bəli qəzasını yerinə yetirərsiniz.
resad
20. Jan, 2015
COX SAGOLUN uzandigim yerde nece qilim zehmet olmasa nece etmek lazimdi deyerdizde
Admin
21. Jan, 2015
Salam, uzandığın yerdə qiraəti oxuyun, rüku və səcdələr üçün də işarə edin.
resad
23. Jan, 2015
cox sagol
aynur
19. Jan, 2015
su ciceyi olmusam uze su vurmaq olmaz namaz qiliram destmazda ala bilmirem bununcun ne edim men nece destamaz alim
Admin
19. Jan, 2015
Salam. Üzün heç bir hissəsinə su vurmaq olmursa təyəmmüm edin.
aynur
20. Jan, 2015
teyemmumude torpaqla edirler yasadiqim yerde temiz torpaq yoxdu nece edim men olar mohuru ezib toz halina getirib onunla edim gunah olmazki birde eger etmek olarsa torpaqla nece edim men teyemmumu
Admin
21. Jan, 2015
Salam. Eybi yoxdur. Qeyd edək ki təyəmmüm torpaqdan başqa daşa, quma, kəssəyə həmçinin gəc və əhəng daşına da düzgündür.
aynur
23. Jan, 2015
bunlari bilmirdim cox sagolun Allah razi olsun
Ali
14. Jan, 2015
Salam aleykum..onceden Allah razi olsun…
bir xanim var ehli Namazdi heyat yoldaşı ise Namaz ehli deyil
içki de içir .
xanim onu nece ede biler ki ickini atsin ve Namaza bawlasin.
yeni bununcun xususi emel bilirsinizse yazmaginizi xaiw edirem.
Admin
17. Jan, 2015
Salam. İmkan surətində əmr be məruf və nəhy əz munkər (yaxşış işlərə dəvət edin pis işlərdən çəkindirin) edin. Haqq və həqiqəti mülayim və sadə dildə başa salmağa çalışın.
YUSIF
07. Jan, 2015
SALAMU ELEYKUM ALLAHİN HER ZAMAN SENİ QORUYA BİLECEYİ DUANİ BİLİRSİNİZSE DEYİNDE XAHİS EDREM
Admin
15. Jan, 2015
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər nəzərinizdə xüsusi bir dua varsa duanın adını qeyd edin. Allahın hər zaman insanı qoruması üçün çoxlu dualar var misal üçün covşən kəbir duası.
Allah sizə yar olsun.
YUSIF
05. Jan, 2015
Salamu eleykum menim 15 yasim var namaz qiliram belimde agri oldugndan 2-3 gun qila bilmeyecem onun qezalarini qila bileremmi
Admin
06. Jan, 2015
Salam. Allah siz şəfa versin inşaallah. Oturduğunuz və ya uzandığınız yerdə də qıla bilərsiniz. Əgər bunları edə bilməsəniz onda qəzasını qılarsınız.
cahan
02. Jan, 2015
salam secdede Allaha yaxin olursan namaz icindede secdeye gederek dua ve isteklerimizi Allahdan isteye bilerik yoxsa namazi qurtardiqdan sonra secde edib dua etmeliyik bunu deyerdinizde xahis edirem hansi yaxsi olar
Admin
03. Jan, 2015
Salam. Namazda səcdənin sözlərini demək vacibdir, dua isə namazdan sonra (yaxşı olar qiblədən dönməmiş) etmək lazımdır. Səcdənin yerinə dua demək olmaz. Allah dualarınızı qəbul etsin inşaallah!
cahan
05. Jan, 2015
secdenin sozlerini deyirem deyib qurtardiqdan sonra secdede qalib dua etmek olar
Admin
11. Jan, 2015
Salam. Səcdənin vacib ziklərini dedikdən sonra müstəhəb dua və zikrləri oxumaq bəyənilir.
Samir
23. Dec, 2014
Salam aleykum! bir xanimin namaz qilib amma hicab taxmamaqi onun namazinin qebul olunmasina manea toredirmi yeni namazi qebuldur ya yox?
Admin
24. Dec, 2014
Salam. Namazı düzgündür, qəbul olması da Allahın yanındadır. Amma naməhrəm qarşısında hicab bağlamaması böyük günahdır.
Aygun
22. Dec, 2014
salam aleykum Allahume sukurler olsun ki o mene gozel komek etdi indi namazi ele qiliram ki sevinirem Allah sizdende razi olsun
vvvvvvvvv
19. Dec, 2014
salam. namaz qilmiram amma hicab baglayiram bele hicab baglamaq gunahdirmi?
Admin
20. Dec, 2014
Salam. Namaz və Hicab (xanımlara) Allah-Taalanın buyurduğu vacib əməllərdir. Bunları tərk etmək böyük günahdır. Hicab bağlamağınız nəinki günahdır, sizə vacibdir, namazın tərki də böyük günahdır. İnşaallah namaza da başlayın. Allah yardımçınız olsun.
Aygun
14. Dec, 2014
salam aleykum size sualim var men namaz qilmaqdan cox cetinlik cekirem evveler namazi hey vaxtinda qilirdim indi hamileye gore yuxuda gec dururam namazida vaxtinda qilmiram gecisirem geceler rahat yata bilmirem gunortalar saat 3 de zad dururam sonradan namaz qilmaga halim olmur olar ki 5 6 aydan sonra namaz qilim cunki 5 ve 6 ayliqda men rahat olaram insallah get gede halim agirlasir qilaga heves qalmir hetta ev isleride o qeder gore bilmirem cox cetindi bele deyirem ki ovladimi dunyaya getirim sonra namaz qila bilirem ki gunah olar amma men hicabliyam namazmi vaxtinda qila bilmirem 1 gun qiliram 3 gun yox gunah olar Allah sizden razi olsun
Admin
20. Dec, 2014
Aleykum Salam. Dünya həyatı bir sıra çətinliklərdən ibarətdir və məhz bunlardan üzü ağ çıxanlara mükafat verilib cənnətlə müjdələnəcəkdir. Namaza heç bir bəhanə yoxdur – oturduğun yerdə, uzandığın yerdə və sairə hallarda – qılınmalıdır. Namazın vacibliyi barəsində bir nümunəni yada salmaq istəyirəm: Aşura günü döyüşün qızğın vaxtında İmam Hüseynin (ə) səhabələrindən biri günorta azanının vaxtını o həzrətin yadına salır. İmam Hüseyn (ə) bunu eşidəndə ona dua edir və buyurur ki bir iddə namaz qılsın digərləri isə namaz qılanları düşmənlərdən qorusun. İmamın bu dərsi bizə böyük bir ibrətdir. Yəni istər döyüşdə, istər müsibətdə, istər şadlıqda və s. hallarda namazı təxirə salmaq olmaz. Allah sizə səbr verib namaza müvəffəq etsin.
Sumeyya
08. Dec, 2014
Bismillah.Salam Aleykum mən bir sual verəcəm ama zehmet olmasa Ayetullah Sistanin risalesinden meseleni desez cox yaxşi olar.Bir xanim var hicablidir gozellik salonunda işdəyir deyirki ailem eziyyet çekib meni oxutdurub ona gore işləyirem bu o demek deyilki o gunaha şerikdir?deyir her kesen ozu biler gelir salona mende onu muşteri olaraq qebul edirem bu icazelidir?
Admin
20. Dec, 2014
Salam.Əgər bilsə ki, bəzənən adam özünü naməhrmə göstərmək üçün bu işi edirsə onda onu bəzəməsi icazəli deyil.
guler
06. Dec, 2014
1.Bir wey de soruwmaq isteyirem qadin kebin kesilen zaman kiwiye hansi wertleri qoya biler?mehri bagislayib diger arvad almagi qadagan etmekden bawqa?
2.bes kiwi qadina hansi wertler qoya biler?
3.men muellime iwleyirem,yoldasim kebinde wert qoya bilerki evlenenden sora islemeyim?umumiyyetle muellimlik savab iwdirmi?
Admin
08. Dec, 2014
Salam
1.Çox şərt qoya bilər, hamısını burda yazmaq olmaz. Bir hökm fərqlidir: Kişinin ikinci dəfə evlənib evlənməməsi. Məsələn Ayətullah Xamenei kəbinin şərtində qadının kişinin ikinci dəfə evlənməsinə qadının razı olub-olmamasını şərt bilmir və kişinin ixtiyarında qoyur. Amma Ayətullah Məkarim Şirazi qadının şərt qoymasına icazə verir.
2.Kişi də həmçinin çox şərt qoya bilər.
3.Bəli, şərt qoysa işləyə bilməzsiniz.
guler
06. Dec, 2014
Salam men aile qurmaga hazirlawiram.namaz qilmiram.baslamaq istiyirem.ama cox cox uzr isteyirem yeni gelin kimi mene cetin olacagini duwunurem.tez tez qusl meselesine gore.men ne edim?xahis edirem cavablandirin
Admin
07. Dec, 2014
Salam. Inşaallah xoşbəxt olasınız. Amma dedikləriniz şəri təkliflərin yerinə yetirilməsinə mane ola bilməz. Əgər qüsl verməyə şərait olmursa təyəmmüm etmək olar. Amma namaz və s. əməlləri tərk etmək olmaz. Günahdır.
nezrin
02. Dec, 2014
Salam. Menim 15 yasim var namaz qilmag istedim. bibim namaz qilandir o dedikibsen universitete hazirlawirsan namaz qimaga vaxtin olmaz ve atmali olarsan. Oda sene eziyyet olar men qoymuram qutar mektebi qilarsan dedi.anamda atamda qoymurdu. Indide qilmiram 2ilden sonra allahin izni ile universitete girsem namaz qilacam.amma hicabda baglamag istiyirem amma inanmiram anam qoya. Eger anam qoymasa baglasan bunun cezasi varmi yeni gunahdir? Sevdiyimsexsde namaz qilir ve mehi hicabda gormek istiyir.
Admin
03. Dec, 2014
Aleykum Salam. Namazı tərk etmək olmaz, günahdır. Hər şəraitdə namazınızı qılın. Hicab da vacibdir. Ananıza xatir naməhrəm qarşısına hicabsız çıxmaq böyük günahdır. Hicaba xatir ananıza itaət etmədiyinizə görə günah etmiş olmursunuz. Allah köməyiniz olsun.
zeyneb
30. Nov, 2014
Bismillahir Rehmanir Rehim. Es Salam un aleykum. Menim illerdiki hicab hesreti var qelbim de anam icaze vermir. indi nişanliyam nişanlim icaze verir ve atamda halallığ verir. Anam yola gelmir sanki hicab onun düşmeniymiş kimi davranır. Bunun ucun ne etmeliyem? Hansi dua ni oxumaliyan ne etmeliyem nolar kömek edin. önceden Allah razı olsun.
Admin
01. Dec, 2014
Salam. Hicab Allahın əmridir və naməhrəm qarşısında hicaba riayət etməmək sizin üçün böyük günahdır. Bu məsələdə Allahdan başqa heç kimə itaət etmək olmaz. Çalışın ananızı sadə və mülayim dillə başa salın. Hicabın dəyərin, Allahın əmri olmasını izah edin. İnşaaşşah başa düşər, əgər başa düşməsə yenə siz Allahın əmrini tutub hicabınıza riayət edin, ananızın sözünə əməl etməyiniz bu məsələdə icazəli deyil.
adınız
29. Nov, 2014
Çox sağ olun.Allah razı olsun. Bir sualımda olacaq sizə. Mənim yanıma uşaqlar gəlir hazırliga.4cu və 6ci sinif oğlan uşaqları.onlara dərs keçəndə də hicablı oluram.onların yanında hicablı olmagim vacibdirmi?
Admin
30. Nov, 2014
Salam, bəli onlar naməhrəm sayılırlar. Hicablı olmalısınız
adınız
27. Nov, 2014
salam.çox xahiş edirəm cavablandirasiniz.mən hicablı xanimam və bilmək istəyirəm ki,sevdiyim insanın ailəsi elçi gelende onları hicablı qarsilamaliyam? Onu da qeyd edim ki gələnlər arasında kişi yoxdur.
Admin
29. Nov, 2014
Aleykum salam. Qadınlar arasında hicaba ehtiyac yoxdur. Yalnız naməhrəm kişi olarsa hicab vacib olur.
nuray
24. Nov, 2014
salam.1- sualim-hicab baglamagi cox isteyirem ama heleki baglanmaga hazir deyilem fikirlesiremki belkede qismetimde yoxdur 17yasim etrafimdakilar deyirki hele tezdir birde niyyet etmisemki sevdiyim insana nisanlanim sonra baglayacam bu sozu dile getirmek gunahdir niyyetimi urekden etmisem qebul edermi allah arzumu estafurulla sert kesmemisem allahla sadece olaraq ureyimden geldi ve cox istediyim ucun bele niyyet etdim sevdiyim insanda cox isteyir deyir bagla ne etmeliyem.2-ci sualim- namaz qiliram sevdiyim insanla telefonda danismaq olar birdeki yaxinliq etmek olar?(meselen-opmek qucaqlamaq)gunahdir menumcun bu halda namazim qebul olurmu.3cu sunnu namazi qiliram mohursuz qilmisam sonra qilmadim sunnulerin namazi coxdur seher 4 ruketdir gunorta 10 evvel sunnelerinde qilirdim sonra ferzlerini qildim yeniden baslayib sunnelerin qila bilerem gunah sayilibmi bu….bu suallarimi cavablandirin xahis edirem hamisinin cavabi menumcun vacibdi sagolun
Admin
26. Nov, 2014
Bismillahir-rəhmanır-rəhim
1. Hicab Allahın əmridir və qadının naməhrəmdən özünü örtməsi vacibdir. Bu əmr büluğ həddinə çatdıqdan sonra qadına vacib olur. Əgər hicaba riayət etməsə, böyük günah etmiş olur.
2. Arada nikah əqdi oxunmayıbsa, o sizə naməhrəmdir və başqa naməhrəmlərlə heç bir fərqi yoxdur.
3. Əhli-sünnə qayadası iləÂ qılınan namaz batildir və qəbul edilmir. Şiə fiqhində deyilmiş qaydalara əsasən, namazınızı qılın.
nuray
26. Nov, 2014
sualimi cavablandirdiginiza gore cox sagolun men ozum sunniyem ve sunni namazida qiliram i namazi deyisdirmek gunahdi bu dogrudu men evvelceden sunni namazi qilmisam axira qederde ele qilacam bugune qeder qildigim namazlar qebul olubmu sizce birde bagiwlayin ikinci verdiyim sualin cavabini basa dusmedim aciq yazsaniz sad olaram
Admin
27. Nov, 2014
Salam. Əgər əhli-sünnə olmusunuzsa bu vaxta qədər qıldığınız namazların qəzasını etmək lazım deyil. Tövsiyə edirik ki, şiə məzhəbi ilə daha artıq tanış olasınız. Çünki yeganə haqq məzhəb şiə məzhəbidir və təkcə bu məzhəbdir ki, Quran və sünnəyə əməl edir.
Əgər sizlə sevdiyiniz oğlan arasında dini kəbin yoxdursa sualda qeyd etdiyiniz əməllər (meselen-opmek qucaqlamaq) haram və günahdır. Amma telefonla danışmağa gəldikdə əgər adi söhbətlər çərçivəsində olsa və şəhvəti təhrik edən olmasa eybi yoxdur.
nuray
29. Nov, 2014
cox sagolun allah razi olsun sizden
cabrayil
24. Nov, 2014
salam men bilmek isdeyirem ki vaqcibi orucu bile bile yemisem onun qezasini nece tutmaliyam xais edirem cavabladiraydiz
Admin
25. Nov, 2014
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində qəzadan əlavə kəffarə də sizə vacib olur. Bunun kəffarəsi iki ay oruc tutmaq, yaxud bir qul azad etmək, yaxud altmış fəqiri doyuzdurmaqdır, ya da altmış fəqirin hər birisinə bir müdd (750 qram) təam yəni buğda, arpa, çörək və bu kimi şey verməkdir. Əgər bunlar sizin üçün mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, bu da mümkün olmasa, istiğfar etməlisiniz. Amma vacib-ehtiyata əsasən hər vaxt imkanınız olsa, kəffarəni ödəməlisiniz.
Aygun
21. Nov, 2014
cox sag olun suali cevab verdiz Allah sizden razi olsun men gunorta namaz qila bilirem axsamlar yox cox pis oluram hicablardan duxulardan ureyim goturmur namazdanda iy gelir duxu iy gelir gedib qaytariram ne edim
Admin
22. Nov, 2014
Salam, namazda xüsusi hicab geyimindən istifadə etmək vacib deyil. Siz elə öz əyninizdəki libaslarınızdan istifadə edin və başınızı yaylıqla örtün. Belə ki, bədəniniz və saçınız görünməsin. Belə olduqda namazınız da düzgündür.
Aygun
20. Nov, 2014
salamun aleykum size sualim var zehmet olmasa cavab verin xahis men 2 ayliq hamileyem namaz qila bilmirem ureyim tez tez qarisir olar namazi 9 aydan sonra qilim yoxca gunahdi Allah sizden razi olsun
Admin
21. Nov, 2014
Aleykum Salam, namazı tərk etmək olmaz. Necə sizə rahatdır (şəraitinizə gərə), elə də qılın. Allah köməyiniz olsun.
Ilahe
09. Oct, 2014
salam aekum.men hicab bagliyanda mene dedilerki Sistani aga ceneni ortmeyin vacib oldugunu hokm verib.bilmek isteyirem ceneni ortmek vacibdi Sistani agaya gore yoxsa yox? bayaqki melmata gore sorusuram deqiq olsun deye
Admin
14. Oct, 2014
Bismillahir-rəhmanır-rəhim
Çənəni, həmçinin adətən məqnənin və yaylığın örtmədiyi çənənin altından bir qədər yeri örtmək vacib deyil.
Əlavə qeyd:
Qadınlar evdə, yaxud naməhrəmin olduğu başqa məkanlarda əgər qısa qollu paltar geymiş olsalar (hətta çadra ilə örtülmüş olsa da), yaxud əgər qolu uzun olan paltarı olsa və bir şeyi yuxarıdan götürdükdə, yaxud bir şeyi naməhrəmin əlindən aldıqda, yaxud meyvə və sair kimi şeyləri naməhrəm adamlara təklif etdikdə, yaxud naməhrəm qarşısında yemək yeyərkən, yaxud dükanlardan mal alarkən, yaxud böyük və ya ağır yükü daşıyarkən bütün bu kimi hallarda onların paltarının qolunun arxaya getməsi, yaxud qollarının və ya çadranın arxaya getməsi nəticəsində bədəninin bəzi hissələri açıla bilər və buna görə hörmətli qadınlar bu kimi hallara tamamilə diqqət yetirməlidirlər.
Saleh
05. Oct, 2014
hemen falcinin yanina gedirsen hecnesiz baxir ve deqiq senin heyatunda ne olub hamsin diyir sizce bu nece isdir
Admin
07. Oct, 2014
Falçıya inanmaq və fala baxdırmaq haramdır.
Saleh
05. Oct, 2014
Salamun Aleykum bir insan hem Namaz qilir hemde fala baxir pul almir ama mutleqdiki bir qendde olsa vermelisen o falciya sizce duzgundurmu
Admin
06. Oct, 2014
Bismillahir-rəhmanır-rəhim
Falçıya inanmaq və fala baxdırmaq haramdır.
tural
03. Oct, 2014
Salam.hicabli xanim hansi qohumlarin yaninda bawi aciq geze biler.yeni hansı qohumlar məhrəm sayilir
Admin
06. Oct, 2014
Bismillahir-rəhmanır-rəhim
Qadın, ona məhrəm olanların yanında hicaba riayət etməyə bilər. Qadın üçün məhrəm olanlar: atası, atasının və anasının atası və hər nə qədər yuxarı getsə, qardaşı və qardaşının oğlu, qardaşı oğlunun oğlu və hər nə qədər aşağa getsə, bacısının oğlu, bacısı oğlunun oğlu və hər nə qədər aşağa getsə, öz oğlu və oğlunun oğlu və hər nə qədər aşağa getsə, əmisi və dayısı, ata və anasının əmiləri və dayıları, əri və ərinin atası (qayınatası). Bunların yanında hicaba riayət etmədən gəzə bilər. Hərçənd ki, hicaba riayət etməsi yaxşıdır. Bunlardan başqa kişilər qadın üçün naməhrəmdirlər və onların yanında hicaba kamil surətdə riayət etməsi vacibdir.
aida
28. Sep, 2014
Qash aldirmaq haramdir mi subay qadin qash aldira biler mi?
Admin
29. Sep, 2014
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə eybi yoxdur.
Fatimə
22. Sep, 2014
Men hicabliyam ve ailem evvelden hicaba razi deyildiler.indide bashimi achmagimi arada dile getirirler.men hicabi achmaqda tereddud edirem valideyinlerime gore.valideynlerimin raziligi olmadan menim hicabda qalmagim duzgundurmu? Onlarin qelben narazi olmaqlari meni narahat edir.
Admin
23. Sep, 2014
Bismillahir-rəhmanır-rəhim
Hicab, Allahın əmri və dinin zəruri məsələlərindəndir. Buna riayət etmək sizin üçün vacibdir. Burda ata-ana və yaxud digərlərindən itaət etmək olmaz. Ata-anaya o vaxt itaət etmək lazımdır ki, onların sözü Allahın əmri ilə müxalif olmasın. Müxalif olduğu surətdə ata-anaya itaət etmək olmaz.
turkan
10. Sep, 2014
Salam.sualimi cavabsiz qoymadiginiz ucun tesekkur edirem.eslinde qeza deyende namazi 1gun yada cox gecikdirmirem.,novbeti ezana kimi qiliram.esas vaxtda qila bilmirem onu demek isdiyirdim.Allahin komeyinnen saxlamaq niyyetim yoxdu.sadece bilmek isdedim bele gecikdirmek,tam vaxrinda qilmamaq gunah sayilirmi.yene teaekkur edirem.sag olun.
Admin
11. Sep, 2014
Bismillahir-rəhmanır-rəhim
Namazı ilk vaxtında qılmaq vacib deyil, onu bir qədər gecikdirməyin, hətta zərurət olduqda axır vaxtına namazı qılmaq qədərində vaxt qalıncaya qədər gecikdirsəniz, eybi yoxdur və günah sayılmır.
turkan
08. Sep, 2014
salam,men yene sizi narahat edecem.sualim beledir.men aileliyem 2 korpe usagim var.balaca hele 2 ayliqdi,ozude biraz kurdu,cox vaxt yatmir agliyir.ozum namaz qiliram.amma usaqa gore cox vaxt qeza eliyirem,vaxtinda qila bilmirem,yaxud telesik qiliram.cunki tekem.usagi saxliyacaq kimse yoxdu.bu gunah sayilirmi? birde namaz qilarken usaq aglasa namazdan yarimciq dura bileremmi?ama sonra yeniden qilacam.evvelceden tesekkur edirem.sag olun ki bu sayti yaratmisiz.sayenizde cox seyi oyrenirik.Allah komeyiniz olsun.
Admin
09. Sep, 2014
Bismillahir-rəhmanır-rəhim
Namazı qəzaya vermək böyük günahdır və bütün əməllərin qəbulu namazın qəbuluna bağlıdır. Siz Allahın əmrlərinə itaət edin, namazızı qılın. Övladınız barədə də narahat olmayın. Siz namaz qılmaq müddətində uşağın ağlaması ilə ona heç bir şey olmaz və bunun ona heç bir zərəri yoxdur. Əgər çox ağlasa namazı uzatmazsınız və vacib miqdarına riayət edərsiniz. Hər namazın vacib miqdarı da təqribən 5 dəqiqə çəkir. Bundan əlavə, namazı ilk vaxtında qılmaq vacib deyil. Son vaxtına qədər uzada bilərsiniz. Üstəlik, lazım gəlsə namazın azan, iqamə, qünut və s. kimi müstəhəblərini tərk edib, yalnız vacib miqdarla kifayətlənə bilərsiniz. Bu müddət ərzində də siz işinizi və uşağın sakit olan vaxtını, yaxud onun yatan vaxtını elə nizamaya bilərsiniz ki, namazınız uşağın ağlayan vaxtına düşməsin. Bu fikirlərin çoxu şeytanın sizin ürəyinizə gətirdiyi bəhanələrdir. Özünüz də diqqət etsəniz görərsiniz ki, hətta çox uşaqlı analar da heç bir köməyi olmadan və heç bir çətinliyə düşmədən namazlarını qılır və qəzaya getməsinə imkan vermirlər.
İnşallah, ümidvarıq öz zirəngliyiniz ilə işlərinizi lazımınca tənzimləyəcək və namazınızın qəzaya getməsinə icazə verməyəcəksiniz.
Ayan
05. Sep, 2014
BİSMİLLAHİR REHMANİR REHİM..Salam eleykum….men bilmek isteyirem ki,subh namazinin qezasini gunorta yada axsam qila bilerem?
İndiden tesekkurler….
Admin
05. Sep, 2014
Salam. Vacibdir ki namaz vaxtında qılınsın, amma əgər kimsə qəzaya versə eybi yoxdur qıla bilərsiniz.
nubar
04. Sep, 2014
namaz gilmadan evvel hicab taxmaq olar ?
Admin
05. Sep, 2014
Bismillahir-rəhmanır-rəhim
Bəli, olar. İnşallah, namaz da qılın. Namaz insanın Allaha öz bəndəliyini göstərmək üçün bir vasitədir. Namaz insanı Allaha yaxın edir, onun ürəyini saflaşdırır. Bütün xeyir əməllərin başında namaz dayanır. İnşallah, çalışın ki, namaz da qılasınız.
sebine
01. Sep, 2014
salam…men Namaz qilirdim ama sonra terk etdim indi coox pesmanam ve yeniden baslamaq isteyirem hicaba da kecmek isteyirem…qebr ezabinnan cehennem ezabinnan cox qorxuram…evliyem 1 qizim var..bu yaxinlarda 1yasi tamam olacaq…fikirlesiremki 1..eger namaz qildigim yerde usaq dayanmadan aglasa men ne etmeliyem???. usaq olan otaqda namaz qilsam axi mene mane olar…birde yoldasimi isteyirem Allah yolunda olan bir insan olsun…mubarize aparmaliyam cevremnen ki usaqlisan usaga fikir ver esas…nece eliyimki bunlarla mubarize apara bilim..meselen 2..nese mene yaxsi tesir edeb sebr veren dua oxumaliyam..????? .nece edim ya qebr ezabi cehennem ezabindan sohbet geden videolara baxim..?/ ama bu videolara baxanda coox pis oluram oturub ne qeder aglayiram…men nece edimki imanim azalmasin…namaza baslayim ve birdaha terk etmeyim…????
Admin
05. Sep, 2014
Bismillahir-rəhmanır-rəhim
1. Bilirsiniz ki, namaz qılmamaq böyük günahdır və bütün əməllərin qəbulu namazın qəbuluna bağlıdır. Siz Allahın əmrlərinə itaət edin, namaz qılın, hicablı olun. Övladınız barədə də narahat olmayın. İnşallah, siz namaz qılanda ağlamaz və ağlasa da siz namaz qılana qədər ona heç nə olmaz. Əgər çox ağlasa namazı uzatmazsınız və vacib miqdarına riayət edərsiniz. Hər namazın vacib miqdarı da təqribən 5 dəqiqə çəkir. Bundan əlavə siz işinizi elə nizamaya bilərsiniz ki, namazınız uşağın ağlayan vaxtına düşməsin. Bu fikirlərin çoxu şeytanın sizin ürəyinizə gətirdiyi bəhanələrdir. Özünüz də diqqət etsəniz görərsiniz ki, hətta çox uşaqlı analar da heç bir çətinliyə düşmədən namaz qılırlar, hicaba və dinin digər vaciblərinə riayət edirlər.
Siz islam əxlaqı ilə ərinizlə rəftar etsəniz, Allahın köməyi ilə o da sizə qarşı yaxşı münasibətdə olar, sizinlə gözəl rəftar edər.
2. Allahdan səbir diləmək yaxşı əməldir və möminin sifətlərindəndir.
3. Dini mağazalardan, yaxud dindar dostlarınızdan dini videolar alıb baxa bilərsiniz. Bundan əlavə dini kitablar da tapıb oxuyun. İnşallah, imanınızın artmasına çox faydası olacaq.
Aysha
30. Aug, 2014
Salam Aleykum. Bilmek isteyirem, men ichki ve donuz eti satilan yerde kassir ishdiyirem. Ozum de hech sevmirem bu ishi, hetta demek olar ki, iyrenirem bu ishden. Lakin mecburam burada ishdemeye. Chunki kreditlerim var. Bashqa ish de tapa bilmirem. 16 yashimdan ishdiyirem, ve dushunurem ki, gunaha batiram her gun. Ve chox qorxuram. InshaAllah Namaz Qilmaq istiyirem ve Hicaba kechmey. Lakin ishim buna imkan vermir… men ne ede bilerem? Elacsiz qalmisham… 12saat kassada oluram, ve evez eden de olmur.. yerimden durmaga da icaze yoxdur.. Bu halda ne edim? Ishim bir gunden birdi…
Admin
08. Sep, 2014
Bismillahir-rəhmanır-rəhim
Qeyd edək ki, haram və murdar şeylərin alqı-satqısı, daşınması, hesablanması kimi yerlərdə işlərdə işləmək olmaz. Bundan əlavə, heç bir iş insana vacib olan əməllərə, o cümlədən namaz və hicaba mane ola bilməz. Mane olduğu surətdə həmin işdə işləyə bilməzsiniz.
Hal-hazırda elə bir iş yeri yoxdur ki, orda namaz qılmağa icazə verməsinlər və hicaba riayət etmək mümkün olmasın. Çalışın bəhanələrdən uzaq olun. Namazınızı qılın, hicaba da riayət edin. Allah böyükdür, sizə də təmiz işdə işləmək nəsib edər. İnşallah.
cabrayil
26. Aug, 2014
salam AQA men bilmey isdiyirem ki bizim kede sintizatirli toylar olur o toylarda dini toylarda sintizatir çalinir musiqi kimi sesler ifa edir o toylar haramdi yoxsa yox
Admin
27. Aug, 2014
Bismillahir-rəhmanır-rəhim
Əgər dini musiqilər ifa edilsə, onu dinləməyin eybi yoxdur.
əfsanə
23. Aug, 2014
namazda gəyirmək namazı pozurmu
Admin
25. Aug, 2014
Bismillahir-rəhmanır-rəhim
Xeyir, namazı batil etmir.
Senem.
22. Aug, 2014
Bezekli hicablar taxmaq gunahmidir?
Admin
23. Aug, 2014
Bismillahir-rəhmanır-rəhim
Paltarın parçası, yaxud rəngi, yaxud tikiliş qaydası onu geymək istəyən şəxs üçün adi qayda olmasa və onun hörmətinin aradan getməsinə, xar olmasına səbəb olsa, bu şöhrət libası hesab edilir və onu geyinmək icazəli deyil. Lakin qeyd etdiyiniz hicab geyimi əgər camaat arasında adi olarsa və diqqəti cəlb eləmirsə, eybi yoxdur.
Əfsanə
21. Aug, 2014
Salamun eleykum. Menim aldığm melumata göre üzü üstə yatan insanları ALLAH sevmir bu doğrudurmu
Admin
24. Aug, 2014
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Rzadan (ə), o da öz atasından belə nəql edir ki, Hüseyn bin Əli (ə) buyurmuşdur: Əli bin Əbi Talib (ə) Kufə məscidində idi. Şam əhlindən bir kişi ayağa durdu və ondan bəzi məsələləri soruşdu. Suallarının içərisində bunu da soruşdu: Mənə yatmağın neçə növ olduğunu buyur? Buyurdu: “Yatmaq dörd cürdür. Peyğəmbərlər arxası üstdə yatırdılar. Onların gözləri yatmır, Allahın vəhyinin intizarında olarlar. Möminlər sağ çiyni üstə üzü qibləyə yatırlar. Padışah və övladları sol çiyini üstə yatırlar ki, hər nə yemişlərsə yaxşı həzm olunsun. Şeytan və qardaşları, hər divanə və xəstə üzü üstə yatır.”
Üzü üstə yatmaq bəyənilmir çünki insanın səhhətinə ziyandır.
Allah sizə yar olsun.
anara
12. Aug, 2014
Salamun eleykum. Menim sualım belədir . Hicablı qız toyunda bəzənə bilərmi Yəni ümumiyyətlə sizdən cox cox xahiş edirəm bu haqda mənə ətraflı məlumat verə bilərsiniz Əvvəlcədən sizə təşəkkür edirəm admin bəy
Admin
13. Aug, 2014
Bismillahir-rəhmanır-rəhim
Qadının bəzənməyinin öz-özlüyündə bir iradı yoxdur, lakin makyajlı halda naməhrəm qarşısına çıxması icazəli deyil. Amma naməhrəm olmasza, eybi yoxdur və bəyəniləndir.
anara
13. Aug, 2014
Salamun eleykum. mən bilirəmki bizim 12 imamımız var amma nə qədər peyğəmbərimiz olduğunu bilmirəm Sizən xaiş imamların adlarını peyəmbərlərin sayını mənə deyə bilərsiniz
Admin
15. Aug, 2014
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
ON İKİ İMAM ADLARI VƏ QƏBİRLƏRİ
1- ci İmam Əmirəlmöminin Əli (əleyhissalam) – yaşı 63. Qəbri Nəcəfdə (İraq)
2- ci İmam Həsən Müctəba (ə.) – yaşı 47, qəbri Mədinədə (Bəqi qəbristanlığında)
3- cü İmam Hüseyn (ə.) – yaşı 57, qəbri Kərbəladə (İraq).
4- cü İmam Zeynəlabidin (ə.) – yaşı 57, qəbri Mədi- nədə (Bəqi)
5- ci İmam Mühəmməd Baqir (ə.) – yaşı 57, qəbri Mədinədə (Bəqi)
6- cı İmam Cəfər Sadiq (ə.) – yaşı 65, qəbri Mə- dinədə (Bəqi)
7- ci İmam Museyi Kazim (ə.) – yaşı 55, qəbri Ka- zimeyndə (İraq)
8- ci İmam Riza (ə.) – yaşı 55, qəbri Məşhəddə (İran)
9- cu İmam Mühəmməd Təqi (ə.) – yaşı 25, qəbri Kazimeyndə (İraq)
10- cu İmam Əliyyən-Nəqi (ə.) – yaşı 42, qəbri Sa- mirədə (İraq)
11- ci İmam Həsən Əskəri (ə.) – yaşı 28, qəbri Sami- rədə (İraq)
12- ci İmam Sahibəz-Zaman Məhdi (ə.)
(O Həzrət 255-ci h.q. ili Şəban ayının 15-də dünyaya göz açmış və hal-hazırda diridir. Allah-Təala- nın məsləhəti ilə qeybə çəkilmişdir. Qurani-Kərimin vədinə və bir çox mötəbər rəvayətlərə əsasən, Allah- Təalanın məsləhət bildiyi vaxt zühur edib, fitnə-fəsad- ların kəsəcək qıracaq, İslam dinini bütün dünyaya ha- kim edəcək, ədalətli və vahid İslam hökuməti quracaq- dır. O həzrətin zühur və gəliş vaxtı heç kəsə məlum dey- il və bunu yalnız Allah bilir).
Peyğəмbərləri sayı
Şiə aliмlərinin nəzərincə, bəşər tarixində yüz iyirmi dörd min (124000) peyğəмbər olмuşdur. Onlardan 313-ü nübüvvət мəqaмından əlavə, risalət, yəni fövqəladə мəмuriyyətə də мalik olмuşlar. Peyğəмbərlər arasında 5 nəfərin xüsusi iмtiyazı və üstünlüyü vardır. Onlara “ülul-əzм” deyirlər. Ülul-əzм Peyğəмbərlərin ayinləri bütün dünyaya aid olмuşdur. Həzrət Nuh, İbrahiм, Мusa, İsa, Мəhəммəd ülul-əzм Peyğəмbərlərdir. Quranda əziz Peyğəмbərimiz həzrət Мəhəммəddәn (s) əlavə, 25 Peyğəмbərin adı çəkilмişdir: Adəм, İbrahiм, İdris, İshaq, İsмail, İlyas, Əyyub, Davud, Zul-Kəfl, Zəkəriyya, Süleyмan, Şüeyb, Saleh, Üzeyir, İsa, Lut, Мusa, Nuh, Harun, Hud, Əlyəf, Yəhya, Yəqub, Yusuf, Yunus.
Allah sizə yar olsun.
əfsanə
08. Aug, 2014
Salamun Eleykum. Öncəliklə bizlərə belə bir şərait yaratdığınıza görə sizə öz təşəkkürlərimi bildirirəm . Belə bir sualla sizi narahat edəcəm yəni mən bilmək istəyirəm ki qadın müğənnilik edə bilərmi vəya dini mahnılar Mərsiyələr oxuya bilərmi yoxsa yox .Evvelceden sizə öz teşekkürlerimi bildirirem
.
.0
Admin
10. Aug, 2014
Bismillahir-rəhmanır-rəhim
Dini mahnılar, yaxud mərsiyyələr oxumasının eybi yoxdur, lakin bu halda onun səsini naməhrəm kişi eşitməməlidir.
turkan
02. Aug, 2014
Salam.menim bele bir sualim vardi. Usagin on gunu tamam olanda 10u tokmek ucun deyilen hansi dua var.birde onda evvel usaq cimmelidi yoxsa ana qusul edib sonra usagi cimizdirmelidi? Birde suyu hansi qabda tokmek lazimdir.
Umumiyyetle qusl ederken mutleq qabla tokmeliyik suyu,yoxsa tujdan istifade etmek olarmi? Evvelceden tesekkur edirem.Allah razi olsun…
Admin
02. Aug, 2014
Bismillahir-rəhmanır-rəhim
1. Müstəhəbdir ki, uşaq doğulduqdan sonra əgər zərəri yoxdursa ona qüsl verilsin; sağ qulağına azan, sol qulağına isə iqamə oxunsun; ona Fərat çayının suyundan və İmam Hüseyn (ə) türbətindən verilsin; uşağa ən yaxşı adlar qoyulsun; ən yaxşı adlar Allaha bəndəlik mənalarını verən adlardan, məsələn Abdulla, Əbdurrəhim, Əbdurrəhman və bu adlardan sonra ən yaxşı adlar peyğəmbərlərin və imamların adlarıdır və bunların ən yaxşısı Məhəmməd adıdır, hətta 4 oğlu olan şəxs oğullarının birinin adını Məhəmməd qoymasa məkruh iş görmüşdür.
Müstəhəbdir ki, uşağın saçını yeddinci gündə qırxsın və saçın ağırlığı qədər qızıl və ya gümüş sədəqə versin. Məkruhdur ki, başın bir tərəfini qırxsın və digər tərəfini qırxmasın.
Uşaq dünyaya gəldikdə vəlimə (qonaqlıq) vermək müstəhəbdir və bu, vəlimənin müstəhəb olduğu beş hadisədən biridir. Həmçinin uşaq sünnət olunduqda vəlimə vermək müstəhəbdir. Birinci vəlimənin doğulan gün verilməsi mötəbər deyil, onu bir neçə gün təxirə salmağın işkalı yoxdur. Əgər yeddinci gün və ya ondan qabaq sünnət olunsa sünnət olunan gün hər iki niyyətlə vəlimə versə hər iki müstəhəb əməl yerinə yetirilmiş olur.
Oğlan uşaqlarını sünnət etmək vacibdir və müstəhəbdir ki, yeddinci gündə olunsun və yeddinci gündən sonraya saxlamaq da icazəlidir. Əgər həddi buluqdan sonraya qədər təxir edilsə özünə vacibdir ki, özünü sünnət etdirsin.
Müstəhəbdir ki, körpənin dunyaya gəlişinin 7-ci günündə ata körpədən bəlaların uzaqlaşması məqsədilə bir qoyun və ya inək quraban kəsib ətini və ya bişmişhini yoxsullar arasında paylasın. Yaxşı olar ki, qurbanlıq qoyun oğlan uşağı üçün erkək, qız uşağı üçün dişi və eyibsiz olsun. Qurabnlıq ətin tamamilə yoxsullara paylanması mustəhəbdir. Yaxşı olar ki, əti bişirib müsəlmanlara (ən azı on nəfər) qonaqlıq versinlər. Həmçinin, əqiqənin dörddə birinin yaxud bir ayağının (budunun) mamaya (doğuş zamanı uşağı tutana) verilməsi müstəhəbdir. Əgər mama olmasa həmin miqdarı uşağın anasına vermək lazımdır ki, o özü istədiyi şəxsə hədiyə etsin.
Valideynlərin qurbanlıq ətdən yemələri məkruhdur. Həmçinin bu qurbanlıq təkcə vilayət əhlinə verilsin.
Əgər valideynlər uşaq üçün əqiqə etməyiblərsə, müstəhəbdir ki, uşaq özü üçün əqiqə etsin.
Əqiqəyə oxunan dua:
Bismillahi və billah. Alahummə əqiqətun ən fulan (“fulan” sözünün yerinə korpənin adi deyilsin) ləhmuha biləhmihi və dəmuha bidəmihi və əzmuha biəzmihi. Allahummə icəlhu viqaən liali Muhəmmədin səlləllahu ələyhi və alihi.
2. Suyun qabla, yaxud duşdan tökülməsinin fərqi yoxdur.
leyla
28. Jul, 2014
salam. menim sevdiyim biri var. men ozum hicabliyam namaz qilanam sevdiyim oglanda namaz qilandi biz goruwuruk ve kebin kesdirmek isteyirikki gunah olmasin goruwmeyimiz ama anam icaze vermir bunu anamdan xebersiz ede bilerem?
Admin
30. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
Ananız icazə verməsə, olmaz. Lakin xəlvət olmayan bir yerdə izdivac üçün şərtlərinizlə tanış olmaq həddində söhbət etmək icazəlidir.
murad
27. Jul, 2014
salamun aleykum ustol ustu oyunlarin hokumu nedi damino kimi oyunlari deyirem
Admin
30. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
Ayətullah Sistaninin fətvasına görə şahmat və nərd oyunları mütləq şəkildə haramdır. Domino, bilyard və s. kimi digər stolüstü oyunlar isə əgər qumar alətlərindən hesab edilməsə, şərt bağlamadan oynamaq icazəlidir. Amma qumar alətlərindən sayılsa, yaxud şərtlə oynanılsa, haramdır.
murad
25. Jul, 2014
salamun aleykum eger bir nefer zohurden sonra sefer ederse ve orucunu bilerekden acarsa bunun hokumu nedi?qezadi yoxsa keffarede gelir?suali cavabladigin ucun cox sagol
Admin
27. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
Qəzadan əlavə kəffarəsi də vardır və bunun kəffarəsi (qəzadan əlavə) 60 gün oruc tutmaq, yaxud 60 miskini doyuzdurmaqdır.
cabrayil
24. Jul, 2014
salam . Ramazan ayinda agzi oruc iken saca kraska qoymaq olar yayox bunu bilmek isdeyerdim
Admin
26. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
Gül
24. Jul, 2014
salam.sizə bir neçə sualim var. əvvəlcədən Allah razı olsun.
1. mən universitetdə oxuyuram. bu il hicab bağlamaq istədim amma valideynlərim buna icazə vermədilər. yəni mənim üçün atamin sözündən çixmaq yoxdur və o icaazə vermir. hicabin adini belə eşitmək istəmir. əsas olaraqda universiteti gətirir eyni zamanda bizim universitetimizdə hicaba icazə var. yəni mən hicab bağlamyaib qapali geyinsəm daha az günah yazilarmi atam universiteti bitirəndən sonra icazə vereceyinə söz verib. sizcə nə edim?
2. mən əsəbiyyat müəlliməsi olacağam. bildiyimiz kimi müəllimələrə hicab icazə verilmir. bədənin örtmək şərtilə müəssisənin içində baş örtüsünü icazə olmadiğina görə açmaq olarmi? yəni bu işə həqiqətən ehtiyac varsa.
Admin
25. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
1. Hicab Allahın əmridir və dinimizin zəruri məsələlərindəndir, ona riayət etmək vacibdir və bu məsələdə Allahdan başqa heç kimdən itaət etmək olmaz. Ata-anaya itaət, Allahın əmr və qadağası ilə müxalif olmayacaq həddə icazəlidir. Siz yumşaq və sadə dillə atanızı başa salmağa çalışın, ona hicabın Allah əmri olmasını, əxlaqi dəyərlərini çatdırın.
2. Naməhrəm qarşısında hicaba riayət etmək vacibdir və bu məsələ hicaba riayət etməmək üçün üzür sayılmır.
EMIN
21. Jul, 2014
SALAM sevdiyim qizla nigah baglamaga hele ki imkanim catmir. onunla goruwe bilerem daniwa bilerem? ne etmeliyem?
Admin
23. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
Digər naməhrəmlərlə fərqi yoxdur və şəri hədlər gözlənilməlidir.
Vuqar
20. Jul, 2014
Bismilleh.hicab geyinib ve bashqa yerleri adi namehremden secilmeyenin hokmu nedir
Admin
21. Jul, 2014
Bədəndən əlavə bədənin çıxıntıları da elə örtülməlidir ki, naməhrəmi cəzb etməsin.
Dilare
19. Jul, 2014
Salam Aleykum men Hicaba keçmek isteyitem ozumde Namaz qilan Oruc tutan birisiyem Hicabçun ne diseler ederem Ama anam icaze vermir anamin terreduduyle olsada keçsem olar?ozumde nişanliyam ve nişanlimla kebinimizde var dini nişanlimda Namaz qilan ve oruc tutandir
Admin
21. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
Hicab, Allahın əmridir və ona riayət etmək vacibdir. Bu məsələdə Allahdan başqa heç kimə itaət etmək olmaz. Hicaba riayət edin, ananızı da sadə və yumşaq dillə başa salmağa çalışın. Hicabın Allahın əmri olmasını, onun əxlaqi baxımdan faydalarını ananıza deyin. İnşallah, sizi başa düşər.
ella
15. Jul, 2014
Birdeki,namazin sonunda salavat ceviririk,peygemberlerimize,imamlarimiza.umumiyyetle salavatin menasi Peygemberimize ve onun ehli beytine ALLAHin salami demekdir,ama men olulerimize,meleklerimize,qaracuxamiza,14mesuma ve s. salavat gonderirem .bu duzgundurmu.umumiyetle qara cuxanin anlamini tam olarag derk etmirem,ona salavat gondermek duzgundurmu.coxsagolun
Admin
19. Jul, 2014
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, namazı qurtardıqdan sonra olar.
Xalqımız arasında məşhur olan Qaraçuxa anlayışı, insanı qoruyan və ya onun taleyinin təcəssümü olan, çiyninə qara çuxa (əba) salmış bir varlığı təsəvvür edir. İlkin İslam qaynaqlarında apardığımız araşdırmalar göstərir ki, xalqımız arasında formalaşmış bu fikrin heç bir dini əsası yoxdur. Buna görə də bu fikrin ilk dəfə necə və haradan qaynaqlandığı haqqında əlimizdə heç bir məlumat yoxdur. Lakin Quranda (Qaf, 18) insanın yaxşı və pis əməllərinə göz qoyan iki mələkdən söhbət açılır. Ola bilsin ki, uzun illər həqiqi İslamla arasında fasilə yaranan xalqımız zaman keçdikcə bu iki mələyi xurafatlaşdıraraq onları qoruyan qara çuxalı (əbalı) varlıq kimi yazılı və şifahi ədəbiyyatımıza daxil etmişdir.
Allah sizə yar olsun.
ella
15. Jul, 2014
Salam,size bir nece sualim var
1.Oruc tutan wexsin yaninda sigaret cekilende onun tustusu orucu batil edirmi?
2.Her hansi seyyidin ocagini ziyaret edurik,nezir goyurug,gebrinin etrafini dolanirig,ve orada ALLAHa dualar edirik,bu duzgundurmu?
3.qaynanam teze diw protezi qoydurub,hekim deyibki ariglamamalisanki protez agizda bowalmasin,ama o oruc tuturdu men ona bir muddet tutma,sonra qezasini tutarsan dedim,oda tutmadi.ama ozum oruc tuturam.gunah etmiw oldummu bunu demekle?
Xahis edirem cavablandirin.ALLAH razi olsun
Admin
16. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
1. Əgər siqaretin tüstüsü qəliz olsa və onu bilərəkdən udsa, orucu batil olur
2. Düzgündür.
3. Bəli, günah etmisiniz və bilmədiyiniz hökmü vermisiniz. Öz əməlinizdən tövbə edin.
Sevinc
14. Jul, 2014
Allah bu müqəddəs Ramazan xatirinə günahlarımızı bağışlasın. və sizlərdən , cümləmizdən razı olsun.Bir cox suallarıma cavab tapdım.
Ayan
09. Jul, 2014
ALLAHIN SALAMI SIZINLE OLSUN……1.Men bilmek isteyirem ki,oruc tutan wexs diwin fircalaya biler?
2.Qedr gecelerinde QURAN oxumaq lazimdir…Bu QURAN kitabi erebce deyil azerbaycan dilinde olsa olar?
3.Oruc tutan wexs ureyi birwey istedikde bunu diline getirse gunah sayilar?
Indiden cox sagolun…..ALLAH tutulan butun oruclari qebul etsin..AMIN….
Admin
10. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
1. Oruc tutan şəxsin diş fırçalamasının iradı yoxdur, lakin onun rütubətini udmamalıdır.
2. Eybi yoxdur, lakin oxuduqlarınız üzərində çox təfəkkür edin.
3. Heç bir günahı yoxdur.
atas
09. Jul, 2014
Salam. Mən sevgi haqqında cox maraqlandım amma yenədə oz sualıma aydın cavab tapa bilmədim .1 .Men oxudum ki islamdakı insanlarda sevir amma həddində allahı unutmamaq sərti ilə . Burada HƏDDİNDƏ ALLAHI UNUTMAMAQ ŞƏRTİ İLƏ dedikdə nə nəzərtə tutulur . 2. Ümumiyyətlə sizdən xahiş edirəm mənə doğru sevginin nə olduğunu deyə bilərsiz . ƏVVƏLCƏDN TƏŞƏKKÜRLƏR
Admin
11. Jul, 2014
Əleykumus-salam.
Sevgi umumi mənadır və bir çox nümunələri var, həqiqi sevgi Allaha və Allaha xatir olan sevgidir. Sualda məqsədiniz qız sevgisidirsə onun həddi budur ki, kimisə evlənmək məqsədi ilə sevib bəyənə bilərsən və bu məqsədlə onu görmək və lazım həddə danışmağa icazə verilir amma ortada əqd və kəbin olmadan onunla əlaqə saxlamaq, davamlı söhbət etmək icazəli deyil.
Allah sizə yar olsun.
atas
11. Jul, 2014
bu şərhi yazan qızdı adımın ataş olmagına baxmayaraq . Mən demək istəyirəmki mənim sevdiyim var onu düz niyyətimlə sevirəm oda mənə sevgisində ciddidi. Yəni demək istiyirəm ki bizim ikimizində niyyti düzdü biz heç bir zaman allahı unutmamışıq hər bir zamanda bir birimizə demişikki sukur bizi qovusduran allaha və hər bir anımızdada allaha sıgınmışıq mən ozüm namaz qılıram bəzən quran oxuyuram(Quran kirin dilindədi) onada oxuduqlarımdan deyirəm biz istirikki ur istiyirəm ailə həyatı qurandan sonra o namaza başlasın mən ozüm hicaba və dini və ornək bir ailə olaq bu bizim ikimizində arzusudur Yəni davamlı sohbətdə gorüsməkdə günah nədir
BİRDƏ SİZ YAZMISINIZ Kİ sevgi ümumi mənadır və bir cox nümnələri var məsələn
.
Admin
13. Jul, 2014
Əleykumus-salam.
Sevgi dedikdə Allaha olan sevgi, övlada olan sevgi və s.
Əgər biri-birinizi bəyənmisizsə və niyyətiniz ciddidirsə aranızda kəbin olmalıdır çünki, siz biri-birinizə naməhrəm hesab olunursuz və naməhrəmlə söhbət və əlaqə saxlamaq zəruri halda yalnız olar.
Allah sizə yar olsun.
Ayan
02. Jul, 2014
SALAM ELEYKUM….Men bilmek isteyirem ki,gunde 5 defe namaz qilmaq 3 defe namaz qilmaqdan yaxwidi?yeni onun savabi daha coxdu?
Admin
04. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
Gündəlik vacib namazlar beşdir və beş vaxtda qılınır. Lakin zöhr və əsr namazlarının, həmçinin məğrib və işa namazlarının müştərək vaxtları vardır. Onları birləşdirib, yaxud uzun fasilə ilə qılmaq arasında bir fərq yoxdur.
Nuride
02. Jul, 2014
Salam.dirnaq uzatmaq ve lak qoymaq destemazi pozurmu?
Admin
04. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
Dırnaq uzatmaq dəstəmazı batil etmir. Lakin lak dəstəmaz suyunun dırnağa çatmasının qarşısını alır. Ona görə də onu dəstəmazdan qabaq təmizləmək lazımdır.
Ayan
29. Jun, 2014
SALAM….Bagiwlayin yene narahat edirem.1.Haram musiqi dedikde ne nezerde tutulur?
2.Heqiqeten musiqiye qulaq asmaq gunahdirmi?bu QURANda yazilibmi?
Indiden tewekkurler…..
Admin
01. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
1. Haram musiqi dedikdə eyş-işrət və fəsad məclislərinə uyğun olan musiqilər nəzərdə tutulur. Belə musiqiləri dinləmək olmaz. Amma musiqi belə olmazsa, onu dinləməyin eybi yoxdur.
2. Eyş-işrət və fəsad məclislərinə uyğun olan musiqiləri dinləməyin haram olması Quranın bəzi ayələrinin təfsirindən və çoxlu hədislərdən istifadə edilir.
sebine
28. Jun, 2014
salam qadinin destemaz almasi kisile eynidirmi
Admin
29. Jun, 2014
Salam. Bəli
Ayan
27. Jun, 2014
SALAM ELEYKUM…..1.Men bilmek isteyirem ki,hicab baglayan qadin hundur daban ayaqqabi geyine bilermi?
zinet ewyasi taxa bilermi?
2.Birde bilmek isteyirem ki,toylara getmek gunahdirmi?
Admin
29. Jun, 2014
Bismillahir-rəhmanır-rəhim
1 və 2. Naməhrəmin diqqətini cəlb etdiyi üçün icazəli deyil.
3. Əgər haram musiqilər ifa edilən və naməhrəmlərin bir-birinə qarışdığı yaxud günaha düşmək qorxusu olan bir məclis olsa, icazəli deyil, əks təqdirdə eybi yoxdur.
Revane
23. Jun, 2014
salam aleykum.bilmey istiyirem bankdan goturulen pul ile eve erzaq almaq olar ve ya hediyye almaq olarmi? Hemin vaxtda evde imkansizil oldu aniden.onceden minnetdaram
Admin
01. Jul, 2014
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
turkan
19. Jun, 2014
Salam.Daha bir sualim varidi.
Teyemmum ucun evde basqa serait olmasa evdeki dibcek gulunun dibindeki torpaga teyemmum etmek olarmi?
Birde,yayda moskva seherinde subh namazi 01:30 da olur.subh hansi vaxta qeder qeza sayilmir.cunki saat 4de kimi gun cixir.eger o vaxt qilinsa qezaya gedirmi? Evvelceden tesekkur edirem.
Admin
29. Jun, 2014
Bismillahir-rəhmanır-rəhim
1. Eybi yoxdur.
2. Günəş çıxdıqda sübh namazı qəza olur.
turkan
18. Jun, 2014
Salam.meni narahat eden bezi suallar var.imkan daxilinde cavablandirsaz sevinerdim.
1.maqazinde satilan toyuq eti haram sayilir?.nece kesildiyini bilmirik cunki.
2.indilerde sunnilerin iraqda sielere qarsi muharibesi gedir.bu haqda nese yazardiz.biz burda ne ede bilerik,hansia duani oxuya bilerikmi komek ucun.deyilene gore Imam Huseynin mezarini dagitmaq isdeyirler.
3.ozum namaz qiliram,kolbasa yemirem.ama usaqa yedizdire bileremmi.yeni elimi kolbasaya vurmagim gunah sayilir?
Admin
29. Jun, 2014
Bismillahir-rəhmanır-rəhim
1. Müsəlman ölkələrinin idxalı olan ət qida məhsullarının alqı-satqısı və yeyilməsi halaldır və axtarış da lazım deyil.
2. Şiələrin qələbəsi üçün əlinizdən gələn köməyi etməyiniz lazımdır.
3. Əgər murdar heyvanın ətindən hazırlanmayıbsa, ona əl vurmağın eybi yoxdur.
ya ALLAHIM
15. Jun, 2014
Salam
Admin
16. Jun, 2014
Aleykum Salam!
murad
12. Jun, 2014
salam bir momin qardaw var o halal doner satir dunen eti goturduyu yere gedib baxib ki bildiyimiz wekilde toyuqu kesmirler……toyuqu uzu awagi bir demir qaba qoyur ve bawini qibleye teref tutur bismillah deyir bir defeye kesir……bu wekilde kesilen toyuq etini yemek olar aganin fetfasina esasen?
Admin
14. Jun, 2014
Salam. Əgər toyuğun başını kəsdikdə toyuğun bədəninin qabaq hissəsi qibləyə tərəf qalırsa düzgündür.
murad
12. Jun, 2014
salam oruc halda hovuzda cimmek olar bu wertnenki bawin her terefi suyun altinda qalir?…….ve yaxutda suyun bir terefinnen girib o biri terefinnen cixasan su alti?cavabladigin cox sagol
Admin
12. Jun, 2014
Salam. Başı suyun altına salmaq orucu batil edir.
Ayan
03. Jun, 2014
ALLAHIN SALAMI SIZINLE OLSUN…..Men bilmek isteyiremki,facebook,odnaklasnik kimi yerlere girmek gunahdirmi?
Birde bilmek isteyirem ki,qonaq qaldiginiz evde oruc tutmaq olarmi?
indiden cox sagolun….
Admin
07. Jun, 2014
Salam.
1.Əgər günah və fəsada düşmək qorxusu yoxsa, eybi yoxdur.
2.Əgər siz öz vətəniniz sayılmayan və gedib-gəlməsi 45 km olan bir yerə getsəniz və orada 10 gündən az qalsanız oruc tuta bilməzsiniz. və sonradan qəzasını tutmalısınız. Amma əgər 10 gündən artıq qalacaqsınızsa orucunuzu tutmalısınız.
Fizze
03. Jun, 2014
Salam aleykum.Eger bir nefer iwlediyi iwle elaqedar zohr ve esr namazlarini qilmaga hec cur imkani olmursa ve eve qayidan kimi qilirsa meselen saat 8- de 9 un yarisi bu zaman zohr ve esri qeza niyetiyle qilmalidir ya nece etmelidir?saat neceyedek qeza deyil zohr ve esr namazi?minnetdaram
Admin
12. Jun, 2014
Salam. Zöhr namazının axır vaxtı gün batmasına 8 rəkət namaz qılmaq qədəri qalana qədərdir. Əsr namazının axır vaxtı isə gün batana 4 rəkət namaz qılmaq qalana qədərdir. Dediyimiz vaxtlar ötərsə zöhr və əsr namazları qəza olur və siz günah etmiş olursunuz.
Shabnam
01. Jun, 2014
Salam Men 9 aydir hicab baglayiram mene bunu sevdiyim oglan demishdi bagla xoshum gelir hicab baglayan qizlardan mende bagladim indi oglandan ayrilmisham ve hicabi achmaq isdeyirem men ozumu hicaba layiq bilmirem hereketlerim hicaba yarashmir bilmirem ne edim hech hicab baglamaq isdememishem indi achasam gunahdir isdemiyerey baglamisham ve indide isdemirem baglamaq
Admin
02. Jun, 2014
Salam. kimin istəyib istəməməyindən asılı olmayaraq, qadınlar naməhrəm qarşısında hicaba riayət etməlidirlər. Qeyri surətdə böyük günah etmiş olurlar.
ella
01. Jun, 2014
Salam,bilmek isteyiremki,Yasin suresini cume axsami gunu ALLAH rizasi ucun oxuyub onun savabini olenlere hediyye etmek olarmi,yoxsa olenler ucun ayrica oxumalsan?ve birde gece vaxti namaz gilib onun savabini peygemberlere hediyye etmek duzgundurmu?
Admin
01. Jun, 2014
Salam. Hər iki surətdə düzgündür.
leyla
21. May, 2014
Men bawimmi baglamaq isdeirem.ama mektebde qoymurlar…sinifde baw baglayanlar var ama sinife gelen kimi acirlar.sonra eve gedende tezeden baglayirlar.bu gunahdirmi…mektebde qoymirlar diye qorxuram baglamaga.eger baglasam gelek sinife geden kimi sacimi acim…bu gunahdirmi?
Admin
22. May, 2014
Salam. Hicab İslamın zəruri məsələlərindəndir, naməhrəm qarşısında ona riayət etmək vacibdir.
Fizze
21. May, 2014
Salam aleykum.Bir sualla narahat edirem sizi.Bir nefer stomatoloqdu ve xestexanada iwleyir 150 man maaw alir ve xestexanadan hemin maawdan mueyyen yerlere cixilir
yeni sistem beledir nazirliye nebilim hara tuturlar maawdan bu hal ruwvet sayilirmi? haramdirmi? Ve hemin hekim xestexana serait yaradir iwden sonra xestexanada qalib xesteleri qebul edirler ve xeste pulu hekime odeyir xestexanaya verilmir yeni.Ve rehberliyinde icazesi var.Otaq stol aparat filan xestexananindir derman aletler filan hekim terefinden oz hesabina alinir.Amma su, isiq xestexananinkindan istifade edir.Bu halda nece haramliq var? yeni xesteden pul almag kimi filan.Sual boyuk oldu eziyetinizi halal edin.
Admin
22. May, 2014
1.Əgər dövlətin yaxud xəstəxananın rəsmi qanunları əsasında pul tutulursa eybi yoxdur. Habelə siz pulu hansıs qanuni bir işin müqabilində öz razılığınızla verirsinizsə yenə rüşvət deyil.
2.Xəstə pulu öz razılığı ilə verirsə, habelə müdiriyyət sizə işləmək üçün icazə verirsə eybi yoxdur.
Ayan
13. May, 2014
SALAM ELEYKUM……sevgililer bir birilerini uzaqdan sevselerde gunah sayilar?yeni goruwmeseler yalnizca telefonla daniwsalar.onda gunah qazanmiw olurlar?
Admin
22. May, 2014
Salam. Fəsad və günah qorxusu olmaqığı surətdə adi söhbətlərin eybi yoxdur.
ella
12. May, 2014
Salam,bagislayin yene narahat edirem amma menimcun cox vacibdir.dedizki haram sektorlarda islemek icazeli deyil,yani bank sektoru umumiyyetle haramdir?eger beledirse bu qeder teskilat var ve bezilerinin rehberi Heci adamlardir.Bes shexsin basga ishi yoxdursa, ailesini dolandirmag ucun bu ishde calishmaga mecburdursa ve namaz qilib dinin qaydalarina emel edirse,bu isden aldigi mevacibden qurban kesir ve ya kimlerese yardim edirse bunlarin hecbir faydasi yoxdur?bele shexsin ailesinin ve ozunun axiretde cezasi nedir ve ya bagishlanmasi mumkundurmu?cox hahis edirem cavablandirin.ALLAH razi olsun
Admin
22. May, 2014
Salam.
Bank əməliyyatı iki cür olur:
1. Haram bank əməliyyatı; bu, ribalı müamilələrlə əlaqədar olan əməliyyatdır. Məsələn, onların icra olunmasında nümayəndəlik, onların qeydə alınması və onlara şəhadət verilməsi, alanın xeyrinə olaraq artıq ribalı qazanc almaq. Həmçinin, ribalı müamilələri olan şirkətlərin müamilələri ilə əlaqədar olan əməliyyatlar, yaxud şərab ticarəti ilə məşğul olanlar, onların səhmlərini satmaq, onlar üçün etibar açmaq haram əməliyyatlardan hesab olunur.
Bu əməliyyatların hamısı haramdır və belə bölmələrdə işləmək icazəli deyildir, ücrət almağa haqlı olmağa səbəb olmur.
2. İcazəli olan bank əməliyyatları; bu, yuxarıda qeyd olunan əməliyyatdan tamamilə fərqlənir, orada işləmək və əmək haqqı almaq icazəlidir.
Ayan
09. May, 2014
SALAM….Men bilmek isteyirem ki,kimese mecbur tovbe eletdirmek olar?meselen,men yaxin bir dostumun coxlu sehvler etdiyini gorurem ve onu duzgun yola getirmek ucun deyiremki;ALLAHIN qapisina get ve tovbe ele.O,bunu qebul etmir.Mende onu daniwdirmiram.onda gunah etmiw oluram?
Admin
10. May, 2014
Salam, yaxşılığa dəvət, pisliklərdən çəkindirmək hər bir müsəlmanın vəzifəsidir. Lakin bunu öz şərtlərinə uyğun etmək lazımdır. Əgər tərəfi danışdırmamaqla o öz səhvini anlayacaqsa bunu etməlisiniz.
ella
08. May, 2014
Salam,suallarimi cavablandirdiginiz ucun cox sagolun,ALLAH razi olsun,bilmek isteyirem bank sektorunda ishleyen ve ya her hansi kredit teshkilatinda calishan,kredit veren shexsin qazanci haramdirmi? Cox xahis edirem cavablandirin
Admin
10. May, 2014
Salam. haram sektorlarda işləmək icazəli deyil və gördüyü işlərin müqabilində aldığı əmək haqqının da sahibi olmur.
leyla
04. May, 2014
salam aleykum.eger aileden bir nefer kimse topazda isleyir,kompyuter arxasinda oturur sot qebul edir onun maasi halaldir haram? ve bir de aileden kimse salonda dirnaq qoyursa o pul haramdir?
Admin
06. May, 2014
1. Dırnaq qoymağın eybi yoxdur.
2. Topaz dedikdə qumar oyunlarını nəzərdə tutursunuzsa, icazəli deyil.
leyla
03. May, 2014
salam aleykum.qiz usaqlarinin basini mutleq 9 yasinda baglamaliyiq?bu mutleqdi?
Admin
04. May, 2014
Salam. Bəli, vacibdir.
Fizze
03. May, 2014
Salam aleykum bele bir sual dushundurdu meni.Weri baximdanla cavabi maraglidi.Tutaq tortun uzerini dini simvollarla bezemek ,Hz Eli(e) Zulfuqarini cekmek yaxud meselen yazmaq ki Allah xowbext etsin ve s bu kimi qisa dua hemcininde 14 mesumdan birinin tutaq movludunda tort biwirib onun adini yazmag weri baximdan duzgundu ya yox?yeni bu Islamda hormetsizlik sayilr?cun kesilib yeyilir bu baximdan.Bu yaxinda Xanim Zehra(e)movludu ucun hazirlanmiw tort gordum burdan yarandi sual deqiq oyrenmek istedim.Allah razi olsun evvelceden
Admin
04. May, 2014
Allah. İradı yoxdur.
Fizze
02. May, 2014
Salam aleykum.Sualimi cavablandirdiginiz ucun Allah razi olsun.Bele bir sualim var yene.Eger bir nefer yataq xestesi rehmete getse onun yatdigi yorgan dowek paklanmalidir sonra istifade edilmelidir ya nece?ve hemin wexsin barmagindaki uzuk kimese verilse barmagindan cixarilib hemin uzuk nece paklanmalidir?
Admin
04. May, 2014
Salam. Əgər meyitin bədəni və yataq vasitələrinə hər ikisi quru olubsa və digər bir murdar da onlara dəyməyibsə, yorğan-döşək pakdır. Onu yenidən paklamağın mənası yoxdur. Amma əgər meyitin bədəni yaxud yorğan-döşək və ya üzük yaş olubsa, yaxud digər bir murdarlıq onlara dəyibsə, murdarı təmizlədikdən sonra onları bir dəfə kür su ilə suya çəksəniz, kifayətdir.
nura
27. Apr, 2014
Hicab mecburu deil .namaz mecburidir.bele cikirki hicab ortmuyenler ceheneme gedecek esas yaxsuluk etmek emelerin duz olmasi namaz qilmakdir.hetta namaz qilib yaxsilik etmeyen cenetlik deildir.men hicab ortmurem ortmek fikrimde yokdur.din adamlari falci kimi hersi bir nagildanisir.men din adamina sual vermisdim euer bir insana mecbur etsen hicab ort o hetta namaz qilmaz bumu dogru olan o ise dedi quranda hicabin derinliklerine gedilmiyib hicab konuludur.
Admin
30. Apr, 2014
Salam. Həm namaz həm də hicab və dinin digər təklifləri məcburi yox, vacib və ya qadağandır. Yəni əgər ona əmr olubsa onu yerinə yetirmək vacib, qadağan olubsa, haramdır və ondan çəkinmək lazımdır.
Çox güman ki, sizin dindar adı ilə qarşılaşdığınız şəxsin falçı ilə qarışıq salmısınız. Çünki İslam dinində hicab vacib və zəruri bir əməldir, onun vacibliyini İslamın bütün ardıcılları bilir hətta onun vacibliyini xristian və yəhudilər belə bilirlər.
Hər halda qadının naməhrəmdən örtünməsi və hicab dinimizin çox vacib bir məsələlərindəndir. Buna hədis və rəvayətlərdən əlavə Qurani-Kərimin özündə də çoz təkidlə əmr edilmişdir. O cümlədən Nur surəsinin 30 və 31-ci ayələri, Əhzab surəsinin 32 və 59-cu ayələri.
Bu linkə də müraciət edə bilərsiniz: http://hicab.org/?p=311
sevinc
26. Apr, 2014
Salam.bilmek isteyirem men musalman qadininin geyimine riayet etsem,yeni qapali geysem,sadece basimi baglamasam duzgun olarmi?cunki bas ortusu ile daha cox celb olunur insan bizim yasadigimiz muhitde.bele duzgun olarmi?
Admin
30. Apr, 2014
Salam. Qadın üz və əllərindən başqa bədən və başənən hər bir hissəsini örməlidir. və bundan bir hissəyə də riayət edilməsə onun hicabı düzgün sayılmır.
Fizze
25. Apr, 2014
Salam aleykum.Bir sual sorushmaq isteyirem bu gunlerde dini xeber saytlarinin birinde Mekarim aganin facebookla bagli fetvasin gordum qeyd olunmushduki umumi kutle ucun din alimleri haram buyurur ama din tedqiqatcilari ucun aid deyil bu.Bunu izah ederdizde imkan daxilinde aga dogurdan bu fetvani verib?ve bu aganin muqellidlerine aiddirde veribse?yeni tutaq aganin ibadet ehli olan bir muqellidi istifade edirse facebookdan bu fetva verilibse etmemelidir?aydinlawdirsaz sevinerdik Allah razi olsun
Admin
30. Apr, 2014
Salam. Ayətullah əl-üzma Məkarim Şirazinin Facebukla bağlı fətvası ağanın rəsmi internet saytında göstərilmişdir.
Qeyd edək ki, hökm onun müqəllidlərinin hamısına aid olur. Bəs bu fıtvaya əsasən əgər onun müqəllidi elmi araşdırmaçıdırsa və onun bu araşdırmaları üçün facebukdan istifadə etməyə ehtiyacı varsa onun üçün icazəli, qeyriləri üçün isə icazəli deyil. Fətvanın orjinalı bu linkdədir. http://makarem.ir/news/?typeinfo=4&lid=6&mid=318235&catid=0&start=1&PageIndex=0
Ayan
20. Apr, 2014
ALLAHIN SALAMI sizinle olsun…..Bilmek isteyirem ki,”ALLAH” sozunu hara istesek yaza bilerik?meselen defterin ustune,divara ,tortun ustune.Bu gunah sayilirmi?
Birde azan verile-verile namaz qilmaq olar?
indiden tewekkurler….
Admin
22. Apr, 2014
1.Salam, Allahın adını bütün pak yerlərə yazmaq olar, lakin bu şərtlə ki, elə yerə yazılsın ki, bu ada hörmətsizliyə səbəb olmasın. Məsələn yerə yazıldıqda üstündən keçə bilərlər, yaxud oturulan yer.
2.Azanın verilməsi namaz vaxtının daxil olması deməkdir. namaz qıla bilərsiniz.
Ella
19. Apr, 2014
Salam,men hicab baglamag isteyirem ama heyat yolasimdan basga heckim razi deyil.Qaynatamla bir evde yasayirig o da narazidi.Anam da narazidi.Bilmek isteyirem men evin agsaggalinin raziligi olmadan hicaba kecsem bu hormetsizlik olar?Xususen de anamin raziligini almadan bunu etsem itaetsizlik etmis olaram?Onlar her ikisi de namaz qilan insanlardi ama birce bu isde hec cure razi olmurlar.Mene meslehet verin xahis edirem
Admin
22. Apr, 2014
Salam, Hicab dinin zəruri məsələlərindəndir və ona riayət etmək vacibdir, bu işdə Allahdan başqa heç kimə itaət etmək olmaz.
Ümumiyyətlə, əgər ata-ananın ya ərin sözü Allah ımr və ya qadağası ilə zidd olsa Allahın əmr və qadağası irəli salınır.
ella
19. Apr, 2014
Şərh yazın…
anara
17. Apr, 2014
salam mən namaza 15 yaşımda başladım 9 yaşımda yox bəs onon qəzlarını qılmalıyam
Admin
22. Apr, 2014
Salam, büluq həddinə çatdıqdan sonra namaz, oruc və s. dini təklifləri yerinə yetirmək sizin üçün vacib olur. Qız uşağının büluq həddinə çatması bu iki əlamətdən biri ilədir:
1.Aybaşı olmasaı
2.9 yaşının tamam olması. Bunların hansı biri tez baş versə, qız büluğ həddinə çatmış olur və şəri vəzifələrini yerinə yetirməlidir. Əgər bundan gec yerinə yetirsə, qəzasını etsin.
fetulla
17. Apr, 2014
Şərh yazın…
Ayan
16. Apr, 2014
SALAM ELEYKUM…Bilmek isteyirem ki,hicabi sert qoyaraq taxmaq olar?meselen her hansi bir iwin duzelmesini isteyirem ve niyyet edirem ki,iwim duzelse HICAB taxacam.Bu ne derecede duzgundur?
Admin
17. Apr, 2014
Salam, siz nəzir edib etməməyinizdən asılı olmayaraq hicab sizin üçün vacibdir. Bildirək ki, sualda qeyd etdiyiniz kimi nəzir etmək düzgündür. Amma hər halda yəni istər nəziriniz qəbul olsun, istərsə də olmasın hicaba riayət etmək sizin şəri vəzifənizdir.
yar
16. Apr, 2014
sevgililərin əldən tutmasının günahı nədir
Admin
17. Apr, 2014
Salam, onların arasında şəri əqd oxunana qədər naməhrəmdirlər və naməhrəmin bütün hökmlərinə riayət etməlidirlər. Əks təqdirdə böyük günah etmiş olurlar.
Fizze
12. Apr, 2014
Salam aleykum korpe uwag namaz vaxti ananin hicabini bawindan cixarsa ve ana namazi dayandirmayib hicabsiz qilibsa namaz pozulurmu?namazi yeniden qilmalidirmi?twk
Admin
14. Apr, 2014
Salam, sualın fərzində namaz batil olub və yenidən qılınmalıdır.
Qiblədən dönmədən addım atıb örtüyünüzü uşaqdan alın, yaxud namazın şəklini pozmadan başqa bir örtüklə başınızı örtün. Məsələn sizin əyninizdə artıq libas varsa və onunla başınızı örtmək mümkündürsə bunun üçün həmin libasdan istifadə edin. Yaxud yaxında baş örtmək üçün bir örtük varsa və siz namazın şəklini pozmadan onu götürə bilirsinizsə götürün başınızı bağlayın.
cabir
10. Apr, 2014
qeza namazinin hokmleri nedir ???
Admin
14. Apr, 2014
Salam, qəza namazı vacibdir.
Deniz
09. Apr, 2014
SALAM
bilmek isteyirem ki bir weye tovbe edib onua riyaet etmesem gunahi nedir?
Admin
14. Apr, 2014
Salam, yenidən tövbə edin, Allah bağışlayan və rəhm edəndir və tövbələri qəbul edəndir.
Ayan
08. Apr, 2014
SALAM.Cox sagolun sualima cavab verdiyiniz ucun.Size 1 sualim daha olacaq.
1.Namaz qilarken fikrimi namaza vere bilmirem.Cawmasam bele fikrim bawqa yere gedir.Bu namazi batil edir?
2.Gozmuncugu qolbagi ve ya sepi taxiramsa bu gunah sayilir?Qeyd edim ki,men bunu goz deymesin niyyeti ile taxmiram.
3.Bir insan sehv edir(bu sehvi bile-bile edir ve ozu ile buna gore fexr edir)/Men onun sehv etdiyini bawqalarinin yaninda deyiremse(bir qeder yuksek tonla)onda gunah etmiw oluram?
4.Eyer bir sehv etsem ve sonra sehv etdiyimi bawa duwub TOVBE etsem qebul olar?
Xaiw edirem cavab yazin.Menim ucun vacibdi.
Admin
14. Apr, 2014
Salam
1.Namazı düzgün yerinə yetirmisənsə eybi yoxdur.
2.Qızıl zinət əşyalarını taxmaq kişi üçün haramdır. Amma qızıldan olmasa öz özlüyündə eybi yoxdur.
3.Əgər onun səhvi şəri bir səhv deyilsə, yaxud şəri səhv olub lakin onun özünə dedikdə bunu düzəltməsi güman edilirsə habelə öz günahında israrlı deyilsə bu səhvi başqalarına deyə bilməzsiniz və bu qeybət sayılır.
4.Əgər tövbə etsəniz Allah qəbul edər.
Ayan
06. Apr, 2014
SALAM
Hicab baglamag isteyirem ama mektebde icaze vermirler.Eger baglamasam gunah sayilar?yoxsa mektebden cixmaliyam? Xahiw edirem cavab yazin .
Admin
08. Apr, 2014
Salam, Hicab dinin vacib məsələlərindəndir, ona riayət etmək vacibdir.
Nigar
06. Apr, 2014
Salam.Estetik burun emelyatı günahdırmı?
Bir de hicabda cüzi makiyaj etmek çöle çıxanda.?
Admin
08. Apr, 2014
Salam, öz-özlüyündə eybi yoxdur. Amma haram müqəddimələrdə (məsələn naməhrəmin toxunması kimi) çəkinmək lazımdır.
Əgər bilinməyən həddə olsa eybi yoxdur, amma əgər bilinsə nəməhrəmdən örtmək lazımdır.
YALCIN
05. Apr, 2014
SALAMUN ALEYKUM, SISTANI AGANIN NEZERINE ESASEN HANSI BALIQLAR HALAL, HANSILARI ISE HARAM SAYILIR?
Admin
08. Apr, 2014
Salam, pulcuqlu balıqlar halal, ondan qeyriləri haramdır.
ella
02. Apr, 2014
Salam,cox xahis edirem suallarimi cavablandirin
1.Islamda musiqi dinlemek gunahdirmi?ve ya ondan tesirlenib kecmisi yada salmaq aileli qadin ucun gunahdir?
2.Hicabli qadin sacini hundurden yiga ve ya hundurdaban ayaqqabi geyine bilermi? Cox hahis edirem cavablandirin
Admin
08. Apr, 2014
Salam
1.Musiqi eyş-işrət və kef məclislərinə aid olan musiqilər haram, ondan qeyriləri icazəlidir.
2.Hər ikisi icazəli deyil.
cebreyil
26. Mar, 2014
salam eleykum men bilmek isteyirem ki men duxu isdifade edirem bilmirem ki islami baxmidan isbirti olan duxulari isdifade edmek olar ya yox ???
2 sualimda var size : dinde çalqili toy haramdi ya yox men özüm çalqili ve yonikali islami toylar var onlarada getmirem bilmek isdeyirem bu toylar haramdi ya yox ??
Admin
27. Mar, 2014
Salam:
1.Əgər o ətrin tərkibindəki spirt axıcı və məsedici spirtlərdən olsa istifadə edə biməzsiniz. Amma belə spirtlərdən olmasa, yaxud hansı spirtdən olması sizə məlum olmasa eybi yoxdur, yəni istifadə edə bilərsiniz.
2.Eyş-işrət məclislərinə uyğun olan musiqilər haramdır və belə toylara getməkdən çəkinin. bundan qeyri toylarda iştirak etmək icazəlidir.
aygun
17. Mar, 2014
salam men hicabli xanimam.sadece inwallah emeliyyatolunmaliyam hekim kiwi hekimi olsa eger gunahdir?qeyd edimki mutexessis ve pewekar olduguna gore kiwi hekimi emeliyyat elemeli olacag.ne derecede duzgundur bu?
Admin
17. Mar, 2014
Salam, əgər qadınm mütəxəssis və peşəkar həkim yoxdursa və ya ona əməliyyat etdirmək mümkün deyilsə kişi həkimə müraciət edə bilərsiniz.
zehra
12. Mar, 2014
salam. men hicaba kechdikde menim anam menimle daniwmadi. sonra bariwdi. men gunah etmiwem? Evvelceden tewekkurler
Admin
13. Mar, 2014
Salam, siz günah etməmisiniz, amma ananızın könlünü alsanıs yaxşı olar. Hicab vacib bir əməldir, hətta ata-ana müxalif olsa belə siz naməhrəmdən qorunmaq üçün hicaba riayət etməlisiniz.
nurlan
10. Mar, 2014
salam. menim 13 bacimin12 yasi var namaz gilmaq isteyitik amma mektebe gunorta gedirik hemde dersimiz cox olur biz onda ne edek?
Admin
11. Mar, 2014
Salam, əgər imkan varsa gözləyin azan verildikdə namazı qılıb sonra dərsə gedin. Əgər bu imkan yoxdursa məktəbdə tənəffüs zamanı namazınızı qılın. Əgər dərsiniz günbatmazdan qabağa tamam olursa dərsdən sonra da namazınızı qıla bilərsiniz.
leyla
05. Mar, 2014
hicab acmagin gunahi nedi??????
Admin
08. Mar, 2014
Salam, hicab dinin zəruri məsələlərindəndir və bunu heç cür tərk etmək icazəli deyil. Hicab məsələsi Qurani-Kərimdə də aşkar surətdə gəlmişdir. Hicaba riayət etməmək böyük və ağır günahlardan hesab edilir və bunun üçün ilahi əzab vardır.
cabrayil
22. Feb, 2014
Salam mende sad oldum ki menim verdim suallara cavab verdiz bu defede sizden bir soz sorusmaq isdeyirem Əyami Fatime günleridir martin 21 Novruz Bayrami olur biz bu bayrami etsek günahdirmi ya yox bizde bezi isanar yarisi edir yarisi etmir qalmisam sual arasinda bilmirem edek ya edmeyek cavabinizi gözleyirem
Admin
23. Feb, 2014
Salam, bayram günü şəhadət günü ilə üst-üstə düşmür, bayram keçirə bilərsiniz. Amma hər halda şiələr arasında Fatimiyyə günləri hesab olduğu üçün çalışın hərəkətləriniz həzrət Fatimə yoluna uyğun olsun və Əhli-beyti narahat edən bir iş etməyin.
turkan
22. Feb, 2014
Salam.
birine borc pul verdim ve o borcunu qaytardi.Lakin men o pulun hansi yolla qazanildigini bilmirem.o haram pul sayilir? Evvelceden tesekkur edirem…
Admin
23. Feb, 2014
Salam, Bəli, onun verdiyi pulu ala bilərsiniz.
Aytac
19. Feb, 2014
Salam,
Mən bir sual vermək istəyirəm.Hicablı xanımlar hicabın gözəlliyinə,xarici görkəminə fikir verirsə bu düzgündürmü?və o xanım makiyaj edə bilərmi?buna xaiş mütləq rixa edirəm cavab yazın
Admin
23. Feb, 2014
Salam
1.Camaat arasında adət olan tərzdə olsa eybi yoxdur.
2.Makiyaj etdiyi surətdə özünü naməhrəmdən örtməlidir.
turkan
19. Feb, 2014
Cox sagolun. Allah yardimciniz olsun.
turkan
18. Feb, 2014
Suallarimi cavabsiz qoymadiginiz ucun cox sagolun.Allah komeyiniz olsun.
1.Namaz qilanda bezen necenci ruketde oldugumu unuduram,bezen de sehven sozlerin yerini deyisik deyirem bilmeden.burda secdeyi sehv etmek lazimdir,yoxsa…..?
2.namazlarimi da subhu oz vaxtinda, zohr ezaninda zohrle esr, samda da samla
xifteni bir qiliram.
3.usaqin 1 yasindan sonra saclarini kecdirmeyi din teleb edir,yoxsa adetdendir.o sac temiz sayilmir deyirler.
4.birde son vaxtlarda yad planetliler haqqinda danisiqlar gezir.guya dunyani onlar idare edir,yaxud neler…. Qurani Kerim bu haqda ne deyir? onlar heqiqeten movcuddurmu,? Bir daha eziyyet verdim, vaxtinizi aldim. Sagolun
Admin
19. Feb, 2014
Salam,
1.Əgər bilməsəniz ki, namazın neçənci rəkətindəsiniz bu zaman namazınız batil olu, amma rəkətlər arasında şəkk etsəniz, məsələn, şəkk etsəniz ki, üçüncü rəkətdəsiniz ya dördüncüdə bu şəklərin bəsizi namazı batil edir, bəzilərini isə düzəltmək mümkündür və namazın düzgünlüyünə zərər yetirmir. Ona görə də şəkk etdiyiniz rəkətləri bizə yazın, biz namazın oökmünü sizə deyək.
2.Əgər sözlərin yerini səhv desəniz namaz batil olmur, bir şərtlə ki, səhvinizi düzəldəsiniz. səcdeye səhv etməyə də ehtiyac yoxdur.
3.Dediyiniz tərtiblə qəldığınız namaz düzgündür.
4.Uşağın başını tükü pakdır və bu sözün heç bir əsası yoxdur.
5.Digər planetlərdə canlı varlıqların olması mümkündür, lakin dünyanın idarə və tədbiri Allaha məxsusdur.
turkan
10. Feb, 2014
Salam,yene bezi suallarimla vaxtinizi alacam. Insaallah imkan daxilinde cavablandirarsiz. Evvelceden tesekkur edirem…
1.menim korpe usagim var.yalniz o yatanda namaz qila bilirem.namazi birlesdirib 3defe qiliram.olarmi?
2.namazda sehve yol verende,yaxud necenci ruketde oldugunu unudanda secdeyi sehv etmek kifayetdi,yoxsa yeniden qilmaq lazimdi?
3.qadin namaz qilarken,evinde yasayan,lakin hecbir qohumlugu olmayan yad,yasli kisinin onu gormesi namazi batil edirmi,gunahdirmi?
4.halal kolbasa,yaxud diger et mehsulu yemek gunahdirmi?
5.Destemazdan sonra kosmetikadan istifade etdikde destemaz pozulurmu?kosmetikali namaz qilmaq olarmi?
Admin
12. Feb, 2014
Salam.
1. Əgər məqsədini – Sübhi öz vaxtında ayrı, zöhr və əsri həmçinin məğrib və işanı öz vaxtlarında birləşdirməklə qılmaqdırsa eybi yoxdur.
2. Burda müxtəlif mövzular ola bilər. Siz şəkk etdiyiniz və səhvə ol verdiyiniz yerləri bizə yazın inşaallah cavablandıraq.
3. Eybi yoxdur.
4. Əgər müsəlman ölkələrinin istehsalı olsa, Haram olmasına yəqinliyiniz olmadığı surətdə onları yemək icazəlidir.
5. Eybi yoxdur və dəstəmaz pozulmur.
cabrayil
06. Feb, 2014
salam men sosyalyardim haqida bilmek isdeyirm ki sosuyal yardim beytulmaldi yoxsa yox??
Admin
06. Feb, 2014
Salam, Beytul-mal hesab edilir.
samire
02. Feb, 2014
salam.men nece illerdi namaz qiliram amma hicab baglamiram.hicaba kecmeyide cox isteyirem lakin valideynlerim razi deyil.Quranda da oxumuwam hicab Allahin qadinlara emridi amma bunu valideynlerime bawa sala bilmirem.men ne edimki onlar menimhicab baglamagima razi olsunlar? xaiw edirem komek edin
Admin
03. Feb, 2014
Salam, bildiyiniz kimi hicab dinin vacib məsələlərindəndir və bu məsələdə Allahdan başqa heç kimdən itaət etmək düzgün deyil. Siz valideynizi yumşaq və sadə dillə başa salmağa, hicabın ilahi bir əmr olmasını və insanı şeytanın şərindən, fitnə-fəsaddan qoruyucu olmasını, Hicabın qadın üçün bir izzət və dəyər olduğunu onlara izah edin. İnşaallah başa düşərlər.
ilahe
26. Jan, 2014
MEN HICABIMI COX SEVIREM
turkan
23. Jan, 2014
salam menim 17 yawim var hicaba girmey isteyirem .amma bilmirem ne etmey lazimdi.xaiw edirem melumat verin neleri bilmey lazimdi ne etmey lazimdi????
Admin
25. Jan, 2014
Salam, Hicab odur ki, qadın üz və əllərindən başqa bütün bədənini və saçını naməhrəmdən örtsün. Əgər siz bir az geniş paltar geyib və baş örtüyü ilə başınızı örtsəniz kifayətdir.
leyla
21. Jan, 2014
salam menim qizimin 9 yasi teze tamam olub.hicaba kecmesini isteyirik. amma mektebde hicaba icaze vermirler. usagi tehsilden de saxlamaq istemirem.mene meslehet verin men ne edim?xahis edirem mene cavab verin.cox narahatam.
Admin
22. Jan, 2014
Salam, Ayətullah Sistaninin nəzərinə əsasən bütün şəraitdə hicaba riayət etmək vacibdir.
furqan
20. Jan, 2014
islamda Allahdan qeyrisinden komek istemeg olarmi?
Admin
20. Jan, 2014
Salam, işlərdə təsir qoymaq yalnız Allaha məxsusdur. Başqaları vasitədirlər. Yəni Allah-Taala icazə verir ki, insanlar həmin vasitələrlə Allahdan bir şey sitəsinlər və biz də Allahın yanında sevimli olan şəxsləri və Allah övliyalarını vasitə qərar veririk. Məsələn, Əhli-beyt (ə) Allahın övliyalarıdır. Allah onların sözünü yerə salmı, dualarını qəbul edir. Biz də onları vasitə qərar verib Allahdan istəyimizi diləyirik.
Sevinc
17. Jan, 2014
men 3 aydir siygeliyem.sevdiyim insanla.indi hamile qalmiwam.amma bunu heyata kecire bilmerem.dul xanimam.ailemde soz sohbet yaranmasini istemirem.men uzr isteyirem cox cox ( abort) eletdire bilerem?ve muddeti ne qeder olmalidir?Allah ozu bagiwlasin gunahimi
Admin
17. Jan, 2014
Salam, abrot etmək haramdır.
cebrayil
15. Jan, 2014
salam dünenki cvabiniza göre minedaram birs sualim daha var .yeni çixmiş maşinlar üçün deyirler ki paltari pak edmir bu doqrudu ya yox? menim de paltar yuyan maşinim var suyu kurden gelir ama ki su paltarin üzüne çixmir bu paltar pak olur olmur??
Admin
20. Jan, 2014
Salam, murdarlığın özü aradan getdikdən sonra əgər kranta birləşik olam su maşının içində paltarlara və maşının tamamilə içərisinə çatıb sonra ayrılaraq çölə çıxırsa o paltarlar pakdır.
seva
15. Jan, 2014
Yuxuda hicab taxmisdim.yuxuda hicab taxmaqim o demekdirki hicaba kecmeliyem?
Admin
15. Jan, 2014
Salam, yuxu ya qeyri-yuxu, əgər həddi-büluğa çatmısınızsa sizə hicab vacibdir.
cebrayi
14. Jan, 2014
salam ağa men bilmek isdeyirem ki paltar yuyan maşilar paltarlari pak edirmi?
Admin
15. Jan, 2014
Salam, əgər kür suya bitişik olsa murdarın özü aradan qalxdıqdan sonra pak olur.
Kür su miqdarı təqribən 380 litr ola suya deyilir. Qeyd edək ki, şəhərlərdə krantdan gələn su kür sudur.
qalib
11. Jan, 2014
salam, iki cut muselman ailesinde yashayir Atam anam men xanimim. qaynlari (qardashlarim)gun erzinde davamli olmadan ishle elaqedar ara sira eve girib cixir axsham olduqda oz shexsi evlerine gedirler, xanimim qab qacaq yuyanda eziyyet cekdiyini deyir paltarini bilekden yuxari qaldirib qab yuyur. bele olan halda menden yeni ev tapib kocmeyimi teleb edir. imkanim yoxdu. artiq boshanma halina gelmishik menden kamil hicaba riayet teleb edir. ama bu fikirlerin behane oldugunu qaynanamin cahil ve fitnekar oldugundan eminem ve bu problemler ondan gelirki neticede behaneye daha cox benziyir. menim teklifim onun qab yudugu halda qardashlarima diger otaga kecmelerini teklif etdim ama yenede dediyini deyir. mumkunse mene genish yazin ne edim ?
Admin
12. Jan, 2014
Salam, həyat yoldaşınız heç bəhanə ilə hicabını aça bilməz və siz də bacardığınız qədər ona şrait yaratmalısınız. Şəri cəhətdən də həyat yoldaşına zorla iş gördürmək olmaz.
nurgul
11. Jan, 2014
salam hicab taxarken nrelere diqqet etmeliyik
Admin
12. Jan, 2014
Salam, hicab taxarkən saçlarınız görünməməlidir, naməhrəmləri cəzb etməməlidir, libasınız bədəninizin fiqurasını bilindirməməlidir.
turkan
10. Jan, 2014
Suallarimi cavablandirdiginiz ucun cox tesekkur edirem.Allah razi olsun…
turkan
08. Jan, 2014
Salam.evvelki sualimi cavablandirdiginiz ucun minnetdaram.menim bir nece sualim daha var.imkan daxilinde cavablandirarsiz insaallah.
1.icki icilen evde hansisa dini sekil
asmaq olarmi.mes.ziyaretgah ve.s
2.qadin namaz qilir,yoldasi ise hergun icki icir. erin icgili veziyetde qadini ile elaqede olmasi qadina gunah sayilirmi,sayilirsa ne ede biler?
3.namaz qilarken korpe usaq mohur,tesbehi goturse namazi mohursuz qilmaq batil sayilirmi?
Admin
10. Jan, 2014
Salam, əgər içkili adam dediyiniz şəkillərə ehtiramsızlıq etsə, şəkilləri oradan götürməlisiniz. yox əgər ehtiramsızlıq olmasa eybi yoxdur.
Admin
10. Jan, 2014
Salam, içkili şəxs şəkillərə ehtiramsızlıq etməsə eybi yoxdur, əks halda olmaz.
Ərin cinsi istəyini ödəmək vacibdir, özünüzü nəcisdən (spirtli içkiyə bulaşmamaq) qorumaq şərti ilə.
Namaz qıldığınız yer səcdə üçün münasib olsa eybi yoxdur, bir də möhür sizdən 1-2 metr fasilə olsa qiraəti dayandırıb qiblədən dönmədən götürüb namazınızı davam etdirə bilərsiniz. Amma bunların heçbiri olmasa namazı kəsib möhürü götürüb namazınızı təzədən qılmalısınız.
raqib
05. Jan, 2014
Salam men 20 manat deyerinde olan mali on manata almisam onu 20 satmaq haramdir?
Admin
11. Jan, 2014
Salam, 20 manatlıq malı aldatmadan 10 manata alıb 20 manata satmağın eybi yoxdur.
turkan
27. Dec, 2013
Salam,manim bir sualim var,cavablandirsaniz cox sevinerdim. Evvelceden uzr isteyirem.men namaz qiliram.indi hamileyem ve 1hefte olar ozumu cox pis hiss etdiyim ucun namaz da qila bilmirem.sozsuz Allahin izniyle qezalarini qilacam.bilmek isderdim indi qeza etmeyim coxmu gunahdir.heqiqeten cox halsiz oluram,evvelceden tesekkur edirem.
Admin
29. Dec, 2013
Salam, namazınızın qəzaya getməsi böyük günahdır və namazı qılmamaq üçün hüç bir üzr keçərli deyil. Namazı vəziyyətinizin imkan verdiyi hər bir halda qılmağınız lazımdır. Məsələn, ayaq üstə qıla bilmirsinizsə oturduğunuz halda qılın. Əgər o da mümkün olmasa uzandığınız yerdə qılın.
Guler
07. Dec, 2013
Bismillahir rehmanir rehim!Salamun eleykum!Eger Allahdan cox bilirsizse,hicab baglamayin.Behanelerle hicab baglamagi boynununuzdan atmaga calismayin!Baglamaga konlu olan,hec bir maneeni elde bayraq tutmamalidir.
Vafa
02. Dec, 2013
Salam,men namaz qiliram,hicaba kecmek isteyirem,ewitmiwem ki hicabli qadinlar toya getmemelidi ve toyda oynamamalidi,umumiyyetle icki olan sufrede oturmamalidi
Admin
03. Dec, 2013
Salam, nəinki hicabl qadınlara hətta bütün müsəlman kişi və qadınlara belə toya getmək icazəli deyil.
aygun
01. Dec, 2013
salamun aleykum
uviyye
21. Nov, 2013
salam aleykum.men aileliyem.3 balaca usaqim var.maddi veziyyetim cox pisdi.yoldasim islemir.men sac ustasi kimi islesem ev seraitinde haram sayilmaz.ciunki ozum hicabliyam. hicabli bacilar deyir gunahdi,ozune reva bilmediyivi basqasina niye reva gorursen.sen qadinlari bezeyib dahada celb edici hala getirib haram baxislara sebeb olacaqsan.mene meslehet edin.cox cixilmaz veziyyetdeyem.usaqlarimi qoyub basqa yerdede isleye bilmerem.,Sistani aqanin bele veziyyetde olanlara goresen mesleheti neolardi.
Admin
03. Dec, 2013
Salam, əgər bilsən ki, onlar bu halda özlərini namərəmə göstərəcək icazəli deyil, həmçinin sizə məlum olmasa (özlərini namərəmə göstərəməsi) işləməniz icazəlidir. Bir də siz bilsəniz ki, siz olmasanız ayrı birinin yanına gedəcəklər,yenə də sizə icazəlidir ki, bu işi görəsiniz. Yəni işləməyinizin eybi yoxdur.
sarakamil
13. Nov, 2013
salam. mən inşallah hicaba keçmək istiyirəm. sizə bir sualım var. beynimdə tərəddüdlər əmələ gəlir. bu şeytanın vəsvəsəsidi hə? elə bil kimsə mənə deyir ki bağlama sənə bu lazımdı
Admin
14. Nov, 2013
Salam, müqəddəs bir yola qədəm qoyursunuz. Şeytan da bundan narahatdır. Allaha təvəkkül edin. Hicab vacibdir, mütləq vacibdir.
aygun
01. Nov, 2013
salamun aleykum size sualim var ki bizim qonsumuz var qoca arvaddi xestedi mene deyirler ki yasin oxuyarsan onun yaninda o da olum yatagindadi menimde 22 yasim var gedib oxuya bilerem yoxca menden daha boyuk qadinlar 40 ya 50 yaslari oxuya biler
Admin
06. Nov, 2013
Salam, savab əməldir. Yaşın fərqi yoxdur.
ilahe
31. Oct, 2013
cox sagolun yazdiginiz melumatlar icin ALLAH razi olsun ama bir seyi bilmek isterdim axi deyilir ki uzun dirnaq altinda seytan balasini kolgelendrir NAMAZ qilan insan icin uzun dirnaq gunah deyilmi?
Admin
06. Nov, 2013
Salam, uzun dırnaq günah deyil, amma tutulsa yaxşıdır.
leyla
21. Oct, 2013
salam.dirnaqda lak varsa destamaz pozulurmu.birde hicabli qadin toyda oz eri ile vals oynaya bilermi.
.
Admin
26. Oct, 2013
Salam, lak dəstəmaz suyunun dırnağa çatmasının qarşısını alır. ona görə də dəstəmazdan qabaq lakı təmizləmək lazımdır. əks təqdirdə dəstəmaz batildir.
Nuran Ali
21. Oct, 2013
Salam Aleykum menim bir sualim var. Namaz qilan bir nefere onun xeberi olmadan iqtida etmek olar? Eger hemin sexs namazini camaat namazi niyyeti ile qilmirsa.
Admin
26. Oct, 2013
Salam, əgər bilsən sənin ona iqtida etməyinə narazılığı olmayacaq, iqtida etmək olar.
Nuran Ali
19. Oct, 2013
cavabiniza gore cox saolun.Allah razi olsun sizden.
aygun
19. Oct, 2013
salamun aleykum qurban bayraminiz mubarek sizden sualim var ki menim pasportim 2008 ildi 16 yasinda cekdirmisem vesiqemi indi 2013 du pasportim vaxti cekib goresen ne ucun dedim yalniz men tezeden pasport duzeldsem yeniden cekil cektirmeliyem men hec istemirem yeni ki basimi acib istemirem nemehrem ceksin seklimi basi bagli pasport vermirler men onu nece edim ki yenisini duzeldim Allah sizden razi olsun
Admin
26. Oct, 2013
Salam, birinci yol budur ki, şəklini qadın çəksin ya da məhrəm bir adamın çəksin. Əgər bunlar mümkün olmasa zəruri halda naməhrəmə çəkdirməyin eybi yoxdur.
Nuran Ali
17. Oct, 2013
Salam Aleykum..bagiwlayin menim bir sualimi cavablandirmaginizi xaiw edirem..stol ustu oyunlar oynamaq ne derecede duzgundu.Sistani Aganin bu barede fetfasini bilmek isterdim.
Admin
19. Oct, 2013
Salam, şahmat və nərd ağa Sistaninin nəzərincə mütləq şəkildə haramdır. Domino, blyard kimi oyunlara gəldikdə isə əgər camaat arasında qumar sayılmasa şərt bağlamadan oynamaq olar.
Nuran Ali
16. Oct, 2013
Allah razi olsun
Esma
25. Sep, 2013
salam men musdeyitlerdn Xameyin aqani secmisem indi ise Sistani aqani secmek isteyirem bu olarmi? xais edirem cavab yazin.
Admin
25. Sep, 2013
Salam, müctehidi dəyişmək üçün dəlil deyilməlidir və ondan sonra sual cavablandırılmalıdır.
Sara
09. Sep, 2013
Salam, men sizden bir soz soruwmaq isteyirem, amma xahish edirem menim veziyyetimi nezere alib cavab veresiz.. Men 9 yawindan namaz qiliram, oruc da tuturam. 25 yawim var, telebeyem. Men 20 yawindan hicaba kechmek istedim, 24 yawinda kechdim. Cemi bir il bagladim hicabi. Indi achmisham. Hicabi achmagimin sebebi ozumem. Men tez-tez depressiyaya duwurem, bu mende uwaqliqdan var. Atam vefat edib, anam da teze rehmete gedib. Tez-tez ozume qesd etmek isteyirem. Hicabi da achmagimin sebebi hech olmasa bir az rahat olmaqdir. 1 il hicab bagladim, amma olmadi, alinmadi. Men umumiyyetle achiq geyinmirem, geyimim sadedir, makiyaj da elemirem. Yene deyirem hicabi achmagimin sebebi daxili telatumlerim, tenhaligimdi. Bilmirem meni anladiz ya yox, amma men sizden cavab gozleyecem.
Admin
10. Sep, 2013
Salam, hicab sizə daha azadlıq gətirir və Allaha yaxın edir. Allaha yaxın olan insan isə həmişə ümidvar olur, həyatın çətinlikləri onu sıxmır. Həmişə Allahı özü ilə hiss edir və Onu özünə arxa, dayaq, sığınacaq yeri bilir. Siz hicaba riayət edin və öz mənəviyyatınızı yüksəltməyə çalışın. Bununla da sıxıntılardan Allahın köməyi ilə qurtararsınız.
Qeyd edək ki, hicab dedikdə xüsusi bir geyim forması nəzərdə tutulmur. Bütün bədəninizi (əllər və üzdən başqa) örtən geniş və uzun geyimlərdən istifadə edin, baş və boyunu örtən yaylıq bağlayın.
Qeyd edək ki, özünə qəsd etmək böyük günahlardandır. Öz mənəviyyatınızı artırmaqla və Allahla ünsiyyətinizi gücləndirməklə yanaşı yaxşı, dindar, saleh əməlləi insanlarla yoldaşlıq edin.
Zehra
07. Sep, 2013
salam men 1ay bunnan qabaq hicab baglamaga baslamisam. Amma indi xeste oldugum ucun hekimler hicabimi acmagi meslehet gorurler. Ancaq men gunaha girmekden cox qorxuram,hem de etrafdakilar haqqimda duzgun fikirlesmez deye acmaq istemirem. Siz nece meslehet gorursuz? Xais edirem bir meslehet edin.
Admin
09. Sep, 2013
Salam, əvvəla mütəxəssis həkimə müraciət edin. Əgər xəstəliyin sağalması üçün əlac yolu təkcə hicabın açılması olsa onda hicabı açın lakin bu halda naməhrəm qarşısına çıxa bilməzsiniz.
Ruhiyye
31. Aug, 2013
Salam Aleykum men 4-5 aydir namazdayam indise hicaba kecmisem yoldasimsa namaz qilan deyil etrafimda qohum aile kimse yoxdur namaz qilan hami hicabimi acmami isteyir mense razilasmiram Quran deyirem Allahin emri deyirem coox nahaq danisib ireli gedirler basimi acmasam bosandirm a filan men ne edim amma basimi acmaqda istemirem
IRade
27. Aug, 2013
salam men bir seyi bilmek isteyirem..bele birsey ola bilermi evvel namaza baslayim sonralar hicab baglayim?
Admin
29. Aug, 2013
Salam, həm namaz qılmağınız, həm də hicab bağlamağınız ayrı-ayrılıqda hər biri vacibdir. Əgər onlardan birini yerinə yetirmiş olsanız vacibin birinə əməl etmiş olursunuz.
aygun
26. Aug, 2013
salamun aleykum size bir sualim var bu suala cavab verin xahis olmasa menim qohumum var dayim arvadidi cox paxil adamdi mende istemir ki usagim olsun mene zulum edirler gedib mollanin yanina dua ve cadu yazirlar men nece edim ki onlardan uzaq olum usagim olan kimi meni danisdirmirlar xain kimi baxirlar sizde dua varmi ki paxillarin serrinden allaha siginim allah meslehet bilse menim ovladim olacaq onun meslehetine min sukurler olsun paxillardan nece qurtarim ki korpemi ve ozumu onlardan qorusun allah sizden razi olsun
Admin
27. Aug, 2013
Salam, siz onların əməlləri qarşısında gözəl əxlaq göstərin. İnşaAllah Allah sizinlədir. Allaha təvəkkül edin, hər işinizdə, düşmənlərin şərrinin dəf olmasında Allaha sığının, Əhli-beytə təvəssül edin.
aygun
20. Aug, 2013
salam aleykum sualim var ki kisi qadina yaxin durmaq isteyirse qadin da deyir yox men namaz qilim qadin kisinin sozune baxmalidi yoxca namaz qilmalidi allah sizden razi olsun
Admin
24. Aug, 2013
Salam, Əgər namazın vaxtı genişdirsə kişinin dediyinə razılaşsın sonra namazını qılsın. Amma vaxt dar olsa əvvəl namazı qılmalıdır.
aygun
18. Aug, 2013
salamun aleykum size sual yazmisdim yeqin ki gelmeyib sizden xahisism budur ki cavablandirasiz qadinlar 40 50 yaslari olsa onlara da higab ortmek vacibdi ele qadinlar var ki namaz qilirlar amma higab baglamirlar bu ne derecede duzgundu hemde ki qadin ere gedibse eri onunla dollanmasa qadini doyurse soyurse qadina zulum edirse yeni bilmeden ere gedibde o zaman qadin ondan bosanmalidi yoxsa dozmelidi bosanmaq gunahmidi allah razi olsun tezlikle sualima cavab verin amin insallah
Admin
19. Aug, 2013
Salam, Hicab yaşından, məzhəbindən asılı olmayaraq, ibadət edən və ya etməyən bütün xanımlara vacibdir. Hicab və ibadət Allah-Taalanın ayrı-ayrı vacib etdiyi əməllərdir.
Əgər mümkün olana qədər ailənin dağılmasına yol verməyin. Ağsaqqallar və ya alimlərin köməkliyi ilə bu ailənin dağılmasının qarşısnı almaq mümkün olsa qoymayın ailə dağılsın. Amma boşanmaq günah deyil. boşamaq məhz kişinin haqqıdır. Əgər ailə problemləri aradan qalxmırsa, kişi də boşamaq istəmirsə təqlid etdiyiniz müctehidə müraciət etməlisiniz.
aygun
11. Aug, 2013
salamun aleykim cox sag olun allah razi olsun bes zohr namazi bile bile qilmayan adam sonraya saxlasa gunahdir yeni sora qilaram gerek vaxtinda qilasan allah size yar olsun
Admin
12. Aug, 2013
Salam, əgər qəzaya getməsə eybi yoxdur.
aygun
09. Aug, 2013
salam aleykum sualim namaza aiddir zohr namazi gunorta qilinir saat 2 de amma 2 den sonra zohr namai qilinirmi yeni saat 4 5 de umumiyyetle namaz 2 de baslayir men yaxinlarimi basa saliram ki saat 2 den sonra zohr namazi yoxdu amma mumkin olmur soze baxmirlar zohr namazin vaxti kecib men dediyim duzdu yoxsa onlar evvelceden minnetdaram allah sizden razi olsun
Admin
10. Aug, 2013
Salam, “zöhr” sözü ərəb dilindədir, bizim dildə günorta namazı deyilir. Buna görə müstəhəbdir ki, bütün namazları, o cümlədən zöhr namazını əvvəl vaxtda qılasan, amma müəyyən səbəblər üzündən qıla bilməsən zöhr (günorta) və ikinti namazlarını gün batana qədər qıla bilərsiniz. Allah qəbul etsin.
Imamverdi
07. Aug, 2013
A SALAMUN ALEYKUMA REHMATUALLAH VE BEREKETU
bagisliyin bir sualim olacagdi dostum sorusur menen mende cevap vera bilmirem deyir hicab ortmey lazimdir deyiler yahiw orrtusen xanimlar ama mena marglandigim fakt var ortmeye subut isitiyr mena cvp veramirem coh coh hais edirem cevap verasizi sualima neca ona subut ede bilerm ki hecab vaciptir
aygun
25. Jul, 2013
salamun aleykum qedr gecesi ne vaxtdir bilmek isterdim iyul ayinin necesidir evvelceden minetdaram
aygun
22. Jun, 2013
salam bes men basimi baglayanda ne ucun agrayirdi pis dehset agir gelirdi indi mualice eledim indi daha baglayiram hec vaxt acan deyilem mene yuxuda gordum ki mene dediler basvi bagla mende bagladim men bundan sonra higabli olacagam allah menim gunahlarimi bagislayarmi
Admin
26. Jun, 2013
Salam, Allah-Taala, bağışlayan və mehribandır. Allah sizə kömək olsun, yolunuzu davam edin, Pərvərdigarın tövbə qapısı üzümüzə həmişə açıqdır.
aygun
22. Jun, 2013
salam bes men basimi baglayanda ne ucun agrayirdi pis dehset agir gelirdi indi mualice eledim indi daha baglayiram hec vaxt acan deyilem
aygun
14. Jun, 2013
ne ucun sualima cavab vermediz
Admin
15. Jun, 2013
Salam, bura göndərilən məktubları Hicab saytının elmi heyəti cavablandırır. Siz isə sualınızı Hacı Şahinə ünvanlamısınız. Ümidvarıq ki, Allah məsləhət bilsə sizə övlad verəcək, inşaallah!
aygun
15. Jun, 2013
salam bagislayin size sualim olacaq men evvel 14 yasimda higab bagladim sonra mene agir is geldi 19 yasinda pis xestelendim basim get gede agrayirdi dayanmak bilmirdi sonra hekimlere getdim davranimi yoxladilar evimize de gelmisdiler hekimler dediler ki bu qizin davranisi cox pis 140 olmusdu mende basimi asdim asdigima gore cox pesman olmusdum mualice etdim biraz sagaldim 2 ilden sonra yene bagladim gorum dusecek amma yene de agrayirdi men bilirdim ki allahin imtahanidi indi de allaha cox sukur ki baglayiram
Admin
20. Jun, 2013
Hicabı naməhrəm qarşısında açmaq üçün heç bir üzür yoxdur və təzyiqin qalxıb düşməsinin hicaba aidiyyatı yoxdur. Siz təcrübəli həkim vasitəsilə təzyiqin müalicəsinə davam edin.
aygun
14. Jun, 2013
salamun aleykum allah sizden razi olsun
Sabina
13. Jun, 2013
Salam.Men hicaba 8 ay olarki kecmisem mene cox agir gelir doze bilmirem ele vaxtlar olur az qala acam cixaram sanki mene dehsetli derecede sixinti verir .Bildiyim qederi hicab baglayan insanlara Allah serinlik verir.Mende ise eksinedi acmagi dusunurem size bu ne derecede gunahdi?hicabdan cixasi olsam ozumu nece bagislada bilerem?
Admin
15. Jun, 2013
Salam, naməhrəm qarşısında hicabı açmaq heç bir surətdə icazəli deyil. Bir müddət hicabsız gəzdiyinizə görə belə adət etmiziniz və ona görə də hicab sizin üçün ağır gəlir. İnşallah bir müddət hicabla gəzdikdən sonra buna adət edəcəksiniz və mənəviyyatınızın yüksəlişini özünüz dərk edəcəksiniz və artıq hicaba riayət etmək sizin üçün aduləşəcək və eyni zamanda müqəddəsləşdiyi üçün onun sizə gətirə biləcək hər bir çətinliyinə asanlıqla səbr edəcəksiniz.
Lalezer
12. Jun, 2013
Men 1il hicab baqladim.bacarmadim cox aqir geldi hicabi ozume laiq bilmedim.cox cetin oldu acdim.ozumu cox pis his edirem.
Admin
13. Jun, 2013
Salam, Hicab İslamın zəruri məsələlərindəndir və Allahın əmridir. Hamının ona tabe olması hətta günahkar belə olsa vacibdir. Heç kim xətadan uzaq deyil və bu qadının hicabdan uzaqlaşmasına səbəb olmamalıdır. Hər vaxt insan günah etdikdə yenidən tövbə edib Allaha qayıtmalıdır və Allah tövbələri çox-çox qəbul edəndir. Naümid olmayın, hicaba qayıdın, bu işdə Allahdan yardım istəyin və həzrət Zəhraya təvəssül edin. İnşallah yaxşı olar.
Gulsum
29. May, 2013
çoxu tez tez istfade edr bu cumleniki “valideynm hallaliq vermir deye hicaba kecmirem”..valideynin icaze vermemesi buna mane ola bilmez bunu bilirem.ve valideynin bu barede halalliqinin önemli olmadigini tesdq eden bir aye varmi??
Admin
30. May, 2013
Salam, əsl itaət Allah üçündür və Allah bəzi şəxslərdən itaət etməyi vacib etmişdir. Bunlardan biri də ata-anadır. Bu iatət məhduddur və Allahın haqqı ilə zidd olmayana qədər. Allahın haqqı ilə zidd olduqda onlardan itaət icazəli deyil. Bunun isbatı üçün həm Quran ayəsi və həm də səhih hədislər mövcuddur. Nümunə üçün Tövbə surəsi ayə 23 və Loğman surəsi ayə 15-in təfsirinə müraciət edə bilərsiniz.
Adınız (məcburi)
29. May, 2013
hicablı qadının kirpik taxması saça qaynaq etdirməsi düzgündürmü
Admin
30. May, 2013
Salam, saç qaynağının eybi yoxdur. Amma kiprik zinət hesab olduğu surətdə onun naməhrəmdən örtmək lazımdır.
firengiz
30. Mar, 2013
SALAM ALEYKUM.!HICAB BAGLAMAQ NAMAZ QILMAQ QEDER VACIBDIRMI?
Admin
30. Mar, 2013
Salam, namaz nə qədər vacibdirsə, hicab da vacibdir.
betnur
24. Mar, 2013
salam.bir sualim var size yayda geyindiyimiz vetnamka yeni barmaq arasi ayaqqabini hicabli xanim geyine biler?.yayda tekce corabi geyine bilmirem,
Admin
25. Mar, 2013
Salam, ayağı naməhrəmdən örtmək vacibdir.
GUNAY
18. Mar, 2013
CAVABA GORE COX SAGOLUN SEVINDIM) CUNKI EWYMIWTIM GUNAHTI GUYA PEYGENBER QAW ALAN QADINI LENET EDIB…………
Narmin
16. Mar, 2013
Salamun Aleykum dirnaq uzatmaq olarmi?cvbda olar yazilib.bunun menbesini yaza bilersiz?
Admin
16. Mar, 2013
Salam, Peyğəmbərdən (s) hədis var ki, xanımların dırnaq uzatması müstəhəbdir.
GUNAY
15. Mar, 2013
SALAM ALEYKUM, DINDE QAW ALMAG GUNAHDIR?
Admin
16. Mar, 2013
Salam, xeyr günah deyil.
sevda
13. Mar, 2013
sualimi cavablandirdiganiza gore cox sag olun
sevda
11. Mar, 2013
salam mem erimin raziligiyla hicaba kecdim amma anam bilmir bilse cox acigi gelecek men indi anama qarsi cixdigima gore gunah qazaniram?
Admin
12. Mar, 2013
Aleykum Salam, ananız və ya hər kəsin narahat olması sizin üçün günah sayılmır və siz düz yoldasınız. Kim olur olsun ona görə hicabınızı açmağa icazəli deyilsiniz. Allah sizə bütün işlərinizdə kömək olsun.
A.Melikova
21. Feb, 2013
salam men hicab orturdum yoldawim icaze vermedi acdim onu cox sevirem ailede soz sohbet yaratmaq,eri narazi salmaqda gunahdi axi men ne edim?
Admin
21. Feb, 2013
Salam, siz çalışın ki, birbaşa yoldaşınızın qarşısında durub deməyin başımı açmayacam. çalışın başa salın ki, hicab həm məni qoruyur, həm səni qoruyur. sonra yaylığın əvəzinə ayrı bir şeylə çalışın həyat yoldaşınızı yola gətirə biləsiniz. nə qədər bacarırsiniz işi narazılığa çatdırmayin. Amma geçək sizin dini vəzifəniz. Siz bu hökümdə həyat yoldaşınızın sözünə baxmamalısınız. Çünki, hicab vacibdir. əgər başınızı naməhrəm yanında açsanız günah etmiş olursunuz. Allahdan sizə kömək olmasını dua edirik.
sever
27. Jan, 2013
salam men gece 11 ruketli namaz qilmaq isdiyirem meni basa salardini zehmet olmazsa
Admin
27. Jan, 2013
Salam, 4 dənə 2 rəkətli namaz gecə namazı niyyəti ilə, 2 rəkət şəf namazı, 1 rəkət vətr namazı niyyəti ilə qılınır.
Miri
12. Feb, 2013
gece namazinin vaxti gece saat 12-den sonradir?
Admin
13. Feb, 2013
Salam, subh namazina yaxin zamanlar onun faziletli vaxtlari sayilir. Amma onu gecenin yarisindan (shari vaxtla – meqrib azanindan swbh azanina qeder olan fasilenin yarisi) subh azanina qeder qilmaq olar.
Fatime
04. Dec, 2012
Salam Eleykum.ALLAH razi olsun.
Bu fetfalar haqda bütün műctehidlerin nezerleri eynidirmi?
Laçın
10. Nov, 2012
Allah cümle qadınlarımızı Fatmeyi Zəhra((ə) icabına, əxlaqına kətirsin. A min.
Saniyə
24. Oct, 2012
Namaz qılıram ,amma başımı bağlamıraam.Mənim namazım qəbul olunurmu?Quranda bu barədə nə isə yazılıbmı?
Admin
13. Jan, 2013
Namaz qılmaqda quranda vacib sayılıb , hicab və baş örtüyüdə vacib sayılıb . Namazınız düzdü. Amma çox gözəl olardı ki, Allahın əmrini və istəyini kamil şəkildə yerinə yetirərsiniz və hicab taxıb inşallah dünya və axirətdə xoştbəxtlik qazanasınız .AMİN
vefa
23. Oct, 2012
Salam. Muselman baci veqardaslarimiz.Sizden cox xahi edirem ki mene komeklik edesiniz.34 yasindayam 3il bundan once hicabda olmusam namazda qilmisam. bunlardan imtina etdiyime gore cox pesmanam. evliyem 3 yasinda bir qizim var.heyet yoldasim namaz qilandi.hicabi yeniden baglasam Allah gunahlarimi bagislayarmi.Allah komeyiniz olsun.
Admin
23. Oct, 2012
Salam hörmətli istifadeçi, Allahdan ümidinizi üzməyin. Allah-Taala bağışlayan və mehribandır. Heç narahat olmayın. Tövbə qapısı həmişə açlqdır.
sss
16. Oct, 2012
Subay qiz cadra taxa bilermi?
Admin
13. Jan, 2013
BƏLİ TAXA BİLƏR . ƏN YÜKSƏK HİCAB ÇADRADIR
SEHLA
11. Sep, 2012
SALAM ALEYKUM, SUALIM BELEDI…. HICAB GEYMEMEK AMA BAGLI GEYMEK HICABI EVEZ EDERMI? HICAB MUTLEQ LAZIMDI GEYMEK?
Admin
11. Sep, 2012
Aleykum salam, Hicabdan meqsed odur ki, saclariniz gorunmesin. Nece geyinmek muhum deyil. Bir de libas ele olmalidir bedenin fiqurasi bilinmemelidir. Allah butun ishlerinizde yardimciniz olsun
selale
10. Sep, 2012
COX SAGOLUN CVBA GORE, BES PIRLERE OCAQLARA INANMAQ DUZGUNDU?
Admin
10. Sep, 2012
Salam eziz istifadeci, imamazadeler var amma deqiqleshdirmek lazimdir. Ola bilsin bezi yerlerde gelir menbeyi ucun de olsun. Deqiqleshdirmek lazimdir.
selale
08. Sep, 2012
HICAB GEYMEK ISTEYIREM AMA YAXINLARIM DUSUNURKI YOLDASIM MECBUR EDIR VAHABIDI DEYIRLER( ONLARA GORE HICABI TERK EDE BILEREM??
Admin
09. Sep, 2012
Salam, Hicabi acmaq olmaq. Hicab her halda vacibdir. Islamda Vehhabi adli bir shey yoxdur.
ASADOVA
15. Aug, 2012
SƏHHƏTİMLƏ BAĞLİ HİCABDAN ÇIXMALI OLDUM BU GÜNAHDIR
Admin
16. Aug, 2012
Hicab hər halda qadın üçün vacibdir.
Nezrin
14. Aug, 2012
namaz qilib hicab baglamamaq gunahdirmi?
Admin
15. Aug, 2012
Bəli
fatma eliyeva
18. Feb, 2012
hicab vacibdir.
Salman
31. Mar, 2011
Allah sizden razi olsun